Ormilitarism
Open in Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
Show more7 140
Subscribers
-224 hours
-67 days
-6930 days
Posts Archive
7 140
ABŞ Prezidenti Donald Tramp tərəflər arasında razılaşmanın ən qısa zamanda bağlanması şərtilə İrana planlaşdırılan zərbəni ləğv etdiyini bildirib.
7 140
Müharibə siqnalları yenə verilir, əgər indiyədək gedən müharibə deyildisə indi nə olacaq?
Bütün bu yarım il boyunca gedən voleybolda ilk dəfədir İranın cənub istiqamətində quru qoşunlarının yerdəyişmə xəbərləri dərc olundu.
7 140
Ağlı başında olan istənilən insan (burda general olmağa, ali hərbi lisey və ya məktəb bitirməyə ehtiyac yoxdur) bu istiqamətdə bu səviyyədə ordu cəmləşdirməz. Çünki İranın kor nöqtəsidir və istənilən hava zərbəsinə açıqdır.
Orda əgər qüvvələr cəmləşibsə heçnə etmədən tarixdən silinəcəklər.
7 140
Xəbərlər gəlir ki, İran, Küveyt istiqamətinə yaxın əraziyə — texniki olaraq sərhəd sayılan, lakin arada təxminən 20 km İraq ərazisi yerləşən zonaya — 33-cü və 65-ci hava-desant diviziyalarını yerləşdirib. 33-cü diviziya SEPAH-a, 65-ci diviziya isə Arteşə (İranın nizami ordusuna) tabedir.
Bundan əlavə, məlumata görə, İran bölgəyə 92-ci zirehli diviziyanı da göndərib.
92-ci zirehli diviziya İranın ən böyük və ən güclü diviziyalarından biri sayılır. Xüsusilə İran–İraq müharibəsi zamanı iri əməliyyatlarda mühüm rol oynayıb və ciddi döyüş təcrübəsi qazanıb.
7 140
Rusiya Silahlı Qüvvələrinin raket zərbəsi ilə Kiyevdə yerləşən, ABŞ-ın Terminal Autonomy şirkətinə məxsus pilotsuz uçuş aparatları istehsal edən zavodu məhv edib.
Bu, müharibə zamanı Rusiyanın ABŞ şirkətinə birbaşa zərbə endirdiyi ilk hal olub.
Rusiya Müdafiə Nazirliyi iyunun 26-da bildirmişdi ki, raket zərbəsi nəticəsində Kiyevin cənub-qərb hissəsində yerləşən PUA-ların yığılması və saxlanması məntəqəsi vurulub. Burada ukraynalı və amerikalı mütəxəssislərin iştirakı ilə ayda minə qədər müxtəlif tipli, AQ-400 Scythe, AQ-100 Bayonet və kəşfiyyat tipli RQ-100 Scout dronlarının istehsalı həyata keçirilirdi.
7 140
Türkiyənin Baykar şirkəti 10 ədəd K2 kamikadze pilotsuz uçuş aparatını avtonom sürü və format testində uğurla havaya qaldırıb.
K2 kamikadze texniki göstəriciləri:
Maksimum uçuş çəkisi: 800 kq Döyüş başlığı: 200+ kq
Uçuş məsafəsi: 2,000+ km
Havada qalma müddəti: 13+ saat
7 140
Tramp Ukrayna haqqında:
Ukraynanın nadir torpaq elementləri baxımından çox zəngin, çox məhsuldar torpaqları var.
Bizim nadir torpaq elementləri ilə bağlı imzalanmış müqaviləmiz var.
Biz istənilən vaxt ora girib demək olar ki, istədiyimizi götürə bilərik.
Bu, kifayət qədər yaxşı bir razılaşmadır.
7 140
Uzun fasilədən sonra Rusiya Ukraynaya zərbələr üçün yenidən Şimali Koreya istehsalı olan ballistik raketlərdən istifadə etməyə başlayıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat dəqiqləşdirib ki, söhbət 2024-cü ildən etibarən Rusiya Silahlı Qüvvələri tərəfindən istifadə olunan KN-23 tipli ballistik raketlərdən gedə bilər.
