en
Feedback
Ormilitarism

Ormilitarism

Open in Telegram

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

Show more
7 140
Subscribers
-224 hours
-67 days
-6930 days
Posts Archive
Rusiya 1 avqust 2026-cı ildən 31 yanvar 2027-ci ilə qədər benzin, dizel, dəniz yanacağı və LNG/LPG əhatə edən yanacaq ixrac q
Rusiya 1 avqust 2026-cı ildən 31 yanvar 2027-ci ilə qədər benzin, dizel, dəniz yanacağı və LNG/LPG əhatə edən yanacaq ixrac qadağası tətbiq edib. Bu addım daxili yanacaq bazarını sabitləşdirmək məqsədi daşıyır.

Burdakı sınaq Kızılelmanın atışı testidir sursatın dəqiqlik testi deyil.

Türkiyənin Kızılelma pilotsuz qırıcı təyyarəsi daxili silah bölməsindən TEBER-82 və TOLUN-P ağıllı sursatlarının atışını uğurla sınaqdan keçirib.

+3
Odessa vilayətinin Yujnıy limanında və Zmeyni adasının şimal-qərbində quru yük gəmilərinə Geran-4 seeker” zərbələri endirilib.

+8
Bu gün səhər Ukrayna Penza və Udmurtiyanın Sarapul şəhərində Wildberries anbarlarına zərbələr endirib.

Saab AB şirkəti bildirib ki, Yaxın Şərq regionundan adı açıqlanmayan bir ölkə ilə GlobalEye tipli iki ədəd erkən xəbərdarlıq
Saab AB şirkəti bildirib ki, Yaxın Şərq regionundan adı açıqlanmayan bir ölkə ilə GlobalEye tipli iki ədəd erkən xəbərdarlıq və idarəetmə (AWACS) təyyarəsinin tədarükü üçün müqavilə imzalayıb. Müqavilənin dəyəri 10,1 milyard İsveç kronu (təxminən 1,04 milyard dollar) təşkil edir. Təhvil verilmə 2030-cu ilə planlaşdırılıb. Düşünürən ki, sifarişçi Qətərdir. Onların GlobalEye sistemi maraqlanmağı barədə 2025-ci ildə məlumat yayılmışdı. Beləliklə, Qətər bu tip təyyarələri alan dördüncü ölkə ola bilər. 2020-ci ildən etibarən BƏƏ bu tipdən beş təyyarə alıb. Bundan əlavə, GlobalEye sistemləri Fransa (iki təyyarə və əlavə iki seçimlə) və İsveç Hərbi Hava Qüvvələri (üç təyyarə və bir seçimlə) tərəfindən də sifariş edilib.

