Dövlət Proqramı
Open in Telegram
Dövlət Proqramı çərçivəsində xaricdə təhsilin maliyyələşdirilməsi və beynəlxalq ikili diplom proqramları haqqında məlumatlar
Show more1 750
Subscribers
No data24 hours
-87 days
-1230 days
Loading data
Similar Channels
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
October '26Oct '26
October '26
+24
in 0 channels
September '26
+20
in 0 channels
Get PRO
August '26
+36
in 0 channels
Get PRO
July '26
+31
in 0 channels
Get PRO
June '26
+27
in 0 channels
Get PRO
May '26
+26
in 0 channels
Get PRO
April '26
+77
in 0 channels
Get PRO
March '260
in 0 channels
Get PRO
February '260
in 0 channels
Get PRO
January '26
+1
in 0 channels
Get PRO
December '25
+33
in 0 channels
Get PRO
November '25
+30
in 0 channels
Get PRO
October '25
+33
in 0 channels
Get PRO
September '25
+47
in 0 channels
Get PRO
August '25
+102
in 0 channels
Get PRO
July '25
+70
in 0 channels
Get PRO
June '25
+48
in 0 channels
Get PRO
May '25
+52
in 0 channels
Get PRO
April '25
+58
in 0 channels
Get PRO
March '25
+75
in 0 channels
Get PRO
February '25
+85
in 0 channels
Get PRO
January '25
+82
in 0 channels
Get PRO
December '24
+51
in 0 channels
Get PRO
November '24
+76
in 0 channels
Get PRO
October '24
+88
in 0 channels
Get PRO
September '24
+97
in 0 channels
Get PRO
August '24
+136
in 0 channels
Get PRO
July '24
+104
in 0 channels
Get PRO
June '24
+39
in 0 channels
Get PRO
May '24
+64
in 0 channels
Get PRO
April '24
+90
in 0 channels
Get PRO
March '24
+53
in 0 channels
Get PRO
February '24
+705
in 0 channels
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 31 October | +1 | |||
| 30 October | 0 | |||
| 29 October | +3 | |||
| 28 October | +1 | |||
| 27 October | 0 | |||
| 26 October | 0 | |||
| 25 October | +1 | |||
| 24 October | +1 | |||
| 23 October | +1 | |||
| 22 October | +2 | |||
| 21 October | 0 | |||
| 20 October | +2 | |||
| 19 October | +2 | |||
| 18 October | 0 | |||
| 17 October | +1 | |||
| 16 October | 0 | |||
| 15 October | 0 | |||
| 14 October | 0 | |||
| 13 October | +1 | |||
| 12 October | 0 | |||
| 11 October | +1 | |||
| 10 October | +1 | |||
| 09 October | +1 | |||
| 08 October | +1 | |||
| 07 October | 0 | |||
| 06 October | +1 | |||
| 05 October | 0 | |||
| 04 October | +1 | |||
| 03 October | +2 | |||
| 02 October | 0 | |||
| 01 October | 0 |
Channel Posts
+3
Bakıda 🇪🇸İspaniyanın IE Universitetinin Liderlik və İnnovasiya Mərkəzinin açılışı keçirilib.
📌 Mərkəz Elm və Təhsil Nazirliyinin və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə “PAŞA Holding”, SOCAR və IE Universiteti arasında strateji tərəfdaşlıq çərçivəsində yaradılıb.
✅ Bu təşəbbüs insan kapitalının inkişafını dəstəkləmək, yeni bilik və ideyaların tətbiqini təşviq etmək, liderlik bacarıqlarını gücləndirmək, eləcə də innovasiya və beynəlxalq əməkdaşlıq üçün regional platforma formalaşdırmaq məqsədi daşıyır.
ℹ️ Qeyd edək ki, tədbir çərçivəsində IE Universitetinin icraçı prezidenti Santiaqo İniqes de Onsono ilə Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Qədir Xəlilov arasında görüş keçirilib. Görüşdə tərəflər arasında əməkdaşlıq əlaqələrinin qurulması və birgə fəaliyyət imkanları barədə fikir mübadiləsi aparılıb.
