ar
Feedback
Sumqayıt 24

Sumqayıt 24

الذهاب إلى القناة على Telegram

📈 نظرة تحليلية على قناة تيليجرام Sumqayıt 24

تُعد قناة Sumqayıt 24 (@sumqayit24_az) في القطاع اللغوي الأذربيجانية لاعباً نشطاً. يضم المجتمع حالياً 14 327 مشتركاً، محتلاً المرتبة 14 520 في فئة الأخبار والوسائط والمرتبة 305 في منطقة أذربيجان.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 14 327 مشتركاً.

بحسب آخر البيانات بتاريخ 10 يوليو, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار -151، وفي آخر 24 ساعة بمقدار -1، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 6.36‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 5.32‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 912 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 763 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 8.

📝 الوصف وسياسة المحتوى

يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
Sayt: https://sumqayit24.az/ Instagram: www.instagram.com/sumqayit24.az/ Facebook: www.facebook.com/sumqayit24 TikTok: https://www.tiktok.com/@sumqayit24.az Youtube: www.youtube.com/@Sumqayıt24 Bizimlə əlaqə: https://t.me/sumqayit_24

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 11 يوليو, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة الأخبار والوسائط.

14 327
المشتركون
-124 ساعات
-427 أيام
-15130 أيام
أرشيف المشاركات
Tovuz döyüşlərindən 6 il ötür. Ətraflı Sumqayit24.az saytında Yeni "Instagram" hesabımız @sumqayit24_az
Tovuz döyüşlərindən 6 il ötür. Ətraflı Sumqayit24.az saytında Yeni "Instagram" hesabımız @sumqayit24_az

Günün əsas xəbərləri: - Çimərliyə hazırlaşan sumqayıtlılara XƏBƏRDARLIQ.  - Sumqayıtda "Opel" qadını vurdu, sonra isə "Toyota"nı əzdi.  - "Sumqayıt" Avropa klubları arasında BU YERİ tutur.  - Sumqayıt yolunda maşın avtobusa ÇIRPILIB.  - Sumqayıtlı aktrisa: "Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram".  - Sumqayıtda iki ay əvvəl açılan parkın son vəziyyəti.  - Sumqayıtda sakinlərə pulsuz su paylanıldı - AKSİYA.  Yeni "Instagram" hesabımız @sumqayit24_az

⚠️ Sumqayıtda avtomobilin vurduğu piyadanın vəziyyəti AĞIRDIR Sumqayıtda piyadavurma hadisəsində yaralanan qadının vəziyyəti ağırdır. Hadisə piyada keçidində dayanaraq piyadaya yol verən "Opel" markalı avtomobilə arxadan gələn "Toyota"nın çırpılması nəticəsində baş verib. Zərbədən "Opel" piyada keçidindən keçən qadını vurub. TƏBİB-in məlumatına əsasən, 1972-ci il təvəllüdlü qadın müştərək travmalarla xəstəxanaya yerləşdirilib, reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir. Mənbə: Oxu.аz Yeni "Instagram" hesabımız @sumqayit24_az

Dünən 11,7 ton çətənə kolu məhv edildi Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 10-da ümumi çəkisi 3
Dünən 11,7 ton çətənə kolu məhv edildi Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 10-da ümumi çəkisi 36 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2 kiloqrama yaxın heroin, 33 kiloqramdan artıq marixuana, 400 qrama yaxın metamfetamin olub. Bundan başqa, iyulun 10-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yabanı halda bitmiş 11 ton 770 kiloqram çəkidə 22487 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib. Yeni "Instagram" hesabımız @sumqayit24_az

