Ormilitarism
Open in Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
Show more7 138
Subscribers
-224 hours
-97 days
-7830 days
Posts Archive
7 138
Tayvan mümkün Çin işğalı və ya blokadasına qarşı Sahil Mühafizə Qüvvələrini daha güclü hərbi dəstək qüvvəsinə çevirir.
Sahil mühafizəsinə məxsus gəmilər gəmiəleyhinə raketlərlə təchiz edilir və donanma ilə birgə təlimlər keçir. Son təlimlərdə Çinin Tayvana desant hücumu və adanın dəniz blokadası ssenariləri də imitasiya olunub.
Məqsəd mümkün müharibə zamanı Sahil Mühafizəsinin təkcə sərhəd və təhlükəsizlik funksiyalarını deyil, həm də hərbi əməliyyatlara dəstək verməsini təmin etməkdir.
7 138
Şimali Koreya oğurlanmış şəxsiyyət məlumatları, süni intellekt və ABŞ-dakı vasitəçilərin köməyi ilə minlərlə IT əməkdaşını gizli şəkildə Amerika şirkətlərində işə yerləşdirib.
Bu şəxslər işə qəbul zamanı saxta CV hazırlamaq, müsahibə suallarına cavab vermək və hətta görünüşlərini dəyişdirmək üçün süni intellektdən istifadə edirlər.
Məlumata görə, bəzi əməkdaşlar ildə 300 min dollara qədər qazanır. Qazancın 90%-ə qədəri isə Şimali Koreyaya göndərilir.
ABŞ rəsmilərinin və ekspertlərin hesablamalarına görə, bu sxem Şimali Koreyaya ildə 800 milyon dollara qədər gəlir gətirə bilər. Əldə olunan vəsaitin Pxenyanın nüvə və raket proqramları da daxil olmaqla silah proqramlarını maliyyələşdirmək üçün istifadə oluna biləcəyi bildirilir.
7 138
Ukraynanın SBU-su bildirir ki, F-16 və Mirage 2000 qırıcılarının yerləşdiyi Ukrayna hərbi aerodromları barədə kəşfiyyat məlumatları toplayan, 14 nəfərdən ibarət Rusiya Baş Kəşfiyyat İdarəsinə (QRU/GRU) bağlı agent şəbəkəsi ifşa edilərək zərərsizləşdirilib.
Şəbəkə təyyarələrin, hərbi personalın və aerodromların fotoşəkillərini çəkib, həmçinin təyyarələrin havaya qalxma və enmə vaxtlarını izləyib. İddialara görə, toplanan məlumatlar Rusiya kəşfiyyatına ötürülüb.
Şübhəlilərdən bir neçəsi, o cümlədən Ukrayna hərbçisi saxlanılıb.
7 138
RIMPAC 2026 təlimi zamanı Havay adaları yaxınlığında keçirilən təlimdə istismardan çıxarılmış USS Peleliu (LHA-5) gəmisinə sualtı qayıqdan buraxılan iki Harpoon raketi ilə zərbə endirilib.
Təxminən 40000 tonluq gəmi həmçinin İspaniya, Yaponiya və digər müttəfiq qüvvələrin silahlarından, eləcə də kamikadze tipli ABŞ istehsalı pilotsuz suüstü qayıqdan (USV) zərbələr alıb.
Bu, ABŞ-ın SINKEX təlimlərində kamikadze USV-dən ilk dəfə istifadə olunmasıdır.
7 138
+3
Ukraynanın SBU-nun “Alfa” xüsusi təyinatlı bölməsi MICH 2000 adlı uzaqmənzilli zərbə PUA-sından istifadə etməyə başlayıb. Çin istehsalı olan bir model əsasında hazırlanmış bu dronun uçuş məsafəsi 600~2000 kilometrdir.
Hazırda MICH 2000 təxminən 85 faiz yerli komponentlər hesabına istehsal olunur və bir ədədinin qiyməti təxminən 48 min dollar təşkil edir.
2024-cü ilin sonlarından etibarən bu PUA-lardan minlərlə ədəd buraxıldığı bildirilir. Təsdiqlənmiş zərbələr arasında Engels-2 aviabazasında Rusiyaya məxsus Tu-95MS strateji bombardmançı təyyarəsinin vurulması da göstərilir.
İstehsal gücünün ildə təxminən 6000 ədəd olduğu qeyd olunur.
7 138
+3
Ukrayna avqustun 11-dən 12-nə keçən gecə Novorossiyskiyə 15-dən çox yerli istehsal silah sistemindən istifadə etməklə genişmiqyaslı və koordinasiyalı zərbə endirib. Hücum zamanı raketlərdən, reaktiv PUA-lardan və dəniz dronlarından istifadə olunub.
