en
Feedback
Ormilitarism

Ormilitarism

Open in Telegram

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

Show more
7 275
Subscribers
-324 hours
-237 days
-6530 days
Posts Archive
Ukrayna Silahlı Qüvvələrinin Zaporojye vilayətinin Vladimirovka kəndi yaxınlığında, Korsak çayı üzərindəki körpüyə dron zərbə
+1
Ukrayna Silahlı Qüvvələrinin Zaporojye vilayətinin Vladimirovka kəndi yaxınlığında, Korsak çayı üzərindəki körpüyə dron zərbələrindən sonra yaranan nəticələr. Görüntülərə əsasən, körpü ciddi zədələnib – örtük hissəsində bir neçə deşik açılıb və bir hissəsi üzərində olan avtomobillə birlikdə uçub. Novoazovskdakı körpüyə edilən zərbələrdən sonra gözlənildiyi kimi, Ukrayna qüvvələri R-280 “Novorossiya” magistralı boyunca digər keçid nöqtələrini də hədəfə almağa başlayıb. Məqsəd bu marşrut üzrə hərəkəti ləngitmək, həm Krımın, həm də digər yeni ərazilərin logistikasına təsir göstərməkdir.

+3
Nikolayev vilayətinin Voznesensk aerodromunda Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcısı idarə olunan “Geran-4” kamikadze dronunun zərbəsi ilə məhv edilib. Bundan əlavə, başqa bir MiQ-29-un yerləşdiyi və beton sığınacaq (JBU) daxilində yanacaq doldurduğu əraziyə də zərbə endirilib, lakin bu zərbənin nəticələri məlum deyil. Həmçinin Poltava vilayətində daha bir MiQ-29 itirilib, pilot katapult edərək xilas olub. Ümumilikdə 2 MiQ-29 qırıcısının məhv edildiyi, daha birinin isə taleyinin qeyri-müəyyən olduğu bildirilir.

Ukraynanın FP-5 Flamingo raketlərinin, sürətinin aşağı və ölçüsünün böyük olmasına görə nəzəri olaraq asan vurula bilməsinə b
Ukraynanın FP-5 Flamingo raketlərinin, sürətinin aşağı və ölçüsünün böyük olmasına görə nəzəri olaraq asan vurula bilməsinə baxmayaraq, hava hücumundan müdafiəni tez-tez yarıb keçməsinin səbəblərindən biri seçilən uçuş trayektoriyası hesab olunur. İddialara görə, 2026-cı ildə bu raketlərlə həyata keçirilmiş 7 uğurlu zərbənin hamısı Volqa və Kama çaylarının axını boyunca, eləcə də həmin su hövzələrinin yaxınlığındakı hədəflərə endirilib. Bu yanaşma raketlərin marşrutunu təbii maneələri, məsələn təpələr, meşələr və yarğanları nəzərə alaraq qurmağa imkan verir. Raketlər suyun üzəri ilə maksimum aşağı hündürlükdə uçaraq radarlar tərəfindən aşkarlanmaqdan və hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmaqdan yayınır. Bundan əlavə, Rusiyanın kifayət qədər erkən xəbərdarlıq təyyarələrinin olmaması belə aşağıdan uçan hədəflərin vaxtınd aşkar edilməsini daha da çətinləşdirir. Nəticədə Flamingo raketləri çox vaxt hədəfə son mərhələdə yaxın məsafədə “görünür” və bu zaman onların hamısını vurmaq mümkün olmur.

+1
Maraqlı Ukraynanın Ochi Analytics platformasının məlumatlarına əsasən, Volqoqradda yerləşən “FNPC Titan-Barrikadı” müəssisəsinə zərbə zamanı FP-5 “Flamingo” qanadlı raketlərinin uçuş trayektoriyasının təxmini vizuallaşdırılması təqdim olunub. Xəritədə buraxılan beş raketin əvvəlcə Saratov vilayətinin qərb istiqamətinə doğru hərəkət etdiyi, daha sonra isə Volqoqrada yönəldiyi görünür. Yerli sakinlərin çəkdiyi kadrlara əsasən, raketlərdən üçü hədəfə çatıb.

ZALA şirkətinin “Kama” adlı pilotsuz kateri Yaponiya dənizində sınaqdan keçirilib. Saxalin yaxınlığında aparılan testlərdə bu sürətli, insansız kater patrul və xilasetmə işləri üçün nəzərdə tutulduğunu təsdiqləyib. “Kama” uzaqdan idarə olunur və xüsusi rabitə sistemi sayəsində Rusiyanın istənilən nöqtəsindən idarə etmək mümkündür. Kater açıq dənizdə işləyə bilir, yük daşıyır və yanacaq doldurmadan 12 saata qədər fəaliyyət göstərə bilir. Həm hava, həm də dəniz dronları ilə birlikdə işlədikdə müxtəlif tapşırıqları yerinə yetirməyə hazır olduğu göstərilib.