Sumqayıtı Milli Məclisdə təmsil edən deputatlar Elnarə Akimova və Tahir Mirkişili son parlament seçkilərində kimə səs verdikl
Sumqayıtı Milli Məclisdə təmsil edən deputatlar Elnarə Akimova və Tahir Mirkişili son parlament seçkilərində kimə səs verdiklərini açıqlayıblar. Araşdırmaya əsasən, 46 saylı Sumqayıt beşinci seçki dairəsinin deputatı Elnarə Akimova hazırda yaşadığı ərazinin 44 saylı Sumqayıt üçüncü seçki dairəsinin deputatı Mehriban Vəliyeva tərəfindən təmsil olunduğunu bildirib. O, 2024-cü ildə keçirilən parlament seçkilərində məhz Mehriban Vəliyevaya səs verdiyini deyib. 43 saylı Sumqayıt ikinci seçki dairəsinin deputatı Tahir Mirkişili isə qeydiyyatda Qubadlı rayonunda olduğu üçün səsvermədə 120 saylı Cəbrayıl–Qubadlı seçki dairəsində iştirak etdiyini bildirib. Deputatın sözlərinə görə, həm 2020, həm də 2024-cü il parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi Ceyhun Məmmədova səs verib. Mənbə: Modern.аz Yeni "Instagram" hesabımız @sumqayit24_az

İyulun 12-də çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb. Sumqayit24.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbə
İyulun 12-də çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb. Sumqayit24.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, şimal-qərb küləyi gündüz arabir güclənəcək. Dəniz suyunun temperaturu Sumqayıt və Novxanıda 24-25 dərəcə isti təşkil edəcək. Yeni "Instagram" hesabımız @sumqayit24_az

Sumqayıt şəhərinin sahil zolağında təmizlik aksiyası həyata keçirilib. Sumqayıt Şəhər Bulvar İdarəsinin əməkdaşları damba ətrafında əraziyə atılmış plastik butulkaları, paketləri və digər məişət tullantılarını toplayaraq ərazini təmizləyiblər. Bildirilib ki, vətəndaşların tullantıları ətrafa atmaması üçün artıq "priçal" kimi tanınan ərazidə hər 15–20 metrdən bir zibil qutuları quraşdırılıb. Sakinlərdən və şəhər qonaqlarından tullantıları məhz həmin qutulara ataraq sahilin təmiz saxlanılmasına töhfə vermələri xahiş olunur. Video: Şəmistan Fikrətli Yeni "Instagram" hesabımız @sumqayit24_az

Sumqayıtda “Opel” qadını vurdu, sonra isə “Toyota”nı əzdi Sumqayıt şəhəri Heydər Əliyev prospektində qəza qeydə alınıb. Məlum
Sumqayıtda “Opel” qadını vurdu, sonra isə “Toyota”nı əzdi Sumqayıt şəhəri Heydər Əliyev prospektində qəza qeydə alınıb. Məlumata görə, "Opel Astra" markalı, 90-TJ-149 dövlət nömrə nişanlı avtomobil qarşısına çıxan qadını vurub. Daha sonra isə sürücü avtomobili geriyə doğru hərəkət etdirərək "Toyota Land Cruiser" markalı 90-SM-205 dövlət nömrə nişanlı avtomobili əzib. İlkin məlumata görə, baş hissəsindən xəsarət alan piyada dərhal xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Mənbə: Oxu.аz Yeni "Instagram" hesabımız @sumqayit24_az

“Sumqayıt” Avropa klubları arasında BU YERİ tutur UEFA-nın yenilənmiş klub reytinqi açıqlanıb. Son beş mövsümün nəticələri əs
“Sumqayıt” Avropa klubları arasında BU YERİ tutur UEFA-nın yenilənmiş klub reytinqi açıqlanıb. Son beş mövsümün nəticələri əsasında tərtib olunan siyahıda Azərbaycan təmsilçiləri arasında ən aşağı pillələrdən birində “Sumqayıt” futbol klubu qərarlaşıb. Klub 1,500 əmsalla 309-cu yeri tutub. “Sumqayıt” yalnız 310-cu pillədə qərarlaşan “Qəbələ”ni qabaqlayır. Azərbaycan klubları arasında ən yüksək mövqedə “Qarabağ” (59-cu yer, 33,750 əmsal) qərarlaşıb. Sonrakı pillələrdə isə “Sabah” (215-ci yer), “Zirə” (226-cı yer), “Neftçi” (304-cü yer) və “Araz-Naxçıvan” (308-ci yer) yer alıb. Qeyd edək ki, UEFA klub reytinqi son beş mövsümdə avrokuboklarda göstərilən nəticələr əsasında hesablanır və komandaların gələcək püşkatmalarda səbətini müəyyənləşdirən əsas göstəricilərdən biridir. Yeni "Instagram" hesabımız @sumqayit24_az

