en
Feedback

Don't get caught by a cheater! Telemetrio finds and tags such channels 👉 If you want to see the tag, subscribe

Technote

Technote

Open in Telegram

Azərbaycanın texnologiya kanalı ✨️

Show more
2 462
Subscribers
-124 hours
No data7 days
-1730 days
Posts Archive
“Honor” Çində “Honor 700”, “700 Pro” və “700S” smartfonlarını təqdim edib. Hər üç model 6,57 düymlük əsas ekran və arxa tərəf
“Honor” Çində “Honor 700”, “700 Pro” və “700S” smartfonlarını təqdim edib. Hər üç model 6,57 düymlük əsas ekran və arxa tərəfdə əlavə ekranla təchiz olunub. Seriyanın ən güclü modeli “Honor 700 Pro” “Snapdragon 8 Gen 5” prosessoru, 8000 nit parlaqlığa malik AMOLED ekran, 200 MP əsas kamera və 50 MP periskop telekamera ilə seçilir. Ətraflı: https://technote.az/mobil-cihazlar/honor-700-700-pro-ve-700s-smartfonlarini-teqdim-etdi-qiymeti
23 Nov, 10:15

“Apple” qatlanan “iPhone Duo”nun kilid ekranında yeni vidcet sütununu sınaqdan keçirir. “Complication column” adlanan funksiy
“Apple” qatlanan “iPhone Duo”nun kilid ekranında yeni vidcet sütununu sınaqdan keçirir. “Complication column” adlanan funksiya ekranın sağ tərəfindəki boş sahəyə 2 əlavə vidcet yerləşdirməyə imkan verəcək. Bununla istifadəçilər kilid ekranında daha çox məlumat görə biləcəklər. Ətraflı: https://technote.az/proqram-teminati/apple-qatlanan-iphone-duo-nun-kilid-ekraninda-yeni-vidcet-sutununu-sinayir
23 Nov, 07:32

“Apple” “iOS 27.3” yeniləməsinin ilk sınaq versiyasını tərtibatçılara təqdim edib. Yeniləmə “Siri AI” köməkçisinin tətbiqləri
“Apple” “iOS 27.3” yeniləməsinin ilk sınaq versiyasını tərtibatçılara təqdim edib. Yeniləmə “Siri AI” köməkçisinin tətbiqləri səsli əmrlərlə daha geniş idarə etməsinə, “Health” tətbiqində sağlamlıq göstəricilərinin süni intellektlə təhlilinə və “Safari”də şaquli tablarla təkmilləşdirilmiş qaranlıq rejimə imkan yaradacaq. Ətraflı: https://technote.az/proqram-teminati/apple-ios-273-un-ilk-sinaq-versiyasini-tertibatcilara-teqdim-etdi
23 Nov, 04:52

“Google” insan müdaxiləsi olmadan kiberhücum həyata keçirə bilən “exploit_agent” adlı süni intellekt sistemini aşkarladığını
“Google” insan müdaxiləsi olmadan kiberhücum həyata keçirə bilən “exploit_agent” adlı süni intellekt sistemini aşkarladığını açıqlayıb. Sistem təhlükəsizlik boşluqlarını avtomatik tapır, hücum kodu hazırlayır və hədəf serverlərə müdaxilə edir. Araşdırmaya görə, AI əsaslı hücum alətləri artıq real təşkilatlara qarşı istifadə olunur və kiberhücumların sürətini ciddi şəkildə artırır. Ətraflı: https://technote.az/kiberteklukesizlik/google-insan-mudaxilesi-olmadan-kiberhucum-eden-sistemi-askarladi
23 Nov, 04:04

“Honor” 5500 nit parlaqlığa malik 1,5 düymlük LTPO AMOLED ekranlı “Watch 6 Pro” ağıllı saatını təqdim edib. Keramik çərçivəli
“Honor” 5500 nit parlaqlığa malik 1,5 düymlük LTPO AMOLED ekranlı “Watch 6 Pro” ağıllı saatını təqdim edib. Keramik çərçivəli model 120-dən çox idman rejimi, süni intellekt dəstəkli məşq təhlili, təkmilləşdirilmiş sağlamlıq sensorları və dəqiq GPS sistemi ilə seçilir. Ətraflı: https://technote.az/mobil-cihazlar/honor-5500-nit-ekranli-watch-6-pro-agilli-saatini-teqdim-etdi
20 Nov, 05:56

