en
Feedback
Milli-Kimlik

Milli-Kimlik

Open in Telegram

Azərbaycan xalqının Millikimlik tarixi və bu aspektdə gələcəyə baxış problemlərini işıqlandıran portal. Saytımız: millikimlik.az

Show more
639
Subscribers
+124 hours
+17 days
-230 days

Data loading in progress...

Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
September '26
September '26
+2
in 0 channels
August '26
+7
in 0 channels
Get PRO
July '260
in 0 channels
Get PRO
June '260
in 1 channels
Get PRO
May '26
+6
in 0 channels
Get PRO
April '26
+18
in 0 channels
Get PRO
March '26
+12
in 2 channels
Get PRO
February '26
+8
in 2 channels
Get PRO
January '26
+19
in 0 channels
Get PRO
December '25
+10
in 0 channels
Get PRO
November '25
+18
in 1 channels
Get PRO
October '25
+18
in 3 channels
Get PRO
September '25
+57
in 3 channels
Get PRO
August '25
+8
in 1 channels
Get PRO
July '25
+20
in 1 channels
Get PRO
June '25
+23
in 1 channels
Get PRO
May '25
+15
in 3 channels
Get PRO
April '25
+32
in 0 channels
Get PRO
March '25
+17
in 1 channels
Get PRO
February '25
+18
in 0 channels
Get PRO
January '25
+27
in 1 channels
Get PRO
December '24
+38
in 1 channels
Get PRO
November '24
+25
in 9 channels
Get PRO
October '24
+44
in 3 channels
Get PRO
September '24
+14
in 3 channels
Get PRO
August '24
+24
in 5 channels
Get PRO
July '24
+11
in 3 channels
Get PRO
June '24
+7
in 4 channels
Get PRO
May '24
+15
in 7 channels
Get PRO
April '24
+5
in 3 channels
Get PRO
March '24
+28
in 3 channels
Get PRO
February '24
+21
in 5 channels
Get PRO
January '24
+26
in 4 channels
Get PRO
December '23
+127
in 2 channels
Get PRO
November '230
in 4 channels
Get PRO
October '230
in 3 channels
Get PRO
September '230
in 0 channels
Get PRO
August '230
in 0 channels
Get PRO
July '230
in 0 channels
Get PRO
June '230
in 0 channels
Get PRO
May '230
in 0 channels
Get PRO
April '230
in 0 channels
Get PRO
March '230
in 0 channels
Get PRO
February '230
in 0 channels
Get PRO
January '230
in 0 channels
Get PRO
December '220
in 0 channels
Get PRO
November '220
in 0 channels
Get PRO
October '220
in 0 channels
Get PRO
September '220
in 0 channels
Get PRO
August '22
+1
in 0 channels
Get PRO
July '220
in 0 channels
Get PRO
June '220
in 0 channels
Get PRO
May '220
in 0 channels
Get PRO
April '220
in 0 channels
Get PRO
March '220
in 0 channels
Get PRO
February '220
in 0 channels
Get PRO
January '220
in 0 channels
Get PRO
December '21
+1
in 0 channels
Get PRO
November '21
+5
in 0 channels
Get PRO
October '21
+2
in 0 channels
Get PRO
September '210
in 0 channels
Get PRO
August '21
+2
in 0 channels
Get PRO
July '21
+5
in 0 channels
Get PRO
June '210
in 0 channels
Get PRO
May '21
+1
in 0 channels
Get PRO
April '21
+3
in 0 channels
Get PRO
March '21
+4
in 0 channels
Get PRO
February '21
+42
in 0 channels
Get PRO
January '21
+402
in 0 channels
Date
Subscriber Growth
Mentions
Channels
09 September+1
08 September+1
07 September0
06 September0
05 September0
04 September0
03 September0
02 September0
01 September0
Channel Posts
🔰 Dünyaca məşhur Rus yazıçısı Lev Tolstoyun əsərində Qızılbaşlar. Eyni zamanda.. ‼️"Biz xəritələrdə və Rusiya mənbəşünaslığında Qızılbaş adına rast gəlmirik, hər yerdə ancaq Persiya var" iddiasına gəlincə..

2
‼️ Səfəvi zəfərlərinin sirri: Qızılbaşların gizli texnika ilə hazırladığı qılınc ⚔️Niyə məhz Şəmşir?
