Ormilitarism
Open in Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
Show more7 141
Subscribers
+324 hours
-37 days
-6430 days
Posts Archive
7 137
+2
Yəməndəki Səna hava limanına Səudiyyə Ərəbistanının hava zərbələrindən sonra tapılan Storm Shadow qanadlı raketlərinin qalıqları.
Şeyxlər bahalı, bunker dağıdan qanadlı raketlərdən bir neçəsini boş torpağı bombalamaq üçün xərcləyiblər. Husiləri daşıyan təyyarə yenə də başqa bir hava limanına eniş etdi.
7 137
İran və ABŞ arasında davam edən gərginlik
İran Küveytdə yerləşən Patriot hava hücumundan müdafiə sistemlərini hədəfə alıb. Paralel olaraq ABŞ qüvvələri İranın müxtəlif strateji nöqtələrinə zərbələr endirib. Bu zərbələrə İsfahan və Kiş adası daxildir.
ABŞ tərəfindən verilən sərt bəyanatda qeyd olunub ki, İranın nüvə obyektləri harada yerləşməsindən asılı olmayaraq məhv ediləcək.
ABŞ İranı Türkmənistan, Qazaxıstan, Rusiya və Çinlə birləşdirən Qorqan–İnçeh Borun dəmir yolu xəttini dəstəkləyən körpünü vurub. Bununla yanaşı, ölkənin cənub-qərbində yerləşən Məhşəhrdə su nasos stansiyası, Xuzistan əyalətinin Ümidiyyə şəhərində Ağacəri neft-qaz limanı, eləcə də Qeşm adasında su anbarı hədəf alınıb.
Zərbələr İranın mühüm enerji infrastrukturuna da yönəlib. Xarqdan sonra ikinci ən vacib neft terminalı hesab olunan Jask terminalının yerləşdiyi ərazi də hücuma məruz qalıb.
Bundan əlavə, Hörmüz istiqamətində İran və ABŞ donanmaları arasında qarşılıqlı atəş mübadiləsinin baş verdiyi bildirilir.
7 137
Bu hadisə göstərir ki, İran atəşkəs dövründə raket potensialını təkcə say baxımından deyil, texniki dəqiqlik baxımından da inkişaf etdirib. Diqqət çəkən məqam odur ki, İran daha az sayda raket istifadə etsə də, onları daha effektiv və dəqiq tətbiq edir. Vurulan obyektin inşasının üç il davam etdiyi bildirilir.
7 137
İran bu səhər təxminən 1500 km uzaqlıqda yerləşən ABŞ ordusu və İordaniya Hərbi Hava Qüvvələrinə xidmət göstərən operator mərkəzini, həmçinin xüsusi idarəetmə obyektini yüksək dəqiqliklə hədəfə alıb. Məlumata görə, raket birbaşa hədəfə çatıb.
7 137
+4
Fransa prezidenti Emmanuel Makron bildirib ki, Ukrayna SAMP/T zenit-raket kompleksləri üçün Aster-30 raketlərinin, AASM Hammer idarə olunan bombalarının və SCALP-EG qanadlı raketlərinin istehsalı üçün lisenziyalar əldə edib.
Bundan əlavə, Makron qeyd edib ki, Kiyev 2028–2029-cu illərə qədər 16 ədəd Rafale qırıcısı və SAMP/T NG hava hücumundan müdafiə sistemi almağı planlaşdırır.
7 137
Avropanın 10 ölkəsi birlikdə yeni raketdən müdafiə sistemi yaratmaq üçün razılığa gəlib.
Bu ölkələr: Almaniya, Danimarka, İspaniya, İtaliya, Niderland, Norveç, Böyük Britaniya, Ukrayna, Fransa və İsveçdir.
Plan belədir:
– Ukraynanın hazırladığı FP-7 raketi əsas olacaq
– Digər ölkələr radar və vacib texnologiyalar verəcək
– Məqsəd: Patriot sisteminə bənzər, amma daha ucuz Avropa variantı yaratmaq
Bu sistemin təxminən 1 il ərzində hazırlanması hədəflənir.
7 137
Ukraynaya məxsus dəniz pilotsuz aparatı Kinburn burnuna başqa bir yerüstü dron çıxarıb və həmin dron orada pulemyotdan atəş açıb.
Hələlik bu, daha çox sınaq xarakterli və imkanların nümayişi kimi görünür. Tammiqyaslı robotlaşdırılmış desant əməliyyatlarına isə hələ kifayət qədər vaxt var.
Bununla belə, belə təcrübələr gələcəyin müharibəsinin necə görünə biləcəyini göstərir.
7 137
+9
Azov dənizindəki ruslara məxsus tankerlərə, quru yük gəmilərinə və köməkçi gəmilərə zərbələr davam edir.
Hazırda say 110+ dur.
