ru
Feedback
Ormilitarism

Ormilitarism

Открыть в Telegram

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

Больше
7 306
Подписчики
-524 часа
-217 дней
-6030 день
Архив постов
+4
Moskvaya qarşı Ukrayna pilotsuz uçuş aparatlarının hücumu. Dronlardan biri MNPZ obyektinə ziyan vurub.

Tramp “İranla bağlı rejim dəyişikliyi ilə heç vaxt maraqlanmamışam, amma güman edirəm ki, İranda rejim dəyişikliyi baş verir.”

Görək burda nəyi buluyur.

Tramp : "İran məsələsi qapanıb. İndi bütün diqqətlər Ukraynaya yönələcək".

Ukrayna dronu Nova Kaxovka–Melitopol magistralında Rusiyaya məxsus yanacaq tankerini vurub.

Polşa geridə qalan MiG-29 qırıcı təyyarələrini Ukraynaya hələ də təhvil verməyib. Səbəb tərəflər arasındakı Ukraynanın dron t
Polşa geridə qalan MiG-29 qırıcı təyyarələrini Ukraynaya hələ də təhvil verməyib. Səbəb tərəflər arasındakı Ukraynanın dron texnologiyasının ötürülməsi ilə bağlı danışıqların hələ tamamlanmamasıdır. Müdafiə nazirinin müavini Cezary Tomczyk bildirib ki, Polşa razılaşmanın bir hissəsi kimi Ukraynanın döyüş sahəsində əldə etdiyi dron təcrübəsinə çıxış əldə etmək istəyir.

Britaniya Kral Dəniz Piyadalarının İngilis Kanalında “MV Smyrtos” adlı, sanksiyalara məruz qalmış Rusiya Aframax tankerinə gecə əməliyyatı zamanı eniş etdiyi və gəmini ələ keçirdiyi bildirilir. Gəminin təxminən 101,400 ton Ural xam nefti daşıdığı qeyd olunur.

ABŞ Hərbi Hava Qüvvələrinin F-35 donanmasının hazırlıq vəziyyəti ilə bağlı GAO hesabatına əsasən: F-35 təyyarələrinin yalnız
ABŞ Hərbi Hava Qüvvələrinin F-35 donanmasının hazırlıq vəziyyəti ilə bağlı GAO hesabatına əsasən: F-35 təyyarələrinin yalnız 44%-i döyüş tapşırığına hazır vəziyyətdədir, cəmi 25%-i isə bütün missiya növlərini yerinə yetirə bilir. Bu o deməkdir ki, hər 4 təyyarədən təxminən 3-ü ya məhdud funksiyalıdır, ya da müəyyən səviyyədə istifadə oluna bilmir. 2021-ci ildən bəri donanma təxminən 450 təyyarədən 800-dən çox platformaya qədər genişlənib. Bu artım artıq mövcud olan texniki xidmət sisteminə əlavə yük yaradıb. Əsas problemlər kimi proqram təminatındakı gecikmələr, ehtiyat hissələrinin çatışmazlığı və korroziya göstərilir. Hesabatda qeyd olunur ki, vəziyyəti düzəltmək üçün 2031-ci ilə qədər əlavə 13.7 milyard dollar tələb olunur.

ABŞ Hərbi Dəniz Qüvvələrinin Arleigh Burke sinifinə aid ən yeni idarə olunan raket esminesi, gələcək USS Ted Stevens (DDG-128
ABŞ Hərbi Dəniz Qüvvələrinin Arleigh Burke sinifinə aid ən yeni idarə olunan raket esminesi, gələcək USS Ted Stevens (DDG-128), qəbul prosesini davam etdirmək və zərbə sınaqlarını keçmək üçün Virciniya ştatındakı Norfolk hərbi-dəniz bazasından Floridadakı Mayport bazasına yola düşüb.

ABŞ-da Kaliforniya ştatının Mojave səhrasında yerləşən Edvards aviabazasından havaya qalxdıqdan qısa müddət sonra B-52 Strato
+3
ABŞ-da Kaliforniya ştatının Mojave səhrasında yerləşən Edvards aviabazasından havaya qalxdıqdan qısa müddət sonra B-52 Stratofortress strateji bombardmançı təyyarəsi qəzaya uğrayıb.

Son iki ildə texniki nasazlıqlar səbəbindən itirilən artıq dördüncü Tu-22M3 olub. >19 aprel 2024-cü il – Tu-22M3 Stavropol >15 avqust 2024-cü il – Tu-22M3 İrkutsk >2 aprel 2025-ci il – Tu-22M3 İrkutsk >15 iyun 2026-cı il – Tu-22M3 İrkutsk Döyüş əməliyyatları zamanı intensiv istismar və təyyarələrin yaşına görə resursunun tükənməsi yeni texniki problemlərin yığılmasına səbəb olur. Daha öncə rus hava vasitələrindəki problemlər barədə yazmışdım.