‼️ Səfəvi zəfərlərinin sirri: Qızılbaşların gizli texnika ilə hazırladığı qılınc ⚔️Niyə məhz Şəmşir?
110
3
‼️ 1551: Avropanı heyrətləndirən Şərq hökmdarı — ŞAH İSMAYIL 📜İtalyan tarixçisi Paolo Giovio onun şöhrətini, hərbi qüdrətini və əzəmətini belə qələmə almışdı.. "İsmayıl Səfəvi öz dövründə bütün dünyanı şöhrətinin sədası ilə doldurmuşdu. O, parlaq, nurlu və hökmdarlara xas əzəmətli çöhrəsi ilə öz xalqı arasında belə, özündən daha heyrətamiz və daha vüqarlı görünürdü. O, böyük Uzun Həsən padşahın qızından olan nəvəsi, Heydərin oğlu idi. Heydərə “Hardueli” ləqəbi verilmişdi. İsmayıl gənclik çağında gizli və qapalı şəraitdə böyümüşdü. Buna baxmayaraq, gözəl çöhrəsi ilə bütün yaşıdlarını geridə qoyurdu. Yetkinlik yaşına çatdıqda isə möhkəm və qüvvətli bədən quruluşu, at çapmaq və ox atmaq məharəti ilə bütün döyüşçülərdən üstün oldu. Yaşı artdıqca dövlət işlərinin incəliklərini və hərb sənətinin sirlərini mənimsəməkdə o qədər yüksəldi ki, bütün ömrü boyu qazandığı ucalıq adi insan ölçüsünü aşır, onu sanki fani insandan daha çox ilahi bir varlığa yaxın göstərirdi. Buna görə də ona fövqəladə ehtiramla yanaşılırdı. Onun müharibələrdə gördüyü işlər həqiqətən heyrətamiz idi: həm qazandığı qələbələrin çoxluğu, həm bu qələbələrin miqyası, həm də zəfərdən-zəfərə ardıcıl və uğurlu bir sürətlə irəliləməsi baxımından. Həqiqətən də, heç bir silahlı qüvvə Səfəvilərin gücünə tab gətirə bilmirdi. Nəhayət, İsmayıl şöhrətinin zirvəsində, ətrafındakı düşmənləri məğlub edib hər tərəfdə sülh və sakitlik yaratdığı bir vaxtda, qırx dörd yaşında, qarşıda daha uzun bir ömrün olduğuna böyük ümid bəslədiyi çağında ağır bir ov zamanı tutduğu ölümcül xəstəlikdən bir neçə gün içində həyatını itirdi. ➡️Paolo Giovio, "Elogia virorum bellica virtute illustrium" ("Hərbi şücaətləri ilə məşhur olan kişilərin tərifi"), 1551-ci il.
167
4
No text...
124
5
‼️⚔️ İftiralara cavablar silsiləsindən: Səfəvilərin Əliallahılarla mübarizəsi İstər orta əsrlərdə, istərsə də günümüzdə bəzi qərəzlilər bütöv Azərbaycanın qurucusu Şah İsmayıl Səfəvinin ünvanına ən çirkin ittihamları səsləndirmişlər. Onlardan bir neçəsini qeyd edək: - Şah İsmayıl guya özünü İmam Mehdi elan etmişdi; - Qızılbaşlar Şah İsmayıla nəuzubillah Tanrı kimi sitayiş etmişlər; - Səfəvilər İslam şəriətinə düşmən kəsilmişdilər. Sonuncu iftiranın əsas məqsədi qızılbaş cəmiyyətini cahil, dinsiz toplumlara bənzətmək, orada hüququn deyil, kobud gücün hökmran olduğunu göstərməkdir. Lakin faktlar bunun əksinə dəlalət edir. Qızılbaş dövlətinin mərkəzində də, onun ucqarlarında da, hətta qeyri-müsəlmanların yaşadıqları vilayətlərdə də o dövr üçün ən mükəmməl qanunlar tətbiq olunurdu. Şah İsmayıl dünya tarixinin ən ədalətli hökmdarlarından biri idi. O, öz ölkəsində qanunun aliliyini təmin etmişdi. Şah İsmayıl məzhəbindən və dinindən asılı olmayaraq hər bir təbəəsinin hüququnu qoruyurdu. Oxucuya təqdim etdiyimiz misal da birmənalı şəkildə sübuta yetirir ki, Səfəvilər həm hüquq sisteminin, həm də üsuliddinin – İslam dininin sütunlarının keşikçiləri olmuş, bu yolda canlarından da keçmişlər. Səfəvi tarixçisi İsgəndər bəy Münşi özünün “Aləmi bəzəyən Abbasın tarixi” adlı əsərində yazırdı: “(Şah İsmayıl) İraqi-Ərəb məsələlərini nizamladıqdan və mübarək ocaqlara zəruri diqqət yetirdikdən sonra Xuzistan fəthinə bayraq qaldırıb, o tərəfə rəvan oldu. Xuzistan hüdudunda Hüseyn bəy Lələ və Bayram bəy Qaramanlını qələbə nişanlı ordunun on min əsgərilə birlikdə Luristan hakimi Məlik Rüstəmin üzərinə göndərdi. Humayun ordu isə Həvizəyə tərəf hərəkət etdi. Həmin vilayətdə yaşayan müşəşə ərəbləri o zamanlarda azğınlıq yoluna düşərək, Şahi-Vilayət pənahın (Həzrət Əlinin) Allah olduğunu iddia edirdilər. Qəribə hadisələrdən biri də budur: Xalq arasında söylənildiyinə görə, müşəşələr öz ibadətlərini icra etdikləri zaman onlara bıçaq və ya şəmşir zərbəsi təsir etmirdi. Onlar şəmşirin ucunu öz qarınlarına dirəyərək “Əliyullah”, yəni “Əli Allahdır” və başqa batil sözlər söyləyirlər. Bu vaxt şəmşir kaman kimi əyilir, amma onların bədənlərinə zərər dəymirdi. Həmin tayfanın hakimi həmişə seyidlər arasından seçilirdi. Qızılbaşlar oraya göndərildikləri vaxtda isə Sultan Fəyyaz ibn Sultan Möhsün onların hakimi və öz atasının qayimməqamı idi. O tayfa üçün şəriət ehkamlarının icrası qadağandır. Onlar azğınlıq yoluna daha çox düşüb Fəyyazın uluhiyyətini etiraf edirdilər. Cah-cəlallı ordu Həvizəyə yaxınlaşanda, “Həbibüs-siyər” əsərinin müəllifinin sözünə görə, Fəyyaz müşəşə təbəqəsi ilə iqbal qoşununun müqabilində səf bəzəyərək döyüşə hazır oldu. Həvizə kənarında böyük hərb başlandı. Həvizə torpağı müşəşəçilərin axan qanlarından ləl rənginə döndü. Bəd niyyətli Fəyyaz o azğınların çoxu ilə birlikdə amalları zəfər olan qazilərin iti qılıncları vasitəsilə ədəm yoluna tələsdi: Qanı müşəşənin o təhər axdı, Sanki yer üzünə lalələr çıxdı. O qədər töküldü qan o başlardan, Fələk qurşağacan oldu qızıl qan. Üst-üstə qalandı elə çox ölü, O çölə bağlandı küləyin yolu. Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili
152
6
No text...
83
7
‼️🔰 Matenadaranda Nizaminin Azərbaycan türk dilində əlyazmaları tapılmışdı, lakin sonradan.. 1940- ci ildə İrəvan şəhərindəki Matendaran qədim əlyazmalar muzeyində çalışan Şabanov soyadlı bir əməkdaş № 43 fars əlyazmaları bölməsində Nizami Gəncəviyə məxsus əsərləri aşkar edir: - "Xəmsə", fars dilində, 1560-cı ildə Persiyada köçürücü Əbdül Əli Seyfi İbni Əbdüllax tərəfindən köçürülüb (Fars əlyazmaları № 43). - "Yeddi gözəl", fars dilində, 1700-cü ildə köçürülüb. Köçürücü naməlumdur (Fars əlyazmaları № 57). - "Nizami qəzəli", Azərbaycan dilində, cəmi 12 sətir. Bu qəzəl Matenadaran direktoru tərəfindən 1940-cı ildə toplanaraq cildlənmiş bayazın dağılmış dəftər vərəqərindən ibarət olan topludadır. Şeirin başlığında "Nizami qəzəli" yazılıb, axırıncı sətrində isə şairin özünə adəti üzrə müraciəti gəlir: "Ey Nizami, o xal ki, gözəlin dodaqlarındadır" və s. Bu sənəd üzə çıxan kimi şərq üzrə mütəxəssis olan erməni alimləri