Bu ilin iyun ayında Cənubi Koreyanın Kyodo News nəşri xəbər vermişdi ki, Şimali Koreya istehsalı ballistik raketlərin hədəfdən yayınma göstəricisi cəmi 1–5 metrə qədər azalıb.
7 140
Bu arada İspaniya cümə gününün əvvəlindən Mərakeşdən İspaniyanın Seuta anklavına daxil olan təxminən 50–60 min miqrantdan 37 500-ə yaxınını geri qaytarıb.
Hakimiyyət orqanları bildiriblər ki, geri qaytarılma prosesi Mərakeşlə əldə olunan razılaşma çərçivəsində davam edir.
7 140
+1
Ukrayna əsgəri Danilo Voronov Rusiya zərbəsi nəticəsində doqquz ailə üzvünü itirib.
7 140
Xmelnitskidə yaşayış məntəqələrinə yaxın bir sursat anbarında güclü partlayışlar və ard-arda əlavə partlamalar baş verib.
Ukrayna mənbələrinə görə, həmin yer köhnə sursatların məhv edilməsi üçün istifadə olunurdu.
7 140
Mərakeşin minlərlə miqrantı İspaniya sərhədinə doğru məqsədli şəkildə daşıdığı və bununla İspaniyaya kütləvi keçidi asanlaşdırdığı görünür.
7 140
Turkish Aerospace KAAN P1 qırıcı təyyarəsinin prototipinin mühərriklə hərəkət (powered taxi) testlərini uğurla həyata keçirdiyini göstərən yeni görüntülər yayımlayıb. Bu, onun ilk uçuşdan əvvəl yerüstü sınaq mərhələsinə keçdiyini təsdiqləyir.
TUSAŞ P1-in ilk uçuşunu bir neçə ay ərzində reallaşdırmağı, həm P1, həm də P2 prototiplərinin isə 2026-cı ilin sonuna qədər uçuş vəziyyətində olmasını hədəfləyir.
.
7 140
İspaniya yerli polis qüvvələrinin vəziyyətə nəzarəti itirməsindən sonra sərhəd təhlükəsizliyini gücləndirmək üçün Seutaya hərbi qüvvələr yerləşdirib.
Silahlı qüvvələr Mülki Qvardiyaya dəstək verəcək.
7 140
İspaniyanın Şimali Afrikadakı anklavı Seuta son bir həftə ərzində təxminən 48000 miqrantın Mərakeşdən keçməsindən sonra humanitar və təhlükəsizlik böhranı ilə üz-üzə qalıb.
Seutanın rəhbəri Xuan Xesus Vivas bildirib ki, qəbul mərkəzləri artıq dolub, yüzlərlə insan açıq havada gecələyir və valideynsiz azyaşlılar üçün nəzərdə tutulmuş müəssisələr 2400 faiz doluluq səviyyəsində fəaliyyət göstərir.
7 140
+2
Ukrayna gecə ərzində Rusiyanın logistika və enerji obyektlərinə silsilə zərbələr endirib.
Volqoqradda Wildberries anbarında yanğın baş verib.
Böyük Lukoil-Volqoqradneftepererabotka neft emalı zavodu da vurulub.
Tatarıstanda Kazan yaxınlığındakı Zelenodolsk şəhərində Wildberries və Ozon logistika mərkəzləri hədəf alınıb, həmçinin Nijnekamsk şəhərində yerləşən TAIF-NK neft emalı zavoduna zərbə endirilib. Yerli sakinlər 30-dan çox partlayış səsi eşitdiklərini bildiriblər.
Daha cənubda, Dağıstanda Rusiyanın Xəzər Donanmasının yerləşdiyi Kaspiysk limanı ətrafına dron zərbələri endirilib.