🔗 Ətraflı dp.edu.az saytında.
| 2 | 🎙️ Dövlət Proqramı İdarəetmə Qrupunun Akademik işlər və tələbə qəbulu şöbəsinin rəhbəri Vüsalə Niftəliyeva ASAN TV-də yayımlanan “Könüllüsən” verilişinin qonağı olub.
ℹ️ Dövlət Proqramına qəbul prosesi, namizəd və məzunlardan gözləntilər, Proqramın qarşıya qoyduğu məqsədlər və yaratdığı imkanlar haqqında sualları cavablandırıb.
▶️ Buraxılışın tam hissəsini “Youtube” kanalımızda izləyə bilərsiniz!
🔗 Keçid: https://youtu.be/-v8cOOjCGNM?si=zoFppp7DjbGARL-r | 152 |
| 3 | 🎓 Bristol Universitetində Dövlət Proqramı təqaüdçüləri ilə görüş keçirilib!
🇬🇧 Azərbaycanın Birləşmiş Krallıqdakı Səfirliyinin təşəbbüsü və Dövlət Proqramı İdarəetmə Qrupunun təşkilatçılığı ilə baş tutan görüşdə tələbələrimizin universitet həyatı, akademik fəaliyyətləri və gələcək planları müzakirə olunub.
Görüşdə əhatə olunan əsas istiqamətlər:
✔️ Tələbələrin ehtiyaclarının müəyyənləşdirilməsi və mövcud dəstək mexanizmləri ilə bağlı məlumatlılığın artırılması;
✔️ Milli-mədəni irsimizin beynəlxalq tələbə mühitində tanıdılması;
✔️ Təqaüdçülərin gələcək akademik və peşəkar inkişaf planları;
✔️ Birləşmiş Krallıqda təhsil alan azərbaycanlı gənclər arasında əlaqələrin gücləndirilməsi.
🔗Ətraflı dp.edu.az saytında.
#xaricdətəhsil #dövlətproqramı #bristoluniversity | 164 |
| 4 | 🎓 Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) və Türkiyənin Ege Universitetinin rektorları beynəlxalq ikili diplom proqramının müəllim və tələbələri ilə görüşüblər.
📌 Görüşlərdə proqramın tələbələrə yaratdığı akademik və peşəkar inkişaf imkanları, tədrisin keyfiyyətinin artırılması, eləcə də universitetlər arasında elmi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
💬 Həmçinin tələbə və müəllimlərin tədris prosesi ilə bağlı fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
🔗 Ətraflı dp.edu.az saytında. | 131 |
| 5 | 🏫 Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə 🇹🇷Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramının Rəhbər Komitəsinin növbəti görüşü keçirilib.
📌 Görüşdə proqramın icra vəziyyəti, tələbələrin istehsalat təcrübəsinin nəticələri, tədrisin keyfiyyətinin artırılması və universitetlərarası əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
✅ Həmçinin qarşıdakı fəaliyyət istiqamətləri, birgə layihələrin icrası və əməkdaşlığın növbəti mərhələləri barədə fikir mübadiləsi aparılıb.
🔗 Ətraflı dp.edu.az saytında. | 119 |
| 6 | 🎙️ Yeni podkast seriyamız – DPodkast başlayır!
Təhsil TV ilə birgə həyata keçirdiyimiz bu layihədə Dövlət Proqramı təqaüdçüləri və məzunları ilə həmsöhbət olacaq, onların xaricdə təhsil təcrübələrini, uğur hekayələrini və gələcək hədəflərini sizinlə bölüşəcəyik.
🎓 DPodkastın ilk qonağı 2026/2027-ci tədris ili üzrə Dövlət Proqramı çərçivəsində Birləşmiş Krallığın “King’s College London” universitetində “STEM Education” ixtisası üzrə təhsil almaq hüququ qazanan Şəhla Baxışovadır.
📺 İlk buraxılışı tam şəkildə “YouTube” kanalımızda izləyə bilərsiniz!
🔗 Keçid: https://youtu.be/OPyzbCIT2gM?si=sAPTRZac4FyTBdr_ | 138 |
| 7 | 🔝 Məzunumuz dünyanın ən nüfuzlu alimləri sırasında!
