Dövlət Proqramı
Open in Telegram
Dövlət Proqramı çərçivəsində xaricdə təhsilin maliyyələşdirilməsi və beynəlxalq ikili diplom proqramları haqqında məlumatlar
Show more1 748
Subscribers
-224 hours
-57 days
-1330 days
Posts Archive
1 748
+2
📚✍🏻 Dövlət Proqramı iştirakçısı Aygün Bədəlova, demensiya sahəsində apardığı tədqiqat ilə beynəlxalq “Demensiya Konfransı”nda çıxış edib və “Ən Yaxşı Təqdimat Qalibi” nominasiyası üzrə 300-dən çox səs toplayaraq qalib seçilib.
🏆 Sözügedən konfrans 2025-ci ilin mart ayında Londonda “Dementias Platform UK” və
“Alzheimer's Society” tərəfindən təşkil edilmişdir. Konfrans çərçivəsində Proqram iştirakçısı diplom və pul mükafatı ilə təltif olunub.
Qeyd edək ki, Aygün Bədəlova "2019-2023 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının “University College London" ali təhsil müəssisəsində Səhiyyə və rifah ixtisas istiqaməti üzrə doktorantura təhsili alır.
Proqram iştirakçımızı təbrik edir, uğurlarının daimi olmasını arzu edirik!
#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #akademikuğur
1 748
+4
📚✍🏻 Dövlət Proqramı təqaüdçüsü “Global Soft Power Summit 2025” və “A Fairer World Is Possible’’ tədbirlərində fəal iştirak edib
📌 Dövlət Proqramı iştirakçısı Məğrur Məmmədli Londonda baş tutan ‘’Global Soft Power Summit 2025’’ tədbirində iştirak edib.
Tədbir çərçivəsində Proqram iştirakçısı UNESCO-nun keçmiş direktoru İrina Bokova və Amerikanın 68-ci dövlət katibi və iqlim məsələləri üzrə prezidentin köməkçisi Con Kerri ilə ölkəmizin ‘’COP29’’dakı fəaliyyəti və gələcək öhdəlikləri ilə bağlı qısa müzakirələr aparıb. İrina Bokova gələcək Bakı səfəri, Con Kerri isə Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Respublikasının Prezidenti ilə baş tutacaq görüşü barədə məlumat verib.
➡️ DAHA ƏTRAFLI
1 748
📚ℹ️ 2025-2026-cı tədris ilində Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq istəyənlər www.portal.edu.az vasitəsilə
“2022-2028-ci illər üçün Dövlət Proqramı çərçivəsində xaricdə təhsil xidməti" üzrə müvafiq qəbul xəttini seçərək elektron müraciət yerləşdirə bilərlər.
⏳Müraciət üçün son tarix 15 iyun 2025-ci il saat 23:59-dur.
#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #sənədqəbulu #portaleduaz
1 748
📢 Müraciətçilərin diqqətinə!
🔴Dövlət Proqramı İdarəetmə Qrupu 16 aprel tarixindən etibarən CANLI MƏLUMAT SESSİYALARINA start verir.
📌 Sessiyalar zamanı sənəd qəbulu mərhələsini əhatə edən və namizədlər tərəfindən ən çox verilən sualların cavablandırılması, ətraflı izahlar və məlumatlandırma nəzərdə tutulur.
📌 Məlumat sessiyaları hər gün saat 17:00-dan 18:00-dək “Facebook” sosial media platforması üzərindən canlı olaraq aparılacaq.
Canlı məluamt sessiyalarına qoşularaq suallarınızı ünvanlaya bilərsiniz.
#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #sənədqəbulu #canlıyayın #məlumatsessiyası
1 748
📚✍🏻 Dövlət Proqramı çərçivəsində sənəd qəbulu: Namizədlərdə sual doğuran məqamları müzakirə edəcəyik.
Mövzu ilə bağlı sualınızı bu postun rəy bölməsində, eləcə də canlı yayım zamanı qeyd edə bilərsiniz.
