cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

Milli-Kimlik

Azərbaycan xalqının Millikimlik tarixi və bu aspektdə gələcəyə baxış problemlərini işıqlandıran portal. Saytimiz: millikimlik.az

إظهار المزيد
لم يتم تحديد البلدلم يتم تحديد اللغةالفئة غير محددة
مشاركات الإعلانات
236
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

⭕️ "Metropoliten İncəsənət Muzeyində Azərbaycan İmperiyasına aid incəsənət nümunələri" məqaləsindən bir hissə - Qələmdan Miniatürlərdə təsvir edilmiş bəzi atlıların atlarının quyruğunun düyünlü olması nəyin göstəricisi idi? Üzərində harmonik şəkildə qızılı və krem rəngli fonun olduğu və laklanmış bu qələmdan XIX əsrə aiddir. Çox güman ki Mirzə Baba (1780-1810) və ya onun şagirdlərindən birinin əl işidir. Yuxarı hissədə birinci Səfəvi şahı I Şah İsmayılın (1501-1524) qoşunu ilə Osmanlı ordusunun 1514-cü ildə Çaldıran düzündəki vuruşması təsvir edilmişdir. Ümumi planda biz iki ordunun toplarında olduğu bir meydanda təsvir edildiyini görürük. Şah İsmayıl miniatürdə Malqoçoğlunun bədənini qılıncı ilə ikiyə bölən halda təsvir edilibdir. Yan tərəflərdə isə təbiət mənzərəsi fonunda ox və qılıncla silahlanmış atlıların itlərlə birlikdə ov səhnəsi təsvir edilmişdir. Bir tərəfdə ayı ovu, digər tərəfdə isə ceyran ovunu görə bilərik. Ardı linkdə: https://www.facebook.com/millikimlik1/photos/a.2268636626797243/3227340867593476/
إظهار الكل...
Milli Kimlik - "Metropoliten İncəsənət Muzeyində Azərbaycan...

"Metropoliten İncəsənət Muzeyində Azərbaycan İmperiyasına aid incəsənət nümunələri" məqaləsindən bir hissə - Qələmdan. Miniatürlərdə təsvir edilmiş bəzi atlıların atlarının quyruğunun düyünlü olması...

⭕️ ZÜLQƏDƏR ELİNİN AZƏRBAYCANDA MƏSKUNLAŞMASI Şəmşəddillər kimlərdi? Zülqədər eli Hacılar, Sarışıxlı, Çiçəkli, Camışlı, Qurğulu, Bayatoğlu, Eymur, Mehnalı, Qalxançioğlu, Söklən, Qaraca-Sevgülən, Şəmşaddil, Dəmirçili, Tatılı oymaqlarından ibarətdir. M.Vəlili (Baharlı) “Azərbaycan Coğrafi-təbii etnoqrafik və iqtisadi mülahizat” adlı kitabında Zülqədər elinin Gəncə vilayətinin Şəmşəddil mahalında yerləşməsindən bəhs edərək yazırdı: “Zülqədərlər ilk əvvəl Şirazı işğal edərək burada məskunlaşdılar. Sonradan buradan da Kiçik Asiyaya köçüb, Diyarbəkir və Mosulda oturdular. Burada qüvvətlənib bir xanlıq qurdular. Bu məmləkəti 1278-ci ildən 1525-ci ilə kimi doqquz nəfər hakim idarə etmişdir. Qonşu millət va qəbilələr də onlara tabe idilər. 1515-ci ildə bu xanlıq Sultan Səlimə tabe edildi. Bu hadisədən sonra zülqədərlərin bir hissəsi Qafqaziya Azərbaycanına keçdilər və Gəncə vilayətinin Şəmşəddil nahiyəsində oturdular. Onlar indi də orada yaşamaqdadılar”. Ardı linkdə: https://millikimlik.az/2022/5451/
إظهار الكل...
Zülqədər Elinin Azərbaycanda məskunlaşması

