ru
Feedback
Ormilitarism

Ormilitarism

Открыть в Telegram

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

Больше
7 303
Подписчики
-424 часа
-237 дней
-6730 день
Архив постов
Vladimir Putin isə İrana heç bir silah satmadıqları barədə açıqlama verib.

2023–2024-cü illərdə xarici sifarişçi K-10 (sənədlərdə bu kod adı ilə İran nəzərdə tutulur) “İskra” Maşınqayırma Konstruktor Bürosu Perm Barıt Zavoduna 65DU.S-Ş, 65DU.M-Ş, 65DU.M-V, V-287, 65DU.S-Ş V, 65DU.M-Ş V komponentlərinin istehsalı və tədarükü, həmçinin 65DU.00 məhsulunun yığılması üçün ümumilikdə 120 ədəd sifariş təqdim edib. Zavodun kataloqunda 65DU məhsulu X-38 raketinin komponenti kimi göstərilir. 2023-cü ildə Perm Barıt Zavodu ilə “İskra” arasında R-73 raketinin döyüş başlığı olan Ş-295 “Variant” bloklarının tədarükü üzrə müqavilələr bağlanıb. Ümumilikdə 123 ədəd blok nəzərdə tutulur. “İskra” müəssisəsi 2025–2027-ci illərdə Ş-328, İŞ-328 və V-328 komponentlərinin istehsalı, həmçinin R-77 raketinin mühərrik hissəsinə daxil olan 542.U-00 məhsulunun yığılması ilə bağlı da sifariş verib. Burada ümumi say 42 ədəd təşkil edir. “Radiopribor” zavodu “Svetlana-Elektropribor” müəssisəsinə 2025-ci ildə X-31E raketləri üçün nəzərdə tutulan U505E məhsulunun tərkib hissələri olan RROP-5 və M31102 komponentlərinin istehsalı və tədarükü üçün müraciət edib. Tədarükün rüblük əsasda həyata keçirilməsi planlaşdırılır və ümumi say 42 ədəddir. Bundan əlavə, K-10 sifarişçisi üçün KV-1-72.001 tipli yanacaq yüklərinin 164 ədədlik müqaviləsi barədə də məlumat əldə olunub. Bu məhsulların istehsalının 30 sentyabr 2026-ci ilədək tamamlanması planlaşdırılır.

Ukrayna mənbələrinin müdafiə müəssisələrinin sənədlərinə istinadən verdiyi məlumata görə, Rusiya İrana Su-35 qırıcıları üçün
Ukrayna mənbələrinin müdafiə müəssisələrinin sənədlərinə istinadən verdiyi məlumata görə, Rusiya İrana Su-35 qırıcıları üçün ən azı 327 ədəd “hava-hava” və “hava-yer” tipli raket satıb. Keçən ilin dekabrında yayılan sızdırılmış sənədlərə əsasən, İran Rusiyadan 2025–2027-ci illər ərzində təhvil verilməsi planlaşdırılan 16 ədəd Su-35 qırıcısı sifariş edib. Sənədlərə görə aşağıdakı komponentlər sifariş olunub:

Sınaqlar zamanı Ukrayna dron operatorları Vantor şirkətindən 15 dəqiqə fərqlə peyk görüntüləri əldə ediblər. Bu sınaqlar son
+1
Sınaqlar zamanı Ukrayna dron operatorları Vantor şirkətindən 15 dəqiqə fərqlə peyk görüntüləri əldə ediblər. Bu sınaqlar son altı ay ərzində Amerikanın Vantor və Persistent Systems şirkətləri, Niderlandın Bravo1Alpha şirkəti və Ukraynanın “Bureviy” müdafiə müəssisəsi arasında əməkdaşlıq çərçivəsində aparılır. Vantor tərəfindən təqdim olunan görüntülər Kiyevdə mərkəzləşdirilmiş yoxlamadan yan keçərək birbaşa döyüşçülərin cihazlarına ötürülür. Əvvəllər bu yoxlama prosesi məlumatın cəbhəyə çatmasını bir neçə saat, hətta günlərlə gecikdirə bilirdi. Vantorun 10 peykdən ibarət sistemi gündə 7 milyon kvadrat kilometr ərazini əhatə edir və planetin istənilən nöqtəsini sutkada 12–15 dəfə çəkə bilir. Bu görüntülərdə obyektlərin koordinat dəqiqliyi 5 metrə qədərdir ki, Ukrayna hərbçilərinin sözlərinə görə, bu da dron zərbələri üçün kifayət edir.

