Ormilitarism
Kanalga Telegram’da o‘tish
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
Ko'proq ko'rsatish7 302
Obunachilar
-124 soatlar
-227 kunlar
-7230 kunlar
Postlar arxiv
7 302
Belqorodda Ukrayna dronları iki yük avtomobilinə hücum edib, furalardan birinin sürücüsü həlak olub.
7 302
Lockheed Martin HIMARS sisteminin HIMARS FLEX adlı yeni versiyasını təqdim edib.
Yeni versiyada sistem daha modul və çoxfunksiyalı olub, həmçinin döyüş sursatı ehtiyatı ikiqat artırılıb. Həmdə M270-də olduğu kimi iki buraxılış konteyneri daşıya bilir. Əvvəllər 6 ədəd GMLRS/GMLRS-ER raketi, 1 ATACMS və ya 2 PrSM raketi daşıyan tək konteyner əvəzinə, HIMARS FLEX artıq iki konteyner daşıyır.
Bundan əlavə, sistem yalnız taktiki ballistik raketlər üçün deyil, həm də Patriot PAC-3 MSE zenit raketləri üçün buraxılış qurğusu kimi istifadə oluna bilər. Bu halda 8 ədəd zenit raketi yerləşdirilə bilir.
7 302
+9
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə aid “PRYMARY” bölməsi də işğal edilmiş ərazilərin və Krımın logistikasına endirilən dron zərbələrinə qoşulub. Bu bölmə “Rubaka” dronlarından istifadə edir. Onları biz yarımadada və digər bölgələrdə hava hücumundan müdafiə sistemləri və radarların məhv edilməsi əməliyyatlarından tanıyırıq.
7 302
Ötən gün Ukrayna Silahlı Qüvvələrinə məxsus, Storm Shadow qanadlı raketlərini daşıyan Su-24M qəzaya uğrayıb.
Pilot və şturman həlak olub.
7 302
15 iyunda Kiyevdə hərbi-sənaye kompleksinə aid müəssisələrə endirilmiş zərbələrin peyk görüntüləri.
“Kiyev “Radar” zavodu” ASC. Sex ciddi zədələnib (qırmızı ilə işarələnib), 21 saylı korpus (narıncı ilə işarələnib) və daha bir korpus (sarı ilə işarələnib) zədələnib.
“Mayak” zavodu ASC. Sex zədələnib (qırmızı ilə işarələnib), dəmir yolu yaxınlığındakı anbar məhv edilib (yaşıl ilə işarələnib). Mavi ilə hücum nəticəsində zərər görmüş bazar ərazisi göstərilib.
Hücum nəticəsində 410 saylı Mülki Aviasiya Təmir Zavodunun əsas sexi ciddi zədələnib.
Hücum nəticəsində Ukrayna Milli Elmlər Akademiyasının E. O. Paton adına Elektrik Qaynaq İnstitutunun Təcrübəvi Qaynaq Materialları Zavodunun korpusu ciddi zədələnib.
7 302
"Yəqin ki, Krım, yaxında materikdən təcrid olaraq adaya çevriləcək".
- Ukrayna Müdafiə Naziri
7 302
Repost from azOSINT
Trump:
“İran da digər ölkələr kimi ballistik raketlərə sahib olmalıdır. Hamının var, onların da olmalıdır. Necə olur ki, Səudiyyə Ərəbistanın ola bilər, onların yox? Xeyr, bunu deyənlər ağıllı insanlar deyillər. İranın da ballistik raketləri olmalıdır”
7 302
+4
Ukrayna Silahlı Qüvvələrinin dron zərbələrindən sonra Novoazovskda, Donetsk bölgəsi ilə Rostov vilayəti sərhədinə yaxın ərazidə Qruzskiy Yelançik çayı üzərindəki körpünün vəziyyəti.
Şəkillərdə körpü örtüyündə dronların zərbələrindən yaranmış xarakterik deşiklər görünür. Bu izlər 2022-ci ilin yayında Antonovski körpüsünə HIMARS zərbələrindən sonra yarananlara bənzədilir.
Bu körpü həmin ərazidə mühüm əhəmiyyət daşıyır, çünki R-280 “Novorossiya” magistralının bir hissəsi kimi Krım və yeni ərazilərə təminat daşınmasında istifadə olunur.
