ch
Feedback
Ormilitarism

Ormilitarism

前往频道在 Telegram

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

显示更多
7 303
订阅者
无数据24 小时
-307
-7430
帖子存档
Atmaca Harpoon-un türk versiyasıdır.
Atmaca Harpoon-un türk versiyasıdır.

Azərbaycan Müdafiə Nazirliyi Türkiyənin Roketsan şirkəti ilə “Barbaros” sahil müdafiə sisteminin tədarükünə dair müqavilə imz
Azərbaycan Müdafiə Nazirliyi Türkiyənin Roketsan şirkəti ilə “Barbaros” sahil müdafiə sisteminin tədarükünə dair müqavilə imzalayıb. “Barbaros” sistemi qısa 5 dəqiqə ərzində atəş açaraq mövqeyini dəyişə bilir ki, bu da onun düşmən tərəfindən aşkarlanmasını və zərərsizləşdirilməsini xeyli çətinləşdirir. Kompleks 250 kilometrə qədər məsafədə hədəfləri vura bilən “Atmaca” gəmiəleyhinə raketləri, eləcə də daha yüngül və çevik, təxminən 150 kilometr mənzilli “Çakır” raketləri ilə təchiz olunur. Ümumilikdə, “Barbaros” sahil xətti boyunca dənizdən gələn təhdidlərə qarşı uzaq məsafədən reaksiya vermək və onları sahilə çatmadan zərərsizləşdirmək üçün nəzərdə tutulmuş strateji müdafiə vasitəsi kimi qiymətləndirilir.

Rusiya XİN: Qardaş ölkə hesab etdiyimiz Ermənistan Kiyev rejiminin lideri üçün platforma rolunu oynayıb. Rusiya bunu unutmayacaq.

Məşhur sərkərdə Don Tzunun böyük TACO planı İrana müttəfiqlər qazandırmağa davam edir.

Yayılan məlumata görə, Səudiyyə Ərəbistanı ABŞ hərbi aviasiyasının öz hava məkanından istifadəsinə məhdudiyyət tətbiq edib. Həmçinin ABŞ hərbi gəmilərinin Səudiyyə limanlarından istifadə etməsinə də icazə verilmədiyi bildirilir. Bununla yanaşı, Ər-Riyad Vaşinqtonla planlaşdırılan investisiya layihələrini və silah alışını da təxirə salıb.

Yayılan məlumata görə, Səudiyyə Ərəbistanı ABŞ hərbi aviasiyasının öz hava məkanından istifadəsinə məhdudiyyət tətbiq edib. Həmçinin ABŞ hərbi gəmilərinin Səudiyyə limanlarından istifadə etməsinə də icazə verilmədiyi bildirilir. Bununla yanaşı, Ər-Riyad Vaşinqtonla planlaşdırılan investisiya layihələrini və silah alışını da təxirə salıb.

9 may öncəsi Moskva
+3
9 may öncəsi Moskva

ABŞ Hərbi Dəniz Qüvvələrinin 4-cü donanmasının FLEX (Fleet Experimentation) təlimlərində ABŞ-ın Textron Systems şirkəti tərəf
+1
ABŞ Hərbi Dəniz Qüvvələrinin 4-cü donanmasının FLEX (Fleet Experimentation) təlimlərində ABŞ-ın Textron Systems şirkəti tərəfindən istehsal olunan pilotsuz CUSV kateri üzərində Sierra Nevada Corp şirkətinin BRAWLR zenit-raket kompleksi nümayiş etdirilib. İstehsalçılara görə, BRAWLR müəyyən bir ölkədə yerləşdirilib və müəyyən müddət ərzində 400-dən çox dronu vurub. Bu isə sistemin Ukrayna ərazisində döyüş şəraitində sınaqdan keçirildiyini göstərir. FLEX təlimlərində kompleks 23 ədəd APKWS II raketi və AIM-9 raketləri ilə təchiz olunmuş variantda təqdim edilib. Bundan əlavə, sistem IRIS-T və R-27 raketlərini də atəşləmək imkanına malikdir.

ABŞ Dövlət Departamenti Ukraynaya 373,6 milyon dollar dəyərində olan JDAM-ER aviabombaları və əlaqəli avadanlıqların satışını
ABŞ Dövlət Departamenti Ukraynaya 373,6 milyon dollar dəyərində olan JDAM-ER aviabombaları və əlaqəli avadanlıqların satışını təsdiqləyib. Bildirilir ki, Kiyev təxminən 227 kq ağırlığında Mk 82 bombaları üçün 1200 ədəd KMU-572 komplekti və təxminən 907 kq ağırlığında Mk 84 bombaları üçün 332 ədəd KMU-556 komplekti almaq istəyib.

Çeboksarıdakı “VNİİR-Progress” zavodunun qarşısına FP-5 “Flamingo” raketi zərbəsini əks etdirən peyk görüntüsü yayılıb. Bunda
Çeboksarıdakı “VNİİR-Progress” zavodunun qarşısına FP-5 “Flamingo” raketi zərbəsini əks etdirən peyk görüntüsü yayılıb. Bundan əlavə, raketdən sonra zavodun digər hissələrinə iki ədəd An-196 “Lütıy” kamikadze dronu da zərbə endirib.

Odessa limanında Rusiyaya məxsus “Geran-2” kamikadze dronlarının Island tipli patrul katerinə və Proyekt 58155 “Gyurza-M” zirehli artilleriya katerinə zərbələrinin kadrları. ABŞ Sahil Mühafizəsinə məxsus Island sinifinə aid Drummond və Cushing patrul katerləri 2017-ci ildə istismardan çıxarılıb və 2018-ci ilin payızında Ukraynaya verilib. “Gyurza” və “Gyurza-M” katerləri isə Ukraynanın “Kuznitsa na Rıbalskom” zavodunun öz istehsalıdır.