Qüllənin yan tərəflərində “Kornet” tank əleyhinə raket kompleksinin buraxılış qurğuları ilə təchiz olunmuş BMP-3-ün yeni modi
Qüllənin yan tərəflərində “Kornet” tank əleyhinə raket kompleksinin buraxılış qurğuları ilə təchiz olunmuş BMP-3-ün yeni modifikasiyası. 100 mm-lik topun özü də tank əleyhinə raketlər buraxa bilir. Rusların bu dəyişikliyinin məqsədini demək çətindir.

Eyni tipdə cavabı ruslar da verməyə başladı. Amma bu Rusiya kimi bir dövlət üçün cılız bir hərəkətdir. Rusiya Silahlı Qüvvələ
+3
Eyni tipdə cavabı ruslar da verməyə başladı. Amma bu Rusiya kimi bir dövlət üçün cılız bir hərəkətdir. Rusiya Silahlı Qüvvələri Sumı ilə Xarkov arasındakı N12 və R-46 magistrallarının müəyyən hissələrinə zərbələr endirməyə başlayıb. Yayılan görüntülərə əsasən, zərbələr yük avtomobillərinə dəyib.

SMD-lər topsuz daha çox raketli versiyalardır. Görəsən ruslar bu sistemlərin raketlərini geriyə necə yükləməyi düşünürlər.

Moskvadakı yüksək binaların damına Pantsir yüklənməsi davam edir.

2 iyun tarixində İsveçin Linçöping şəhərində yerləşən müəssisəsində JAS-39F Gripen qırıcı təyyarəsinin ilk iki yerlik versiya
2 iyun tarixində İsveçin Linçöping şəhərində yerləşən müəssisəsində JAS-39F Gripen qırıcı təyyarəsinin ilk iki yerlik versiyası təqdim olunub. Bu, Gripen NG nəsilinin ilk iki yerlik təyyarəsidir. 4000 bort nömrəli təyyarə Braziliya Hərbi Hava Qüvvələri üçün nəzərdə tutulub və hələ uçuş sınaqlarına başlamayıb. Braziliya JAS-39F iki yerlik modifikasiyasının ilk sifarişçisi olub. O 2014-cü ildə 28 ədəd bir yerlik JAS-39E ilə birlikdə 8 ədəd iki yerlik təyyarə sifariş edib. Onlardan 11 ədəd JAS-39E artıq təhvil verilib. Bundan əvvəl İsveç Hərbi Hava Qüvvələri Gripen NG proqramı çərçivəsində yalnız bir yerlik JAS-39E variantında 60 təyyarə sifariş etmişdi. İndi isə iki yerlik JAS-39F versiyası daxil olmaqla əlavə sifariş imkanını da nəzərdən keçirir. Hazırda Tayland və Kolumbiya Hərbi Hava Qüvvələri üçün də əlavə olaraq 4 ədəd iki yerlik JAS-39F sifariş edilib.

+8
Üç gündən sonra dünən, Ukraynanın kamikadze dronları yenidən Sankt-Peterburqdakı obyektlərə hücum edir. Leninqrad vilayəti üzərində artıq 72 PUA vurulub. Ukrayna artıq Peterburga gedən istiqaməti bir dəfə yoxlayaraq test edib deyə , bu istiqamətdə tez-tez hücum edə bilir.

