lent.az
Ir al canal en Telegram
🔹️Lent.az İnformasiya Agentliyi 🔗 Website: https://lent.az 📞 Contact: @BOTAPAGroup 📥 E-mail: news@lent.az
Mostrar más7 706
Suscriptores
+424 horas
+157 días
-2730 días
Archivo de publicaciones
7 706
CHP-nin Silifke Bələdiyyəsinin sədri Mustafa Turqut həbs edilib
Silifke Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində bələdiyyənin bəzi vəzifəli şəxslərinin və bələdiyyə ilə işləyən podratçıların rüşvət alma, cinayətkar qrup yaratmaq və idarə etmək, cinayətkar qrupa üzv olmaq, tenderlərə müdaxilə etmək, müqavilələrin icrasına mane olmaq və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilindikləri bildirilib.
7 706
Rusiyanın Kurqan şəhərində Trans-Ural azərbaycanlılarının tanınmış ictimai xadimi, Trans-Ural azərbaycanlıları Birliyinin keçmiş sədri Ərşad Cuvarlinski 70 yaşında vəfat edib.
7 706
+2
Azərbaycanda dövlət səfərində olan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 23-də Füzuli rayonuna gəlib.
7 706
❗Türkiyənin Dənizli vilayətində keçirilən toy mərasimində baş verən silahlı insident nəticəsində 11 nəfər yaralanıb.
Məlumata görə, 15 yaşlı yeniyetmə gəlini evdən yola salarkən bölgədə adət hesab olunan havaya atəş açmaq istəyib. Lakin tüfəngdən açılan qırmalar yerə dəyərək istiqamətini dəyişib və yaxınlıqda olan qonaqlara dəyib.
Yaralanan 11 nəfər dərhal xəstəxanaya çatdırılıb.
Hadisədən sonra yeniyetmə ifadə verməsi üçün jandarm bölməsinə aparılıb.
7 706
Dünən Xəzərdə batan 4 nəfər gəncin fotoları sosial şəbəkədə yayılıb.
Dalğıc-xilasedicilər tərəfindən aparılan axtarışlar nəticəsində batan 4 nəfərdən 3-nün meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
1 nəfərin tapılması üçün isə axtarışlar davam etdirilir
7 706
❗2022-ci il dünya çempionatındakı qələbədən sonra Argentinada qeyri-adi bir dini cərəyan meydana çıxıb.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, "Messizm" adlandırılan bu yeni inanc xüsusilə Argentinanın Çako əyalətində yerləşən La Eskondida kəndində sürətlə yayılır.
Məlumata görə, kənddə hazırda Lionel Messini müqəddəs şəxs hesab edən və "Messizm" inancına mənsub olduğunu bildirən 3 900 nəfər yaşayır.
7 706
Repost from APA TV
Günün ən son xəbərləri | XƏBƏRAPARAN
https://www.youtube.com/watch?v=TMP7dXYfblE
7 706
❗️Polşa prokurorluğu azərbaycanlı taksi sürücüsü Naibə dəyənəklə hücum etməkdə şübhəli bilinən Mixail R.-yə qarşı ittiham irəli sürüb.
Lent.az xarici mediaya istinadla bildirir ki, cinayət işi milli, etnik və ya irqi mənsubiyyət zəminində zorakılıq maddəsi ilə tövsif edilib. Şübhəli şəxs özünü təqsirli bilməsə də, ifadə verib.
Mixail R.-ni təqsirli bilinərsə, 3 aydan 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Məhkəməyədək onun barəsində polis nəzarəti qətimkan tədbiri seçilib. Həmçinin zərərçəkmişlə əlaqə saxlaması və ona 50 metrdən artıq yaxınlaşması qadağan edilib.
7 706
İran-ABŞ danışıqlarından sonra dörd işçi qrupu yaradılıb
İsveçrənin Bürgenstok şəhərində keçirilən dördtərəfli məsləhətləşmələrdən sonra dörd işçi qrupunun yaradılması barədə razılıq əldə edilib.
Onun sözlərinə görə, qruplar sanksiyaların aradan qaldırılması, nüvə probleminin həlli, yenidənqurma və iqtisadi inkişaf, eləcə də monitorinq məsələlərini həll etmək üçün yaradılıb.
7 706
⚡️ Ukrainian drones reportedly struck targets in Crimea, with the TES Terminal oil storage and transshipment complex said to be the primary target.
7 706
❗️Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
4. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
5. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;
6. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində
7 706
Repost from Apasport BET 💸
2026-cı il dünya çempionatında Fransa ilə İraq arasında keçirilən I qrupunun II tur matçında fasilə uzanıb.
Apasport.az xəbər verir ki, qarşılaşmanın ikinci hissəsinin startı güclü fırtına xəbərdarlığı səbəbindən gecikib.
Təhlükəsizlik məqsədilə stadiondakı azarkeşlərdən tribunaları boşaltmaları istənilib. Komandaların meydana çıxışı isə hava şəraiti ilə bağlı 30 dəqiqəlik təxirə salınıb.
Qeyd edək ki, Fransa - İraq oyununda ilk hissədən sonra hesab avropalıların xeyrinədir: 1:0.
7 706
🇺🇸🇮🇷 Donald Tramp:
“Boğaz tamamilə açıqdır.
Biz iki vacib nəticə əldə etmişik: boğaz açıq qalıb və İran heç vaxt nüvə silahına sahib olmayacaq”.
7 706
⚡️Mərdəkan qəsəbəsində dənizdə batan dörd nəfərdən geriyə ürəkdağlayan mənzərə qalıb.
Sosial şəbəkələrdə gənclərin dənizə girməzdən əvvəl vaxt keçirdikləri masanın görüntüləri yayılıb.
¡Ya disponible! Investigación de Telegram 2025 — los principales insights del año 