YFQ-44 artıq seriyalı istehsala keçib. Anduril şirkəti CCA (Collaborative Combat Aircraft) proqramı çərçivəsində hazırlanmış YFQ-44A Fury pilotsuz döyüş təyyarəsinin ilk seriya nümunəsini təqdim edib. Təqdimat Ohayo ştatındakı Arsenal-1 zavodunda keçirilib. Bu müəssisə həmin aparatların istehsalını həyata keçirəcək. Arsenal-1 istehsal kompleksi təxminən 2 kvadrat kilometr ərazini əhatə edir və ildə 150-yə qədər Fury pilotsuz aparatı istehsal etmək gücündə nəzərdə tutulub. Layihə JobsOhio təşkilatının 310 milyon dollar həcmində investisiyası ilə dəstəklənir və 2035-ci ilə qədər təxminən 4000 iş yeri yaradacaq (bu isə o deməkdir ki, zavod həmin vaxta qədər tam gücə çıxmayacaq). Əvvəlcə Kaliforniyadakı Anduril müəssisələrində təlim keçmiş əməkdaşlar indi Ohayoda istehsalın qurulması üçün yeni personal hazırlayırlar. YFQ-44A ABŞ Hərbi Hava Qüvvələri tərəfindən CCA proqramının ilk mərhələsi üçün seçilib və General Atomics şirkətinin YFQ-42A modeli ilə birlikdə istifadə olunacaq. O, F-35A, modernləşdirilmiş F-15 və F-16, həmçinin gələcək nəsil NGAD təyyarələri ilə cütlükdə “pilotsuz qanad yoldaşı” kimi fəaliyyət göstərmək üçün nəzərdə tutulub. Bu, taktiki aviasiyanın zərbə gücünü artırır, sensor imkanlarını genişləndirir və güclü hava müdafiəsi şəraitində pilotlar üçün riski azaldır. İstehsalçı və sifarişçi vurğulayır ki, adi pilotsuz aparatlarla müqayisədə, daimi operator nəzarəti tələb etməyən Fury “avtonomluq prioriteti” əsasında qurulub. O, ümumi insan nəzarəti altında uçuşu idarə edə, döyüş tapşırığını yerinə yetirə və geri qayıda bilir. Bununla belə, silahdan istifadə qərarı yenə də insan tərəfindən verilir. Bu isə hücum anında aparıcı təyyarənin pilotunun üzərinə əlavə yük düşməsi deməkdir. YFQ-44A Williams şirkətinin FJ44-4M iki konturlu turboreaktiv mühərriki ilə təchiz olunub (təxminən 1720 kqf dartı qüvvəsi), bu da təxminən 0,75 səviyyəsində dartı-çəki nisbəti verir. Bu səbəbdən aparat nə maksimal sürət, nə də manevr qabiliyyətinə görə pilotlu qırıcılarla eyni səviyyədə deyil. Yəni “qanad-qanada” döyüşdən çox, uzaq məsafəli zərbə və müşahidə platforması kimi istifadə olunacaq. ABŞ Hərbi Hava Qüvvələrinin konsepsiyası üzrə yüzlərlə, gələcəkdə isə minlərlə belə “qanad yoldaşı”nın alınması nəzərdə tutulur. İstehsal planına uyğun inkişaf olarsa, 2035-ci ilə qədər təxminən 800 belə aparat xidmətə daxil ola bilər. Lakin bu, ideal ssenaridir. “Y” indeksi göstərir ki, YFQ-44A və YFQ-42A hələ eksperimental mərhələdədir. Onların bu statusdan nə vaxt çıxacağı, ümumiyyətlə çıxıb-çıxmayacağı məlum deyil.

Bu tip təyyarələr kiçik ölçülü olub daha alçaq məsafədən uçduğu üçün düşmənin qırıcı təyyarələrinin radarına az ehtimal ilə tuş gəlirlər.

Azərbaycan HHQ Hürküş alsa belə bir görünümə sahib olacaq. Ümumən günümüzün dron təhdidlərin qarşı köhnə tip müdafiə sistemlə
Azərbaycan HHQ Hürküş alsa belə bir görünümə sahib olacaq. Ümumən günümüzün dron təhdidlərin qarşı köhnə tip müdafiə sistemlərinin və taktikalarının necə uyğunlaşdığı ilə bağlı PDF atmışdım. O müdafi sisteminin hava qarşılayacaq ən ucuz həll isə turboprob dediyimiz bu tip təyyarələrdir. Aerostatlar , yer radarları və bu təyyarələr ilə dronlara qarşı effektiv bir müdafiə hazırlamaq olar.

CSIS-in (Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi) hesablamalarına görə, ABŞ İran müharibəsi zamanı hava hücumundan müdafi
CSIS-in (Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi) hesablamalarına görə, ABŞ İran müharibəsi zamanı hava hücumundan müdafiə ehtiyatlarının böyük hissəsini istifadə edib və hazırda Patriot sistemləri üçün ehtiyat tutumu 1000-dən az raketə, THAAD sistemləri üçün isə təxminən 250 raketə düşüb. Müharibədən əvvəlki ehtiyatlar təxminən 2330 Patriot və 360 THAAD raketi səviyyəsində idi. Bu isə hər iki sistem üzrə ehtiyatların yarıdan çoxunun istifadə edildiyini göstərir. Bundan əlavə, 1000-dən çox Tomahawk və 1100 ədəd JASSM raketi buraxılıb. Eyni zamanda SM-3, SM-6 və PrSM raketlərinin ehtiyatlarında da ciddi azalma baş verib. Ehtiyatların yenidən bərpası uzun vaxt tələb edir. Tomahawk, THAAD və Patriot sistemlərinin müharibədən əvvəlki səviyyəyə qaytarılması üçün 3 ildən çox vaxt lazım ola bilər. 2027-ci maliyyə ili üzrə böyük Patriot sifarişlərinin isə yalnız 2029-cu ilin mayından etibarən çatdırılmağa başlanacağı bildirilir.