Acaryan, Şaxnazaryan və Arimfaryan dərhal muzeyə gələrək bunu incələməyə çalışmışlar. İki əsərin fars və qəzəlin azərbaycan dilində yazılmasını təsdiq edən erməni alimləri Nizami Gəncəvinin Azərbaycan dilində daha bir neçə şeirini üzə çıxarırlar. Hətta erməni alimi Acaryan rəsmən olaraq məlumat verir ki, muzeydə Nizami Gəncəvinin qəzəl və şeirlərinin çoxu azərbaycan türkcəsində yazılıb. Erməni aliminin hesabatında yazılır “Nizami Gəncəvinin Şirvanşah Axistian tərəfindən sifariş edilən “Leyli və Məcnun” əsərinin iki versiyasına biz rast gəldik. Birinci fars, ikincisi isə Azərbaycan Türk dilində”. Bununla bağlı Matenadaranın direktoru Qriqor Abov Azərbaycan KP(b) MK-nın birinci katibi Mircəfər Bağırova və Ermənistan KP MK katibi Arutyunyana yazdığı məktubu təqdim edirəm. Məktubu tam tərcümə etməsəm də orda olanlarla Sizi tanış etmək istəyirəm. “1940-cı ildə Matenaranda tapılan və 1735-ci ilə aid Dağıstan mənşəli bir bayazda (topluda) yer alan Azərbaycan dilindəki şeirin Nizami Gəncəviyə məxsus olması ilkin olaraq Matenadaran əməkdaşları və azərbaycanlı Səmədzadə Həbib, yoldaş Ermolenko ilə birlikdə Matenarandakı Nizami əlyazmalarını öyrənmək və aşkar etmək məqsədilə İrəvana gəldi. Yuxarıda göstərilən şeirlə tanış olduqdan sonra yoldaş Səmədzadə təsdiq etdi ki, şeir Azərbaycan dilində yazılıb və şeirin Nizamiə məxsusluğuna heç bir şübhə yoxdur. Erməni dilinə tərcümə zamanı isə mətnin fars qəzəlləri ilə müqayisə edildiyi, lakin fars qəzəllərində tapılmadığı üçün onun bilavasitə həmin dildə deyil, Azərbaycan dilində yazıldığı təsdiq edilib.” Sənədlərdə həmçinin Nizaminin "Leyli və Məcnun" əsərinin ön sözünə istinad edilərək Şirvanşah Axsitanın şairə ünvanladığı: "Sənin türk dilin bizə yaraşmaz, bizim saray adi hüquqlara alışmayıb" sözləri xatırladılır. Bu da şairin yaradıcılığında ana dili, türk dilinin üstünlük təşkil etməsini sübut edir. Bütün bu mübahisələrə baxmayaraq, Q. Abov əmin olduğunu bildirir ki, Matenarandakı həmin şeirlər məhz Gəncəli şair Nizami tərəfindən yazılmışdır. O, hesab edirdi ki, sonrakı dövrlərdə fars təsiri Azərbaycanın özündə Nizaminin türk dilindəki şeirlərini sıxışdırıb, lakin türk dilində olan bu əsərlər Dağıstanda qorunub saxlanılmışdır və ordan da Ermənsitana arxivə gətirilib. Məktubdan o da görünür ki, Ermənistan tərəfi bu məsələni dəqiqləşdirmək üçün Leninqraddan fars ədəbiyyatı mütəxəssislərini 3 aylığına İrəvana dəvət etməyə nail olubmuş, lakin İkinci Dünya müharibəsi buna mane olur. 1940-ci ildə Azərbaycan “Leninqrad” şəhərində arxivdə də belə sənədlərin olmasını müəyyən edir. Bir qrup şəxsin ora getməsi barədə müzakirələr aparılır. Erməni tərəfi Nizami Gəncəvinin bütün azərbaycan türkcəsində olan əlyazmaları, kitabları və o zaman bu muzeydə tapılan və saxlanılan qədim sənədləri üzə çıxartmaqdan imtina edirlər. Azərbaycan tərəfinin xahişlərinə baxmayaraq bu sənədlər bir daha onlara göstərilmir və bu günə qədər də Matendaranda saxlanmaqdadır. Prof.Dr.Zaur Aliyev #nizami_gəncəvi
109
8
No text...