“Kalibr” raketlərini daşıya bilən əsas freqatlar “Admiral Makarov” və “Admiral Essen” də daxil olmaqla, bir neçə gəminin zədələndiyi bildirilir.
Həmçinin taxıl terminalları və neft ixracı infrastrukturu da zərbələrə məruz qalıb.
İlkin məlumatlara görə, heç bir gəmi batmayıb.
7 138
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin mayoru Əbülfəzl Heydəri bu gün Sistan və Bəlucistan əyalətinin Zabol şəhərində motosikletlə həyata keçirilən sui-qəsd cəhdində ağır yaralanıb.
7 138
ABŞ və Yaponiya Çinin nadir torpaq elementləri üzərindəki inhisarını zəiflətmək məqsədilə dünyanın ən dərin sualtı mədən layihəsi üzrə planlarını irəlilədiblər.
Layihə Minamitorişima adası yaxınlığında, təxminən 6 kilometr dərinlikdə yerləşən yataqları hədəfləyir.
Buradakı ehtiyatların “əsrlərlə sənaye tələbatını” qarşılaya biləcəyi bildirilir.
Sınaqların 2027–2028-ci illərdə keçirilməsi planlaşdırılır.
7 138
+3
2014-cü ildə Rusiya tərəfə keçən və Ukraynanın yeganə sualtı qayığına komandanlıq etmiş Robert Şageyev işğal altındakı Sevastopolda zibil qutusuna yerləşdirilmiş əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində öldürülüb.
Şageyev Rusiya tərəfə keçdikdən sonra Rusiya Hərbi Dəniz Qüvvələrinin sualtı qayıqlarına komandanlıq edib və Ukraynaya qarşı “Kalibr” raketləri ilə həyata keçirilən zərbələrdə iştirak edib.
.
7 138
ABŞ sentyabrın 30-dək bütün hərbi qüvvələrini İraqdan çıxarmağı planlaşdırır. Bununla da 2003-cü ildəki işğaldan bəri ölkədə davam edən ABŞ hərbi mövcudluğuna son qoyulacaq.
Bu addım İraq təhlükəsizlik qüvvələrinin İŞİD-lə mübarizəyə tam məsuliyyəti öz üzərinə götürməsi fonunda atılıb. Eyni zamanda İraq hökuməti İranın dəstəklədiyi silahlı qruplaşmaların tərksilah edilməsi istiqamətində də təzyiqlərlə üzləşir.
7 138
+7
Ukraynanın Zvook şirkətinin hərəkətdə olan nəqliyyat vasitəsi üzərində passiv akustik erkən xəbərdarlıq sensorlarının sınaqları zamanı çəkilmiş fotolar.
Sınaqlar müəyyən problemlər ilə keçib, lakin həmin problemlərin nədən ibarət olduğu barədə ətraflı məlumat verilməyib.
Şirkətin sensorlarından 2022-ci ildən etibarən ölkə ərazisində yerləşdirilən Sky Fortress sistemində istifadə olunur. Bu sistem pilotsuz uçuş aparatlarını və qanadlı raketləri aşkar etmək üçün nəzərdə tutulub. Sensorlar maşın öyrənməsi alqoritmləri ilə işləyə bilən mik kompüterlərlə təchiz edilib.
Şirkət daha əvvəl real vaxt rejimində hava hədəfinin azimutunu və hərəkət istiqamətini müəyyən edən Zvook Tracking akustik sistemini də nümayiş etdirib. Hazırlanan bəzi modellər akustik sensorların köməyi ilə havadan gələn təhdidin növünü də müəyyən edə bilirlər.
7 138
Kiyev vilayətində 1129-cu zenit-raket alayının tərkibində olan “Osa” zenit-raket kompleksinin atəşi ilə reaktiv “Geran-4” dronunun məhv edilməsi.
Son vaxtlar porşenli mühərriklə təchiz olunmuş kamikadze dronlarının ucuz və effektiv şəkildə vurulması məsələsində inqilabi dəyişiklik yaradan dron-interseptorları reaktiv PUA-larla mübarizə aparmaqda əvvəlki kimi effektiv deyil. Buna görə qarşı tərəf getdikcə daha çox klassik zenit-raket komplekslərinə və aviasiyaya qayıtmalı olur.
7 138
Kiyev vilayətinin Brovarı şəhərindəki anbara reaktiv “Geran-4 seeker zərbəsi.
