Technote
رفتن به کانال در Telegram
2 587
مشترکین
-124 ساعت
-37 روز
-2230 روز
آرشیو پست ها
2 587
Azərbaycanda sosial media haqqında qanun gəlir:
Sosial şəbəkəyə qoşulma yaşı - 16.
Sosial şəbəkələr dövlətin sorğularına cavab verməlidir.
Əgər dövlətin müəyyən etdiyi qurum sosial şəbəkədən məlumat istəyərsə:
- Məlumatı verməsə;
- Gecikdirsə;
- Yarımçıq və ya yanlış məlumat versə;
platforma böyük məbləğdə cərimələnə bilər.
Sosial şəbəkələr istifadəçinin yaşını müəyyən etmək üçün texniki üsullar tətbiq etməlidirlər.
Yəni nəzəri olaraq:
- Uşaq özünü böyük kimi göstərə bilməməlidir;
- Platforma yaşın düzgün olub-olmadığını yoxlamalıdır.
Mənim fikrimə görə bu qanun birbaşa istifadəçiləri deyil, əsasən sosial şəbəkə platformalarını və onların Azərbaycandakı fəaliyyətini hədəfləyir.
2 587
Xiaomi 17T seriyasını təqdim edir: iki ölçü, bütün xətt üzrə telefoto obyektiv və Leica Live Moment
ətraflı məlumat
2 587
HONOR 600 və 600 Pro: 7000 mAh batareya, AI imkanları və iPhone-a bənzəyən dizayn
Ətraflı məlumat və geniş icmal
2 587
HONOR flaqmanı əlçatan edir: 200 MP kamera və “AI Şəkildən Videoya” funksiyasına sahib 600 seriyası
2 587
Sərəncam verildi:
- Azərbaycanda sosial şəbəkələrə giriş üçün yaş məhdudiyyəti tətbiq olunacaq.
- Ümumtəhsil müəssisələrində mobil və elektron cihazlardan istifadənin qaydaları müəyyən ediləcək.
- Təhsil proqramına rəqəmsal savadlılıq, kibertəhlükəsizlik və məsuliyyətli onlayn davranış mövzuları daxil ediləcək.
2 587
HONOR X Seriyası ailəsinin ən yeni üzvü olan HONOR X8d smartfonunu Azərbaycanda təqdim etdi.
İstifadəçilərə optimal təcrübə təqdim etmək üçün dizayn edilən HONOR X8d ultra-nazik korpusu, güclü 7000 mAh batareyası və inkişaf etmiş AI funksiyaları ilə seçilir.
Ətraflı məlumat və icmal ilə linkdən tanış ola bilərsiniz.
2 587
CES 2026 yanvar ayında Las-Veqasda baş tutacaq və texnologiya dünyası üçün ilin əsas başlanğıcı olacaq. Samsung, NVIDIA, AMD və digər nəhənglər süni intellekt və yeni çip texnologiyalarını təqdim edəcək. Əsas təqdimatlar 4–5 yanvar tarixlərində keçiriləcək.
📰 Xəbəri daha ətraflı oxu
2 587
Meta süni intellekt sahəsində növbəti böyük addımını ataraq Manus startapını $ 2 milyarda satın alır. Manus qısa zamanda agent əsaslı süni intellekt həlləri ilə Silikon Vadisində böyük maraq qazanmışdı. Startap fəaliyyətini müstəqil davam etdirəcək, agentlər isə Meta platformalarına inteqrasiya olunacaq.
📰 Xəbəri daha ətraflı oxu
2 587
YouTube Shorts tövsiyələrinin böyük hissəsi artıq aşağı keyfiyyətli və süni intellektlə hazırlanmış videolardan ibarətdir. Kapwing-in araşdırmasına görə, yeni istifadəçilərə göstərilən Shorts videolarının 54 faizi “AI slop” və ya “brainrot” kontentidir. Bu məzmunlar məntiqsiz və intellektual zəifləməyə səbəb olan videolar kimi xarakterizə olunur.
📰 Xəbəri daha ətraflı oxu
2 587
Carnegie Mellon University alimləri fotoqrafiya sahəsində inqilabi kamera texnologiyası təqdim ediblər. Bu kamera eyni anda yaxın və uzaq obyektləri tam fokusda göstərə bilir. Yeni “məkan üzrə dəyişən avtofokus” sistemi kadrın hər hissəsinin kəskinliyini özü tənzimləyir.
📰 Xəbəri daha ətraflı oxu
2 587
Birbank-ın rəqəmsal ödəniş sistemlərini genişləndirməsi ilə Bakı şəhərində ictimai nəqliyyatda rəqəmsal ödənişlər tam tətbiq olunub. Artıq bütün avtobus marşrutlarında və metro stansiyalarında NFC dəstəkləyən bank kartları ilə ödəniş mümkündür. Sistem Apple Pay, Google Pay, Birbank, BakıKart və m10 ödənişlərini dəstəkləyir.
📰 Xəbəri daha ətraflı oxu
2 587
Google Photos 2026-cı ildən etibarən ilk olaraq Samsung televizorlarında istifadəyə veriləcək. İnteqrasiya sayəsində istifadəçilər fotolarını birbaşa TV ekranında izləyə biləcəklər. İlin ikinci yarısında isə süni intellekt əsaslı funksiyalar əlavə olunacaq.
📰 Xəbəri daha ətraflı oxu
2 587
HUAWEI MatePad Pro 12.2 2025 yaradıcılıq və məhsuldarlığı bir araya gətirən yeni nəsil planşetdir. PaperMatte ekran, NearLink klaviatura və M-Pencil sayəsində cihaz mobil iş stansiyasına çevrilir. Model həm iş, həm də kreativ istifadə üçün nəzərdə tutulub.
📰 Xəbəri daha ətraflı oxu
2 587
“Forbes Middle East” Azərbaycan iqtisadiyyatının yeni rəqəmsal mərhələsinə diqqət ayırıb. Fərid Məmmədov qeyri-neft sektorunun yüksəlişi və ölkənin regional innovasiya habına çevrilməsi vizyonunu təqdim edib. Məqalədə maliyyə texnologiyalarının rolu xüsusi vurğulanır.
📰 Xəbəri daha ətraflı oxu
2 587
OpenAI süni intellektin yaratdığı potensial riskləri araşdırmaq üçün icraçı səviyyəsində yeni Preparedness rəhbəri axtarır. Sem Altman modellərin artıq real problemlər yaratdığını bildirib. Risklərə psixi sağlamlıq və kibertəhlükəsizlik sahələri daxildir.
📰 Xəbəri daha ətraflı oxu
2 587
Çin geri çəkilən qapı tutacaqlarını təhlükəsizlik risklərinə görə qadağan edir. Yeni qaydalara əsasən, avtomobillər mexaniki fövqəladə qapı açma mexanizmi ilə təchiz olunmalıdır. Qadağa 1 yanvar 2027-ci ildən etibarən qüvvəyə minəcək.
📰 Xəbəri daha ətraflı oxu
2 587
Xiaomi 17 Ultra və Leica Edition versiyasını rəsmi olaraq təqdim edib. Mexaniki manual zoom halqası ilə seçilən model mobil fotoqrafiyada yeni yanaşma təklif edir. Leica Edition versiyasının qiyməti 7.999 yuan olaraq açıqlanıb.
📰 Xəbəri daha ətraflı oxu
اکنون در دسترس! پژوهش تلگرام ۲۰۲۵ — مهمترین بینشهای سال 