1 748
📚✍🏻📢 “2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2025–2026-cı tədris ili üzrə SƏNƏD QƏBULUNA START VERİLDİ!
https://youtu.be/_YM_xPvdYJw?si=qkdvWzjT-N4wJFEp
1 748
📚✍🏻📢 “2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2025–2026-cı tədris ili üzrə SƏNƏD QƏBULUNA START VERİLDİ!
ƏTRAFLI👇🏻
https://dp.edu.az/az/news/4881
https://youtu.be/_YM_xPvdYJw?si=UEvZcCX67OfFvqFD
1 748
📢SƏNƏD QƏBULUNA START VERİLDİ!
2025/2026-cı tədris ili üçün "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbuluna 10 aprel 2025-ci il tarixindən start verilir. Sənəd qəbulu üçün son tarix 15 iyun 2025-ci il saat 23:59-dur.
ƏTRAFLI👇🏻
https://dp.edu.az/az/news/4881
1 748
📢DİQQƏT!
📌Dövlət Proqramı İdarəetmə Qrupu vakansiya elan edir.
Son müraciət tarixi: 10.04.2025
1 748
📢DİQQƏT!
📌Dövlət Proqramı İdarəetmə Qrupu vakansiya elan edir.
Son müraciət tarixi: 10.04.2025
Vəzifə: Aparıcı mühasib
İş öhdəlikləri:
· Dövlət Proqramı İdarəetmə Qrupuna aid ştat cədvəlinə əsasən əmək haqqı və digər xərclərin ödənilməsi;
· Əmək haqqı ilə bağlı aylıq, rüblük və illik statistik hesabatların təqdim edilməsi;
· Ümumi mühasibat uçotunun təşkili və aparılması;
· İnventarizasiyanın aparılmasında iştirak edilməsi;
· Əsas vəsaitlərlə bağlı illik statistik hesabatın təqdim edilməsi;
· Dövlət Proqramı üzrə malların (iş və xidməti) satınalınmasının mövcud qanunvericiliyin tələblərinə uyğun təşkil olunmasına dəstək göstərilməsi;
· Dövlət Proqramı çərçivəsində fəaliyyətin təşkili ilə bağlı maliyyə, büdcə, uçot, tarif və sair siyasətin işlənib hazırlanmasında iştirak edilməsi;
· Dövlət Proqramının icrası ilə bağlı xərclərin ödənilməsi üçün sənədlərin Dövlət Xəzinədarlıq Agentliyinin İnformasiyanın İdarəedilməsi Portalına göndərilməsi;
· Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi ilə bağlı təqdimatların icra olunması;
· Proqram iştirakçılarının təqaüd kartlarının sifarişinin təmin edilməsi;
· Proqram iştirakçılarının bank əməliyyatları ilə bağlı yaranmış sorğuların tərəfdaş bankla əlaqələndirilməsi;
· Beynəlxalq ikili diplom proqramlarının xərclərinin maliyyələşdirilməsi bağlı sifariş sənədlərinin hazırlanması və maliyyələşdirən quruma təqdim edilməsi;
· Rəhbər tərəfindən verilən digər aidiyyəti tapşırıqların yerinə yetirilməsi.
QEYD: CV-lərinizi “Aparıcı mühasib” başlığı ilə Nuray.Ashrafli@edu.gov.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #aparıcımühasib #vakansiya #işvar
1 748
📚💬 Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı ölkəmizdə kənd təsərrüfatı sahəsində ən qabaqcıl elmi yeniliklərdən və innovativ təlim-tədris texnologiyalarından yararlanaraq dayanıqlı kənd təsərrüfatı mütəxəssislərinin yetişdirilməsinə imkan yaradır.
Bu fikirləri Ege Universitetinin bir qrup professor-müəllim heyəti ilə görüşdə Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov deyib.
➡️ ƏTRAFLI
1 748
Tariximizin ən qanlı səhifələrindən biri - 31 mart 🥀
1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə, təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir.
#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #31mart #azərbaycanlılarınsoyqırımı
1 748
🌙 Ramazan bayramınız mübarək olsun!!
