Dualar
رفتن به کانال در Telegram
"Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab verim." (Ğafir 60)
نمایش بیشتر906
مشترکین
-324 ساعت
-57 روز
-230 روز
آرشیو پست ها
905
Allahım, Səndən hər seçimim üçün xeyir, hər qaranlıq üçün nur, hər çətinlik üçün asanlıq istəyirəm. Allahım, cənnətinin gözəlliyi qədər, həyatımın qalanında mənə gözəlliklər göstər və bütün diləklərimi gerçəkləşdir. Allahım, səbirdən sonra məni mükafatlandır və kədərdən sonra məni xoşbəxt et.
905
Allahım, Ey Vəhhab(bəxş edən)! Mənə elə bir çıxış yolu və elə bir nemət ver ki, ona göylərin və yerin əhli heyran qalsın.
905
Allahım, namaza dəvət etdiyin zaman, dəvətinə icabət etməyi mənə asanlaşdır. Mənə Sənə tərəf qaçaraq gəlib səcdələrdə hüzur tapmağı nəsib et. Sürətlə ötüb keçən ömrümün hər anını Sənin razılığınla yaşamağı mənə nəsib et. Dünya işlərinin yorğun saldığı qəlbimi Öz məhəbbətinlə rahatlandır. Qəlbimdən sıxıntıları götür, hüznümə şəfa bəxş et.
905
Allahım, günahlarım çoxdursa-onları bağışla. Qüsurlarım üzə çıxıbsa, üstünü ört. Qayğılarım artıbsa, onları aradan qaldır. Nəfsim yolunu azıbsa, onu doğru yola yönəlt və məni Sənə gözəl bir dönüşlə qaytar.
905
Əgər dünyanın ağrı və acıları səni yorubsa Kədərlənmə. Ola bilsin ki, Allah dua vasitəsilə sənin səsini eşitmək istəmişdir.
905
Sənə nə olub ki, mülkün sahibi, göylərin və yerin səltənəti əlində olan Allahdan ümidini üzürsən..?!
905
Umulur ki, yazılan istəniləndən daha gözəldir. Bəzən hər şey Allahın yazdığı qədərlə barışmağı öyrəndiyin zaman düzəlir.
Əlhəmdulilləh!
905
Allahın mənim üçün istədiyinə olan güvənim, özüm üçün istədiyimə olan
güvənimdən daha böyükdür…
Ey Rəbbim! Sənə etdiyim dua sayəsində heç vaxt bədbəxt olmamışam! (Məryəm, 4)