7 137
+2
İranda yerləşən Buşehr AES-ə endirilən zərbə nəticəsində VVER-1000 tipli nüvə reaktorunun yaxınlığında yerləşən bir bina vurulub.
Bundan əlavə, ABŞ tərəfindən AES-dən təxminən 17 km şimal-şərqdə yerləşən uçuş-enmə zolağına və onun üzərindəki obyektlərə bir sıra hava zərbələri endirilib.
7 137
+3
İranda yerləşən Buşehr AES-ə endirilən zərbə nəticəsində VVER-1000 tipli nüvə reaktorunun yaxınlığında yerləşən bir bina vurulub.
Bundan əlavə, ABŞ tərəfindən AES-dən təxminən 17 km şimal-şərqdə yerləşən uçuş-enmə zolağına və onun üzərindəki obyektlərə bir sıra hava zərbələri endirilib.
7 137
+3
İranın Fars körfəzi regionunda ABŞ obyektlərinə endirdiyi zərbələrin aşağı keyfiyyətli peyk görüntülərindəki nəticələri:
İordaniyada yerləşən Şahzadə Həsən adına aviabazada MQ-4C Triton pilotsuz uçuş aparatları üçün nəzərdə tutulmuş anqar vurulub.
Qətərdəki Əl-Udeyd aviabazasında anqarın zədələnməsi.
Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının qərargahı ərazisində yerləşən anbara zərbə.
Küveytdə yerləşən keçmiş BMT bazası ərazisində yanğın baş verməsi. İranın iddiasına görə, ABŞ həmin ərazidən HIMARS sistemləri ilə zərbələr endirirdi.
7 137
Türkiyənin Bayraktar Kızılelma pilotsuz döyüş təyyarəsi ilk dəfə olaraq Roketsan istehsalı olan Jet-230 hipersəs “hava-yer” raketini uğurla sınaqdan keçirib. Təlim zamanı Merzifonda 120 km-dən çox məsafədən dəniz hədəfini vurub.
7 137
ABŞ qüvvələri ilk dəfə döyüş şəraitində dəniz dronlarından istifadə edərək İranın Bəndər-Abbas şəhərində yerləşən hərbi-dəniz texniki xidmət obyektinə zərbə endirib.
7 137
+1
Türkiyə və Misir müdafiə əməkdaşlığı üzrə Niyyət Məktubu imzalayıb. Bu addım illərlə davam edən gərginlikdən sonra Türkiyə–Misir münasibətlərinin istiləşməsində növbəti mərhələ hesab olunur.
7 137
Rusiya cəbhə xəttinə yaxın Zaporojiya vilayətinin Orixove şəhərinə 3 tonluq FAB-3000 bombasının zərbə anını əks etdirən görüntülər yayıb. Təxminən 1,4 ton partlayıcı daşıyan bu ağır idarə olunan bomba, buraxıldıqdan sonra uzaq məsafə qət etməyə imkan verən xüsusi dəst ilə təchiz olunub (UMPK). Hardasa 40 km məsafədən Rusiya təyyarəsi tərəfindən buraxılıb.
7 137
Suriya vətəndaş müharibəsi başlayandan bəri ilk dəfə olaraq Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər Latakiya limanına səfər edib. Türkiyə Müdafiə Nazirliyi bildirib ki, səfər zamanı Donanma komandanı TCG İstanbul gəmisinin göyərtəsində olub.
7 137
Finlandiya Helsinkinin altında təxminən bir milyon insanı qorumağa qadir yeraltı şəhər inşa edib.
Şəhərin altında yerləşən bu geniş şəbəkəyə 5500 sığınacaq daxildir və müharibə və ya nüvə hücumu zamanı əhalinin böyük hissəsini qorumaq üçün nəzərdə tutulub.
Bu məkanların əksəriyyəti gündəlik istifadə üçün idman zalları, oyun meydançaları, üzgüçülük hovuzları və hətta metal musiqi qrupları üçün məşq yerləri kimi fəaliyyət göstərir. Lakin lazım gəldikdə qısa müddətdə fövqəladə sığınacaqlara çevrilə bilir.
7 137
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Ukraynanın pilotsuz aparatlarla sabotaj planının qarşısını aldığını iddia edir. Bildirilir ki, hüquq-mühafizə orqanları 24 ədəd FPV dronu ələ keçirib və onların qaçaqmalçılığı və buraxılışa hazırlanmasında iştirak edən şübhəliləri saxlayıb.
7 137
Yaponiya İkinci Dünya müharibəsindən sonra ilk dəfə olaraq Çin, Rusiya və Şimali Koreyadan gələn artan təhdidlərə qarşı vahid mərkəzləşdirilmiş kəşfiyyat agentliyi yaradır.
ABŞ, Avstraliya və Almaniyanın məsləhətləri ilə qurulan bu qurum kəşfiyyat məlumatlarının paylaşımını, kibertəhlükəsizliyi və əks-kəşfiyyat fəaliyyətlərini gücləndirəcək.
