1 776
订阅者
-124 小时
-47 天
-1130 天
帖子存档
1 776
📢DİQQƏT! Vakansiya❗️
Vəzifə: Proqram iştirakçılar ilə iş üzrə kordinator
İş öhdəlikləri:
• Dövlət Proqramına aid elektron poçt ünvanlarının izlənilməsi və müvafiq olaraq cavablandırılması;
• Elektron sistem və elektron portal üzərindən Dövlət Proqramına ünvanlanan müraciətlərin cavablandırılması;
• Dövlət Proqramına müraciət olunan və proqram adından göndərilən məktubların qeydiyyatının həyata keçirilməsi;
• Kargüzarlıqla bağlı digər fəaliyyətlərin həyata keçirilməsi;
• Dövlət Proqramı İdarəetmə Qrupuna qoşulan yeni əməkdaşların əmək şəraitinin qurulmasında dəstək göstərilməsi;
• İşə qəbul dair məsələlərdə dəstək göstərilməsi;
• Dövlət Proqramı İdarəetmə Qrupuna sorğu əsasında daxil olan aylıq, rüblük, yarımillik, illik hesabatların hazırlanmasında dəstək göstərilməsi;
• Dövlət Proqramına müraciətlər üzrə müsahibələrin təşkilində dəstək göstərilməsi;
• Dövlət Proqramına dair tədbirlərin təşkilində dəstək göstərilməsi;
• Rəhbər tərəfindən verilən digər aidiyyəti tapşırıqların yerinə yetirilməsi.
1 776
Bu gün Novruzun ikinci çərşənbəsi - OD çərşənbəsidir🔥
OD çərşənbəniz mübarək.
#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #novruz #suçərşənbəsi
1 776
📢 03 mart 2025-ci il tarixində “2022-2028 Dövlət Proqramı” çərçivəsində xaricdə təhsilə dair növbəti onlayn məlumat sessiyası keçiriləcək.
ℹ️ Qeyd edək ki, sessiya zamanı “2022-2028 Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil ilə bağlı izləyiciləri maraqlandıran suallar cavablandırılacaq.
✅ Vebinar Microsoft Teams platforması üzərindən həyata keçiriləcək və yalnız qeydiyyatdan keçən şəxslərə görüş linki göndəriləcək.
✍🏻Məlumat sessiyasına dair detallar:
Mövzu: "2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil
Saat: 16:00
➡️ QEYDİYYAT LİNKİ
Diqqət! Qeydiyyat üçün son tarix 02.03.2025, saat 17:00. (vebinarın keçiriləcəyi gündən bir gün öncə başa çatır)
#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #görüş #məlumatsessiyası
1 776
📚 Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova İctimai TV-nin "Sabahın xeyir, Azərbaycan!" verlişində qonaq olub.
https://www.youtube.com/watch?v=Vj4oVyYt4gU
1 776
📢 28 fevral 2025-ci il tarixində “2022-2028 Dövlət Proqramı” çərçivəsində xaricdə təhsilə dair onlayn məlumat sessiyası həyata keçiriləcək.
ℹ️ Qeyd edək ki, sessiya zamanı “2022-2028 Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil ilə bağlı izləyiciləri maraqlandıran suallar cavablandırılacaq.
✅ Vebinar Microsoft Teams platforması üzərindən həyata keçiriləcək və yalnız qeydiyyatdan keçən şəxslərə görüş linki göndəriləcək.
✍🏻Məlumat sessiyasına dair detallar:
Mövzu: "2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil
Saat: 16:00
➡️ QEYDİYYAT LİNKİ
Diqqət! Qeydiyyat üçün son tarix 27.02.2025, saat 17:00. (vebinarın keçiriləcəyi gündən bir gün öncə başa çatır)
#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #görüş #məlumatsessiyası
1 776
Xocalı soyqırımının törədilməsindən 33 il ötür...🥀
Bu gün "Əsrin faciəsi" adını alan Xocalı soyqırımının 33-cü ili tamamlanır.