R-150 və R-280 “Novorossiya” magistrallarında artıq DZR, Zaporojye və Xerson vilayəti, eləcə də Krım istiqamətində müntəzəm v
+2
R-150 və R-280 “Novorossiya” magistrallarında artıq DZR, Zaporojye və Xerson vilayəti, eləcə də Krım istiqamətində müntəzəm və qeyri-müntəzəm sərnişin daşımalarına məhdudiyyət tətbiq olunub. LXR rəhbəri Leonid Paseçnikin fərmanına əsasən, 6 iyundan etibarən regionun Təhsil və Elm Nazirliyinin tədbirləri istisna olmaqla, LXR ərazisində avtomobil nəqliyyatı ilə uşaq qruplarının daşınması qadağan edilir. Həmçinin bütün şəhərətrafı qatarların hərəkəti dayandırılır. Yalnız daxili avtobus reysləri fəaliyyət göstərəcək. Bundan əlavə, təhlükəsizlik məqsədilə yerli sakinlərə R-150 və R-280 magistrallarından istifadə etməmək tövsiyə olunur.

Ukrayna Donetskdəki keçmiş hava limanı ərazisində dron bazasının infrastrukturunun genişləndirilməsi üzrə tikinti işlərinin d
Ukrayna Donetskdəki keçmiş hava limanı ərazisində dron bazasının infrastrukturunun genişləndirilməsi üzrə tikinti işlərinin davam etdiyini qeyd edir. Aprelin sonundan etibarən hava limanının şərq hissəsində dronların saxlanması üçün əlavə 37 qarajın tikintisi tamamlanıb. Bundan əlavə, hava limanının mərkəzi hissəsində hava hücumundan müdafiə sistemləri üçün yeni mövqelərin və təyinatı məlum olmayan tikililərin inşası aparılır (ehtimal ki, bunlar da dronların saxlanması üçündür). 2 iyun tarixinə olan vəziyyətə görə hava limanı ərazisində yerləşir: -dronların saxlanması üçün 130 qaraj -dronlar üçün 4 beton anbar -4 stasionar buraxılış qurğusu Hava limanı ən azı üç dəfə zərbələrə məruz qalıb: -7 mart tarixində ATACMS və Storm Shadow (SCALP-EG) istifadə olunmaqla raket zərbəsi endirilib -14 aprel tarixində Storm Shadow (SCALP-EG) və GBU-39/B aviasiya bombaları ilə raket-bomba zərbəsi endirilib -4 iyun tarixində hava limanı ərazisindəki mobil buraxılış qurğuları kamikadze dronların hücumuna məruz qalıb

Rusiya Hərbi Dəniz Qüvvələrinin Şimal Donanmasının Murmansk vilayətində yerləşən Qadjievo bazasında 667BDRM “Delfin” tipli at
Rusiya Hərbi Dəniz Qüvvələrinin Şimal Donanmasının Murmansk vilayətində yerləşən Qadjievo bazasında 667BDRM “Delfin” tipli atom sualtı qayıqlarında sadə antidron torları quraşdırılıb. Reallıqda isə bu cür yanaşma yalnız pervanələri tora ilişə biləcək FPV-dronlara qarşı müəyyən dərəcədə təsirli ola bilər, lakin Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmilərinə mütəmadi hücum edən daha ağır FP-1/2 kamikadze dronlarına qarşı effektiv deyil.

Loru dildə izah etsək Meteor adi raketlərdən fərqlidir. Ənənəvi raketlərdə mühərrik qısa müddət işləyir, raketi maksimum sürətləndirir və sonra yanacaq bitir. Bundan sonra raket sadəcə sürətini itirə-itirə hədəfə doğru gedir. Bu səbəbdən uzaq məsafədə artıq zəifləyir və manevr edən hədəfi vurmaqda çətinlik çəkir. Meteor isə əvvəlcə kiçik bir sürətləndirici ilə lazımi sürətə çatır. Bundan sonra əsas mühərrik işə düşür. O, uçuş üçün lazım olan oksigeni özü ilə daşımır, havadan götürür. Bu çox üstünlüklərdə raket daha az çəki ilə daha uzun məsafə qət edir, mühərrik daha uzun müddət işləyə bilir İkinci məqam isə bu raketin sabit güclə uçmamasıdır. Onun mühərriki situasiyaya görə gücünü dəyişir: başlanğıcda maksimum güc verir ki, tez sürətlənsin orta mərhələdə gücü azaldır ki, yanacağa qənaət etsin və daha uzağa getsin hədəfə yaxınlaşanda yenidən gücü artırır ki, manevr edə bilsin və hədəfi qaçmağa qoymasın Üçüncü məqam yönləndirmədir. Meteor hədəfi tapmaq üçün öz radarından istifadə edir, amma ona uçuş zamanı digər vasitələrdən də yönləndirmə verilə bilər: Raket radioelektron maneələrə qarşı daha davamlıdır. Son məqam döyüş başlığıdır. Təxminən 18 kq partlayıcı daşıyır. Amma əsas məsələ partlayışın vaxtıdır. Raket hədəfə dəyəndə yox, ən optimal nöqtədə partlayır. Bu da təyyarənin ən həssas yerlərinə zərbə vurmağa imkan verir.