Şəmşəddillər kimlərdi? Zülqədər eli Hacılar, Sarışıxlı, Çiçəkli, Camışlı, Qurğulu, Bayatoğlu, Eymur, Mehnalı, Qalxançioğlu, Söklən, Qaraca-Sevgülən, Şəmşaddil, Dəmirçili, Tatılı oymaqlarından ibarətdir.M.Vəlili (Baharlı) “Azərbaycan Coğrafi-təbii etnoqrafik və iqtisadi mülahizat” adlı kitabında Zülqədər elinin Gəncə vilayətinin Şəmşəddil mahalında yerləşməsindən bəhs edərək yazırdı: “Zülqədərlər ilk əvvəl Şirazı işğal edərək burada məskunlaşdılar.Sonradan buradan da Kiçik Asiyaya köçüb, Diyarbəkir və Mosulda

⭕️ KİMDİR GÜNAHKAR? – ƏMİR TEYMUR, SƏLİM, ŞAH İSMAYİL, YOXSA MƏSƏLƏ BAŞQADİ? elə bir iddia mövcuddur ki, İslam dünyasının, xüsusilə türk xalqlarının bugünkü problemlərinin əksəriyyəti Əmir Teymurla İldırım Bəyazid, Ağqoyunlu ilə Osmanlı, Osmanlı ilə Səfəvi ilə arasındakı qarşıdurmalardan qaynaqlanır. Bu fikir sıravi azərbaycanlının şüuruna çoxdandır ki, hakim kəsilmişdir. Gəlin sözügedən məsələyə bir qədər geniş aspektdən nəzər salaq və əsl həqiqəti müqayisə yolu ilə müəyyən etməyə çalışaq: Ardı linkdə: https://millikimlik.az/2021/3860/
إظهار الكل...
Kimdir günahkar? - Əmir Teymur, Səlim, Şah İsmayil, yoxsa məsələ başqadi? - Millikimlik.az

Belə bir iddia mövcuddur ki, İslam dünyasının, xüsusilə türk xalqlarının bugünkü problemlərinin əksəriyyəti Əmir Teymurla İldırım Bəyazid, Ağqoyunlu ilə Osmanlı, Osmanlı ilə Səfəvi ilə arasındakı qarşıdurmalardan qaynaqlanır.Bu fikir sıravi azərbaycanlının şüuruna çoxdandır ki, hakim kəsilmişdir. Gəlin sözügedən məsələyə bir qədər geniş aspektdən nəzər salaq və əsl həqiqəti müqayisə yolu ilə müəyyən etməyə çalışaq: 8 milyon

⭕️ TƏBRİZDƏKİ İNGİLİS KONSULUNUN AZƏRBAYCAN HAQQINDA DEDİKLƏRİ 1864 -cü ildə Təbrizdəki İngilis konsulu Keyt Abbot Kral Coğrafiya Cəmiyyətinə göndərdiyi memorandumda yazır: “Farslara Azərbaycan olaraq tanınan ölkə onlarla [İran] Rusiya arasında bölünmüşdür. İkincisi, [Azərbaycanın] təxminən 80.000 kvadrat mil və ya Böyük Britaniyanın sahəsinə bərabər olan 5/8 sahibidir..[Azərbaycanın] Rusiya hissəsi şimaldan və şimal – şərqdən Qafqaz dağları ilə həmsərhəddir.... Ardı linkdə: https://millikimlik.az/2021/3832/
إظهار الكل...
Təbrizdəki ingilis konsulunun Azərbaycan haqqında dedikləri - Millikimlik.az

1864 -cü ildə Təbrizdəki İngilis konsulu Keyt Abbot Kral Coğrafiya Cəmiyyətinə göndərdiyi memorandumda yazır: “Farslara Azərbaycan olaraq tanınan ölkə onlarla [İran] Rusiya arasında bölünmüşdür. İkincisi, [Azərbaycanın] təxminən 80.000 kvadrat mil və ya Böyük Britaniyanın sahəsinə bərabər olan 5/8 sahibidir..[Azərbaycanın] Rusiya hissəsi şimaldan və şimal – şərqdən Qafqaz dağları ilə həmsərhəddir, Xəzər dənizində Bakı ətrafına qədər