“Apple” “iPhone” üçün “iOS 27.3 public beta 2” yeniləməsini yayımlayıb. Yeni versiyada “Siri” sağlamlıq göstəricilərini təhli
“Apple” “iPhone” üçün “iOS 27.3 public beta 2” yeniləməsini yayımlayıb. Yeni versiyada “Siri” sağlamlıq göstəricilərini təhlil edə, veb-səhifələrin məzmununu anlaya və daha mürəkkəb tapşırıqları yerinə yetirə bilir. Qatlana bilən “iPhone Duo”ya ön kamera ilə kilid açma və bir əllə idarəetmə funksiyaları əlavə olunub. Ətraflı: https://technote.az/proqram-teminati/apple-iphone-ucun-ios-273-un-2-ci-aciq-sinaq-versiyasini-teqdim-etdi
20 Nov, 05:10

“Anthropic” noyabrın 19-da “Nasdaq” birjasında “ANT” simvolu ilə ticarətə başlayıb. IPO qiyməti 83 dollar müəyyən edilən səhm
“Anthropic” noyabrın 19-da “Nasdaq” birjasında “ANT” simvolu ilə ticarətə başlayıb. IPO qiyməti 83 dollar müəyyən edilən səhmlərin ilk dəqiqələrdə 111,50 dollara yüksəldiyi və təxminən 33% bahalaşdığı bildirilir. Şirkətin dəyərinin 1,5 trilyon dollara çatdığı, investor tələbinin isə təklif olunan səhm sayını 6–7 dəfə üstələdiyi qeyd olunur. Ətraflı: https://technote.az/tech-biznes/anthropic-birjaya-cixdi-sehmleri-ilk-deqiqelerde-33-bahalasdi
20 Nov, 02:09

“Apple” OLED ekranlı “iMac” kompüterinin hazırlanmasını təxirə sala və ya layihəni tamamilə ləğv edə bilər. Buna səbəb OLED p
“Apple” OLED ekranlı “iMac” kompüterinin hazırlanmasını təxirə sala və ya layihəni tamamilə ləğv edə bilər. Buna səbəb OLED panellərin yüksək qiyməti və bu texnologiyalı cihazlara tələbatın gözləniləndən zəif olmasıdır. Əvvəlcə 2029–2030-cu illərdə təqdim edilməsi gözlənilən modelin gələcəyi hazırda “Samsung Display” ilə müzakirə olunur. Ətraflı: https://technote.az/mobil-cihazlar/apple-oled-ekranli-imac-komputerini-texire-sala-ve-ya-legv-ede-biler
19 Nov, 09:40

“Swedish House Mafia” qrupunun üzvü Sebastian Ingrosso tərəfindən paylaşılan görüntüdə ekransız, ovuca sığan və üzərində “Tal
“Swedish House Mafia” qrupunun üzvü Sebastian Ingrosso tərəfindən paylaşılan görüntüdə ekransız, ovuca sığan və üzərində “Talk” düyməsi olan cihaz əks olunub. Məhsulun əsasən səslə idarə olunacağı, süni intellektli səs yazıcısı və ya canlı tərcüməçi kimi işləyə biləcəyi ehtimal edilir. Ətraflı: https://technote.az/suni-zeka-ve-elm/nothing-in-ilk-suni-intellekt-cihazi-real-fotoda-gorundu
19 Nov, 07:29

“Google” 2027-ci ilin aprelindən “Google Play”də yayımlanan və yenilənən “Android” tətbiqləri üçün qatlanan ekran dəstəyini m
“Google” 2027-ci ilin aprelindən “Google Play”də yayımlanan və yenilənən “Android” tətbiqləri üçün qatlanan ekran dəstəyini məcburi edəcək. Tətbiqlər ekranı tam doldurmalı, cihaz qatlandıqda və ya çevrildikdə məlumatları itirməməli və çoxpəncərəli rejimdə işləməlidir. Ətraflı: https://technote.az/proqram-teminati/google-play-de-android-tetbiqlerine-qatlanan-ekran-desteyi-mecburi-olacaq
19 Nov, 04:30