Allah oruc və dualarınızı qəbul etsin.
#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #ramazan #ramazanbayramı
1 748
+5
📚✍🏻Bakı Mühəndislik Universiteti və Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) tələbələri Seul şəhərində təşkil olunan “Azərbaycan Mədəniyyət Gecəsi və Novruz bayramı” adlı tədbirdə xalqımızın musiqi və milli rəqslərini təqdim ediblər.
👉🏻 ƏTRAFLI
1 748
🍀Novruz bayramı təbiətin canlanması, havanın isinməsi, torpağın oyanışı ilə “bahar gəldi” xəbərini xalqımıza çatdırır.🔥
Təbiətin əbədi qanunları ilə həmahəng olan Bahar bayramı hər birimizin maraqla gözlədiyi və milli ruhumuza dəyər qatan sərvətdir.
Novruz Bayramı münasibətilə xalqımızı təbrik edir, hər kəsə bahar əhval-ruhiyyəsi arzu edirik. Bu bayram öz gəlişi ilə evinizə, ocağınıza bol ruzi-bərəkət, sevinc və gerçəkləşən ümidlər gətirsin!
Novruz bayramınız mübarək olsun!
#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #novruz #baharbayramı #novruzbayramı #novruzgəliryazgəlir #novruzbayramınızmübarək
1 748
Bu gün İlaxır çərşənbələrin sonuncusu torpaq çərşənbəsidir.☘️🪷
Bu günlə artıq Novruza lap yaxınlaşırıq. Çərşənbəniz mübarək!
#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #novruz #torpaqçərşənbəsi
1 748
🅰️📚 Dövlət Proqramı iştirakçısı Məhəmməd Səfixanlı yaz və payız semestrlərini yüksək göstəricilərlə (“A/A”) başa vurmuşdur.
Qeyd edək ki, Məhəmməd Səfixanlı "2022-2028 Dövlət Proqramı" çərçivəsində Amerika Birləşmiş Ştatlarının "Georgia Institute of Technology" ali təhsil müəssisəsində "Dövlət siyasəti" ixtisası üzrə magistratura səviyyəsində təhsil alır.
Proqram iştirakçımızı təbrik edir, uğurlarının daimi olmasını arzu edirik!
#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #akademikuğur
1 748
📢 17 mart 2025-ci il tarixində “2022-2028 Dövlət Proqramı” çərçivəsində xaricdə təhsilə dair növbəti onlayn məlumat sessiyası həyata keçiriləcək.
ℹ️ Qeyd edək ki, sessiya zamanı “2022-2028 Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil ilə bağlı izləyiciləri maraqlandıran suallar cavablandırılacaq.
✅ Vebinar Microsoft Teams platforması üzərindən həyata keçiriləcək və yalnız qeydiyyatdan keçən şəxslərə görüş linki göndəriləcək.
✍🏻Məlumat sessiyasına dair detallar:
Mövzu: "2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil
Saat: 16:00
👉🏻QEYDİYYAT LİNKİ
Diqqət! Qeydiyyat üçün son tarix 16.03.2025, saat 17:00. (vebinarın keçiriləcəyi gündən bir gün öncə başa çatır)
#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #görüş #məlumatsessiyası
1 748
✍🏻📚 Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş siyahıda yer alan universitet və proqramlarla yanaşı, 2025/2026-cı tədris ili üzrə "Times Higher Education" və “QS World University Rankings” reytinq sistemlərində ⚠️ yalnız "universitetlər üzrə top 10"da yer alan ali təhsil müəssisələrindən istənilən ixtisas istiqaməti üzrə bakalavriat, magistratura və doktorantura proqramlarına qəbul almış şəxslər “2022-2028 Dövlət Proqramı”na müraciət edə bilər.
#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #top10 #ixtisas #qəbul
1 748
❗️✍🏻 “2022-2028 Dövlət Proqramı” çərçivəsində doktorantura təhsil səviyyəsinə qəbul üzrə seçim qaydaları açıqlanıb
https://youtu.be/dcUguJdJH7Y