🎓 Dövlət Proqramı məzunu Həsrəddin Quliyev ABŞ-nin Stenford Universiteti və dünyanın aparıcı elmi nəşriyyatlarından biri olan “Elsevier” tərəfindən hazırlanan “Dünyanın ən nüfuzlu 2% alimi” siyahısına daxil edilib.
✅ Bu nəticə məzunumuzun araşdırmalarına digər alimlərin öz elmi işlərində müraciət etdiyini göstərir və 🇦🇿Azərbaycanda aparılan ekonometrik modellərə əsaslanan tədqiqatların beynəlxalq səviyyədə görünməsinə töhfə verir.
🏛️ Dövlət Proqramı çərçivəsində İstanbul Universitetində “Ekonometrika” üzrə doktorantura təhsili almış Həsrəddin Quliyev hazırda UNEC-in Magistratura Məktəbində tədqiqatçı-müəllim kimi çalışır. O, statistik təhlil və maşın öyrənməsi üsullarından istifadə edərək ətraf mühitin qorunması və təbii ehtiyatlardan dayanıqlı istifadə məsələlərini araşdırır.
Ətraflı dp.edu.az saytında. | 188 |
| 8 | ✅ Dövlət Proqramı çərçivəsində ADA Universiteti ilə ABŞ-nin Corc Vaşinqton Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı üzrə Rəhbər Komitənin növbəti görüşü keçirilib.
🎓 Görüşdə “Kompüter elmləri və verilənlərin təhlili”, “Elektrik və elektroenergetika mühəndisliyi” və “Kompüter mühəndisliyi və yüksək performanslı hesablamalar” ixtisasları üzrə üç magistratura proqramının inkişaf göstəriciləri, tədris prosesinin cari vəziyyəti və tələbə qəbulu planları müzakirə olunub.
ℹ️ Həmçinin proqramların davamlı inkişafı, əməkdaşlıq müqaviləsinə təklif olunan dəyişikliklər və akademik əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
🔗Ətraflı dp.edu.az saytında. | 195 |
| 9 | 🎓Sevindirici xəbər!
Dövlət Proqramı təqaüdçüsü Nuranə Məmmədova Oksford Universitetində müəllim kimi fəaliyyətə başlayıb.
Beynəlxalq münasibətlər ixtisas sahəsi üzrə doktorantura təhsilinin ikinci ilində olan təqaüdçümüz təhsilini davam etdirməklə yanaşı, Oksford Universitetinin “Qlobal idarəetmə və diplomatiya” (MSc in Global Governance and Diplomacy) magistraturaproqramının müəllim heyətində yer alacaq.
📚 O, proqram çərçivəsində qlobal idarəetmə və diplomatiya üzrə təməl fənlərin tədrisində və magistrantların akademik hazırlığında iştirak edəcək.
🏛️ Nuranə həmçinin Oksford Universitetində üzvü olduğu kollecin köməkçi dekanı (Junior Dean) vəzifəsinə seçilib.
🌍 Təhsil aldığı müddətdə beynəlxalq akademik mühitdə qazandığı tədris, tədqiqat və idarəetmə təcrübəsi onun gələcəkdə Azərbaycana qayıdaraq ölkəmizin elm və təhsil sahəsinə töhfə verməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Təqaüdçümüzü təbrik edir, akademik və peşəkar fəaliyyətində yeni uğurlar arzulayırıq! | 211 |
| 10 | 🎓 Dövlət Proqramı İdarəetmə Qrupunun təşkilatçılığı ilə beynəlxalq ikili diplom proqramlarının icrası üzrə strateji və maliyyə məsələlərinə həsr olunmuş görüş keçirilib.
📌 Görüşdə Dövlət Neft Fondunun və yerli ali təhsil müəssisələrinin nümayəndələri ilə proqramların maliyyələşdirilməsi, idarə olunması və tərəflər arasında əməkdaşlıq məsələləri müzakirə edilib.
📑 Həmçinin maliyyə prosedurlarına dair təlimat kitabçası təqdim olunub, iştirakçıların sualları cavablandırılıb və irəli sürülən təkliflər ətrafında fikir mübadiləsi aparılıb.
🔗Ətraflı dp.edu.az saytında. | 185 |
| 11 | 🌏🏛️ Dünyanın aparıcı universitetləri ilə əməkdaşlığımızı genişləndirməyə davam edirik!
Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbər heyəti 🇬🇧Birləşmiş Krallıq, 🇺🇸ABŞ və 🇨🇳Çinin nüfuzlu universitetlərinin nümayəndələri ilə görüşlər keçirib.
🎓 Görüşlərdə “University of Warwick”, “University of Birmingham”, “University of Manchester”, “University of Chicago” və “Hong Kong Polytechnic University” ilə əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub.
📌 Əsas müzakirə mövzuları:
✅ Dövlət Proqramının prioritet ixtisas sahələri üzrə universitetlərin tədris imkanlarının və akademik potensialının dəyərləndirilməsi;
✅ Azərbaycan və xarici ali təhsil müəssisələri arasında uzunmüddətli akademik tərəfdaşlıqların qurulması;
✅ Təqaüdçülərin akademik fəaliyyətinin izlənilməsi və tələbələrə dəstək mexanizmlərinin gücləndirilməsi;
✅ Dövlət Proqramı məzunlarının beynəlxalq akademik və peşəkar təşəbbüslərə cəlb olunması.
🔗Ətraflı dp.edu.az saytında. | 219 |
| 12 | 🎓 ADNSU ilə Vorvik Universiteti arasında “Bərpa olunan enerji mənbələri” ixtisaslaşması üzrə həyata keçirilən İkili Diplom Proqramının Rəhbər Komitəsinin 6-cı görüşü baş tutub.
📌 Görüşdə əvvəlki qərarların icrası, maliyyə və hesabatlılıq məsələləri, eləcə də proqramdan məzunolma planı müzakirə edilib.
✅Proqramın davamlılığı, gələcək qəbullar və universitetlər arasında əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
🔗Ətraflı dp.edu.az saytında. | 195 |
| 13 | 🎓Dövlət Proqramı məzunları üçün karyera sərgisi keçirilib!
Sərgi Elm və Təhsil Nazirliyinin nəzdində Dövlət Proqramı İdarəetmə Qrupu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə baş tutub.
📌 Sərgidə:
✅ 150-dən çox Dövlət Proqramı məzunu iştirak edib;
✅ 40-dan çox dövlət və özəl qurum nümayəndəsi 150-dən çox vakansiya ilə yer alıb;
✅ Məzunlar işəgötürənlərlə birbaşa ünsiyyət qurmaq, CV-lərini təqdim edib və mövcud karyera imkanlarını müzakirə etmək fürsəti qazanıblar.
🔗Ətraflı dp.edu.az saytında. | 254 |
| 14 | 18 Oktyabr — Müstəqilliyin Bərpası Günü münasibətilə xalqımızı ürəkdən təbrik edir, ölkəmizə davamlı inkişaf və tərəqqi arzulayırıq. Müstəqilliyimiz əbədi olsun! | 218 |
| 15 | ✈️ Dövlət Proqramı İdarəetmə Qrupu ilə “Azərbaycan Hava Yolları” (AZAL) arasında Dövlət Proqramı təqaüdçüləri üçün daha əlverişli səfər şərtlərinin təmin edilməsi imkanları nəzərdən keçirilib.
📌 Müzakirələr aşağıdakı məsələləri əhatə edib:
🔻 Xüsusi korporativ tariflərin və endirimlərin tətbiqi;
🛄 Əlavə baqaj imkanlarının təmin olunması;
🎟️ Aviabiletlərin dəyişdirilməsi və ləğvi zamanı daha çevik şərtlərin yaradılması;
✅ Digər mümkün güzəştlərin nəzərdən keçirilməsi.
🔗 Ətraflı dp.edu.az saytında. | 261 |
| 16 | 📣 Dövlət Proqramı məzunlarının nəzərinə!
Dövlət Proqramı İdarəetmə Qrupu və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə sizi yeni karyera imkanlarını kəşf etməyə və məzun icmamızla bir araya gəlməyə dəvət edirik.
💼 Sərgidə dövlət və özəl sektorun təmsilçisi olan ümumilikdə 35 qurum 200-dən çox vakansiya ilə iştirak edəcək. İşəgötürənlərlə birbaşa əlaqə qurmaq və mövcud imkanlarla tanış olmaq üçün bizə qoşulun!
