en
Feedback
Sumqayıt 24

Sumqayıt 24

Open in Telegram

📈 Analytical overview of Telegram channel Sumqayıt 24

Channel Sumqayıt 24 (@sumqayit24_az) in the Azerbaijani language segment is an active participant. Currently, the community unites 14 444 subscribers, ranking 14 687 in the News & Media category and 314 in the Azerbaijan region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 14 444 subscribers.

According to the latest data from 16 June, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by -167 over the last 30 days and by -16 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 6.42%. Within the first 24 hours after publication, content typically collects 5.16% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 927 views. Within the first day, a publication typically gains 745 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 7.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
Sayt: https://sumqayit24.az/ Instagram: www.instagram.com/sumqayit24.az/ Facebook: www.facebook.com/sumqayit24 TikTok: https://www.tiktok.com/@sumqayit24.az Youtube: www.youtube.com/@Sumqayıt24 Bizimlə əlaqə: https://t.me/sumqayit_24

Thanks to the high frequency of updates (latest data received on 17 June, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the News & Media category.

14 444
Subscribers
-1624 hours
-357 days
-16730 days
Posts Archive
Regionlarda 65 yaşı tamam olan həkimlərin işləməsinə icazə veriləcək Bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən
Regionlarda 65 yaşı tamam olan həkimlərin işləməsinə icazə veriləcək Bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında “Psixiatriya yardımı haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı komitə sədri Əhliman Əmiraslanov deyib. “Bu gün həkim çatışmazlığı var. Regionlarda həkim çatışmazlığı problemini dəfələrlə qaldırmışıq, müzakirə etmişik. Həm geniş dinləmələr keçirilib, həm də aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə məhdud tərkibdə görüşlər təşkil olunub. Əminəm ki, artıq aparılan islahatlar öz nəticəsini verəcək. Artıq Tibb Universitetini bitirən, rezidentura təhsili almamış həkimlər Təkmilləşdirmə İnstitutu vasitəsilə regionlara göndəriləcək. Digər problem isə 65 yaşı tamam olan həkimlərin təqaüdə göndərilməsi məsələsidir. Bu gün həmin məsələyə baxılır. Regionlarda 65 yaşı tamam olan həkimlərin peşə fəaliyyətini davam etdirməsinə şərait yaradılacaq. Bu istiqamətdə ciddi iş aparılır”, – deyə komitə sədri qeyd edib. Mənbə: Operativmedia.аz @sumqayit24_az

Prezident İlham Əliyev səhiyyə işçilərini təltif edib - SİYAHI @sumqayit24_az
Prezident İlham Əliyev səhiyyə işçilərini təltif edib - SİYAHI @sumqayit24_az

👏🏼Sumqayıtlı şagird İsveçdə biliyi ilə fərqlənib İsveçdə keçirilən Avropa Fizika Olimpiadasında (EuPhO) Sumqayıt məktəblilə
👏🏼Sumqayıtlı şagird İsveçdə biliyi ilə fərqlənib İsveçdə keçirilən Avropa Fizika Olimpiadasında (EuPhO) Sumqayıt məktəbliləri uğurlu çıxış ediblər. Sumqayit24.az xəbər verir ki, yarışda ölkəmizi təmsil edən Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın 11-ci sinif şagirdi Bəxtiyar Ağayev bürünc medal qazanıb. Sumqayıt şəhər Nizami Gəncəvi adına Texniki və təbiət elmləri liseyinin 11-ci sinif şagirdi Zeynəb Məhəmmədli isə yarışda fəal iştirakı ilə yadda qalıb. Qeyd edək ki, 2018-ci ildən keçirilən və bu il 41 ölkədən 200 şagirdin qatıldığı Avropa Fizika Olimpiadası qitənin ən nüfuzlu fizika müsabiqələrindən biri hesab olunur. @sumqayit24_az

