uz
Feedback
Ormilitarism

Ormilitarism

Kanalga Telegram’da o‘tish

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

Ko'proq ko'rsatish
7 265
Obunachilar
-124 soatlar
-197 kunlar
-8530 kunlar
Postlar arxiv
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təxminən 60 ədəd havadan yanacaqdoldurma təyyarəsi (KC-135 və KC-46) Ben Qurion hava limanında yerləşdirilib, əlavə olaraq 16–18 təyyarə Eylat/Ramon bazasında saxlanılır.

Panama bayrağı altında üzən konteyner gəmisi İraqın Umm Qasr limanı yaxınlığında zərbə alıb. UKMTO bildirir ki, naməlum vasit
+1
Panama bayrağı altında üzən konteyner gəmisi İraqın Umm Qasr limanı yaxınlığında zərbə alıb. UKMTO bildirir ki, naməlum vasitə gəminin sağ (starboard) tərəfinə dəyib və güclü partlayışa səbəb olub. İraq mənbələri isə bunun texniki nasazlıq ola biləcəyini deyir.

Hornet tipli kamikadze dronlarının İzvarino keçid məntəqəsinə (Donetsk) - LXR və Rostov vilayətinin inzibati sərhədinə, cəbhə
+1
Hornet tipli kamikadze dronlarının İzvarino keçid məntəqəsinə (Donetsk) - LXR və Rostov vilayətinin inzibati sərhədinə, cəbhə xəttindən 160 km-dən çox məsafəyə - qədər çatdığı bildirilir. Daha əvvəl də oxşar orta mənzilli dronların DXR və Rostov vilayəti sərhədində yerləşən Veselo-Voznesenka keçid məntəqəsi üzərində uçuşları göstərilmişdi. Bu, keçid məntəqələrində dayanan avtomobillərin birbaşa vurula bilməsi imkanını göstərir. Eyni risk LXR ərazisindəki keçidlər üçün də keçərlidir, çünki burada da yük və minik avtomobilləri növbələr yaradır və bu, dron görüntülərində də görünür.

Kuba sahil müdafiəsi ABŞ-ın mümkün əməliyyatına hazırlıq vəziyyətinə gətirilib. Hazırlığın tərkibinə Bandera VI-M Remulgadas kompleksləri də daxildir. Bu sistem Sovet istehsalı P-15M gəmiəleyhinə raketlərin ixrac versiyası olan P-21/22 raketlərindən istifadə edir. Bu raketlər köhnəlmiş hesab olunur. Onların aşkar edilməsi nisbətən asandır (radar izi yüksəkdir) və gəmi hava hücumundan müdafiə sistemləri tərəfindən tutulması mümkündür. Həmçinin onların idarəetmə sistemi elektron mübarizə vasitələrinə qarşı zəifdir.

+2
Ukraynaya məxsus FP-2 kamikadze dronları adi yük maşınının üzərinə quraşdırılmış qurğudan buraxılır. Dronlar havaya qalxmaq üçün əlavə reaktiv sürətləndirici ilə start götürür.

Rusiya ordusunun çayı keçmək üçün istifadə etməyə çalışdığı, ultra modern, əl üsulu ilə hazırlanmış ponton keçidi və qoşqu.
+2
Rusiya ordusunun çayı keçmək üçün istifadə etməyə çalışdığı, ultra modern, əl üsulu ilə hazırlanmış ponton keçidi və qoşqu.

Yanacaq daşıyan maşınlar ilə bərabər indi də yanacaqdoldurma məntəqələri vurulur. Bu hücumlar təkcə Krıma gedən yol üzərində
+5
Yanacaq daşıyan maşınlar ilə bərabər indi də yanacaqdoldurma məntəqələri vurulur. Bu hücumlar təkcə Krıma gedən yol üzərində (Xerson və Zaporojye tərəflərində) yox, LXR ərazisində də edilir. Məqsəd yalnız Krımda deyil, bütün işğal edilmiş ərazilərdə yanacaq çatışmazlığı yaratmaqdır.