111
9
‼️ "Dövrün Hippokratı, dövrün Platonu, dünyanın həkimi, Anadolu həkimlərinin başı, bənzəri olmayan" - Həkim Əkmələddin Müəyyəd Naxçıvani (ö.1302) Türkiyənin qədim Konya şəhəri uzun müddət Rum sultanlığının paytaxtı olmuşdur. Səlcuq hökmdarlarından xüsusilə I Əlaəddin Keyqubad zamanında Anadoluya, əsasən, İran, Azərbaycan və Orta Asiyadan elm və sənət adamları gəlib yerləşmişlər. Həmin dövrdə Azərbaycandan, xüsusilə Naxçıvandan çıxmış bir sıra alim və sənətkarlar Təbriz və Anadoluda xidmət etmiş, parlaq şəxsiyyət kimi yetişmişlər. Onların arasında Əkmələddin Naxçıvani da var. Haqqında mənbələrdə məhdud məlumatlar olan Əkmələddin Naxçıvani, XIII əsrdə anadan olmuş, yaşayıb və yaratmışdır. O, Mövlana Cəlaləddin Ruminin yaxın dostu və həkimi olmuşdur. Səlcuqlulara aid bir neçə əsərdə Əkmələddin ət-Təbib şəklində keçir. Təxəllüsündən də məlum olduğu kimi Əkmələddin Naxçıvani, Naxçıvanda anadan olmuşdur. Ancaq onun nə vaxt anadan olduğu, harada və kimlərin yanında təhsil aldığı bilinməməkdədir. Konya Səlcuqlu Sarayında həkimbaşı, "1-ci Ələddin Keyqubadın" Daru'ş-Şifasında (Xəstəxana) baş həkim və müəllimlik etmişdir. Cəlaləddin Ruminin oğlu Sultan Vələdin (ö.1312) "Divan"-nındakı 41 beytlik qəsidənin 1-dən 22-ci beytə qədər olan hissəsində başlanğıç hərfləri ilə şaquli olaraq "Əkmələddin Müəyyəd Naxçıvani" adı oxunur. Əhməd Əflaki "Mənaqibu'l-Arifin" əsərində Əkmələddin Naçıvaninin Mövlana Cəlaləddin Ruminin müridləri arasında olduğunu qeyd edir. Naxçıvani Mövlanaya qarşı böyük hörmət və ehtiram bəsləmişdir. Rəvayət olunur ki, hətta Naxçıvani hər zaman bahalı paltarlar geyindiyi halda, bir gün Mövlananın söhbət məclisində bu geydiyi paltarlara görə özünü pis hiss edir və Movlana onu sakitləşdirir. Bundan sonra Naxçıvani belə paltarlar geyinməkdən əl çəkir. Ümumiyyətlə bu dövrə aid bir çox mənqibələrdə "dövrün Hippokratı, dövrün Platonu, dünyanın həkimi, Anadolu həkimlərinin başı, bənzəri olmayan" kimi epitetlərlə qeyd olunur. Bəzən də müəllimliyinin ifadə olunması üçün "xoca” ləqəbi ilə bilinən Əkmələddin Naxçıvani haqqında "Əkmələddin Təbib də bütün bəylər və alimlər ilə səmanı seyr edir", "Əkmələddin Təbib zamanın bütün həkim və böyüklərinin ortasında hekayə edir ki..." kimi ifadələrin işlədilməsi onun dövlət adamları və alimlər arasındakı xüsusi yerini göstərir. Əkmələddin Naxçıvaninin həm dövlət adamları, həm də alimlər arasında sözü keçən biri olduğunu Mövlananın ona yazdığı məktublar sayəsində öyrənirik. Bu məktubların birində Mövlana ondan bir mədrəsə müəllimliyinə təyin etmə işində vasitəçi olmasını istəməkdə və bu işi ancaq onun edə biləcəyini ifadə edərək "şirin suyun sahili izdihamli olar" demək surəti ilə onun alicənablığına işarə edir. Naxçıvaniyə dair Mövlananın da ifadə etdiyi "məliku'l-hukəma" (həkimlərin kralı) ləqəbinin həm Səlcuqlular, həm də Osmanlılar dövründə mühüm həkimlərə verilən bir ad olduğu bilinir. Xalq arasında Əkmələddin Naxçıvaninin bu ləqəbinin tərcüməsi olaraq "Bəy Həkim" təxəllüssü ilə yad edildiyi rəvayət olunur. Məhz hal-hazırda Konya Ələddin Təpəsinin qərbində yer alan Bəy həkim məhəlləsində Əkmələddin Naxçıvaniyə aid edilən bir məscid və türbə mövcuddur. 📜 İstinad: Dr. Rəşad İlyasov, "Osmanlı elm və mədəniyyətinə Azərbaycan töhfəsi" kitabından
188
10
No text...
