Ormilitarism
الذهاب إلى القناة على Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
إظهار المزيد7 302
المشتركون
-124 ساعات
-227 أيام
-7230 أيام
أرشيف المشاركات
7 302
Bu nəsil yeni bir Avropa-Rusiya münaqişəsinə şahid olacaqdır.
Bu səfər müttəfiqlər fərqli olacaq.
7 302
+3
Ukraynanın müxtəlif bölgələrində inşa edilən müdafiə xətlərinin tikintisinə dair görüntülər.
Bu, köhnə müharibə filmlərindəki kimi klassik səngər və bunkerlərdən ibarət sistem deyil, daha çox nəqliyyat və piyada əleyhinə xəndəklərdən, torpaq bəndlərdən, tikanlı məftil sıralarından, tank əleyhinə maneələrdən və mina sahələrindən ibarət xəttlərdir.
Bu mühəndis qurğularının məqsədi Rusiya Silahlı Qüvvələrinin piyada və texnika ilə irəliləməsini dayandırmaqdır. Nəticədə hücum edən qüvvələr belə xəttlərin qarşısında toplanmağa məcbur qalır və yalnız dar keçidlərdən istifadə edə bilir. Bu keçidlər isə artilleriya və dronlarla asanlıqla atəşə tutulur və hücum edən tərəfə ağır itkilər verdirə bilir.
7 302
ABŞ Dövlət Departamenti Ukraynaya təxminən 108,1 milyon dollar dəyərində MIM-23 Hawk zenit raketlərinin satışını təsdiqləyib.
Paketə daxildir:
>ehtiyat hissələri və lazımi materiallar
>təmir və bərpa işləri
>ABŞ tərəfindən texniki və mühəndis dəstəyi
>raket sisteminin istifadəsi üçün logistika və digər xidmətlər
Əvvəllər FrankenSAM proqramında əsasən sovet “Buk-M1” sisteminə uyğunlaşdırılmış RIM-7 və AIM-9 raketləri istifadə olunurdu. Hawk raketlərinin “Buk” sisteminə inteqrasiyasını göstərən açıq sübut isə hələ yoxdur.
7 302
+3
Oryol vilayətinin Tsimbulova kəndində yerləşən dron bazasına dair yeni peyk görüntüləri “Geran-5” reaktiv kamikadze dronları üçün 10 əlavə buraxılış qurğusunun tikildiyini göstərir.
Mövcud olan buraxılış qurğularının yanında daha 4 yeni platforma üçün dayanacaq sahələri inşa olunur.
Dron bazasının cənub hissəsində isə əlavə 6 buraxılış qurğusu və dronların saxlanması üçün 8 beton anbarın tikintisi müşahidə edilir.
Bu genişlənmənin Rusiyanın uzunmənzilli dron imkanlarını artırmaq planları ilə bağlı olduğu və gələcəkdə reaktiv dronların payını ümumi buraxılışların təxminən 50 faizinə çatdırmaq məqsədi daşıdığı bildirilir.
Hazırda “Geran-5” dronlarının buraxılışının Donetsk hava limanı və Tsimbulova dron bazasından həyata keçirildiyi qeyd olunur.
7 302
Ukraynanın yeni orta mənzilli “Begemot” kamikadze dronu. Dron Culver Aerospace və GLEFA şirkətləri tərəfindən hazırlanıb.
Dronun 300 km-ə qədər məsafədə hədəfləri vurduğu, 75 kq döyüş başlığı daşıdığı və 170–180 km/saat kruiz sürətlə uçduğu bildirilir.
Rabitənin Starlink vasitəsilə təmin edildiyi, bunun da radioelektron mübarizə (REB) təsirlərinə qarşı daha dayanıqlı idarəetmə imkanı verdiyi iddia olunur.
7 302
+3
ABŞ istehsalı AS3 Surveyor dron-interseptorunun Ukrayna hərbçiləri tərəfindən Rusiya “Geran-2” kamikadze dronlarını vurmaq üçün istifadəsinə dair görüntülər.
Dron termal görüntüləmə kanalı və özünü yönləndirmə sistemi ilə təchiz olunub və 20 km məsafədə, saatda 280 km sürətə qədər hədəfləri məhv edə bilir. Dronun qiyməti 10 min dollardır (müqayisə üçün “Geran” dronlarının başlanğıc qiyməti təxminən 20 min dollardır).
AS3 Surveyor-un istehsalçısı “Perennial Autonomy” şirkətidir. Şirkət həmçinin son vaxtlar tanınan “Hornet” kamikadze dronlarını da istehsal edir.
7 302
+6
Ukraynanın uzaqmənzilli kamikadze dronu UJ-26 “Beaver”in buraxılışa hazırlanması.
7 302
Nijni Novqorod vilayətinin Kstovo şəhərindəki neft emalı zavoduna hücumu zamanı Ukraynaya məxsus “An-196 Lyutıy” kamikadze dronu yaxınlığında “Pantsir-S1” zenit-raket kompleksinin raketinin partlama anı.
Görüntülərdə zenit raketinin vurucu elementlərinin yayılma modeli aydın görünür. Bu da belə həssas hədəflərin — pilotsuz uçuş aparatlarının — effektiv vurulması üçün çox yaxın partlayışın vacib olduğunu göstərir.