İsrail müdafiə şirkətləri rəsmi diplomatik əlaqələrin olmamasına baxmayaraq Qətər və Səudiyyə Ərəbistanına qabaqcıl hərbi sis
İsrail müdafiə şirkətləri rəsmi diplomatik əlaqələrin olmamasına baxmayaraq Qətər və Səudiyyə Ərəbistanına qabaqcıl hərbi sistemlər satıblar. Sənədlər və fotolar göstərir ki, Qətər VIP təyyarələr üçün Elbit şirkətinin C-MUSIC hava müdafiə sistemlərini əldə edib. Eyni zamanda həm Qətər, həm də Səudiyyə Ərəbistanı Boeing müqavilələri vasitəsilə F-15 qırıcıları üçün İsrail istehsalı komponentlər, döyüş dəbilqələri və gecəgörmə sistemləri alıblar.

+6
USQ Volqoqradda yerləşən “FNPTs Titan-Barikadı” ASC-yə FP-5 “Flamingo” qanadlı raketləri ilə zərbə endirib. Müəssisə artilleriya sistemləri və raket komplekslərinin, xüsusilə “İskəndər-M” operativ-taktiki raket kompleksinin hazırlanması üzrə ixtisaslaşıb.

+6
Yeni “Geran-2” kamikadze dronlarının Zaporojye və Xarkov vilayətinin Malinovka bölgəsində hərəkətdə olan dəmir yolu qatarlarına zərbələri.

Vladimir vilayətinin Qus-Xrustalnı şəhərində yerləşən “Vladimir” Peyk Rabitə Mərkəzinin ukraynalı kamikadze dronların zərbələ
Vladimir vilayətinin Qus-Xrustalnı şəhərində yerləşən “Vladimir” Peyk Rabitə Mərkəzinin ukraynalı kamikadze dronların zərbələrindən sonrakı peyk görüntüsü. İddialara görə, iki bina ciddi zərər görüb. Bunlara aparat-proqram və aparat-texniki korpuslar, həmçinin kompleksin əsas 25 metrlik antenası və ərazidə yerləşən digər avadanlıqlar daxildir. Bu, bir həftə ərzində Ukrayna zərbələri nəticəsində zədələnən artıq ikinci peyk rabitə mərkəzidir. Daha əvvəl Moskva vilayətində yerləşən əsas “Dubna” Peyk Rabitə Mərkəzinə də zərbə endirilmişdi. Ümumilikdə Rusiyada bu iki zədələnmiş mərkəz də daxil olmaqla 6 böyük peyk rabitə mərkəzi fəaliyyət göstərir. Onlar Rusiya rabitə peykləri ilə idarəetmə və məlumat mübadiləsini təmin edən yerüstü qovşaqlardır.

Rostov vilayətində 300-dən çox məhv edilmiş texnika metal kimi hərraca çıxarılıb. Tədbir barədə məlumat rəsmi “GİS Torgi” pla
Rostov vilayətində 300-dən çox məhv edilmiş texnika metal kimi hərraca çıxarılıb. Tədbir barədə məlumat rəsmi “GİS Torgi” platformasında dərc olunub, bütün lotların ümumi dəyəri 43,7 milyon rubl qiymətləndirilir. Dörd lotdan biri aşağıdakı qalıqları əhatə edir: Tanklar: 22 ədəd T-80, 5 ədəd T-64, 1 ədəd T-90, 12 ədəd T-72 və 6 ədəd T-62; PDM və BTR-lər: 22 ədəd BMP-1, 25 ədəd BMP-2, 1 ədəd BMP-1KŞ, 2 ədəd BRM-1K, 1 ədəd BREM-L, 1 ədəd BREM-1, 4 ədəd BTR-80/82, 1 ədəd BTR-80, 1 ədəd BTR-50, 11 ədəd MT-LB, 1 ədəd ATS-59 və 1 ədəd BTS-4; Yük və minik avtomobilləri: 1 ədəd KamAZ-43114, 2 ədəd GAZ-66, 2 ədəd VAZ-2106, 1 ədəd VAZ-2101, 1 ədəd VAZ-2121, 10 ədəd müxtəlif UAZ avtomobili, 2 ədəd GAZ avtomobili, 2 ədəd Desertcross və 1 ədəd MAZ. Digər lotlarda həmçinin BMP-3, BTR-70 və T-54 tanklarının qalıqları da yer alır.