134
11
‼️ Rum sultanlığının naibinə şərt qoyan alimimiz - Nəcməddin Naxçıvani Nəcməddin Naxçıvani təqribən 1215-1222-ci illərdə Naxçıvanda dünyaya gəlmişdi. O, özünün fəlsəfə, tibb, məntiq və təbiət elmlərinə dair əsərləri ilə Yaxın və Orta Şərq ölkələrində şöhrət tapmışdır. İbn Bibi onu böyük lider adlandırmış və Nəcməddin Naxçıvanini bütün fənnlərdə və elmlərdə dalğalanan dənizə, işıq saçan qəndilə və yağış dolu buluda bənzətmişdi. Tarixçi yazırdı: "O, əqli və nəqli elmlərdə mahir idi, şəriət və hikmət elmlərini özündə toplamışdı" Anadolu Səlcuqlu dövlətinin səltənət naibi Cəlaləddin Qaratay Nəcməddin Naxçıvaniyə vəzirlik vəzifəsini təklif etmişdi. Nəcməddin Naxçıvani dövlət məmurlarının illik maaş miqdarlarının yarıya qədər azaldılması şərti ilə bu təklifi qəbul etmişdi. O, moğol təhlükəsi ilə qarşı-qarşıya qalan Anadolu Səlcuqlu dövlətinin xəzinəsinin iri dövlət məmurları tərəfindən talan edildiyinin fərqində idi. Mülki və hərbi məmurların etirazına rəğmən Cəlaləddin Qaratay bu şərti qəbul etmişdi. Nəcməddin Naxıçıvani vəzirlik etdiyi beş il ərzində korrupsiyanın kökünü kəsməyə müvəffəq ola bilmədiyini görüb istefa etmişdi. Onun vəzilikdən getməsinin əsas səbəblərindən biri də Anadolu Səlcuqlu dövlətində siyasi intriqaların qızğın şəkildə baş verməsi idi. İstefasından sonra Anadoluda çox qalmayan Nəcməddin Naxçıvani Suriyaya gedib Hələb şəhərində yaşamışdı. Nəcməddin Naxçıvani güman ki, Cəlaləddin Qaratayın vəfatından (1254) sonra Anadolunu tərk etmişdi. Hələbdə məskunlaşandan sonra Nəcməddin Naxçıvani guşənişin həyatı sürərək nadir hallarda evindən çıxır, insanlarla ünsiyyətdən uzaq dururdu. Ömrünün son günlərini Hələbdə keçirmək istəməsinin səbəbi də alimin işraqi fəlsəfəyə güclü bağlılığı ola bilər. Çünki bu fəlsəfi cərəyanın banisi hesab olunan, əl-Məqtul ləqəbi ilə tanınan, Şihabəddin Yəhya Sührəvərdi (öl. 1191) də ömrünü Hələb zindanında başa vurmuşdu. Nəcməddin Naxçıvani İbn Sinanın çoxcildlik "əl-Qanun" və "Göstərişlər və təlimatlar" əsərlərinə yazdığı şərhlərlə məşhurlaşmışdır. Həmin şərhlərdə o, hətta böyük alimi bir çox məsələlərdə tənqid də etmişdir. Onun digər bir əsəri də "Lübab-əl məntiq və xülasət əl-hikmə"dir ("Məntiqin mahiyyəti və fəlsəfənin xülasəsi") və bu əsərin İbn Kəmmunə İsraili tərəfindən köçürülmüş əlyazma nüsxəsi Nəcəfdə saxlanılır. Alimin əsərlərinə həmçinin Parisdə və İstanbulda da rast gəlmək olar. 📜 İstinad: Dr. Rəşad İlyasov, "Osmanlı elm və mədəniyyətinə Azərbaycan töhfəsi" kitabından
150
12
No text...
