en
Feedback
lent.az

lent.az

Open in Telegram

🔹️Lent.az İnformasiya Agentliyi 🔗 Website: https://lent.az 📞 Contact: @BOTAPAGroup 📥 E-mail: news@lent.az

Show more
7 448
Subscribers
-324 hours
-197 days
-5930 days
Posts Archive
lent.az
7 448
🇹🇷🇦🇿 Türkiyə “Sürix kompleksi”ndən niyə çıxa bilmir? Türkiyə Azərbaycan üçün sıradan bir qonşu dövlət deyil. Amma zaman-z
🇹🇷🇦🇿 Türkiyə “Sürix kompleksi”ndən niyə çıxa bilmir? Türkiyə Azərbaycan üçün sıradan bir qonşu dövlət deyil. Amma zaman-zaman Türkiyənin Azərbaycana münasibəti, Bakıya qarşı atdığı addımlar ciddi suallar doğurub. Azərbaycanın müstəqilliyinin ilk illərində Ankara Bakıya ehtiyatlı yanaşmasını post-sovet sindromu ilə izah edirdi. 6 sentyabr 2008-ci ildə isə Türkiyə Prezidenti Abdullah Gül Ermənistan Prezidenti Serj Sarkisyanın dəvəti ilə İrəvana getdi. Səfər Ermənistan və Türkiyə milli futbol komandalarının qarşılaşması ilə əlaqələndirilsə də, əslində məsələ bir futbol matçından daha böyük idi. ƏTRAFLI

lent.az
7 448
🇦🇿 Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür Bu gün Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinin işğaldan azad ed
🇦🇿 Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür Bu gün Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür. 2020-ci il oktyabrın 3-də Azərbaycan Ordusu Suqovuşan və Talış kəndlərini nəzarətə götürüb və ərazilərdə Azərbaycan bayrağı qaldırılıb. Suqovuşanın azad edilməsi Vətən müharibəsinin şimal istiqamətində mühüm əməliyyatlardan biri olub. Ərazinin nəzarətə götürülməsi ilə strateji mövqelər və Suqovuşan su anbarı üzərində nəzarət bərpa edilib. Həmin gün Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq, Füzuli rayonunun isə Aşağı Əbdürrəhmanlı kəndi də işğaldan azad edilib.

lent.az
7 448
Prezident: Bir zərbəyə bəlkə 2, 5, 10 zərbə qaytarırıq ki, hərə otursun yerində, bizim işlərimizə qarışmasın, bizim həyat tərzimizə burnunu soxmasın və bizə yol göstərməsin.

lent.az
7 448
⚠️ DTX-dən süni intellektlə kiberdələduzluqla bağlı XƏBƏRDARLIQ 🤖 Kibercinayətkarlar süni intellektdən istifadə edərək vətəndaşlara “təcili” və “vacib” mesajlar göndərir, onları rəsmi qurumların adından yaradılmış saxta hesablara yönləndirirlər. 💳 Vətəndaşlardan xarici hesablara pul köçürmələri tələb olunur. 📌 DTX şübhəli mesajlarla qarşılaşdıqda dərhal hüquq-mühafizə orqanlarına məlumat verməyə çağırır.

lent.az
7 448
⚽️ “Fənərbaxça” Bakıya gəlib ✈️ İstanbul təmsilçisinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna enib. 🏟 “Fənərbaxça” oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda “Turan Tovuz”la yoldaşlıq görüşü keçirəcək.

lent.az
7 448
⚽️ Türkiyənin “Fənərbaxça” komandası “Turan Tovuz”la qarşılaşmaq üçün Bakıya gəlir.

lent.az
7 448
💥 Sevdiyi qızı alan kişini armaturla döydü - Astarada 📍 Hadisə Astarada, dənizkənarı ərazidə baş verib. 🔹 58 yaşlı İlham Hacıyev mübahisə zamanı İlqar Qarayevin sifətinə armaturla zərbə vuraraq onu yaralayıb. 🗣 Zərərçəkənin sözlərinə görə, İlham ona “Sən mənim istədiyim qızı almısan” deyərək hücum edib. 🔹 Təqsirləndirilən şəxs isə qadınla sevgi münasibətinin olmadığını, sadəcə dostluq etdiklərini bildirib. ⚖️ Məhkəmə İlham Hacıyevi 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edib.

lent.az
7 448
‼️ Generalın oğlu və digər gömrükçülər AZADLIĞA BURAXILDI 🔹 Bakı Ağır Cinayətlər Məhkəməsində aksiz markasız tütün məmulatlarının qaçaqmalçılığında təqsirləndirilən dəstənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 🔹 İş üzrə “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı”nın direktoru Rəşad Daşdəmirov, liman xidmətinin rəisi Zaur Haşımov, briqadir Fərrux Haqverdiyev, Hövsan gömrük postunun rəisi Fərid Usubov, inspektor Heydər Eyvazlı, Tamerlan Axundzadə və digər şəxslər təqsirləndirilirlər. 🚬 İstintaqa görə, liman və gömrük əməkdaşlarının da daxil olduğu şəxslər BƏƏ və İrandan ümumi dəyəri 5,4 milyon manatdan çox olan tütün məmulatlarını aksiz markası olmadan ölkəyə keçirməkdə ittiham edilirlər. 🔹 Təqsirləndirilən Fərid Usubov uzun illər Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini olmuş general-leytenant Cəbrayıl Usubovun oğludur. 🔹 İş üzrə daha əvvəl həbs edilən Ruslan Eyyubov isə səhhəti ilə əlaqədar məhkəmə qərarı ilə ev dustaqlığına buraxılıb.