Sumqayıt şəhəri, Koroğlu prospektinin 8-ci mikrorayondan keçən hissəsində yerləşən yeni tikili binadan mənzil alan şəxslər uz
Sumqayıt şəhəri, Koroğlu prospektinin 8-ci mikrorayondan keçən hissəsində yerləşən yeni tikili binadan mənzil alan şəxslər uzun müddətdir ki, ciddi problemlərlə üzləşirlər. Buradakı binalardan birində mənzil alan 90-dan çox ailə illərdir öz evlərinə köçə bilmir. Vətəndaşların sözlərinə görə, yaşayış binası tikinti şirkəti (MTK) tərəfindən tam başa çatdırılmadan təhvil verilib. Binada lift və qaz xətləri yoxdur, dam örtüyü isə quraşdırılmayıb. "Vəziyyət çox təhlükəlidir. Beş və səkkiz yaşlarında iki nəvəm var. Biri məktəbə, digəri isə bağçaya gedir. Pilləkənlərin kənarları açıq olduğu üçün onlar sərbəst hərəkət edə bilmirlər. Bir hadisə baş versə, kim cavab verəcək?!" - deyə onlardan biri söyləyib. Məsələ ilə bağlı İcra Hakimiyyətindən bildirilib ki, sakinlərin müraciətləri nəzarətə götürülüb: "Problemin həlli məqsədilə MTK rəhbərliyi ilə görüş keçirilib və vətəndaşların qaldırdığı məsələlərin həlli istiqamətində zəruri tapşırıqlar verilib". Mənbə: Baku TV Yeni "Instagram" hesabımız @sumqayit24_az

Sumqayıtın hava proqnozu Sumqayıtın sabaha olan hava proqnozu açıqlanıb. Sumqayit24.az Milli Hidrometeorologiya Xidmətinə ist
Sumqayıtın hava proqnozu Sumqayıtın sabaha olan hava proqnozu açıqlanıb. Sumqayit24.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, iyulun 12-də hava şəraiti əsasən yağmursuz olacaq. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.  Temperatur gecə 20-25°, gündüz 30-34° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 70-80%, gündüz 50-55% təşkil edəcək. Yeni "Instagram" hesabımız @sumqayit24_az

Sumqayıt yolunda maşın avtobusa ÇIRPILIB Bakı-Sumqayıt yolunda qəza baş verib. Məlumata görə, hadisə yolun Abşeron Rayon Mərk
Sumqayıt yolunda maşın avtobusa ÇIRPILIB Bakı-Sumqayıt yolunda qəza baş verib. Məlumata görə, hadisə yolun Abşeron Rayon Mərkəzi Xəstəxanasının qarşısından keçən hissəsində qeydə alınıb. Belə ki, minik avtomobili arxadan avtobusa çırpılıb. Xəsarət alanların olub-olmaması açıqlanmayıb. Mənbə: Unikal.az Yeni "Instagram" hesabımız @sumqayit24_az

