ar
Feedback
Dualar

Dualar

الذهاب إلى القناة على Telegram

"Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab verim." (Ğafir 60)

إظهار المزيد
908
المشتركون
-224 ساعات
+17 أيام
+930 أيام
أرشيف المشاركات
Allahım, günahlarım çoxdursa-onları bağışla. Qüsurlarım üzə çıxıbsa, üstünü ört. Qayğılarım artıbsa, onları aradan qaldır. Nəfsim yolunu azıbsa, onu doğru yola yönəlt və məni Sənə gözəl bir dönüşlə qaytar.

Əgər dünyanın ağrı və acıları səni yorubsa Kədərlənmə. Ola bilsin ki, Allah dua vasitəsilə sənin səsini eşitmək istəmişdir.

Səbri mükafatlandıranların şükrə qarşılıq verənlərin ən gözəli Uca Allahdır!

Sənə nə olub ki, mülkün sahibi, göylərin və yerin səltənəti əlində olan Allahdan ümidini üzürsən..?!

Bil və rahat ol!
Bil və rahat ol!

Umulur ki, yazılan istəniləndən daha gözəldir. Bəzən hər şey Allahın yazdığı qədərlə barışmağı öyrəndiyin zaman düzəlir. Əlhəmdulilləh!

Allahın mənim üçün istədiyinə olan güvənim, özüm üçün istədiyimə olan güvənimdən daha böyükdür… Ey Rəbbim! Sənə etdiyim dua sayəsində heç vaxt bədbəxt olmamışam! (Məryəm, 4)

Allah sənə, dua etdiyin şeyə çatmanın sevincini yaşatsın.

✏️Bu yazı sənə: Uca Allah, sənə ummadığın yerdən bir gözəl xəbər almağı nəsib etsin Amin!

photo content

Bir ildə olmayan, bir anda olar. Allaha güvən və duaya sarıl. #CüməSonSaat

Allahummə Amin!

Allahım, Sənə çox güvənirəm, dualarımı qəbul edəcəyinə ürəkdən inanıram. Yolumu, qədərimi, qəlbimi Sənə təslim edirəm. Elə gözəlliklər nəsib elə ki, xoşbəxtlikdən ağlayan qullarından olum.

photo content

Bayramınız mübarək Qrup əhli. Uca Allah etdiyimiz duaların tezliklə qəbulunu yaşamağı nəsib eləsin!

Allahım, bizim üzümüzə elə gözəl qapılar aç ki, bağlanan bütün qapılar üçün şükür edək.

Ey mənim Rəbbim, bu əlində olan qəlbim daraldıqda mənə yaxınlığını hiss etdir. Məni yalnız buraxma. Məni insanlara möhtac edən yalnızlıqdan deyil, Səndən uzaq salan yalnızlıqdan qoru. Qəlbimə səkinə endir, gecələrimə nur ver, içimdəki boşluğu Qur'anla doldur

Ya Rəbb, bu günə qədər qınadığım hər nə və kim olubsa, tövbə edirəm, məni bağışla. Əgər qınadığım şeyləri yaşamağı qismətimə yazmısansa, sil ya Rəbbim. Yerinə gözəlliklər yaz... Altından qalxa bilməyəcəyim imtahanlara səbəb olacaq iddialardan, sözlərdən və davranışlardan məni qoru. Sənə sığınıram. Şübhəsiz ki, sığınanların ən xeyirlisi Sənsən.

Edit, Sign and Share PDF files on the go. Download the Acrobat Reader app: https://adobeacrobat.app.link/Mhhs4GmNsxb

Repost from N/a
Edit, Sign and Share PDF files on the go. Download the Acrobat Reader app: https://adobeacrobat.app.link/Mhhs4GmNsxb