7 302
ABŞ Dəniz Piyadalarının Force Recon bölməsi 31-ci ekspedisiya dəstəsi ilə Oman körfəzində “Celestial Sea” adlı, İranla əlaqəli olduğu iddia edilən tankerin üzərinə əməliyyatla eniş edib.
Desant SH-60 Seahawk helikopterindən iplə həyata keçirilib. Əməliyyat UH-1Y Venom helikopteri tərəfindən havadan qorunub. Hər iki helikopter USS Tripoli desant gəmisindən qalxıb.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirir ki, gəmi İran limanlarına qarşı tətbiq olunan məhdudiyyətləri pozmaqda şübhəli bilinib. Yoxlamadan sonra gəmi saxlanılmayıb, lakin marşrutunu dəyişməsi tələb olunub.
CENTCOM-un məlumatına görə, bu tip nəzarət tədbirləri çərçivəsində indiyədək 91 kommersiya gəmisi başqa istiqamətə yönləndirilib.
7 302
İranın Raad-3 (Rezvan) kamikadze dronu Hörmüz boğazını qaydaları pozaraq keçməyə çalışan bir gəmiyə zərbə endirib.
Dron 12 kq-a qədər partlayıcı daşıyır və 100 km-ə qədər məsafədə hədəfləri vura bilir.
Bildirildiyinə görə, bu tip dron böyük gəmilərə ciddi ziyan vurmaqdan çox, xəbərdarlıq məqsədi daşıyır.
7 302
Çerniqov vilayətində Ukrayna Silahlı Qüvvələrinə məxsus Gepard 1A2 zenit-artilleriya sistemi idarəolunan “Geran” dronunun zərbəsi ilə məhv edilməsi.
7 302
+1
Tayland əsgərləri SIG Sauer SIGM400 hücum tüfəngləri üzərində İsrail istehsalı SMASH 2000L “ağıllı” nişangahlarından istifadə edir.
Bu nişangahlar süni intellekt elementləri ilə təchiz olunub və hədəfə doğru nişan alma zamanı atıcıya önləmə (lead) göstəricisi verir. Atəş yalnız nişangah hədəflə tam uyğunlaşdığı anda aftomatik açılır.
7 302
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16C qırıcı təyyarəsi 12 fevral 2023-cü ildə Huron gölü üzərində naməlum obyektin (UFO) vurulmasını həyata keçirib.
Hadisə məxfilikdən çıxarılan UAP sənədlərinin ikinci hissəsi çərçivəsində yayımlanıb.
7 302
Putin:
Strateji və taktiki nüvə qüvvələrinin hazırlıq səviyyəsini artırmaq və onların bütün komponentlərini inkişaf etdirmək vacibdir.
Eyni zamanda biz silahlanma yarışına cəlb olunmaq niyyətində deyilik.
7 302
ABŞ kəşfiyyatının CNN-ə verdiyi məlumata görə, İran müharibədən sonra hərbi gücünü gözlənildiyindən daha tez bərpa edir.
İran artıq dron istehsalını yenidən başlayıb. O atəşkəsdən cəmi bir neçə həftə sonra bu sahədə işi bərpa edib.
Qiymətləndirmələrə görə, İran 6 ay ərzində dron imkanlarını yenidən əvvəlki səviyyəyə gətirə bilər.
Həmçinin bildirilir ki, İranın raket və dron infrastrukturunun böyük hissəsi zərbələrdən sonra da işlək vəziyyətdə qalıb.
7 302
Türkiyə Hərbi Dəniz Qüvvələri EFES-2026 təlimi çərçivəsində 23 gəmi, 37 dəniz vasitəsi, 3 təyyarə və 7 helikopterin iştirakı ilə keçid edərkən.
7 302
Böyük Britaniya Hərbi Hava Qüvvələrinə məxsus iki F-35B qırıcı təyyarəsi Texasdakı Lockheed Martin zavodundan ilk uçuşları zamanı yaranan texniki nasazlıqlara görə iki aydır Azor adalarındakı Lajes hava limanında qalıb.
Dəyəri 88 milyon funt olan bu təyyarələr təmir olunana qədər hələ də Lockheed Martin şirkətinin mülkiyyətindədir.
Ötən il başqa bir təyyarə Hindistanda bir ay qalmışdı.
2021-ci ildə bir qırıcı Aralıq dənizinə düşdü.
2025-ci il auditinə görə isə donanma bu qırıcılar ilə tələb olunan missiyaların yalnız üçdə birini yerinə yetirə bilirdi.
7 302
Kubanın hərbi təlimlərində daha müasir sayılan yeganə hava hücumundan müdafiə sistemi olan S-125-2BM nümayiş etdirilib.
Yenədə bu sistem ABŞ-ın genişmiqyaslı hücumu qarşısında ciddi şanslara malik deyil.
Coğrafi mövqe və qüvvələr nisbəti Kuba üçün böyük çatışmazlıq olaraq qalır.
S-125-2BM, sovet dövrünə aid sistemin modernləşdirilmiş versiyasıdır. Daha çevik və imkanları artırılmış olsa da, gizli (stealth) təyyarələrə və yüksək dəqiqlikli silahlara qarşı məhdud effektivliyə malikdir.
متاح الآن! بحث تيليغرام 2025 — أهم رؤى العام 