Məlumata görə, Ukrayna qüvvələri artıq yalnız Krım yaxınlığındakı deyil, ümumilikdə quru dəhlizi boyunca yerləşən körpüləri hədəf almağa başlaya bilər. Bu səbəbdən Mariupol, Berdyansk və digər istiqamətlərdə də oxşar zərbələr gözlənilə bilər.
Belə hücumlarla körpülərin tam məhv edilməsi çətin hesab olunur, lakin müntəzəm zərbələr vasitəsilə təmir işlərini artırmaq və yük axınını azaltmaq mümkündür.
7 302
Rusiyanın Starlink-ə qarşı istifadə etdiyi sistemin “Volna Kupol Garant” adlandığı iddia olunur.
Yeni radioelektron mübarizə kompleksi bir neçə qoşqu üzərində quraşdırılmış peyk antenalarından ibarətdir. Sistem Starlink peyklərinə güclü radio maneələr göndərərək onun yer terminalları ilə əlaqəsini kəsir.
Texniki izaha görə, Starlink peyki terminallardan 14–14,5 GHz diapazonunda siqnallar qəbul edir. Bu diapazon hər biri 62,5 MHz olan 8 kanala bölünüb. İddiaya əsasən, ruslar 8 peyk antenasını həmin peykə yönəldir və hər antena ayrı kanalda maneə siqnalı ötürür. Nəticədə peyk “kor” vəziyyətə düşür.
Bir belə radioelektron mübarizə kompleksi təxminən 20 kvadrat kilometr ərazini əhatə edir və hazırda “Novorossiya” magistralını Ukrayna dronlarından qorumaq üçün istifadə olunduğu bildirilir. Bu səbəbdən həmin sistemlər yaxşı göründüyünə görə Ukrayna onları hədəfə almağa çalışır.
7 302
Московский нефтеперерабатывающий завод yəni Moskva neft emalı zavodu belə qorunurdu.
7 302
Moskvaya qarşı Ukrayna pilotsuz uçuş aparatlarının hücumu.
Dronlardan biri MNPZ obyektinə ziyan vurub.
7 302
Tramp
“İranla bağlı rejim dəyişikliyi ilə heç vaxt maraqlanmamışam, amma güman edirəm ki, İranda rejim dəyişikliyi baş verir.”
7 302
Ukrayna dronu Nova Kaxovka–Melitopol magistralında Rusiyaya məxsus yanacaq tankerini vurub.
7 302
Polşa geridə qalan MiG-29 qırıcı təyyarələrini Ukraynaya hələ də təhvil verməyib. Səbəb tərəflər arasındakı Ukraynanın dron texnologiyasının ötürülməsi ilə bağlı danışıqların hələ tamamlanmamasıdır.
Müdafiə nazirinin müavini Cezary Tomczyk bildirib ki, Polşa razılaşmanın bir hissəsi kimi Ukraynanın döyüş sahəsində əldə etdiyi dron təcrübəsinə çıxış əldə etmək istəyir.
7 302
Britaniya Kral Dəniz Piyadalarının İngilis Kanalında “MV Smyrtos” adlı, sanksiyalara məruz qalmış Rusiya Aframax tankerinə gecə əməliyyatı zamanı eniş etdiyi və gəmini ələ keçirdiyi bildirilir.
Gəminin təxminən 101,400 ton Ural xam nefti daşıdığı qeyd olunur.
7 302
ABŞ Hərbi Hava Qüvvələrinin F-35 donanmasının hazırlıq vəziyyəti ilə bağlı GAO hesabatına əsasən:
F-35 təyyarələrinin yalnız 44%-i döyüş tapşırığına hazır vəziyyətdədir, cəmi 25%-i isə bütün missiya növlərini yerinə yetirə bilir. Bu o deməkdir ki, hər 4 təyyarədən təxminən 3-ü ya məhdud funksiyalıdır, ya da müəyyən səviyyədə istifadə oluna bilmir.
2021-ci ildən bəri donanma təxminən 450 təyyarədən 800-dən çox platformaya qədər genişlənib. Bu artım artıq mövcud olan texniki xidmət sisteminə əlavə yük yaradıb. Əsas problemlər kimi proqram təminatındakı gecikmələr, ehtiyat hissələrinin çatışmazlığı və korroziya göstərilir.
Hesabatda qeyd olunur ki, vəziyyəti düzəltmək üçün 2031-ci ilə qədər əlavə 13.7 milyard dollar tələb olunur.
Endi mavjud! Telegram Tadqiqoti 2025 — yilning asosiy insaytlari 