Meteor : Bu raketin hazırlanmasına 2001-ci ilin sonunda Avropanın MBDA konsorsiumu tərəfindən başlanılıb. Raket 2016-cı ildə silahlanmaya qəbul edilib. Meteor raketinin əsas xüsusiyyəti bərk yanacaqlı düz axınlı hava-reaktiv mühərrikidir. Klassik hava-hava raketləri buraxılışdan sonra dərhal təxmini Mach 7-yə qədər sürətlənir və sonra yığıdığı sürət imkan verdiyi qədər (adətən Mach 0.8-1-ə qədər) neytral ilə uçur, daha sonra özünü məhv edir. Meteor isə daha aşağı sürətlə sürətlənir (təxminən Mach 4), lakin bu sürəti hədəfə çatana qədər saxlayır. Buna görə də yüksək manevr qabiliyyətini qoruyur.

Meteor hava-hava raketinin Ukrayna Hərbi Hava Qüvvələrinin silahlanmasına qəbul edilməsi gözlənilir.
Meteor hava-hava raketinin Ukrayna Hərbi Hava Qüvvələrinin silahlanmasına qəbul edilməsi gözlənilir.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Hörmüz boğazına doğru buraxılan İranın dörd kamikadze PUA-sını vurmasından bir neçə saat sonra, İran Küveyt və Bəhreynə tərəf yeddi ballistik raket atıb. Hücum dronları bölgədəki dəniz hərəkətliliyinə birbaşa təhdid yaradıb. Cavab olaraq, ABŞ qüvvələri növbəti dəniz hücumlarının qarşısını almaq məqsədilə İranın Qoruk və Qeşm adasındakı sahilyanı müşahidə radar obyektlərinə zərbələr endirib.

CNN xəbər yayıb ki, guya İsrail hərbçiləri İranla müharibə zamanı Azərbaycan ərazisində yerləşərək buradan İrana hücumlar və əməliyyatlar həyata keçiriblər. CNN bu xəbər üçün açıq şəkildə heç bir mənbə və fakt göstərməyib, lakin burada əsas məsələ başqadır. CNN ABŞ-a məxsus media qurumudur və bu xəbərə bəzi irançılarla türklər sorğu-sual etmədən inanıb, Azərbaycanı ittiham edirlər ki, guya İrana qarşı fəaliyyət göstərib. İşin ən maraqlı tərəfi odur ki, eyni CNN “İranda dinc etirazçılar qırılır, İran nüvə silahı əldə edəcək” deyəndə, həmin irançılar və Türkiyədən olan bəzi şəxslər CNN-in yalan danışdığını və Qərb propaqandası yaydığını iddia edirdi. Bəs necə olur ki, sizə sərf edəndə CNN etibarlı mənbə kimi qəbul olunur, sorğu-sualsız inanılır, amma sərf etməyəndə Qərb propaqandası kimi rədd edilir?

"Qoy Zelenski və Putin özləri öz aralarında problemi həll etsin. Bu mövqeyə onları özüm gətirmişəm". - Tramp Tzu

Gəmilər Ukrayna tərəfindən vurulub.
Gəmilər Ukrayna tərəfindən vurulub.

Ormilitarism - Статистика и аналитика Telegram-канала @ormilitarism