İrəvanda keçirilən paradda sistemlər nümayiş olunan Hindistan məhsulları >Akash zenit-raket kompleksi >ATAGS 155 mm yedəkli h
+9
İrəvanda keçirilən paradda sistemlər nümayiş olunan Hindistan məhsulları >Akash zenit-raket kompleksi >ATAGS 155 mm yedəkli haubitsalar >MArG 155 BR/39 özüyeriyən haubitsalar >Pinaka 214 mm reaktiv yaylım atəş sistemi >Swathi artilleriya mövqelərini aşkar edən radar

Ukraymanın yaydığı zəif keyfiyyətli peyk şəkillərinə görə, vurulan Tu-142 təyyarələri hücumdan əvvəl aerodromda yerlərini dəy
+2
Ukraymanın yaydığı zəif keyfiyyətli peyk şəkillərinə görə, vurulan Tu-142 təyyarələri hücumdan əvvəl aerodromda yerlərini dəyişiblər. Bu təyyarələr əvvəlki hücumda məhv edilən A-60 və A-100LL təyyarələrinin sağ tərəfində dayanırdı. 7 mayda yalnız bir təyyarə görünür, 9 mayda ikinci əlavə olunur, 29 mayda isə üçüncü də görünür.

+3
Rostov vilayətinin Taqanroq hava limanında iki Tu-142 hərbi təyyarəsi və “İskander-M” raket kompleksinin buraxılış qurğusu Ukraynaya məxsus FP-2 kamikadze dronları tərəfindən vurulub. Görüntülərin keyfiyyətli və sabit olması isə onların ya Starlink ilə, ya da güclü siqnal ötürücü vasitəsilə idarə edildiyini göstərir.

Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus Su-30SM çoxməqsədli qırıcıları : Asqılardakı silahlar 4 ədəd R-27R hava-hava raketi
+3
Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus Su-30SM çoxməqsədli qırıcıları : Asqılardakı silahlar 4 ədəd R-27R hava-hava raketi 4 ədəd R-73 hava-hava raketi 2 ədəd X-31P hava-yer tipli taktiki idarəolunan raket 2 ədəd X-29T hava-yer idarəolunan raketi 4 ədəd Yasin (İran istehsalı Mk-80 ailəsinə bənzər) aviabomba

Putin: Ukraynadakı böhran hazırda Ermənistanda baş verənlərə bənzər bir vəziyyətlə başlayıb

IBM seriyalı minalar Ukrayna ordusunun yolları uzaqdan minalamaq üçün istifadə etdiyi kiçik partlayıcı vasitələr kimi təsvir
+6
IBM seriyalı minalar Ukrayna ordusunun yolları uzaqdan minalamaq üçün istifadə etdiyi kiçik partlayıcı vasitələr kimi təsvir olunur. Bu minalar çox kiçikdir və içində az miqdarda partlayıcı olur (on qramdan artıq). Amma bu miqdar belə zirehsiz avtomobilləri sıradan çıxarmaq və insanlara ciddi zərər yetirmək üçün kifayət edir. Onlar müxtəlif üsullarla işə düşə bilər: ya üzərindən maşın keçəndə, ya da toxunma və ya hərəkət dəyişməsi olduqda. Minaların özünü məhv etmə sistemi var və təxminən 90 günə qədər aktiv qala bilər. Yəni bir dəfə atıldıqdan sonra aylarla təhlükə yarada bilər. Bu minalar xüsusi kasetlərdən səpilir. Bir kasetdə onlarla mina ola bilər və onlar yol boyunca geniş əraziyə yayıla bilər. Sadə dildə desək, bunlar yolları təhlükəli hala gətirən və nəqliyyatı risk altına salan kiçik partlayıcı qurğulardır.

