en
Feedback
ALLAHA DOĞRU

ALLAHA DOĞRU

Open in Telegram

Allaha doğru Bütün paylaşımları götürməyə icazə verilir. Qurupun linki👇 https://t.me/+f1Nkniezo-hmNDAy Adminlə əlaqə - @Velayete_eshq

Show more
6 206
Subscribers
-1424 hours
-557 days
-14430 days
Posts Archive
Zəhmət olmasa hər kəs paylaşsın

photo content

Bismilahir-Rəhmanir-Rəhim (1307) İmam Baqir (ə): "Əgər imama kömək etmək üçün "Bədr" əhlinin sayı qədər adam toplaşsa, ona qiyam etmək və vəziyyəti dəyişdirmək vacibdir. " Biharul-Ənvar, c.100, səh. 49, hədis 18 https://t.me/muheddis

photo content

Cümə gününüz mübarək olsun inşallah. İmam Rza (ə) buyurub: 6 şəxs özünü məsxərə edib: 1⃣ O şəxs ki, dili ilə Allahdan bağışlanmaq istəyir, amma qəlbində etdiyi günaha görə peşman deyil. Özünü məsxərə edib. 2⃣ O şəxs ki, Allahdan müvəffəqiyyət istəyir, amma çalışmır. Özünü ələ salıb. 3⃣ O şəxs ki, Allahdan cənnət istəyir, amma dünyanın çətinliklərinə səbr etmir. Özünü ələ salıb. 4⃣ O şəxs ki, dildə cəhənnəmdən Allaha pənah aparır, amma şəhvəti tərk etməyib. Özünü məsxərə edib. 5⃣ O şəxs ki, ölümü yada salır, amma özünü ölümə hazırlamayıb. Özünü məsxərə edib. 6⃣ O şəxs ki, Allahı yad edir, amma Allahı görməyə şövqü yoxdur. Özünü ələ salıb. 📚 Mə'dənul Cəvahir Allahummə əccil li vəliyyikəl fərəc. https://t.me/turalceferi

Əmirəl-möminin Əli ibn Əbu Talib (əleyhis-səlam) oğlu Həsənə (əleyhis-səlam) etdiyi vəsiyyətlərində belə buyurdu: “Ey oğlum! Cəhalətdən daha şiddətli yoxsulluq yoxdur. Ağılın yoxluğundan daha böyük itki yoxdur. Özündən razılıqdan (təkəbbürlü heyranlıqdan) daha qorxulu tənhalıq və vəhşət yoxdur. Gözəl əxlaq kimi şərəf yoxdur. Allahın haramlarından çəkinmək kimi təqva yoxdur. Allahın yaratdıqları haqqında düşünmək kimi ibadət yoxdur. Ey oğlum! Ağıl insanın dostudur, səbir və mülayimlik onun vəziridir, yumşaqlıq onun atasıdır, səbir isə onun ən yaxşı əsgərlərindən biridir. Ey oğlum! Ağıllı insan üçün öz vəziyyətinə nəzər salmaq vacibdir. Buna görə də dilini qorusun və öz dövrünün insanlarını tanısın. Ey oğlum! Bəla və çətinliklərdən biri yoxsulluqdur. Ondan daha şiddətlisi bədənin xəstəliyidir. Ondan da şiddətlisi qəlbin xəstəliyidir. Nemətlərdən biri malın genişliyidir. Ondan üstün olan bədənin sağlamlığıdır. Ondan da üstün olan qəlblərin təqvasıdır. Ey oğlum! Möminin üç saatı vardır: Bir saat Rəbbi ilə münacat etdiyi vaxtdır. Bir saat özünü hesaba çəkdiyi vaxtdır. Bir saat isə özünü halal və bəyənilən ləzzətlərdən faydalanmaq üçün sərbəst buraxdığı vaxtdır. Möminin üç şeydən biri ilə məşğul olması zəruridir: Ya yaşayışını düzəltmək üçün çalışmaq, ya axirəti üçün addım atmaq, ya da haram olmayan ləzzətlərdən bəhrələnmək.” https://t.me/turalceferi