Belə məsafədə dronla əlaqə yaratmaq üçün siqnalın mesh-modemlər vasitəsilə retranslyasiyasından istifadə olunur.
Ukrayna tərəfinin sözlərinə görə, Belarus ərazisində əlavə avadanlıq olmadan Rusiyanın ərazisindən yayılan siqnal 220 km-ə qədər məsafəni qət edə bilər. Bu məsafə Kiyevin şimal və şərq kənarlarında yerləşən obyektlərin vurulması üçün kifayətdir.
7 138
+9
Yayımlanan peyk görüntülərində son bir ay ərzində Ukrayna Silahlı Qüvvələrinin kamikadze dronlarının zərbələri nəticəsində məhv edilmiş və ciddi zədələnmiş Wildberries anbarları göstərilir:
Voronej — 11 avqust;
Novosemeykino, Samara vilayəti — 2 avqust;
Volqoqrad — 31 iyul;
Sarapul, Udmurtiya — 30 iyul;
Penza — 30 iyul;
Podolsk, Moskva vilayəti — 28 iyul;
Sankt-Peterburq — 24 iyul;
Krasnodar — 22 iyul;
Nevinnomıssk, Stavropol diyarı — 22 iyul;
Elektrostal, Moskva vilayəti — 18 iyul.
7 138
ABŞ İrana yaxın sularda USS Abraham Lincoln aviadaşıyıcısını əvəz etmək üçün USS George Washington (CVN-73) aviadaşıyıcısını göndərir.
Daha əvvəl bildirilmişdi ki, gəmidə əsas təchizat çatışmazlığı var. Ekipaj üzvləri isə qidalanma, su təchizatı və poçtun çatdırılması ilə bağlı problemlərdən şikayət ediblər.
Fotoda Yaxın Şərq istiqamətində hərəkət edərkən Sinqapur boğazında görüntülənən Nimitz sinifli USS George Washington aviadaşıyıcısı, Ticonderoga tipli USS Robert Smalls raket kreyseri və Arleigh Burke sinifli USS Shoup idarəolunan raket esminesi göstərilib.
7 138
ABŞ İranla müharibə zamanı 45 ədəd MQ-9 Reaper PUA-sı itirib.
Bu, müharibədən əvvəlki ümumi parkın təxminən 25%-nə bərabərdir.
Nəşrin ABŞ administrasiyasındakı mənbələrinin sözlərinə görə, bütün PUA-lar İran tərəfindən vurulmayıb. Dronların bir hissəsi operatorla əlaqənin kəsilməsi nəticəsində qəzaya uğrayıb. Qeyd olunmasa da, ehtimal edilir ki, PUA-ların bir hissəsi İranın zərbələri nəticəsində yerdə də məhv edilib.
May ayında ABŞ Konqresi “Epic Fury” əməliyyatının İrana qarşı aktiv mərhələsinin ilk 40 günü ərzində ABŞ aviasiyasının itkiləri barədə hesabat yayımlamışdı. Həmin vaxt itirilənlər arasında 24 ədəd MQ-9 Reaper PUA-sı göstərilmişdi. Görünür, qarşıdurmanın sonrakı 4 aylıq daha az intensiv mərhələsində ABŞ demək olar ki, eyni sayda da dron itirib.
Hazırda ABŞ-da “Reaper”lərin əvəzlənməsi üçün CCA proqramı çərçivəsində hazırlanmış YFQ-44A və YFQ-42A pilotsuz uçuş aparatları fəal şəkildə sınaqdan keçirilir. Lakin müsabiqənin qalibi ilə bağlı yekun qərar hələ qəbul edilməyib
7 138
Polşa ordusu kvadrokopterdən döyüş maşınlarının açıq lyuklarına qumbara atma üsulunu məşq edib.
Anlamaq lazımdır ki, bu texnologiya belə artıq köhnədə qalıb.
7 138
Yəni yeni Starlink V5 terminalları ölçü, çəki və enerji sərfiyyatı baxımından əvvəlki standart terminallardan xeyli kiçik və yüngüldür. Bu xüsusiyyətlərinə görə onlar Starlink Mini terminallarına daha çox bənzəyir.
Nəticədə, belə terminalları PUA və pilotsuz qayıq kimi platformalara yerləşdirmək əvvəlkindən daha asan olur. Terminal daha az yer tutur və daha yüngül olduğu üçün platformaya əlavə yük daha az düşür. Enerji sərfiyyatının azalması isə portativ batareya və enerji stansiyalarının daha uzun müddət işləməsinə imkan verir.
Kiçik ölçülər həmçinin terminalın platformada və ya daşınan sistemlərdə gizlədilməsini asanlaşdırır.