İsveç 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı hərbi kəşfiyyatın yanlış qiymətləndirmələrindən sonra Britaniyanı
İsveç 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı hərbi kəşfiyyatın yanlış qiymətləndirmələrindən sonra Britaniyanın MI6 modelinə əsaslanan yeni mülki xarici kəşfiyyat agentliyi UND-ni yaratmağa başlayıb.

Yaxın Şərq briqadalarının starşı əsgərinə tapşırıblar ki telefonları yığ camaatdan.

Pentaqon ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) xəbərdarlıqları fonunda Yaxın Şərqdə yerləşdirilmiş hərbçilərin mobil telefonl
Pentaqon ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) xəbərdarlıqları fonunda Yaxın Şərqdə yerləşdirilmiş hərbçilərin mobil telefonlarının müsadirə edilməsini nəzərdən keçirir. Bildirilib ki, əsgərlərin sosial şəbəkələrdə paylaşdığı videolar real vaxtda coğrafi və əməliyyat məlumatları verə bilər. Bu isə İran kimi rəqiblərə hədəfləmə üçün istifadə oluna biləcək kəşfiyyat üstünlüyü yaradır. Bu səbəbdən hərbi rəhbərlik şəxsi cihazların istifadəsinə daha sərt məhdudiyyətlər tətbiq etməyi, o cümlədən telefonların müvəqqəti olaraq toplanmasını müzakirə edir.

ABŞ istehsalı dəyəri 240.000 dollar olan avtonom dəniz dronu Filippin sularında Çin Donanmasına məxsus Type 052D esminesinə kifayət qədər yaxınlaşaraq onu videoya çəkə bilib.

+1
Çinə məxsus YJ-20 hipersəs gəmiəleyhinə ballistik raketinin Type 052D esminesindən buraxılışını əks etdirən ilk görüntülər yayımlanıb. YJ-20 raketinin Mach 6-dan yüksək sürətlə uçduğu, son mərhələdə isə sürətinin Mach 10-a qədər çatdığı və 1000–1500 km məsafə mənzilinə malik olduğu təxmin edilir. Bu raket ABŞ aviadaşıyıcıları kimi iri suüstü döyüş gəmilərini hədəf almaq üçün nəzərdə tutulub. Type 055 esminesləri ilə birlikdə nəzərə alındıqda, Çin artıq 40-dan çox esmines üzərində hipersəs gəmiəleyhinə imkanları yerləşdirə bilir.

Yeni əldə olunmuş sənədlərə görə, İran müharibəsinin ilkin mərhələsində ABŞ qüvvələri ən azı 400 itki verib və 17 nəfər həyat
Yeni əldə olunmuş sənədlərə görə, İran müharibəsinin ilkin mərhələsində ABŞ qüvvələri ən azı 400 itki verib və 17 nəfər həyati təhlükəli xəsarət alıb. Ən böyük itkilər Quru Qoşunlarının payına düşüb — 270-dən çox yaralı, o cümlədən 64 zabit, iki general və şəxsi heyətin təxminən üçdə biri ehtiyat qüvvələrdən olub. Ən geniş yayılmış xəsarət növü baş travması olub və ən azı 170 hərbçi təsirlənib. 1 mart tarixində İran PUA-sının Küveytdəki Şuaiba limanında yerləşən əməliyyat mərkəzinə hücumu nəticəsində altı ABŞ hərbçisi həlak olub. Bu, müharibənin ən ölümcül hücumu hesab olunur. Yaralanmış iki general — briqada generalı Klint Barns və general-mayor Bred Hinson — kəşfiyyat xəbərdarlıqlarını nəzərə almamaqda günahlandırılıblar. 3 martda 29 nəfər və 18 martda 70 nəfər — ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən ictimaiyyətə açıqlanmayıb və qurum hələ də yalnız aylıq ümumi rəqəmləri paylaşır. Trampın 8 iyulda atəşkəsi dayandırmasından sonra artıq 200-dən çox əlavə itki və daha dörd ölüm qeydə alınıb.