Təqdim olunan məlumata görə, “Nvidia”nın Jensen Huangın istefasından sonra əməkdaşlarını itirməmək üçün maaşları artırmağı və
Təqdim olunan məlumata görə, “Nvidia”nın Jensen Huangın istefasından sonra əməkdaşlarını itirməmək üçün maaşları artırmağı və əlavə səhmlər verməyi planlaşdırdığı bildirilir. Müvəqqəti CEO Colette Kress artımların dekabrda, adi maaş yenilənməsindən bir neçə ay əvvəl qüvvəyə minəcəyini açıqlayıb. Təxminən 49 min əməkdaşı olan şirkətdə rəhbərlik dəyişikliyi narahatlıq yaradıb. Ətraflı: https://technote.az/tech-biznes/nvidia-isci-itirmemek-ucun-maaslari-artiracaq-ve-elave-sehm-verecek
19 Nov, 02:37

“Google” “Gemini” süni intellekt köməkçisinə yeni funksiyalar əlavə edib. İstifadəçilər artıq “Skills” adlı fərdi təlimatlara
“Google” “Gemini” süni intellekt köməkçisinə yeni funksiyalar əlavə edib. İstifadəçilər artıq “Skills” adlı fərdi təlimatlara “Google Drive”, “Google Photos” və “Gemini Notebook” fayllarını qoşa, məlumatları avtomatik yeniləyə və hazırladıqları təlimatları başqaları ilə paylaşa biləcəklər. Ətraflı: https://technote.az/suni-zeka-ve-elm/google-gemini-ni-yeniledi-telimatlar-paylasilir-abs-de-sms-le-isleyir
18 Nov, 08:08

“Nvidia”nın idarə heyəti Jensen Huangın baş direktor vəzifəsinə qayıtmayacağını açıqlayıb. Noyabrın 12-də şəxsi davranışı ilə
“Nvidia”nın idarə heyəti Jensen Huangın baş direktor vəzifəsinə qayıtmayacağını açıqlayıb. Noyabrın 12-də şəxsi davranışı ilə bağlı iddialardan sonra istefa verdiyi bildirilən Huang geri dönməyə hazır olduğunu desə də, şirkət yeni rəhbər axtarışına başlayıb. Müvəqqəti CEO vəzifəsini Colette Kress icra edir. Ətraflı: https://technote.az/tech-biznes/nvidia-jensen-huangi-bas-direktor-vezifesine-qaytarmayacaq
18 Nov, 06:52

“Xiaomi” qlobal təqdimatda “Watch S5 41mm” ağıllı saatını, “Smart Band 11 NFC” fitnes qolbağını və “Clip” açıq tipli qulaqlığ
“Xiaomi” qlobal təqdimatda “Watch S5 41mm” ağıllı saatını, “Smart Band 11 NFC” fitnes qolbağını və “Clip” açıq tipli qulaqlığını təqdim edib. 3000 nit parlaqlığa malik AMOLED ekranlı “Watch S5” 14 günədək batareya ömrü, 150-dən çox idman rejimi və “Google Wallet” dəstəyi təklif edir. “Smart Band 11” isə 1,72 düymlük AMOLED ekran, 21 günədək batareya ömrü və sağlamlıq göstəricilərinin izlənməsi ilə seçilir. Ətraflı: https://technote.az/mobil-cihazlar/xiaomi-yeni-agilli-saat-fitnes-qolbagi-ve-aciq-qulaqliq-teqdim-etdi
18 Nov, 03:37

“Apple”ın ilk qatlanan smartfonu “iPhone Duo”ya uyğunlaşdırılan tətbiqlərin sayı cəmi 10 gündə 100 mindən 200 mini keçib. Gen
“Apple”ın ilk qatlanan smartfonu “iPhone Duo”ya uyğunlaşdırılan tətbiqlərin sayı cəmi 10 gündə 100 mindən 200 mini keçib. Geniş daxili ekran üçün optimallaşdırılan bu tətbiqlər “App Store”da “Made for iPhone Duo” nişanı ilə fərqləndirilir. “Apple” öz mağaza tətbiqini də yeniləyərək qatlanan ekranlara uyğunlaşdırıb. Ətraflı: https://technote.az/proqram-teminati/qatlanan-iphone-duo-ya-uygun-tetbiqler-10-gunde-100-minden-200-mini-kecdi
18 Nov, 02:01

