lent.az
الذهاب إلى القناة على Telegram
🔹️Lent.az İnformasiya Agentliyi 🔗 Website: https://lent.az 📞 Contact: @BOTAPAGroup 📥 E-mail: news@lent.az
إظهار المزيد7 454
المشتركون
-124 ساعات
-167 أيام
-6430 أيام
أرشيف المشاركات
7 454
🇦🇿 İlham Əliyev: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq.
7 454
❗️ Bakıda kişi gözəllik salonundan kosmetik vasitələr oğurladı
❗️Nizami rayonunda salondan 3 000 manatlıq kosmetik vasitələr oğurlayan İ. Talıbov saxlanılıb.
📱 Marketdən 2 000 manatlıq telefon və velosiped oğurlamaqda şübhəli bilinən S. Bayramov da tutulub.
🔎 Araşdırma aparılır.
7 454
🌧 Bu axşamdan Bakıya güclü leysan, bu yerlərə qar yağacaq
• Bakı və Abşeronda intensiv leysan, şimşək və güclü şimal-qərb küləyi gözlənilir.
• Rayonlarda leysan, dolu, dağlıq ərazilərdə isə qar ehtimalı var.
7 454
⚠️ Sumqayıtda 21 şagirdin zəhərlənmə səbəbi BİLİNDİ
🟠 İlkin araşdırmaya görə, hadisəyə məktəbə gətirilən vaxtı keçmiş şirniyyat səbəb olub.
👦 Zəhərlənmə şübhəsi ilə 17 oğlan və 4 qız xəstəxanaya yerləşdirilib.
🏥 Onların müalicəsi davam edir, vəziyyətləri stabil qiymətləndirilir.
7 454
‼️ Maşında qadına şiddət göstərən sürücü saxlanılıb
🔹 Sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı araşdırma aparılıb.
🔹 Hadisənin yanvarın 31-də Binə qəsəbəsində ailə münaqişəsi zəminində baş verdiyi müəyyənləşib.
🔹 Rəqqas olduğu bildirilən Nicat Azadlının həyat yoldaşına fiziki zor tətbiq etdiyi məlum olub.
🔹 Onun barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib. Cinayət işi məhkəməyə göndərilib.
7 454
🇦🇿 Hikmət Hacıyev: Azərbaycan sülh sazişini yalnız Ermənistan hökuməti ilə deyil, erməni xalqı ilə də bağlamaq istəyir
7 454
🇦🇿 İlham Əliyev: “Bizə heç kimin köməyi, himayədarlığı lazım deyil”
Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın ideoloji məkanı yad təsirlərdən azad olmalıdır.
“Xarici siyasəti elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin. Bizə heç kimin köməyi də, himayədarlığı da lazım deyil”, – deyə dövlət başçısı vurğulayıb.
7 454
‼️ Bu marşrutun avtobusları "qeybə çəkildi": Sakinlər əlacsız qaldı -
🔹 Zabrat sakinləri 166 nömrəli avtobusu bir saatdan çox gözlədiklərini deyirlər.
🚶♂️ Avtobus gəlmədiyi üçün bəzi sərnişinlər yolu piyada getməli olublar.
📌 Sakinlər avtobusların sayının artırılmasını və yenilənməsini istəyirlər.
7 454
Prezident: Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın
• Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır
• Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir
7 454
🏦 Mərkəzi Bankda yeni təyinat
Azər Ələsgərov AMB-nin baş direktoru təyin edilib.
Təyinat 1 oktyabr 2026-cı ildən qüvvəyə minib.
7 454
🚨 Sumqayıtda məktəbdə 14 şagird zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib
TƏBİB-in məlumatına görə, bu gün saat 10:20 radələrində 14 nəfər — 11 oğlan və 3 qız — zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına hospitalizasiya olunub.
▪️ Pasiyentlərə zəruri tibbi yardım göstərilib.
▪️ Hazırda onların müalicəsi davam etdirilir və vəziyyətləri stabil qiymətləndirilir.
7 454
‼️ Gürcüstandan Azərbaycana 1 milyon laridən çox qaçaqmalın keçirilməsinin qarşısı alınıb
🔹 “Qırmızı Körpü”də Azərbaycana şəkər daşıyan yük avtomobilində bəyan edilməmiş 100 min qutu siqaret və 1114 ədəd tibbi preparat aşkarlanıb.
💰 Malların ümumi bazar dəyəri 1 milyon 60 min laridən çoxdur.
📌 Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti araşdırma aparır.
7 454
+1
🇦🇿🇹🇷 Zakir Həsənovla Yaşar Gülər Şuşada görüşüb
🔹 Görüşdə hərbi əməkdaşlıq, regional təhlükəsizlik və dayanıqlı sülh məsələləri müzakirə olunub.
🤝 Nazirlər “Birliyin Gücü–2026” birgə hərbi təliminin əhəmiyyətini vurğulayıblar.
7 454
🌨 Kəlbəcərə sulu qar yağıb
🔹 Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 2-si saat 10:00-a olan məlumatına görə, gecə Kəlbəcərin yüksək dağlıq ərazilərinə sulu qar yağıb.
⛈ Axşamdan ölkənin bəzi yerlərində leysan xarakterli yağış yağır, şimşək çaxır.
💧 Ən çox yağıntı Balakəndə qeydə alınıb — 46 mm. Zaqatalada 26, Qaxın Sarıbaş kəndində 16, Şəkidə isə 12 mm yağıntı düşüb.
7 454
🏫 Şəmkirdə məktəb direktoru işdən çıxarılıb
🔹 Kür qəsəbəsindəki Hacı Zeynalabdin Tağıyev adına məktəbdə monitorinq zamanı ciddi hüquqi və inzibati nöqsanlar aşkarlanıb.
🔸 Qazax-Tovuz Regional Təhsil İdarəsinin məlumatına görə, direktor Ruhiyyə Rəfiyevanın vəzifə öhdəliklərini lazımi səviyyədə yerinə yetirməməsi nəticəsində təlim-tərbiyə prosesi, əmək və icra intizamı pozulub.
📌 Aşkarlanan nöqsanlara görə direktorun əmək müqaviləsinə xitam verilib.
7 454
🇦🇿 İlham Əliyev: “Öz taleyimiz öz əlimizdədir”
Prezident İlham Əliyev YAP-ın VIII Qurultayında bildirib ki, Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq ölkədir və bir çox tanınmış ekspertlər onu artıq orta güc dövlətləri sırasına daxil edirlər.
💬 “Biz iqtisadi müstəqilliyi tam təmin etmişik və bu gün beynəlxalq aləmin çox dəyərli üzvüyük, öz taleyimiz öz əlimizdədir”.
7 454
🇦🇿Bu gün Vətən müharibəsinin iştirakçısı Qasımlı Muxtar Əli oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 3 il ötür
7 454
🇬🇪 Marneulidə 13 yaşlı azərbaycanlı qız əkiz uşaq dünyaya gətirib
🏥 Hüquq müdafiəçisi Samira Bayramovanın bildirdiyinə görə, körpələrdən biri vəfat edib, digərinin vəziyyəti ağırdır.
⚖️ Gürcüstan DİN faktla bağlı 16 yaşına çatmamış şəxslə cinsi xarakterli hərəkətlərə dair maddə üzrə istintaq başladıb.
