Ormilitarism
Open in Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
Show more7 141
Subscribers
+324 hours
-37 days
-6430 days
Posts Archive
7 135
Anbarından vurulan gəmi özü rahat bir şəkildə hərəkətini davam etdirib limana yan ala bilər. Mostikindən vurulan gəmi isə heçnə edə bilməz. O artıq üzən bir vannadır və yedəklənməyə möhtacdır.
Bu cür zədə alan gəmi böyük ehtimalla metallomdur.
7 135
İranın “Mahan Air” mülki təyyarəsi Səudiyyə tərəfindən edilən hücum və təhdidlərə baxmayaraq Əl-Hodeyda hava limanına uğurla eniş edib.
7 135
İran yenidən Yəmənə tətbiq olunan blokadanı pozaraq Səna şəhərinə ikinci mülki “Mahan Air” təyyarəsini endirib.
Bu, on illərdir davam edən blokada dövründə Yəmənə enən ikinci təyyarə olub.
7 135
"Ukrayna xalqı işğalla barışmır, mübarizəni davam etdirir. Çətinliklər olub, müxtəlif dairələrdən təzyiq olub amma Ukrayna xalqı ayaqda qalmağa davam edir.
Düşünmürəm ki, Ukrayna xalqının mənim məsləhətimə ehtiyacı var, amma yenə deyirəm işğalla barışmayın".
- Prezident İlham Əliyev
7 135
Ötən gecədən indiyədək ABŞ ilə İran arasında voleybol davam edir. Yəqin ki bu gün Trump yenə X-də paylaşacaq ki, İran ilə danışıqları davam etdirmək gözəldir.
7 135
10 iyun tarixində Çin Xalq Azadlıq Ordusu Donanmasına məxsus iki pilot ön xətt uçuş təlimləri zamanı ayrı-ayrı hadisələrdə həlak olub.
Pekin bu ölümləri rəsmi şəkildə açıqlamayıb və səbəbləri barədə məlumat verməyib. Həmçinin pilotların eyni hadisədə iştirak edib-etmədiyi də məlum deyil.
7 135
Rusiya Ukrayna dronlarında istifadə olunan süni intellekt əsaslı görüntü sistemlərini çaşdırmaq üçün hərbi yük maşınlarını qalın qara-ağ zolaqlarla boyayır.
Bu taktika dronların hədəfləri səhv tanımasına səbəb olur.
Süni intellekt müharibədə daha böyük rol oynadıqca, tərəflər daha ağıllı tanıma sistemləri ilə getdikcə daha mürəkkəb kamuflyaj üsulları arasında bir “silahlanma yarışına” daxil olur.
7 135
O qədər qəribə videodur ki, rusların Yak-B kimi helikopterə nəzərdə tutulmuş silahı əlavə ştativsiz maşına quraşdırmasındanmı yazım, atıcının sport ayaqqabı geyməsindənmi yoxsa arxadakı instruktorun qızğın lüləyə əl dəyib əsəbləşməsindənmi.
7 135
Döyüşçünü xilas edən, soyuqqanlı qərarı, keçdiyi atış təlimi və ən əsası daima nəzarətdə olmasıdır.
7 135
+6
Azov dənizində 30 iyun–11 iyul tarixlərini əhatə edən dövr üzrə gəmilərin toplaşmasını göstərən peyk görüntüləri:
30 iyunda qeydə alınan gəmilərin sayı 90 ədəd olub, növbəti gün isə 98-ə yüksəlib.
6 iyulda Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Qüvvələri tərəfindən Azov dənizində tankerlərə qarşı əməliyyata başlanılıb. Bu, zərər görmüş gəmilərin evakuasiyasına, salamat qalanların isə akvatoriyanı tərk etməsinə səbəb olub. Nəticədə atəş təsiri fonunda dənizdə qalan gəmilərin sayı 42-yə düşüb.
8 iyulda cənub istiqamətində hərəkət edən 28 gəmidən ibarət növbə müşahidə olunub.
11 iyulun erkən saatlarına aid SAR görüntüsündə isə cəmi 3 gəmi görünür.
7 135
Ukrayna Silahlı Qüvvələrinin S-200V zenit-raket kompleksinə aid 5V28 raketinin buraxılışı.
Ukrayna bu raketi yerüstü hədəflərə zərbələr üçün yenidən uyğunlaşdırıb.
2023–2024-cü illərdə Ukrayna onları dəfələrlə ballistik raket kimi Rusiya ərazisinə zərbələr üçün istifadə edib, lakin tətbiqlərin böyük əksəriyyəti uğursuz olub.
Əgər kadrlar arxiv deyilsə, yerüstü hədəf üzrə nəzəri maksimum uçuş məsafəsi 600 km-ə qədər olan 5V28 raketi 30 iyun tarixində Moskva vilayətində vurulan hədəf üçün mümkün namizədlərdən biri hesab olunur.
Xatırladaq ki, həmin vaxt Müdafiə Nazirliyi “uzun mənzilli operativ-taktiki raketin” ələ keçirildiyini bildirmişdi və onun düşdüyü yerdə S-200 raketlərinin əvvəlki zərbələrinə xas olan çox böyük bir krater yaranmışdı.
7 135
Ukraynanın hava hücumundan müdafiəsinin Kiyevə edilən son 4 raket zərbəsi zamanı ballistik hədəflərə qarşı fəaliyyəti ilə bağlı statistika təqdim olunub.
Görünür ki, 2 iyul hücumu zamanı mövcud olan son PAC-3 tutucu raket ehtiyatları istifadə edilib və artıq hətta kiçik ballistik zərbələr belə müntəzəm olaraq buraxılır. Üstəlik, bu hədəflərin hamısı “İskəndər” kimi çətin tutulmayan raketlər də deyil.
İndi Ukrayna Silahlı Qüvvələri ABŞ və ya digər ölkələrdən növbəti zenit raketləri tədarük edilənə qədər məhdud imkanlarla fəaliyyət göstərmək məcburiyyətində qalacaq. Bu vəziyyətin İran müharibəsinin nəticəsində olduğu qeyd olunur.
7 135
Yeni Qahirədə inşa edilmiş, ölçülərinə görə olduqca iri olan Misir Müdafiə Nazirliyinin mərkəzi kompleksinin açılışına dair video yayımlanıb. Bu kompleks daha çox “Oktagon” (State Strategic Command Center, The Octagon) kimi tanınır. Bildirilir ki, kompleksin sahəsi ABŞ-ın Pentaqon binasının sahəsindən səkkiz dəfə böyükdür.
7 135
VM versiyalar digərlərindən fərqli olaraq balistik hipersəs hədəfləri vurmaq üçün nəzərdə tutulub.
7 135
+3
Misirin Yeni Qahirə şəhərində yerləşən “Oktagon” (State Strategic Command Center) kimi tanınan yeni nəhəng Müdafiə Nazirliyi kompleksinin açılışı zamanı Misir ordusunun silahlanmasında olan Rusiya istehsalı S-300VM “Antey-2500” zenit-raket sistemi, həmçinin Ka-52 helikopteri nümayiş etdirilib.
Misir 2015–2017-ci illərdə S-300VM zenit-raket sisteminin bir alay komplektini (üç divizion) əldə edib.