Sumqayıtda qəsəbələrdən birini kanalizasiya suları basıb Sumqayit24.az-a daxil olan məlumata görə, Kimyaçılar qəsəbəsi, 2 nömrəli yataqxananın ərazisində kanalizasiya sistemində nasazlıq yaranıb. Sakinlərin sözlərinə əsasən, nəticədə bir aydır ki, ərazini çirkab sular basıb. Qeyd edək ki, məsələ ilə bağlı müvafiq quruma sorğu ünvanlanıb. Sumqayit24.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat xidmətindən bildirilib ki, qeyd olunan ünvanda 2 gün əvvəl Sumqayıt Sukanal İdarəsinin əməkdaşları tərəfindən kanalizasiya tutulması açılıb. “Kanalizasiya tutulmasının səbəbi əhalinin xətlərə müxtəlif məişət tullantılarını atmaları olub. Belə halların baş verməməsi üçün sakinlərdən xahiş olunur ki, şəbəkəyə tullantı suyundan kənar əşyalar, məişət tullantıları (pampers, can dəsmalı, yağ, salfet və s.) atmasınlar”, - deyə qurum bildirib. @sumqayit24_az

⚡️Magistraturaya qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə nəticələri elan olunub. Bu barədə
⚡️Magistraturaya qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə nəticələri elan olunub. Bu barədə DİM-dən məlumat verilib. İmtahan nəticələri ilə buradan tanış ola bilərsiniz. Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. Qeyd edək ki, yekun imtahan balı xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 4 həftə ərzində təqdim olunacaq. Xatırladaq ki, iştirakçılar qapalı və kodlaşdırıla bilən tapşırıqlar üzrə ən çox 95, esse üzrə isə 5 bal toplaya bilərlər. İmtahan iştirakçılarının nəticələrlə bağlı apellyasiya müraciətlərinə yekun imtahan balı elan olunduqdan sonra imkan yaradılacaq. @sumqayit24_az

🔴⚠️Bakı-Sumqayıt yolunda 17 yaşlı qızın ölümünə səbəb olan QƏZANIN GÖRÜNTÜLƏRİ @sumqayit24_az

Müəllimini güllələməkdə təqsirləndirilən yeniyetmə ev dustaqlığına buraxılmayıb 🔗ƏTRAFLI @sumqayit24_az
Müəllimini güllələməkdə təqsirləndirilən yeniyetmə ev dustaqlığına buraxılmayıb 🔗ƏTRAFLI @sumqayit24_az

🏊🏼‍♂️Sumqayıtda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçiriləcək Yarış Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK
🏊🏼‍♂️Sumqayıtda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçiriləcək Yarış Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə iyunun 18-də Sumqayıt Paralimpiya İdman Kompleksində baş tutacaq. Burada 30-a yaxın paraüzgüçü 9 kateqoriya üzrə qüvvəsini sınayacaq. Yarışın keçirilməsində əsas məqsəd əlilliyi olan şəxslərin idmana cəlb olunmasını təşviq etmək, onların idman bacarıqlarının inkişafını dəstəkləmək, həmçinin gələcəkdə Azərbaycanı beynəlxalq yarışlarda uğurla təmsil edəcək yeni paraüzgüçülər nəslinin formalaşdırılmasına töhfə verməkdir. İlk dəfə təşkil olunacaq paraüzgüçülük üzrə ölkə çempionatı milli komandanın potensial üzvlərinin müəyyənləşdirilməsi, yeni istedadların üzə çıxarılması və bu idman növü üzrə ehtiyat idmançı bazasının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. @sumqayit24_az

📚Bu gündən dövlət ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi çərçivəsində bir sıra mərhələlərə start verilir.
📚Bu gündən dövlət ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi çərçivəsində bir sıra mərhələlərə start verilir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) verilən məlumata görə, 17 iyun saat 11:00-dan 25 iyun saat 18:00-dək rus bölməsi üzrə prioritet hüququ olan uşaqlar üçün prioritet əsasında məktəb seçimi, prioritet hüququ olmayan uşaqlar üçün isə müsabiqəyə qəbul prosesi həyata keçiriləcək. Bununla yanaşı, 17 iyun saat 11:00-dan etibarən dövlət ümumi təhsil müəssisələrinin tədrisi digər dillərdə aparılan I siniflərinə qəbul məqsədilə müsahibədən uğurla keçən uşaqların valideynləri məktəb və müəllim seçimi ilə bağlı sorğularını yerləşdirə biləcəklər. Həmçinin 17 iyun saat 11:00-dan 17 iyul saat 11:00-dək Abşeron rayonu, Bakı, Sumqayıt, Gəncə və Naxçıvan şəhərində üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrində prioritet əsasında məktəb və müəllim seçimi aparılacaq. Eyni zamanda, 17 iyun saat 11:00-dan 25 iyun saat 18:00-dək Bakı Avropa Liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbinin rus bölməsi üzrə I siniflərinə qəbul üçün müsabiqəyə qeydiyyat da açıq olacaq. @sumqayit24_az