‼️ШАХ И МАТ!!! Телеграмма из российских архивов 1920 года о принадлежности ЗАНГЕЗУРА Азербайджану. Впервые у нас! В телеграмме говорится, что Азербайджанская Советская Республика предъявляет правительству Армении ультиматум. 1. Прежде всего, вывести свои воинские части из Карабаха и Зангезура. 2. Отступить до своих границ 3. Прекратить межэтническую резню В противном случае Азербайджанская Советская Республика будет считать себя в состоянии войны с правительством Республики Армения. Какой вывод из этого? Карабах и Зангезур были неотъемлемой частью Азербайджана, и созданная здесь Советская власть принимала это. Пусть этот документ станет нашим вкладом к повестке дня, касательно Зангезурского вопроса. Mənbə: Государственный архив РФ, (Ф. Р - 130, Оп.4, Д.600) Ссылка: https://www.facebook.com/millikimlik1
إظهار الكل...
⭕️ ÇALDİRAN DÖYÜŞÜNƏ APARAN MƏKTUBLAR (SONUNCU 3-CÜ MƏKTUB) Tarixi qaynaqlardan xəbərsiz və yaxud bəzi məkrli insanlar bütün əqli və nəqli dəlillərin əksinə olaraq Osmanlı və Səfəvi imperiyaları arasında baş vermiş “Çaldıran” döyüşünün məsuliyyətini Şah İsmayılın üzərinə atmaq istəyirlər. Bununla da məlumatsız insanlarda tariximiz haqqında yalnış təsəvvür və çaşqınlıq yaratmış olurlar. Bu məsələyə aydınlıq gətirmək üçün sizə “Çaldıran” öncəsi Sultanla Şah arasında olan son yazışmadan kiçik bir hissə təqdim edəcəyik ki, oxuyub əslində hansı tərəfin aqressiv aqressor olduğundan agah olsanız. P.S. Məqsəd 500 il əvvəl olmuş ədavəti qabartmaq deyil, məlumatsız insanlarımızı məlumatlandırmaqdır.. Ardı linkdə: https://millikimlik.az/2021/3680/
إظهار الكل...
Çaldiran döyüşünə aparan məktublar (sonuncu 3-cü məktub) - Millikimlik.az

Tarixi qaynaqlardan xəbərsiz və yaxud bəzi məkrli insanlar bütün əqli və nəqli dəlillərin əksinə olaraq Osmanlı və Səfəvi imperiyaları arasında baş vermiş “Çaldıran” döyüşünün məsuliyyətini Şah İsmayılın üzərinə atmaq istəyirlər. Bununla da məlumatsız insanlarda tariximiz haqqında yalnış təsəvvür və çaşqınlıq yaratmış olurlar. Bu məsələyə aydınlıq gətirmək üçün sizə “Çaldıran” öncəsi Sultanla Şah arasında olan son

⭕️ ÇALDIRAN DÖYÜŞÜNƏ APARAN MƏKTUBLAR (2-Cİ MƏKTUB) Sultan Səlim Şah İsmayıla yazır… (İkinci məktub) ....Bir çox şəxsdən eşitdiyimizə görə, Məhəmmədin pak ümmətini - salam olsun ona - özünün yalnış əqidənə tabe etmiş və sabit dinin əsaslarını ləğv edib, zülm bayrağını təcavüz qaydaları ilə yüksəltmiş, pislikdən çəkindirməyi və yaxşılığa əmr etməyi şəriətin əsaslarından hesab etmiş, öz çirkin şiəni məhrəm qadınları halal hesab etməyə və günahsız insanların qanını tökməyə təhrik etmisən. Ardı linkdə: https://millikimlik.az/2021/3676/
إظهار الكل...
Çaldıran döyüşünə aparan məktublar (2-ci məktub) - Millikimlik.az

Sultan Səlim Şah İsmayıla yazır… (İkinci məktub) “O məktub Süleymandandır və o, “bismillahir rəhmanir rəhim”dir. Mənə qarşı təkəbbür göstərməyin və yanıma müsəlman olaraq gəlin!”(27/30-31)Allahın salamı olsun yaratdıqlarının ən yaxşısı olan olan Məhəmməd, övladları və səhabələrinə hamılıqla. Bu, nazil etdiyimiz mübarək bir kitabdır, ona tabe olun və Allahdan qorxun ki, bəlkə rəhm ediləsiniz! (6/155) Səmadan enmiş

⭕️ ÇALDIRAN DÖYÜŞÜNƏ APARAN MƏKTUBLAR (1-Cİ MƏKTUB) Sultan Səlim Şah İsmayıla yazır… (Birinci məktub) ....Meşədə aslanın nəriltisi yoxdursa Çaqqalın səsi hündürdən gələr. Təcavüz etməklə Şərq ölkələrini ələ keçirdin. Əmrə tabe olduğun miskin bir guşədən əmr verən əzəmətli saraya qədəm basdın. Müsəlmanların üzünə zülm və əziyyət qapılarını açdın. Dinsiz və kafirləri bir-biri ilə evləndirərək qarışdırdın. Ardı linkdə: https://millikimlik.az/2021/3672/
إظهار الكل...
Çaldıran döyüşünə aparan məktublar (1-ci məktub) - Millikimlik.az