Əməkdar artist Dilarə Əliyeva şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib. Sumqayıtlı aktrisa "İki başlı" proqramında he
Əməkdar artist Dilarə Əliyeva şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib. Sumqayıtlı aktrisa "İki başlı" proqramında heç vaxt avtomobil idarə etmədiyini deyib. O, sürücü ilə hərəkət etməyi sevdiyini bildirib: "Ömrümdə maşın sürməmişəm. Sürə də bilmirəm. Bir dəfə filmdə Fərda Xudaverdiyev və Nicat Rəhimovla çəkiliş zamanı maşın sürdüyüm səhnə var idi. Maşın gedirdi, qarşıdan da avtomobillər gəlirdi. Maşının sahibinin rəngi ağardı. Fərda tez əlini atdı. Həm qorxuram, həm də mənə maraqlı deyil. Xidməti sevirəm. Burada saxlamaq olmaz, orada düş, hündürdabanla gəl, o tərəfə get... Nəyimə lazımdır?". Aktrisa ev işlərinə çox vaxt ayırmadığını da qeyd edib. O, uzun müddətdir mətbəxə girmədiyini və alış-veriş etmədiyini söyləyib: "Çoxdandır mətbəxə girmirəm. Vaxtım yoxdur. İnanın ki, saçımı daramağa belə vaxt tapmıram. Ancaq salonda saçımı fenlətdirirəm. Bazarlıq da etmirəm. Sürücümüz var, bütün hər şeyi o alır. Artıq 20 ildən çoxdur bazarlığı edir". Yeni "Instagram" hesabımız @sumqayit24_az

Heydər Əliyev Sarayında keçirilən "SABAH-ın Məzunu 2026" tədbiri Sumqayıt Dövlət Universiteti (SDU) üçün əlamətdar olub. Sumq
Heydər Əliyev Sarayında keçirilən "SABAH-ın Məzunu 2026" tədbiri Sumqayıt Dövlət Universiteti (SDU) üçün əlamətdar olub.  Sumqayit24.az xəbər verir ki, bu il universitet tarixində ilk dəfə olaraq SABAH qruplarının tələbələri təhsillərini başa vuraraq məzun adını qazanıblar. Tədbirdə iştirak edən SDU-nun rektoru, professor Nurəli Yusifbəyli universitetin ilk SABAH məzunlarına diplomlarını təqdim edib, onları bu tarixi nailiyyət münasibətilə təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Rektor sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, ilk SABAH məzunları yalnız təhsillərini uğurla başa vuran gənclər deyil, həm də universitetdə SABAH təhsil modelinin ilk nümayəndələri kimi SDU-nun tarixinə öz adlarını yazdırıblar. Yeni "Instagram" hesabımız @sumqayit24_az

Axtarışda olan 83 nəfər saxlanılıb İyulun 10-da ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin a
Axtarışda olan 83 nəfər saxlanılıb İyulun 10-da ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 83, o cümlədən borclu şəxs qismində axtarışda olan 65 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. ⁠Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib. ⁠⁠Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb. Yeni "Instagram" hesabımız @sumqayit24_az

Sumqayıt şəhərində cəmi iki ay əvvəl istifadəyə verilən Bələdiyyə parkı artıq baxımsız vəziyyətə düşüb. Bu barədə Sumqayit24.az-a müraciət edən vətəndaş məlumat verib. Onun sözlərinə görə, may ayının əvvəlində Yaşıldərə yaşayış massivində açılışı keçirilən parkda quraşdırılan uşaq yelləncəklərinin bir qismi qırılıb, bəziləri isə qırılmaq üzrədir. Sakin bildirir ki, park avadanlıqlarının bu vəziyyətə düşməsinin əsas səbəbi onlardan düzgün istifadə olunmamasıdır: "Yelləncəkləri elə bil “yeyirlər”.  Qeyd edək ki, Bələdiyyə parkının ümumi sahəsi 3 min kvadratmetr təşkil edir. Parkda uşaqlar üçün 475 kvadratmetr ərazidə oyun və əyləncə zonası yaradılıb. Sakinlər parkın təhlükəsizliyinin təmin olunması, zədələnmiş avadanlıqların təmir edilməsi və ictimai əmlaka qarşı məsuliyyətli davranılması üçün aidiyyəti qurumların tədbir görməsini xahiş edirlər. Yeni "Instagram" hesabımız @sumqayit24_az