120
13
‼️XII–XX əsrlər ərzində Azərbaycan dövlətlərinin paytaxtı olmuş şəhərlər. ➡️ instagram.com/azerbeijan
‼️XII–XX əsrlər ərzində Azərbaycan dövlətlərinin paytaxtı olmuş şəhərlər. ➡️ instagram.com/azerbeijan
170
14
⁉️ Şah İsmayılı bizə sevdirən nədir? Şah İsmayılı bizə sevdirən odur ki, Arazın hər iki sahilini, yəni bugünkü Azərbaycan Respublikasını, bugünkü Ermənistandakı tarixi torpaqlarımızı və Güney Azərbaycanı əhatə edən, Anadoluya uzanan, hələ Babək zamanında formalaşdığını söylədiyimiz mədəni arealda Azərbaycan məfhumuna və türk kimliyinə dayanan dövlət qurub. Səfəvilər "Azərbaycan" anlayışı üzərində, Arazın hər iki sahilini tam əhatə edən şəkildə dövlət qurublar və onu imperiyaya çeviriblər. Azərbaycanı öz gorxanaları sayırdılar. Şah İsmayılın "Sizə Gülüstan qalası lazımdır, yoxsa Azərbaycan taxtı" sualı bunun əyani sübutudur. Bu dövlətin qurucuları olan tayfalar birmənalı olaraq bizim atalarımızdır, Azərbaycan xalqının etnogenizində iştirak edən və aparıcı yer tutan boylardır. Biz ayrıca bir millət olaraq formalaşmışıq və bu millətin coğrafiyası Azərbaycandır - bizim tarixi "depomuz" Səfəvilərdir. "Bütöv Azərbaycan" adlı qatar relslərin üzərinə o depodan çıxıb və müxtəlif stansiyalardan keçərək demokratik hədəflərinə şütüyür. Odur ki, biz canımızla, qanımızla, ruhumuzla, şüurumuz və təhtəlşüurumuzla Səfəviyik, Şah Xətayiyik! yazıçı-publisist Taleh Şahsuvarlı/axar.az P.S. Şərhdə "Şah İsmayılı sizə sevdirən nədir?" sualına öz cavabınızı yaza bilərsiniz. #şah_ismayıl
303
15
No text...
239
16
‼️🇦🇿 “Biz nə vaxt o Şahın göstərdiyi yola gələcəyik?” - Rəsulzadədən Ağaoğluya qədər ziyalılarımız İsmayıl Səfəvini niyə nümunə göstərirdi? "Şah İsmayıl Xətai təkcə bir imperatorluq quran sərkərdə deyil, eyni zamanda türk dilini saraya, orduya və ədəbiyyata gətirən böyük bir şəxsiyyətdir. Fars və ərəb dilinin hakim olduğu bir zamanda Şah İsmayıl öz fərmanlarını, ordusuna əmrlərini və lirik şeirlərini ana dilimizdə – türkçə yazdı... Bu gün öz dilini bəyənməyən, başqa dillərdə danışmağı fəxr bilən ziyalılarımız 16-cı əsrdə böyük bir dövlətin başında duran Şah İsmayıldan dərs almalıdırlar." ➡️ M.Ə.Rəsulzadə "Açıq söz" qəzeti, 1915-ci il, № 12 "Xətai tək bir şair deyildir, o, ana dilimizin bayraqdarıdır. Əgər Şah İsmayılın qılıncı olmasaydı, bəlkə də bu gün türk dili bu qədər geniş bir coğrafiyada hakim ola bilməzdi. Onun şeirləri saray mühitinin mürəkkəbliyindən uzaq, xalqın, aşıqların anladığı təmiz türkçədir. Xətaini oxuyan hər bir azərbaycanlı öz dilinin qüdrətini hiss edər." ➡️ Salman Mümtaz. "İqbal" qəzeti, 1913-cü il, № 412 "Biz bu gün öz dilimizdə bir iki kəlmə yazmağa utandığımız halda, dörd yüz il bundan əvvəl Şah İsmayıl kimi böyük bir padşah kəsdirib atdığı fərmanlarını, ordusuna verdiyi əmrlərini 'türk dili' ilə yazırdı. Biz nə vaxt o şahın göstərdiyi yola gələcəyik?". ➡️ Ömər Faiq Nemanzadə, "İrşad" qəzeti, 1906-cı il, № 89 "Şah İsmayıl Xətai həm qılıncı, həm də qələmi ilə millətinə xidmət etmiş tarixi qəhrəmanımızdır. Onun sadə xalq dilində