“Instagram” rəhbəri Adam Mosseri tətbiqin qatlanan “iPhone Duo” ekranına uyğunlaşdırılmasının çətin olduğunu açıqlayıb. Səbəb
“Instagram” rəhbəri Adam Mosseri tətbiqin qatlanan “iPhone Duo” ekranına uyğunlaşdırılmasının çətin olduğunu açıqlayıb. Səbəb “Instagram”ın əsasən şaquli ekranlar üçün hazırlanması, “iPhone Duo”nun isə daha enli və qısa ekran quruluşuna malik olmasıdır. Xüsusilə “Reels” bölməsində naviqasiya və paylaşım düymələrinin eyni tərəfdə toplanması istifadəni çətinləşdirir. Mosseriyə görə, hazırda videolara baxmaq üçün ən rahat üsul açıq telefonu şaquli tutmaqdır. Ətraflı: https://technote.az/sosial-media/instagram-rehberi-tetbiqi-qatlanan-iphone-duo-ya-uygunlasdirmaq-cetindir
17 Nov, 06:44

HONOR X9e Pro 11 000 mAh-lıq nəhəng batareyası, 8,1 mm nazik gövdəsi və yüksək dözümlülüyü ilə diqqət çəkir. Smartfon orta is
HONOR X9e Pro 11 000 mAh-lıq nəhəng batareyası, 8,1 mm nazik gövdəsi və yüksək dözümlülüyü ilə diqqət çəkir. Smartfon orta istifadədə bir şarjla 2,5–3 gün işləyə, 80 Vt güclə 1 saat 31 dəqiqəyə tam dolaraq 27 Vt güclə başqa cihazları da şarj edə bilir. Model 6,8 düymlük AMOLED ekran, 108 MP əsas kamera və IP69K daxil olmaqla yüksək suya davamlılıq göstəriciləri təklif edir. Ətraflı: https://technote.az/mobil-cihazlar/powerbanki-evde-qoymaq-olar-11-000-mah-batareyali-honor-x9e-pro-nun-icmali
17 Nov, 03:41

“Xiaomi” 18 noyabrda Parisdə keçiriləcək tədbirdə “Xiaomi 18 Pro” və “Xiaomi 18 Pro Max” smartfonlarını qlobal bazara təqdim
“Xiaomi” 18 noyabrda Parisdə keçiriləcək tədbirdə “Xiaomi 18 Pro” və “Xiaomi 18 Pro Max” smartfonlarını qlobal bazara təqdim edəcək. Sentyabrda Çində satışa çıxan modellərin əsas fərqləndirici xüsusiyyəti arxa ekranlarıdır. Qlobal versiyalarda batareya tutumunun fərqli olacağı gözlənilir. Tədbirdə həmçinin “Xiaomi Watch S5 41mm”, “Smart Band 11 NFC”, “Xiaomi Clip” qulaqlığı və yeni “Mijia” məişət cihazları göstəriləcək. Ətraflı: https://technote.az/mobil-cihazlar/xiaomi-18-pro-ve-18-pro-max-smartfonlarini-qlobal-bazara-teqdim-edecek
17 Nov, 01:08

“Nvidia” süni intellekt çipləri bazarındakı liderliyini qorumaq üçün istehsal, yaddaş və məlumat mərkəzləri üzrə ümumilikdə 5
“Nvidia” süni intellekt çipləri bazarındakı liderliyini qorumaq üçün istehsal, yaddaş və məlumat mərkəzləri üzrə ümumilikdə 530 milyard dollarlıq maliyyə öhdəlikləri və zəmanətlər götürüb. Əvvəlki rübdə bu göstərici 184 milyard dollar idi. Şirkət “TSMC” və “SK hynix” kimi təchizatçılarla böyük razılaşmalar bağlayaraq çip istehsal gücünü əvvəlcədən təmin etməyə və rəqiblərindən daha ucuz yaddaş almağa çalışır. Ətraflı: https://technote.az/tech-biznes/nvidia-cip-ve-melumat-merkezleri-ucun-530-milyard-dollar-ohdelik-goturub
16 Nov, 09:21

Cənubi Koreyada milli vergi mühasibliyi imtahanında birinci yeri tutan namizəd süni intellekt vasitəsilə köçürdüyünü etiraf e
Cənubi Koreyada milli vergi mühasibliyi imtahanında birinci yeri tutan namizəd süni intellekt vasitəsilə köçürdüyünü etiraf edib. Han soyadlı şəxs 160 sualdan 159-na düzgün cavab verərək 400 baldan 397,5 bal toplayıb. O, imtahan suallarını gizli kamera ilə çəkərək süni intellektə göndərib və cavabları smartfonundan oxuyub. Ətraflı: https://technote.az/suni-zeka-ve-elm/cenubi-koreyada-imtahan-birincisi-suni-intellektle-kocurduyunu-etiraf-etdi
16 Nov, 06:39