Sultan Səlim Şah İsmayıla yazır… (Birinci məktub)Bağışlayan və mehriban Allahın adı ilə!”Allah qatında din İslamdır”(3/19)”Kim İslamdan başqa bir din ardınca gedərsə heç vaxt ondan qəbul olmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar. (3/85 “İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə (bu işə) son qoyarsa, keçmişdə aldığı onundur. Onun işi Allaha aiddir. Amma

⭕️ NAMƏLUM MÜHARİBƏ IV-cü Qacar–Rusiya müharibəsinin 100 illiyinə həsr olunmuşdur Bu yazımız Azərbaycan tarixinin ən qaranlıq səhifələrindən biri – 1920-1921-ci illərin Qacar–Rusiya müharibəsi barəsindədir. Rusiya ilə əvvəlki müharibələr nəticəsində Qacarlar dövləti Azərbaycanın şimalını və bütün Qafqazı itirmişdi. O vaxt hələ heç kim təsəvvür belə edə bilməzdi ki, bu hadisə Azərbaycan xalqını gələcəkdə hansı faciələrə düçar edəcəkdir. Müstəmləkəçilik siyasəti yürüdən çar hökuməti Şimali Azərbaycanın qərb bölgəsinə erməniləri köçürməklə buranı Türkiyə ilə Azərbaycan arasında bufer zonasına çevirdi. Lakin Rusiya imperiya bununla kifayətlənmək niyyətində deyildi. Sözsüz ki, Rusiyanın əsas hədəfi Qacar məmləkətini işğal edib cənubda İran körfəzinin sahillərinə çıxmaq, şərqdə isə Hindistana mümkün qədər yaxınlaşmaq idi. Ardı linkdə: https://millikimlik.az/2021/3664/
إظهار الكل...
Naməlum müharibə - Millikimlik.az

IV-cü Qacar–Rusiya müharibəsinin 100 illiyinə həsr olunmuşdur Bu yazımız Azərbaycan tarixinin ən qaranlıq səhifələrindən biri – 1920-1921-ci illərin Qacar–Rusiya müharibəsi barəsindədir. Rusiya ilə əvvəlki müharibələr nəticəsində Qacarlar dövləti Azərbaycanın şimalını və bütün Qafqazı itirmişdi. O vaxt hələ heç kim təsəvvür belə edə bilməzdi ki, bu hadisə Azərbaycan xalqını gələcəkdə hansı faciələrə düçar edəcəkdir. Müstəmləkəçilik siyasəti

⭕️ FRANSA ÖZ AZƏRBAYCANLI DOSTUNU NİYƏ UNUTDU? 1966-cı ilin yazında Fransa prezidenti Şarl De Qollun (1959-1969) SSRİ-yə səfəri nəzərdə tutulur. Səfərin müddətinə az qalmış Fransa prezidentinin protokol xidmətindən Kremlə növbəti teleqram daxil olur. Teleqramda bildirilir ki, Şarl De Qoll səfəri zamanı SSRİ vətəndaşı olan, özünə dost və silahdaş saydığı Armed Mişellə görüşməyi arzulayır və istəyir ki, hava limanında qarşılanma mərasimində bu şəxs də iştirak etsin. Ardı linkdə: https://millikimlik.az/2021/3642/
إظهار الكل...
Fransa öz Azərbaycanlı dostunu niyə unutdu? - Millikimlik.az

1966-cı ilin yazında Fransa prezidenti Şarl De Qollun (1959-1969) SSRİ-yə səfəri nəzərdə tutulur.Səfərin müddətinə az qalmış Fransa prezidentinin protokol xidmətindən Kremlə növbəti teleqram daxil olur. Teleqramda bildirilir ki, Şarl De Qoll səfəri zamanı SSRİ vətəndaşı olan, özünə dost və silahdaş saydığı Armed Mişellə görüşməyi arzulayır və istəyir ki, hava limanında qarşılanma mərasimində bu şəxs də