Sumqayıt şəhərində isti hava şəraiti ilə əlaqədar maarifləndirmə aksiyası təşkil olunub. Bildirilib ki, AzQAC-ın təşəbbüsü il
Sumqayıt şəhərində isti hava şəraiti ilə əlaqədar maarifləndirmə aksiyası təşkil olunub. Bildirilib ki, AzQAC-ın təşəbbüsü ilə şəhərin mərkəzi məkanlarından və əhalinin sıxlıq təşkil etdiyi “Nizami meydanı”nda keçirilən aksiya çərçivəsində sakinlərə yüksək temperaturun sağlamlığa təsiri, günvurma və susuzlaşma riskləri barədə məlumat verilib. Tədbir zamanı vətəndaşlara birbaşa günəş şüaları altında uzun müddət qalmamaq, kölgəlik ərazilərə üstünlük vermək və gün ərzində kifayət qədər su qəbul etmək tövsiyə olunub. Xüsusilə uşaqlar, yaşlılar və açıq havada çalışan şəxslərin isti havalarda daha diqqətli olmalarının vacibliyi vurğulanıb. Aksiya çərçivəsində sakinlərə 800 ədəd su və 800 maarifləndirici buklet paylanılıb. Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş Qərargahı, Sumqayıt Regional Mərkəzi və Sumqayıt Şəhər Bölməsinin əməkdaşları və könüllüləri (ümumi 50 nəfər) iştirak ediblər. Yeni "Instagram" hesabımız @sumqayit24_az

🏖İyulun 11-də çimərliklərdə gözlənilən hava şəraiti Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt və Novxanı çimərliklərində 24-25 dərəcə isti təşkil edəcək. Yeni "Instagram" hesabımız @sumqayit24_az

💸Azərbaycanda orta aylıq əməkhaqqı 1200 manata yaxın olub Bu ilin yanvar-may aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1 175 manat təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,3% çoxdur. Xatırladaq ki, yanvar-aprel aylarının yekununda ölkədə orta maaş 6,5 % artmışdı. Yeni "Instagram" hesabımız @sumqayit24_az

Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binalarının tikintisi ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub. Məlumatıta görə, söhbət 15-ci məhəllə ərazisində, 1 saylı ASAN xidmət mərkəzinin arxası, Avtovağzalla üzbəüz yerləşən 46/9 saylı 9 mərtəbəli binanın qarşısında aparılan tikinti işlərindən gedir. Həmin binada yaşayan sakinlər bildiriblər ki, sözügedən ünvanda icra olunan “Sumqayıt bağları” yaşayış kompleksi layihəsi çərçivəsində üç ədəd 16 mərtəbəli binanın səs-küylü inşası vətəndaşların ictimai asayişini və rahatlığını tamamilə pozub. İddiaya görə, gecə saatlarında da davam edən tikinti prosesində işçilər yüksək səslə iş görür, kran və ağırtonnajlı yük avtomobillərinin səs-küyü insanları yatmağa qoymur. Hətta, tikinti sahəsində elementar təhlükəsizlik tədbirlərinin görülmədiyi də iddia edilir: “Göydən armatur yağır, daş tökülür. Hər hansı bir təhlükəsizlik tədbiri görülməyib. Bu isə birbaşa binada yaşayanların həyatına təhlükədir. Heç kim öz evində rahat və təhlükəsiz yaşaya bilmir”, – deyə vəziyyətdən narazı sakin bildirib. Bununla yanaşı tikinti işləri zamanı 9 mərtəbəli binanın həyətinin zəbt edilməsi sakinləri parklanma problemi ilə də üz-üzə qoyub. Vətəndaşlar məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına rəsmi şəkildə müraciət etdiklərini desələr də, tikinti şirkəti mövcud qanunauyğunsuzluqlara və şikayətlərə məhəl qoymadan fəaliyyətini eyni tempdə davam etdirir. Mənbə: Patrul.аz Yeni "Instagram" hesabımız @sumqayit24_az