⚡️Xəzərdə zəlzələ olub Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlu
⚡️Xəzərdə zəlzələ olub Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Qeyd edilib ki, 3,5 maqnitudalı yeraltı təkan yerli vaxtla 11:53-də, 18 km dərinlikdə baş verib. @sumqayit24_az

🔴Xəzərə axıdılan tullantılar ödənişli olacaq Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin tətbiq e
🔴Xəzərə axıdılan tullantılar ödənişli olacaq Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin tətbiq edilməsinə 2026-cı il sentyabr ayının 1-dən başlanılacaq. Bu barədə Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidməti məlumat yayıb. Bildirilib ki, bu obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı məsələlər adından məlum olduğu kimi hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən texniki qurğu və avadanlıq tətbiq etməklə su obyektlərindən suyun götürülməsi, tullantı sularının təmizlənərək su obyektlərinə axıdılması və su akvatoriyasından istifadə olunması ilə əlaqədardır. Suyun götürülməsi zamanı su obyektindən və götürülmə məqsədindən asılı olaraq məbləğlər müxtəlifdir. Belə ki, sənaye məqsədilə Xəzər dənizindən götürülən 100 m3 suya görə 0.4 manat, çay və göllərdən götürülən 100 m3 suya görə 4 manat, yeraltı sulardan götürülən 100 m3 suya görə 40 manat müəyyənləşdirilib. Xəzər dənizinə axıdılan 100 m3 tullantı suyu üçün 1 manat, çay və göllərə axıdılan 100 m3 tullantı suyu üçün 4 manat nəzərdə tutulur. @sumqayit24_az

📢Sumqayıtda partlayış səsləri duya bilərsiniz - XƏBƏRDARLIQ Pirəkəşküldə 17-19 iyun tarixlərində istismar müddəti başa çatmı
📢Sumqayıtda partlayış səsləri duya bilərsiniz - XƏBƏRDARLIQ Pirəkəşküldə 17-19 iyun tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv ediləcək. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, məhvetmə prosesi Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda həyata keçiriləcək. "Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda vurğulanıb. Qeyd edək ki, həmin poliqonda döyüş sursatlarının məhvi zamanı partlayış səsləri Sumqayıtda da eşidilir. @sumqayit24_az

“Sumqayıt” akademiya direktoru ilə vidalaşır “Sumqayıt” Futbol Akademiyasının direktoru, almaniyalı mütəxəssis Hakan Sünalla
“Sumqayıt” akademiya direktoru ilə vidalaşır “Sumqayıt” Futbol Akademiyasının direktoru, almaniyalı mütəxəssis Hakan Sünalla növbəti mövsüm üçün əməkdaşlıq barəsində razılaşma əldə olunmayıb. Bu barədə komandanın mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, klub rəhbərliyi ilə təcrübəli mütəxəssis arasında baş tutan görüşdə ona “Sumqayıt” FK-ya göstərdiyi xidmətlərə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb. Qeyd edək ki, 2019-cu ildən “Sumqayıt” Futbol Akademiyasına rəhbərlik edən Hakan Sünalla mövcud anlaşma bu ayın sonunda başa çatacaq. @sumqayit24_az

Qəzada həyatını itirən Zəhranın atası: “Onu motosikldən uzaqlaşdıra bilməməyim ən böyük səhvimdir” Bakı-Sumqayıt avtomobil yo
Qəzada həyatını itirən Zəhranın atası: “Onu motosikldən uzaqlaşdıra bilməməyim ən böyük səhvimdir” Bakı-Sumqayıt avtomobil yolunda baş verən və 17 yaşlı Zəhranın ölümü ilə nəticələnən qəzada həyatını itirən yeniyetmənin atası, tanınmış vəkil Fərhad Mehdiyev paylaşım edib. Sumqayit24.az xəbər verir ki, o, qızının ölümünə səbəb olan amillərdən birinin yolda nasaz vəziyyətdə dayanmış avtomobil olduğunu bildirib. Onun sözlərinə görə, həmin avtomobil yolun sol tərəfində dayandığından və sağ zolaq da dolu olduğundan motosiklet sürücüsünün manevr etmək imkanı olmayıb. Fərhad Mehdiyev hadisənin digər səbəbi kimi qızının motosiklet idarə etməsini göstərib. “Onu motosikldən uzaqlaşdıra bilməməyim həyatda ən böyük uğursuzluq və səhv olaraq qəlbimə yazılacaq”, – deyə o qeyd edib. Xatırladaq ki, qəza ötən gün Riyad Ticarət Mərkəzinin yaxınlığında baş verib. “Mercedes-Benz” markalı avtomobillə motosikletin toqquşması nəticəsində 17 yaşlı Zəhra Mehdiyeva həyatını itirib. @sumqayit24_az