yazdığı mənzumələr uşaqlarımıza ana dilinin şirinliyini və zənginliyini öyrətmək üçün ən gözəl nümunədir". ➡️ Abdulla Şaiq "Gülzar" dərsliyi (Bakı, 1907-ci il nəşri, "Xətai" bölməsi). "Şah İsmayıl Xətai təkcə Səfəvi dövlətinin banisi deyil, Şərqdə milli dili dövlət səviyyəsinə qaldıran ilk böyük türk hökmdarıdır. Onun "Dəhnamə"si və türkcə fərmanları bizim milli mədəniyyətimizin, ədəbi dilimizin pasportudur. Bizim borcumuz bu böyük xaqanın irsini yad etmək və onun dilimizə verdiyi dəyəri yaşatmaqdır". ➡️ Əli bəy Hüseynzadə, "Füyuzat" jurnalı, 1907-ci il, № 14 "Şah İsmayıl Səfəvi İmperiyasını qurarkən Avropa hökmdarları ilə diplomatik məktublaşmalar aparmış, eyni zamanda öz dövlətinin daxili işlərində, ordusunda ana dilini hakim etmişdir. Şah İsmayılın zamanı Azərbaycan xalqının siyasi və mədəni yüksəlişinin qızıl dövrüdür." ➡️ Ceyhun bəy Hacıbəyli, "İttihad" qəzeti, 1918-ci il, № 21. "Bizim bu gün öz dilimizdə yazmaqdan çəkinən, başqa millətlərin dilində danışmağı məriqət sayan ziyalılarımız Şah İsmayılın 16-cı əsrdə göstərdiyi qeyrətdən ibrət almalıdırlar. Şah İsmayılın qılıncı və qələmi türk dilinin böyüklüyünü bütün dünyaya sübut etmişdir". ➡️ Əhməd bəy Ağaoğlu, "İttifaq" qəzeti, 1909-cu il. Prof . Dr. Zaur Aliyev #şah_ismayıl #axc
281
17
No text...
151
18
😄Guya Gilandan yürüşə başlayan İsmayıl Səfəvi Şeyx Heydərin oğlu deyildi Sual yaranır ki, belə bir əsassız ehtimal sizin ağl
😄Guya Gilandan yürüşə başlayan İsmayıl Səfəvi Şeyx Heydərin oğlu deyildi Sual yaranır ki, belə bir əsassız ehtimal sizin ağlınıza niyə gəlməlidir ki? Öz boş nəzəriyyələrini sübut etməkdən ötrü bu cür manipulyasiyalara belə yol verirlər.
187
19
✍️ Dəyərimizi ki əlimizdən alırlar, onda o dəyər dəyərə minməyə başlayır
✍️ Dəyərimizi ki əlimizdən alırlar, onda o dəyər dəyərə minməyə başlayır
173
20
‼️ Ədalətli sünni soydaşlarımız da görür: Şah İsmayılı yalnız məzhəb prizmasından oxumaq tarixə haqsızlıq və tarixin təhrifidir ➡️ Azər Hüseynovun sözlərinə diqqət edin: 1. Osmanlı və Səfəvi münasibətlərini yalnız məzhəb prizmasından dəyərləndirmək yanlışdır 2. Osmanlı dövlətinin quruluşunda həm sünni, həm də ələvi (şiə etiqadına yaxın) türkmənlər iştirak edib. Osmanlı dövləti yalnız 1500-cü illərdən, xüsusilə Sultan Səlimin dövründən sonra ənənəvi sünni dövləti simasını almağa başlayıb 3. Siyasi maraqlar məzhəb amilindən daha üstün olub. Məsələn, Sultan Səlim sünni olan Məmlük imperiyası ilə vuruşub və onu ortadan qaldırıb - Eyni zamanda, sünni Məmlüklər Osmanlıya qarşı Səfəviləri dəstəkləyirdi - Sünni olan Ağqoyunlular da Osmanlılarla dəfələrlə savaşıblar 4. Tarixi məzhəb münaqişəsi kimi bu günə daşımaq təhlükəlidir. Keçmişə məzhəb gözü ilə baxıb ordan münaqişə çıxarmaq cəmiyyətin təhlükəsizliyi üçün risklidir və bu, xarici istismara (imperialist maraqlara) yol açır. 5. Osmanlı da, Səfəvi də, digər türk dövlətləri də (Qaraqoyunlu, Ağqoyunlu, Əfşar, Qacar və s.) bizim ortaq tarixi dəyərlərimizdir. Bu dövlətlərə qlobal türklük və tarixi irs nöqteyi-nəzərindən baxılmalıdır.
200