Krımda üç Proyekt 05060 desant-hücum katerlərinə, bir təminat gəmisinə və Be-12 “Çayka” amfibiya təyyarəsinə Starlink ilə idarə olunan Ukrayna kamikadze dronlarının zərbələri qeydə alınıb. Videoda həmçinin dronlardan birinə qarşı buraxılan hədəfi vura bilmədiyi epizod da görünür. Bu zərbələri birləşdirən əsas məqam ondan ibarətdir ki, həm katerlər, həm də təyyarə Krım akvatoriyasını və Kerç boğazını Ukraynanın pilotsuz katerlərindən qorumaq üçün istifadə olunurdu.

Çeboksarı şəhərindəki müəssisəyə atəşlənən 6 ədəd FP-5 “Flamingo” tipli raketin buraxılışı videosu yayılıb. Onlardan yalnız biri hədəfə müəyyən çata bilib.

Azərbaycan və Türkiyə birgə “Sivrisinek” adlı yeni kamikadze PUA istehsal edəcək. Məlumata görə, bu pilotsuz uçuş aparatlarının uçuş məsafəsi təxminən 1000 kilometrə yaxın olacaq. Sistem SAHA 2026 sərgisində təqdim olunur. Eyni tədbirdə şirkətin “K2” adlı yeni kamikadze PUA modeli də nümayiş etdirilir. “Sivrisinek” PUA-larının əsas xüsusiyyətləri arasında süni intellekt əsaslı hədəf aşkarlama və zərərsizləşdirmə, GPS-siz mühitdə fəaliyyət göstərə bilmə və koordinasiyalı sürü (swarm) uçuş imkanları yer alır. Sistem real vaxtda hədəf paylaşımı edə bilir və vizual naviqasiya ilə işləyir. Layihə yüksək səviyyədə avtonom idarə olunan, dərin zərbə qabiliyyətli pilotsuz hücum platforması kimi təqdim olunur.

Çərşənbə axşamı gec saatlarda Fars körfəzində bir yük gəmisi qanadlı raketlə vurulub, nəticədə filippinli ekipaj üzvlərindən bir neçəsi yaralanıb. Fransa şirkətinə məxsus CGM San Antonio adlı gəmi hücum zamanı Dubay yaxınlığında olub.

ABŞ bildirir ki, İraqın baş naziri Vaşinqtonun maliyyə köçürmələrini və təhlükəsizlik yardımını bərpa etməsi üçün İran tərəfdarı silahlı qrupların fəaliyyətini məhdudlaşdırmaq istiqamətində aydın addımlar atmalıdır. Yüksək vəzifəli ABŞ rəsmisinin sözlərinə görə, Vaşinqton İraqdan milis üzvlərinin dövlət strukturlarından uzaqlaşdırılmasını, onlara ayrılan dövlət maliyyəsinin və maaşların dayandırılmasını, həmçinin dövlətlə silahlı qruplar arasında açıq sərhəd qoyulmasını tələb edir.

Çin ABŞ sanksiyalarına baxmayaraq, İran və Rusiyanın dron proqramlarını dəstəkləməyə davam edir. Kiçik Çin şirkətləri açıq şə
Çin ABŞ sanksiyalarına baxmayaraq, İran və Rusiyanın dron proqramlarını dəstəkləməyə davam edir. Kiçik Çin şirkətləri açıq şəkildə ikili təyinatlı dron komponentlərini — mühərriklər, batareyalar, fiber-optik kabellər və çiplər — İrana və Rusiyaya ixrac edir.

İran dövlət televiziyasına görə, Hörmüz boğazından keçən gəmilərin hərəkətini tənzimləyən yeni sistem tətbiq edilib. Gəmilər
İran dövlət televiziyasına görə, Hörmüz boğazından keçən gəmilərin hərəkətini tənzimləyən yeni sistem tətbiq edilib. Gəmilər əvvəlcə İran qurumlarını məlumatlandırmalı, daha sonra isə naviqasiya qaydalarını əks etdirən elektron mesaj almalıdır. Bu şərtlərlə razılaşdıqdan sonra onlara keçid icazəsi verilir. İcazələr yeni yaradılmış dövlət qurumu tərəfindən təqdim olunacaq.

Hraparak yazır ki, Ermənistan və Ukrayna arasında hərbi sahədə yeni əməkdaşlıq razılaşması əldə olunub. Sənədə əsasən, İrəvan
Hraparak yazır ki, Ermənistan və Ukrayna arasında hərbi sahədə yeni əməkdaşlıq razılaşması əldə olunub. Sənədə əsasən, İrəvan Ukraynadan pilotsuz uçuş aparatları ilə bağlı texniki və praktiki dəstək alacaq, həmçinin gələcəkdə birgə dron istehsalı imkanları nəzərdən keçirəcək. Bununla yanaşı, ilk dəfə olaraq Ukrayna hərbçiləri və zabitləri Ermənistanda fəaliyyət göstərəcək. Onlar yerli silahlı qüvvələrə təlim keçəcək və müxtəlif sahələrdə dəstək verəcəklər.

ABŞ tərəfindən gizli şəkildə vurulduğu qeyd edilir.
+1
ABŞ tərəfindən gizli şəkildə vurulduğu qeyd edilir.