Ukrayna bildirir ki, Rusiya Silahlı Qüvvələri cəbhənin bəzi sahələrində Ukrayna dronlarının Starlink vasitəsilə olan əlaqəsin
Ukrayna bildirir ki, Rusiya Silahlı Qüvvələri cəbhənin bəzi sahələrində Ukrayna dronlarının Starlink vasitəsilə olan əlaqəsini susdurmağı öyrənib. İddia olunur ki, bunun üçün hələ adı məlum olmayan radioelektron mübarizə kompleksi istifadə olunur və görüntüdə məhz həmin sistem əks olunub. Əgər “Starlink” siqnalını effektiv şəkildə susdurmaq üsulu həqiqətən tapılıbsa, belə sistemlərin yayılması Ukraynanın orta məsafəli zərbələrinin effektivliyinə ciddi təsir göstərə bilər.

X-101 Korpusun radar siqnallarını udan örtüyü yenilənib, bu da effektiv əks olunma səthini (RCS) azaltmaq üçündür. Raket uçuş
X-101 Korpusun radar siqnallarını udan örtüyü yenilənib, bu da effektiv əks olunma səthini (RCS) azaltmaq üçündür. Raket uçuş zamanı bort müdafiə kompleksi istifadə edir. İnfra tələlər və dipol əks etdiricilər buraxan modullar mövcuddur. Sistem hava hücumundan müdafiə radarları aşkar edildikdə və ya hədəfə yaxınlaşma zamanı avtomatik aktivləşir. 2024-cü ilin yazından etibarən iki döyüş başlıqlı versiyalar istifadə olunur. Bunun nəticəsində döyüş başlığının ümumi çəkisi təxminən 450 kq-dan 800 kq-a qədər artırılıb. Bu, yanacaq çəninin həcminin azaldılması hesabına mümkün olub və uçuş məsafəsi 5500 km-dən 2500 km-ə düşüb. Lakin Ukrayna ərazisi nəzərə alınarsa, bu azalma kritik hesab edilmir. İkinci döyüş başlığı idarə olunan şəkildə ayrılıb müəyyən hündürlükdə partladılır, bu da kaset tipli döyüş başlıqlarının daha effektiv istifadəsinə imkan verir. 2024–2025-ci illərdə tapılan qalıqların analizi göstərir ki, ümumi təyinatlı mülki çiplərdən daha çox ixtisaslaşmış komponentlərə keçid edilib.

İllər boyu davam edən döyüşlərdə lazımlı modernzasiyalar “İskander-M”: Raketə uçuşun son mərhələsində saxta hədəflər, dipol ə
İllər boyu davam edən döyüşlərdə lazımlı modernzasiyalar “İskander-M”: Raketə uçuşun son mərhələsində saxta hədəflər, dipol əks etdiricilər və infra tələlər buraxan yenilənmiş 9B899 modulu quraşdırılıb. Bort sistemləri aktiv skan rejimində işləmək və hava hücumundan müdafiə radarlarının “kor zonalarını” aşkar etmək üçün uyğunlaşdırılıb. Proqram təminatı mütəmadi yenilənir. 2023–2024-cü illərdən sonra buraxılan versiyalarda optik başlıqdan alınan görüntülərin emalı üçün daha sürətli prosessor istifadə olunur. Bu da hədəfin tanınması, aşkarlanması və vurulma ehtimalını artırır. İstehsalı artırmaq üçün raketə Şimali Koreyanın KN-23 raketlərində istifadə olunan bəzi texniki həllər inteqrasiya edilib. Son dövrdə KN-23 istifadəsi qeydə alınmayıb. Raketdə rus istehsalı elektron komponentlərin payı 90 faizə qədər artıb, lakin Qərb ölkələrinə məxsus elektronika da qalmaqdadır.

Arxa cəbhə logistikasına zərbələrin davamında Ukrayna həm də Liman və Pokrovskoe rayonu (Pokrovskla qarışdırılmamalıdır) isti
+3
Arxa cəbhə logistikasına zərbələrin davamında Ukrayna həm də Liman və Pokrovskoe rayonu (Pokrovskla qarışdırılmamalıdır) istiqamətində bir sıra lokal əks-hücumlar həyata keçirərək son həftələrdə bir neçə kənddə irəliləyiş əldə edib. Pokrovskoe istiqamətidə Ukrayna Silahlı Qüvvələri eyni vaxtda “Donetsk Xalq Respublikası”, Dnepropetrovsk və Zaporojye vilayətlərinin qovşağında hücum edir. Bir neçə yaşayış məntəqəsində 5-8 km irəliləyiş əldə olunub ki, bu da Rusiya Silahlı Qüvvələrinin irəliləyişini minimuma endirmək və çıxıntını kəsmək məqsədi daşıyır.

+3
Rusiyaya məxsus pilotsuz yerüstü vasitə “İmpuls-M” 30 mm-lik AGS-30 avtomatik qumbaraatanı və 107 mm-lik Şimali Koreya istehsalı Type 75 reaktiv yaylım atəşi sistemi ilə.

İrkutsk vilayətinin Svirsk şəhəri yaxınlığında Rus HHQ məxsus Tu-22M3 bombardmançı təyyarəsi qəzaya uğrayıb.

Deməli balistik raketlərin və PUA-ların ümumi götürsək türkçədə caydırıcı gücün necə effektiv olduğu görən və canlı canlı təcrübə edən İran söz verəcək və nüvə silahı düzəltməyəcək?

Sabahınız xeyir

Voleybol bitdi.