Qanlı tariximizi unutmadıq və heç vaxt unutmarıq. Xalqımız 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyan amansız cinayəti otuz üç ildir ki, qəlbində daşıyır.
Günahsız qurbanların əziz xatirəsini ehtiramla yad edirik!
1 776
📚✍🏻 2025/2026-cı tədris ili üzrə də mədəniyyət və incəsənət ixtisas sahəsi üzrə aşağıda qeyd olunan xarici ali təhsil müəssisələrinin birindən qəbul almaqla “2022-2028 Dövlət Proqramı”na müraciət etmək mümkündür:
🇬🇧Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı:
- Guildhall School of Music and Drama
- Royal Academy of Music
- Royal College of Music
- Royal Conservatoire of Scotland (Formerly Royal Scottish Academy of Music and Drama)
🇺🇸Amerika Birləşmiş Ştatları:
- Curtis Institute of Music
- The Juilliard School
- Manhattan School Of Music
🇫🇷 Fransa Respublikası:
- Conservatoire National Supérieur De Musique Et De Danse De Paris (CNSMDP)
🇦🇹 Avstriya Respublikası:
- Universität Für Musik und Darstellende Kunst Wien
🇷🇺 Rusiya Federasiyası:
- Moscow State Conservatory P. I. Tchaikovsky
🇳🇴 Norveç Krallığı:
- Norwegian Academy of Music
🇮🇹 İtaliya Respublikası:
- The Academy - Accademia Teatro Alla Scala
1 776
💧Bu gün Novruzun ilk çərşənbəsi - Su çərşənbəsidir
Novruzun ilk çərşənbəsi olan Su çərşənbəniz mübarək.
#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #novruz #suçərşənbəsi
1 776
📢 24 fevral 2025-ci il tarixində “2022-2028 Dövlət Proqramı” çərçivəsində xaricdə təhsilə dair onlayn məlumat sessiyası həyata keçiriləcək.
ℹ️ Qeyd edək ki, sessiya zamanı “2022-2028 Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil ilə bağlı izləyiciləri maraqlandıran suallar cavablandırılacaq.
✅ Vebinar Microsoft Teams platforması üzərindən həyata keçiriləcək və yalnız qeydiyyatdan keçən şəxslərə görüş linki göndəriləcək.
✍🏻Məlumat sessiyasına dair detallar:
Mövzu: "2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil
Saat: 16:00
➡️ QEYDİYYAT LİNKİ
Diqqət! Qeydiyyat üçün son tarix 21.02.2025, saat 17:00.
#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #görüş #məlumatsessiyası
1 776
+6
📚🗓 Dövlət Proqramı İdarəetmə Qrupunun nümayəndələri SABAH qruplarının (SABAH groups) tələbələri ilə görüş keçirib
Dövlət Proqramı İdarəetmə Qrupu tərəfindən 2025/2026-cı tədris ili üzrə “2022-2028 Dövlət Proqramı” çərçivəsində xaricdə təhsilinin təşviq edilməsi, tələbələr arasında geniş maariflənmə işinin aparılması məqsədilə gənclərlə silsilə görüşlərə start verilib.
Belə görüşlərdən biri də 19.02.2025-ci il tarixində, SABAH qruplarının tələbələri ilə keçirilib. Görüş çərçivəsində gənclərə Dövlət Proqramı çərçivəsində xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları, proqrama qəbul şərtləri və mərhələləri barədə ətraflı məlumat verilib.
➡️ DAHA ƏTRAFLI
1 776
+3
✍🏻📚 Bakı Dövlət Universiteti (BDU) və İsrailin Yerusəlim İbrani Universiteti (HUJI) arasında “Biotexnologiya” ixtisaslaşması üzrə həyata keçirilən beynəlxalq ikili diplom proqramının idarəedilməsini təmin edən Rəhbər Komitənin növbəti görüşü baş tutub.