lent.az
7 448
🇦🇲 Ermənistanda saxlanılan Azərbaycan hərbçisi həbs edilib Azərbaycan Ordusunun hərbçisi Nəsimi Musayev barəsində 2 aylıq h
🇦🇲 Ermənistanda saxlanılan Azərbaycan hərbçisi həbs edilib Azərbaycan Ordusunun hərbçisi Nəsimi Musayev barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Musayev sentyabrın 26-da Laçın istiqamətində xidmət yerindən itkin düşüb. Azərbaycan Baş Prokurorluğu onun hərbi hissəni özbaşına tərk etməsinə əsaslı şübhələr müəyyən edildiyini açıqlayıb.

lent.az
7 448
photo content

lent.az
7 448
🇦🇲 Ermənistanda saxlanılan Azərbaycan hərbçisi həbs edilib Azərbaycan Ordusunun hərbçisi Nəsimi Musayev barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Musayev sentyabrın 26-da Laçın istiqamətində xidmət yerindən itkin düşüb. Azərbaycan Baş Prokurorluğu onun hərbi hissəni özbaşına tərk etməsinə əsaslı şübhələr müəyyən edildiyini açıqlayıb.

lent.az
7 448
⚡️YAP İdarə Heyətinin tərkibində 5 dəyişiklik: • Vasif Talıbov, Cavid Osmanov, Elşad Mirbəşir, Ramin Məmmədov və Rövşən Bayramov yeni tərkibə daxil edilməyib. • Onların yerinə Ziyafət Əsgərov, Hicran Hüseynova, İmamverdi İsmayılov, İlham Məmmədov və Alqış Musayev seçilib. • YAP İdarə Heyətinin yeni tərkibi 40 nəfərdən ibarətdir.

lent.az
7 448
⚫️ Lənkəranda 18 yaşlı qızın meyiti tapıldı 🏠 Hadisə rayonun Nərimanabad-2 qəsəbəsində baş verib. 🔹 18 yaşlı Anara Nəzərovanın meyiti yaşadığı evdə aşkarlanıb. ❓ Onun ölüm səbəbi hələlik məlum deyil. 🔎 Faktla bağlı araşdırma aparılır.

lent.az
7 448
⚡️Sabiq təhsil naziri Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edilib Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
⚡️Sabiq təhsil naziri Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edilib Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

lent.az
7 448
‼️ “TikToker” Məhəmməd həbs olunub 🗣️ Sosial şəbəkədə canlı yayım zamanı nalayiq ifadələr işlədən Məhəmməd Nəsibov saxlanılıb. ⚖️ Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə protokol tərtib olunub. ⏳ Məhkəmənin qərarı ilə M.Nəsibov 10 gün müddətinə inzibati qaydada həbs edilib.

lent.az
7 448
🕌 Məscidlərdən ən çox nə oğurlanır? Nəzir qutusu, xalça, yoxsa… Məscidlər insanların özünü təhlükəsiz hiss etdiyi, ibadət və
🕌 Məscidlərdən ən çox nə oğurlanır? Nəzir qutusu, xalça, yoxsa… Məscidlər insanların özünü təhlükəsiz hiss etdiyi, ibadət və sakitlik üçün üz tutduğu məkanlardır. Lakin son illərdə bu məkanlarda da müxtəlif oğurluq hadisələri qeydə alınıb. 💰 Məscidlərdən nəzir qutuları və pullar, 📱 ibadət edən şəxslərin mobil telefonları, 💵 pul kisələri və digər şəxsi əşyalar oğurlanıb. 2023-cü ildə Bakının Yasamal rayonunda məscidlərdən oğurlanan nəzir qutularında ümumilikdə 13 min manatdan çox pul olduğu müəyyənləşdirilib. 2018-ci ildə isə Bakı və Sumqayıtda yerləşən məscidlərdə nəzir qutularından oğurluq edən şəxs saxlanılıb. ƏRTAFLI👈👈

lent.az
7 448
🔊 Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı yayıldı 👮‍♂️ DİN bildirib ki, məktəbin qarşısında uşaqlara konfet paylanması ilə bağlı yayılan iddialar təsdiqini tapmayıb. 🏥 Qeyd edək ki, Sumqayıtda 21 şagird zəhərlənib.

lent.az
7 448
‼️ Bakıda 67 yaşlı kişi pilləkəndən yıxılaraq ölüb 📍 Hadisə Yasamal rayonunda, H.B. Zərdabi prospektində qeydə alınıb. 👤 67 yaşlı Ceyhun Ağamaliyevin binanın dəhlizində halı pisləşib və o, pilləkənlərdən yıxılıb. ⚫ Kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb. 🔎 Faktla bağlı araşdırma aparılır.

lent.az
7 448
🇦🇿 İlham Əliyev: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq.

lent.az
7 448
❗️ Bakıda kişi gözəllik salonundan kosmetik vasitələr oğurladı ❗️Nizami rayonunda salondan 3 000 manatlıq kosmetik vasitələr oğurlayan İ. Talıbov saxlanılıb. 📱 Marketdən 2 000 manatlıq telefon və velosiped oğurlamaqda şübhəli bilinən S. Bayramov da tutulub. 🔎 Araşdırma aparılır.

lent.az - Statistics & analytics of Telegram channel @lent_az