Cənubi Koreya yerli istehsal olan KF-21 Boramae 4.5-ci nəsil qırıcı təyyarəsinin sistem inkişafını rəsmi olaraq tamamlayıb. İ
Cənubi Koreya yerli istehsal olan KF-21 Boramae 4.5-ci nəsil qırıcı təyyarəsinin sistem inkişafını rəsmi olaraq tamamlayıb. İlk seriyalı istehsal təyyarəsinin sentyabr ayında Koreya Respublikası Hərbi Hava Qüvvələrinə təhvil verilməsi planlaşdırılır. 2028-ci ilə qədər 40 ədəd Block I versiyası, 2032-ci ilə qədər isə ümumilikdə 120 təyyarənin istehsalı nəzərdə tutulur. Proqram 10 il davam edib və təxminən 6 milyard dollara başa gəlib. Altı prototip 1600-dən çox sınaq uçuşu həyata keçirib və bu müddət ərzində heç bir qəza qeydə alınmayıb.

Cənubi Koreya ABŞ istehsalı SM-2 raketlərini əvəz etmək üçün yerli istehsal olan KSAM-II dəniz zenit-raketlərinin prototiplər
Cənubi Koreya ABŞ istehsalı SM-2 raketlərini əvəz etmək üçün yerli istehsal olan KSAM-II dəniz zenit-raketlərinin prototiplərinin yığılmasına başlayıb. Mach 5 sürətinə malik bu raket aktiv radar tuşlama başlığı ilə təchiz olunub, istehsalının 90%-dən çoxu yerli komponentlərdən ibarətdir və 2032-ci il ətrafında KDDX esminesləri və FFX Batch IV freqatlarında xidmətə qəbul olunması planlaşdırılır. Bu isə Seulun xarici raket tədarükündən asılılığını azaldaraq dəniz hava hücumundan müdafiə imkanlarını gücləndirəcək.

İran Hərbi Hava Qüvvələri bildirir ki, 2 mart tarixində Əl-Udeid Hərbi Hava Bazasına hücum etməyə cəhd edərkən Qətər Hərbi Ha
İran Hərbi Hava Qüvvələri bildirir ki, 2 mart tarixində Əl-Udeid Hərbi Hava Bazasına hücum etməyə cəhd edərkən Qətər Hərbi Hava Qüvvələrinə məxsus F-15QA qırıcıları tərəfindən vurulan Su-24MK zərbə təyyarəsinin pilotu, briqada generalı Məcid Kazeminin cəsədi tapılıb. Onun cəsədi İrana qaytarılacaq. Hərbi Hava Qüvvələri əlavə edib ki, vurulmuş digər üç Su-24MK pilotunun tapılması istiqamətində də işlər davam edir.

İranın 60–70 milyon dollarlıq razılaşma çərçivəsində 300–400 ədəd Çin istehsalı daşınan zenit-raket kompleksi (DZRK) — QW-12
İranın 60–70 milyon dollarlıq razılaşma çərçivəsində 300–400 ədəd Çin istehsalı daşınan zenit-raket kompleksi (DZRK) — QW-12 və FN-16 modellərini alacağı gözlənilir. İlk tədarüklərin bir neçə həftə ərzində Urumçi üzərindən Pakistan vasitəsilə çatdırılması planlaşdırılır. Müqavilə Honq Konqda yerləşən Zhongqing Baoshang adlı vasitəçi şirkət üzərindən həyata keçirilir. Çin və Pakistan bu məlumatı təkzib edib.