Ormilitarism
Open in Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
Show more7 143
Subscribers
+324 hours
-37 days
-6430 days
Posts Archive
7 143
Çin hərbi gəmilərinin Rusiya gəmisinin də iştirakı ilə Okinotori adası yaxınlığında Tokionun özünə məxsus hesab etdiyi müstəsna iqtisadi zonada canlı atəş təlimi keçirməsindən sonra Yaponiya Çinə etiraz edib.
7 143
İsrail hesab edir ki, İran nüvə sentrifuqalarını Pickaxe dağlarına köçürüb.
İsrail kəşfiyyatının qiymətləndirmələrinə görə, Tehran minlərlə uranın zənginləşdirilməsi üçün istifadə olunan sentrifuqanı Pickaxe dağındakı dərin yeraltı tunellərə yerləşdirib.
7 143
ABŞ-nin ötən gecə İranda vurduğu ərazilər:
Təbriz
Zəncan
Urmiya
Tehran (şərq hissəsi)
Kirmanşah
Xuzistan
Omidiyə
Mahşəhr
Behbahan (SEPAH bazası)
Buşehr
Hörmüzqan
Kəşan (Pickaxe dağı yaxınlığı)
7 143
Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski vəzifəsindən azad edilib.
Onun yerinə Mixail Drapati təyin olunub. Drapati Ukraynanın sabiq müdafiə naziri Mixail Fyodorovun dəstəklədiyi namizəd kimi göstərilir.
7 143
ABŞ İranın cəmləşmə rayonlarını , döyüş mövqelərini , hərbi hissələrini indiyədək vurmayıb.
7 143
RAM-2X kamikadze dronlarının Kursk vilayətində yerləşən Xalino aviabazasının açıq dayanacağında olan MiQ-29 qırıcı təyyarəsinə və atəş mövqeyində yerləşən “Pantsir-S1” zenit-raket-top kompleksinə zərbələri.
Hazırda ruslar tərəfindən əsas istifadə olunan aviasiya texnikası aviasiya sığınacaqlarında yerləşdirilir. Açıq sahədə isə yalnız köhnə MiQ-29 təyyarələri saxlanılır. Bu təyyarələr ən azı 2024-cü ildən həmin açıq dayanacaqda yerləşirdi. Buna görə ehtimal olunur ki, zərbə artıq istifadə olunmayan, istismardan çıxarılmış təyyarəyə dəyib. Bu, yaxın zamanda Saki aviabazasında baş verən hadisəyə bənzəyir.
Bununla belə, daha ciddi problem ondan ibarətdir ki, sərhəddən 100 km-dən çox məsafədə yerləşən aviabaza üzərində kəşfiyyat PUA-sı fəaliyyət göstərir və kiçik idarə olunan kamikadze dronların zərbələrini istiqamətləndirir.
7 143
+1
İranın dövlət mediası yüksək keyfiyyətli peyk görüntüləri yayımlayaraq ABŞ hərbi qüvvələrinin İordaniyanın şimal-şərqində yerləşən Tower 22 bazasındakı anbarın İslam İnqilabı Keşikçiləri Korpusunun zərbəsi nəticəsində məhv edildiyini təsdiqləyib.
33.314806, 38.700990
7 143
Ruslar bilir ki, bu maşınlar orda yoxlanış məntəqəsində toplaşarkən vurulur. Amma hələdə o məntəqə üçün bir çarə qılmırlar.
7 143
+1
Bəhreyndə sahil ərazisində Çin istehsalı olan FK-2000 qısa mənzilli hava hücumundan müdafiə sistemi yerləşdirilib.
7 143
Filippin Hərbi Dəniz Qüvvələri ilə Çin Sahil Mühafizəsi əməkdaşları kiçik qayıqlarda avar, kürək, çubuq və dəyənəklərlə bir-biri ilə döyüşüblər.
Döyüşdə Çin qalib gəlib və Filippinli bir dənizçi taxta dəyənəklə baş nahiyəsindən vurulub və yaralanıb.
7 143
Bir ehtimalda bu PUA-ların kamikaze zərbəsindən öncə xalça bombardımanı kimi sursatları əraziyə atmasıdır. Böyük ehtimalda belə olacaq. PUA həm zərbə endirib əsas hədəfi vuracaq həmdə bombardıman edərək hədəfə dəymədən öncə keçid etdiyi istiqaməti zədələyəcək.
7 143
+2
Ukraynaya məxsus An-196 “Lyutıy” pilotsuz aparatı, dörd ədəd kiçikölçülü raketin daşıyıcısı kimi.