Qeşm adasında partlayış səsləri eşidilib.

İranın Hörmüzqan vilayətinin Sirik rayonunda yerləşən Tahrui kəndi yaxınlığında bir neçə partlayış səsi eşidilib.

ABŞ-nin İrana hazırkı zərbəsi dünən gecəkinə nisbətən daha genişdir. ABŞ qüvvələri Bəhreyndə ABŞ qüvvələrinə qarşı buraxılan 9 İran pilotsuz uçuş aparatını vurub.

CENTCOM: ABŞ İranın Hörmüz boğazı yaxınlığında M/T Kiku tankerinə zərbə endirməklə atəşkəsi pozmasından sonra İranın hərbi hədəflərinə (müşahidə, rabitə, hava hücumundan müdafiə, dron anbarları, mina yerləşdirən vasitələr) zərbələr endirib.

Rusiya qüvvələri son 48 saat ərzində Poltava və Xarkov vilayətlərində yerləşən “Naftogaz”a aid hasilat obyektlərini hədəfə al
Rusiya qüvvələri son 48 saat ərzində Poltava və Xarkov vilayətlərində yerləşən “Naftogaz”a aid hasilat obyektlərini hədəfə alıb. Şirkətin yaydığı məlumata əsasən, hücumlar zamanı ən azı dörd ədəd ballistik raketdən istifadə olunub, bunların bir hissəsi kaset tipli döyüş başlıqları ilə təchiz edilib. Bundan əlavə, zərbələrdə pilotsuz uçuş aparatları da tətbiq olunub.

Rusiyanın cavab zərbələri limitləri və verilən cavabların standartlaşması. Azərbaycanda bəzi insanların ağzındakı Rusiyanın hələ işlətmədiyi çox şey var sözü ilə başlayaq. Ümumi olaraq döyüşlərdə vasitələrdən kütləvi istifadə zamanı nəticə əldə olmursa həmin proses o vasitəni normallaşdırmaqdan başqa bir şey deyil. Buna misal kimi 10-12 il əvvəl Rusiyanın Xəzər dənizindən Suriyanı Kalibr ilə vurması idi. Hər üçün maraqlı və şok hadisə olmuşdu və bu əməliyyat xüsusi bir rəğbət qazanmışdı. Rusiyanın Ukraynanı Kalibrlə vurması bu gün standart, adi bir top atışından başqa rezonans doğurmur. Çünki nəticə yoxdur. Rusiya ilk dəfə Kinzhal atanda hamı üçün maraqlı idi amma halbuki çox adam bilmir ki, Kinzhal İskander-Min havadan atılan birazda bəzədilmiş versiyasıdır. İndi hər dəfə atılır amma standartlaşıb. Çünki nəticə yoxdur. Rusiya ilk dəfə Oreşnik IRBM atışı həyata keçirtdi. O gün yadımdadıkı səhərə qədər yatmamışdım. İstifadə olunan nə olduğunu axtarmaq, nəticələri axtarmaq. Amma nəticə noldu heçnə. Rusiya ikinci dəfə atanda isə hamı elə belə paylaşdı. Rusiya 3 dəfə atsa çox adam paylaşmayacaq belə. Ruslar əllərindəki IRBM çəkindirici zərbə imkanınıda istifadə etdi. Nəticə yoxdur. Bəs qaldı nüvə. Nüvə atılsa və nəticə olmasa? Hər dəfə kilotonunu qaldırıbmı atacaqlar? Hər logistika zərbəsinə cavab olaraq nüvəmi atacaqlar? Yox təbiiki.

İndi qarşılaşdırma aparmaq lazımdır. Ukrayna Yaponiyanın 1945ci il yay ayındakı vəziyyətdədirmi? - deyil. Ukrayna hazırda cəbhədə kvadrat ölçüsü ilə ərazi itirsə də, ümumi təzyiq balansı cəhətdən üstünlük qurmuş vəziyətdədir. Bu gün ona endirilən nüvə silahı zərbəsi onu Rusiya qarşısında hər kəsi qaldırmaq üçün bir “kozr” sayılır.

Rusiyanın Ukraynaya taktiki nüvə zərbəsi endirməsi ssenarisini Yaponiya ilə müqayisə etməyə məcburuq. Çünki tarixdə sadəcə və tək orda istifadə edilib. Taktiki nüvə silahı bir müasisəni, bir limanı, bir zavodu və ya kiçik bir hərbi şəhərciyi eləcədə kompleks hərbi hissəni, böyük texnika parklarını və bunlara bənzər hədəfləri məhv etmək üçündür.