Krım və Donetsk Xalq Respublikasında benzin alışı üçün məhdudiyyətlər tətbiq edilib. Krımda bir nəfərə gündə maksimum 20 litr AI-95, DXR-də isə 30 litr AI-95 satılır. Bu vəziyyət yay mövsümünün başlanğıcı ilə üst-üstə düşür. Yay dövrü yanacağa tələbatın artdığı vaxtdır və bu da vəziyyəti daha da gərginləşdirə bilər.

+1
Ukraynanın magistral yolları bloklaması. Dronla bir və ya iki yük maşını və ya yanacaq daşıyan maşın vurulur. Onlar yolda dayanaraq yanmağa başlayır və yolu hər iki istiqamətdə bağlayır. Fövqəladə xidmətlər, hərbi qüvvələr hadisə yerinə çatana, yanğını söndürüb qalıqları təmizləyənə qədər yol hərəkəti dayanır. Bu müddətdə digər nəqliyyat vasitələri sıx şəkildə toplanır və yeni hücumlar üçün daha asan hədəfə çevrilir. Beləliklə, vəziyyət getdikcə böyüyən zəncirvari problemə çevrilir. Əsas məsələ budur ki, arxa cəbhə logistikası əvvəllər hava üstünlüyünə malik müasir aviasiya ilə pozulurdusa, indi bu funksiyanı nisbətən ucuz dronlar yerinə yetirə bilir.

photo content
+1

Minalar barədə yazmışdıq və budur Ukrayna artıq dronlar ilə arxa cəbhə yollarının uzaqdan minalanması başlayıb. Yollara səpəl
Minalar barədə yazmışdıq və budur Ukrayna artıq dronlar ilə arxa cəbhə yollarının uzaqdan minalanması başlayıb. Yollara səpələnən bu güclü minalar həm zirehsiz hərbi və mülki avtomobilləri, həm də artıq adi minik avtomobilləri və avtobusları asanlıqla sıradan çıxara bilər. Yollarda kütləvi mina istifadəsi kamikadze dronların zərbələrindən daha çox nəqliyyatın iflicinə və magistral yolların bağlanmasına səbəb olacaq. Fotoda Mariupol–Melitopol magistral yolunun bir hissəsi göstərilir.

Sevastopolda AI-92 və AI-95 markalı benzin ehtiyatları tükənib. Qubernator Mixail Razvojayev bu barədə bildirib.
Sevastopolda AI-92 və AI-95 markalı benzin ehtiyatları tükənib. Qubernator Mixail Razvojayev bu barədə bildirib.

“Rostex” bildirir ki, rus qoşunlarına “Bereq” döyüş bölməsi ilə modernləşdirilmiş BMD-2M döyüş maşınlarının yeni partiyası tə
“Rostex” bildirir ki, rus qoşunlarına “Bereq” döyüş bölməsi ilə modernləşdirilmiş BMD-2M döyüş maşınlarının yeni partiyası təhvil verilib. Yenilənmiş BMD-2M-də əlavə asma zireh, termal kamera ilə yeni atəş idarəetmə sistemi və “Kornet” tank əleyhinə raket komplekslərinin buraxılış qurğuları quraşdırılıb. Rusiya Müdafiə Nazirliyi hələ 2018-ci ildə köhnəlmiş BMD-2 parkının geniş miqyasda modernləşdirilməsi planlarını açıqlamışdı. Həmin vaxt təxminən 600 ədəd maşının BMD-2K-AU və BMD-2M səviyyəsinə çatdırılması nəzərdə tutulurdu.

Livan–İsrail sərhədində Hizbullahın FPV-dronları ilə həyata keçirilən zərbələr nəticəsində İsrailin “Dəmir Qübbə” hava müdafi
+4
Livan–İsrail sərhədində Hizbullahın FPV-dronları ilə həyata keçirilən zərbələr nəticəsində İsrailin “Dəmir Qübbə” hava müdafiə sisteminin həm maketi, həm real buraxılış qurğusu, eləcə də RPS-42 radiolokasiya stansiyası vurulub.