Puanın uçuş məsafəsi 200 km-ə qədər, sürəti isə 500 km/saatadəkdir. Bu da uzaqmənzilli kamikadze dronu eyni zamanda çoxməqsədli zərbə platformasına çevirir.
Yayımlanan kadrlarda dronun raketləri operator vasitəsilə yönləndirmək üçün elektro-optik sistemi (OES) olmadığı görünür. Bu isə raketlərin koordinatlar üzrə buraxılacağını göstərə bilər. Bu yanaşma, elektro-optik sistemi olmayan və raketləri əvvəlcədən təyin olunmuş koordinatlara görə buraxan Rusiyanın “Orion” PUA-larında istifadə edilən “Banderol” tipli raketlərə bənzərdir.
7 143
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus ən azı bir MQ-9 Reaper pilotsuz uçuş aparatı İordaniyadakı Muwaffaq Salti aviabazasında yerləşən anqarların İran tərəfindən vurulması nəticəsində zədələnib.
Dronun sol qanadında və quyruq hissəsində, yaxınlıqda dayanan digər aparatda müşahidə olunmayan qaralmalar (zədələnmə izləri) görünür.
7 143
YFQ-44A, Fury konsepsiyası əsasında hazırlanmış, tək mühərrikli və xüsusiyyətlərinə görə qırıcıya yaxın pilotsuz uçuş aparatıdır. Açıq məlumatlara görə uzunluğu 6,1 metr, qanad açıqlığı 5,2 metr, maksimal qalxma kütləsi 2268 kq-dır və sürəti 0,95 Mach-a çatır.
Avtonom missiyalar üçün proqram təminatı həm Anduril, həm də Shield AI tərəfindən təqdim olunur. Bu, Hərbi Hava Qüvvələrinin bir tədarükçüdən asılılığı azaltmaq strategiyasının bir hissəsidir.
YFQ-44A eyni vaxtda General Atomics şirkətinin YFQ-42A Dark Merlin modeli ilə birlikdə qiymətləndirilir. 2026-cı ilin iyununda ABŞ Hərbi Hava Qüvvələri hər iki pilotsuz aparatın təkmilləşdirilməsi və ilkin istehsalı üçün müqavilələr imzalayıb (Y prefiksi prototipi göstərir). Pentaqonun məqsədi onilliyin sonuna qədər 150-dən çox döyüş CCA əldə etmək, uzunmüddətli perspektivdə isə bu rəqəmi təxminən minə çatdırmaqdır.
YFQ-44A-nın iki qanadaltı asqı nöqtəsi var və hər biri bir AIM-120 raketi daşıya bilər. ABŞ Müdafiə Nazirliyinin yayımladığı görüntülərə əsasən, bu platformada F-16 və F/A-18 qırıcılarında istifadə olunan LAU-128 tipli buraxıcı qurğular tətbiq olunur.
Pentaqon strateqlərinin fikrincə, CCA-lar yalnız aviasiya qruplarının atəş gücünü artırmayacaq, həm də hava döyüşünün xarakterini dəyişəcək. Rəqib bir neçə istiqamətdən gələn təhlükələrlə eyni anda üzləşəcək. Bu xüsusilə Hind-Sakit okean regionu üçün vacib hesab olunur, çünki Tayvan ətrafında mümkün ssenaridə Çin Hərbi Hava Qüvvələri say üstünlüyünə və daha yaxın bazalara malik olacaq.
Pentaqon vurğulayır ki, silahın tətbiqi ilə bağlı qərar həmişə insan tərəfindən verilir, avtonomluq isə yalnız operatorun yükünü azaldır.
7 143
“Loyal wingman” atəş sınaqları
ABŞ Hərbi Hava Qüvvələri Anduril şirkətinin CCA proqramı (Collaborative Combat Aircraft) çərçivəsində hazırladığı YFQ-44A pilotsuz aparatından AIM-120 hava-hava raketinin buraxıldığını açıqlayıb. Lakin hələki atəş real hədəfə qarşı edilməyib.
Buraxılış Mojave səhrasında yerləşən poliqon üzərində, qapalı hava məkanında həyata keçirilib və rəqəmsal (simulyasiya olunmuş) hədəfdən istifadə olunub. Sınağın məqsədi YFQ-44A-nın operator tərəfindən əvvəlcədən müəyyən edilmiş parametrlər çərçivəsində raket buraxa bilməsini yoxlamaq, operatorla “loyal wingman” arasında əlaqənin keyfiyyətini qiymətləndirmək, eləcə də raketlə rabitəni test etmək olub. AIM-120-nin konkret modifikasiyası, buraxılış məsafəsi, uçuş profili və zərbə qiymətləndirilməsi barədə məlumat verilməyib.