📅 Tarix: 19 oktyabr
Əziz məzunlarımız, yeni iş imkanları və karyera fürsətləri sizi gözləyir!
📌Qeyd: Tədbirdə iştirak üçün məzunların onlara göndərilən qeydiyyat formunu doldurmaları xahiş olunur.
#xaricdətəhsil #dövlətproqramı | 221 |
| 17 | Koç Universiteti ilə əməkdaşlığımızı genişləndiririk!
Universitetin nümayəndələri ilə akademik tərəfdaşlığın inkişaf etdirilməsi üzrə görüş keçirdik.
Görüşün gündəliyinə daxil olan istiqamətlər:
🎓Koç Universiteti və Azərbaycanın ali təhsil müəssisələri arasında ikili diplom proqramlarının yaradılması;
🎯 Dövlət Proqramının 15 prioritet ixtisas istiqamətinə uyğun olaraq sözügedən universitet üzrə namizədlərin seçim imkanlarının genişləndirilməsi;
📊 Təqaüdçülərin akademik göstəricilərinin izlənilməsi və monitorinqin təkmilləşdirilməsi;
🤝 Məzunların birgə akademik və peşəkar layihələrdə iştirakının təşviqi.
🔗 Ətraflı dp.edu.az saytında. | 234 |
| 18 | 📢🇬🇧Londonda təhsil alan Dövlət Proqramı təqaüdçülərinin nəzərinə!
🎓 Məzun olduqdan sonra beynəlxalq konsaltinq sahəsində karyera qurmaq istəyirsiniz?
“Boston Consulting Group” (BCG) şirkəti ilə sizi London ofisində keçiriləcək “BCG UK International: Meet Our Global Offices” tədbirinə dəvət edirik.
💼 Tədbirdə BCG-nin iş mühiti və komandanın çalışdığı layihələrlə tanış ola, müxtəlif ofislərin nümayəndələri və işə qəbul üzrə mütəxəssisləri ilə görüşə bilərsiniz. Həmçinin işə qəbul prosesi barədə praktiki tövsiyələr almaq və şəbəkələşmək imkanınız olacaq.
📌 Yerlər məhduddur. Müraciətlər seçim əsasında qiymətləndiriləcək və seçilmiş namizədlərə qeydiyyat müddəti bitdikdən sonra təsdiq ismarıcı göndəriləcək.
📅 Tarix və saat: 16 oktyabr, saat 18:30
📍 Məkan: BCG-nin London ofisi
🔗 Qeydiyyat linki: https://bcg.eightfold.ai/events/candidate/landing?plannedEventId=5erDljmAk | 289 |
| 19 | Yeni bir mövzunu anlamağımıza, maraqlarımızı kəşf etməyimizə və təhsil seçimlərimizə müəllimlərimiz çox vaxt düşündüyümüzdən daha çox təsir edir.
Dövlət Proqramı məzunları arasında bu gün universitetlərdə və digər təhsil müəssisələrində müəllim kimi çalışan gənclər də var. Onların xaricdə qazandıqları bilik və təcrübəni tələbələri ilə bölüşməsi bizim üçün ayrıca sevincdir.
5 Oktyabr — Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri, o cümlədən hazırda müəllim kimi yolunu davam etdirən məzunlarımızı təbrik edirik. | 335 |
| 20 | Qazaxıstan səfərimiz çərçivəsində ölkənin Milli Ali Təhsilin İnkişafı Mərkəzinin rəhbərliyi ilə görüşərək təcrübə mübadiləsi apardıq!
Görüşdə:
🔹 Qazaxıstanın QS top 400 siyahısına daxil olan aparıcı universitetlərinin təcrübəsi;
🔹 Süni intellekt və yüksək texnologiyalar üzrə yeni tədris proqramları;
🔹 Xarici universitet filialları ilə ikili diplom və tərəfdaşlıq modelləri müzakirə olundu.
Milli insan kapitalımızın inkişafı üçün qurduğumuz beynəlxalq əməkdaşlıqların coğrafiyasını genişləndiririk!
🔗Ətraflı dp.edu.az saytında. | 364 |