🚢Sumqayıtın itirilmiş simvolu: “Titanik”in hekayəsi @sumqayit24_az

‼️Bakı-Sumqayıt yolundakı faciənin qurbanı hüquqşünasın qızı olub Bakı-Sumqayıt avtomobil yolunda ölümlə nəticələnən yol-nəql
‼️Bakı-Sumqayıt yolundakı faciənin qurbanı hüquqşünasın qızı olub Bakı-Sumqayıt avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı yeni təfərrüatlar məlum olub. Sumqayit24.az xəbər verir ki, Riyad Ticarət Mərkəzinin qarşısında baş verən qəzada həyatını itirən motosiklet sürücüsünün tanınmış hüquqşünas Fərhad Mehdiyevin qızı olduğu müəyyənləşib. Məlumata görə, gənc qızın idarə etdiyi motosiklet “Mercedes-Benz” markalı avtomobillə toqquşub. Qəza nəticəsində ağır xəsarətlər alan motosikletçinin həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, hadisə zamanı hüquqşünas mediasiya prosesində olub. Faktla bağlı araşdırma aparılır. @sumqayit24_az

Günün əsas xəbərləri:  - Sumqayıtda tanınmış mehmanxananın ərazisi xarabalığa çevrilib.  - Sumqayıtda bu idarənin baş mühasibi vəfat etdi.  - Sumqayıtda "33 nömrə"nin yolu asfaltlanır.  - Sumqayıt şəhəri ərazisində yeni zibil qutuları quraşdırılıb.  - Sumqayıtda yeni quraşdırılan yelləncəyi yararsız hala saldılar.  - Sumqayıtda məktəb yaxınlığında müəmmalı yanğınlar narahatlıq yaradıb.  - Sumqayıt şəhəri, Kotec qəsəbəsində kanalizasiya sisteminin yenilənməsi işləri uzun müddətdir davam edir.  @sumqayit24_az

❗️SDU tələbəsi “İlin Ən Yaxşı Aparıcısı” seçilib Sumqayit24.az xəbər verir ki, Sumqayıt Dövlət Universitetinin Filologiya fak
+3
❗️SDU tələbəsi “İlin Ən Yaxşı Aparıcısı” seçilib Sumqayit24.az xəbər verir ki, Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin IV kurs tələbəsi, eyni zamanda SDU “Natiqlik” klubunun sədri Murad Hümbətov “İlin Ən Yaxşı Aparıcısı” mükafatına layiq görülüb. Murad Hümbətov bu mükafata il ərzində ölkə daxilində keçirilən müxtəlif tədbir, forum və konfranslarda aparıcı qismində fəal iştirakına görə layiq görülüb. @sumqayit24_az

⚠️Bakı-Sumqayıt avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sumqayit24.az xəbər verir ki, qəza Riyad Ticarət Mərkəzinin qarşısında qeydə alınıb. İlkin məlumata görə, motosiklet qadını vurub. Hadisə nəticəsində qadın həyatını itirib. Əraziyə polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. @sumqayit24_az

Sumqayıt Sənaye Parkı üçün yeni ayrılmış 29,63 hektar ərazidə infrastrukturun yaradılması ilə əlaqədar hazırlıqlara başlanılı
Sumqayıt Sənaye Parkı üçün yeni ayrılmış 29,63 hektar ərazidə infrastrukturun yaradılması ilə əlaqədar hazırlıqlara başlanılıb. İlkin mərhələdə layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı hazırlıqlara start verilib. Qeyd edək ki, dövlət mülkiyyətinə aid həmin 29,63 hektar (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin istifadəsində olan 26,86 hektar və həmin torpaq sahəsinə bitişik 2,77 hektar) torpaq sahəsi icarə yolu ilə İqtisadi Zonaların İnkişafı Agentliyinin istifadəsinə verilib. Mənbə: İqtisadiyyat.аz @sumqayit24_az

Sumqayıt 24 - Statistics & analytics of Telegram channel @sumqayit24_az