👉🏻 ƏTRAFLI
1 776
📚🎙 Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova Təhsil TV-də "Elmin içindən" podkast layihəsinin qonağı olub.
https://youtu.be/_ARYR_Egj9I
1 776
Əziz tələbələr və məzunlar!
Dövlət Proqramı İdarəetmə Qrupu ilə uğurlu karyeraya başlamaq üçün ilk addım atmağa hazırsınız❓
✅Məqsədimiz karyera qurmaq arzusunda olan tələbələrə müəssisənin müxtəlif struktur bölmələrinin işlərində yaxından iştirak edərək, təcrübə qazanmaq imkanı yaratmaqdır.
Təcrübəniz müddətində siz komanda işi ilə tanış olacaq, təhsil sahəsində təcrübə qazanacaq və təcrübəli əməkdaşlarla birlikdə çalışaraq enerji dolu layihələrdə iştirak edəcəksiniz.
3 ay müddətində davam edəcək könüllü təcrübə proqramının sonunda sizlərə tövsiyə məktubu təqdim olunacaq.
Namizədlərdən CV-lərini “Könüllü” başlığı ilə Nuray.Ashrafli@edu.gov.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Son müraciət tarixi🗓
15 fevral, 2025-ci il
1 776
Gənclər cəmiyyətin gələcəyini formalaşdıran ən vacib qüvvədir.
2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə bütün gənclərimizi təbrik edirik!🇦🇿
#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #2fevral #gənclərgünü
1 776
📚✍🏻🎥 BMU - İNHA İkili Diplom Proqramı tələbələrinin hazırladıqları "Zəngəzur" PUA-sı ilə bağlı xüsusi reportaj
https://www.youtube.com/watch?v=Qwm5cVVnOSQ
1 776
📚✍🏻 "2019-2023 Dövlət Proqramı" çərçivəsində Türkiyə Respublikasının “Istanbul University" ali təhsil müəssisəsində humanitar və sosial istiqaməti üzrə doktorantura təhsili alan Əbülfəz Sadıxzadənin müəllifi olduğu "Kesin Hükmün Olumlu Etkisi" kitabı nəşr olunub.
👉🏻 DAHA ƏTRAFLI
1 776
📚🅰️ Dövlət Proqramı iştirakçısı Zərinə Məcidova yaz və payız semestrlərini yüksək göstəricilərlə (“A/A”) başa vurmuşdur.
Bundan əlavə, Proqram iştirakçısı akademik fəaliyyətinə görə “Margrit Mondavi” mükafatına layiq görülüb.
Proqram iştirakçımızı təbrik edir, uğurlarının daimi olmasını arzu edirik.
👉🏻DAHA ƏTRAFLI
1 776
✍🏻 Dövlət Proqramı məzunu yeni vəzifəyə təyin olunub.
"2022-2028-ci illər üçün Dövlət Proqramı"nın məzunu, Uppsala Universitetində “Külək enerjisi layihələrinin idarə edilməsi” ixtisası üzrə magistratura səviyyəsində təhsili almış Fəqan Abdurəhmanov, Azərbaycan Respublikası Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Direktor müavini vəzifəsinə təyin olunub.
Dövlət Proqramı məzunumuzu təbrik edir, uğurlarının daimi olmasını arzu edirik!
#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #karyerauğuru
1 776
🅰️📚 Dövlət Proqramı iştirakçısı Cəlil Hüseynov payız semestrini yüksək göstəricilərlə (“A”) başa vurmuşdur.
Qeyd edək ki, Cəlil Hüseynov "2022-2028 Dövlət Proqramı" çərçivəsində Sinqapur Respublikasının "National University of Singapore" ali təhsil müəssisəsində Kompüter elmləri" ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alır.
Proqram iştirakçımızı təbrik edir, uğurlarının daimi olmasını arzu edirik.
#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #akademikuğur
1 776
🥀Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 35 il ötür.
Faciənin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edirik! 🌺
#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #20yanvar #qanlıyanvarfaciəsi #35il