✅ İnsanın həqiqi hünəri Hünər budur ki, insan məntiqli və insaflı danışsın. Öz nəfsi, şəxsi çıxarları və qüdrət qazanmaq uğrunda danışmasın. Danışan zaman Allahı nəzərində tutsun. "Həqiqətən qulaq, göz və ürəyin hər biri sorğu-suala tutulacaqdır". (İsra, 36) Bilin ki, danışdığınız sözlər Qiyamət günü sizin müqabilinizdə heykəl olan bir əməl olacaqdır. Allah cəzalandıracaq və soruşacaq. Meyl və istəyə uyğun olan hər söz danışılmamalıdır. ✍ İmam Xamenei https://t.me/turalceferi

Telegramın ən gözəl elmi və dini kanalları ilə qarşınızdayıq. Adlarını qeyd etdiyimiz və etmədiyimiz bir çox kanala abunə ola bilərsiniz. @toplu_admini

✍ Ustad Şeyx Cəfər Nasiri 🔹 İmam Hüseyn (ə.s) üçün ağlamaq insan vücudunda gövhərdir, pis vərdişləri, qəsavətləri pak edir v
✍ Ustad Şeyx Cəfər Nasiri 🔹 İmam Hüseyn (ə.s) üçün ağlamaq insan vücudunda gövhərdir, pis vərdişləri, qəsavətləri pak edir və insan vücudunu qızıla çevirir. https://t.me/turalceferi

✨İmam Cəfər Sadiq (ə) buyurmuşdur: “Cümə gecəsi dünyasını dəyişmiş mömin dostlarından on nəfəri üçün dua edib bağışlanma diləyən şəxs cənnət əhlindən olacaqdır.” 📚 Cameul Əhadis, cild 6, səhifə 178, hədis 78. Bütün mömin vəfat edənlərin, xüsusilə də kimsəsiz, heç kimi olmayanların ruhuna 1 dəfə “Həmd” surəsi, 3 dəfə “İxlas” surəsi və 5 dəfə salavat oxuyaq. https://t.me/turalceferi

Bismilahir-Rəhmanir-Rəhim (1259) Məsih (ə) bir kişiyə buyurdu: "Nə iş görürsən?" Ərz etdi: "İbadət edirəm." Buyurdu: "Bəs sənin dolanışığını kim təmin edəcək?" Ərz etdi: "Qardaşım." Buyurdu: "Qardaşın səndən daha abiddir." Tənbihul-Xəvatir, c.5, səh. 65 https://t.me/muheddis

Həzrəti Rəsul (s): "Cihad edin ki, övladınız əzəmət əldə etsin, çalışqan və fəal olsun" https://t.me/turalceferi

Məcaşe adında bir kişi Həzrəti Peyğəmbərin (s) yanına gəlib soruşdu: Ey Allahın Rəsulu! Haqqı tanımağın yolu nədir? Peyğəmbər (s) buyurdu: Nəfsi tanımaqdır. Soruşdu: Haqqla uyğunlaşmağın yolu nədir? Buyurdu: Nəfsə qarşı çıxmaqdır. Soruşdu: Haqqın razılığına çatmağın yolu nədir? Buyurdu: Nəfsi qəzəbləndirməkdir. Soruşdu: Haqqa itaət etməyin yolu nədir? Buyurdu: Nəfsin istəklərindən hicrət etməkdir. Soruşdu: Haqqı yad etməyin yolu nədir? Buyurdu: Nəfsi unutmaqdır. Soruşdu: Haqqa yaxınlaşmağın yolu nədir? Buyurdu: Nəfsdən uzaqlaşmaqdır. Soruşdu: Haqqla ünsiyyət qurmağın yolu nədir? Buyurdu: Nəfsdən qorxmaqdır. Soruşdu: Bütün bunlara çatmağın yolu nədir? Buyurdu: Nəfsin istəkləri qarşısında Ondan (Allahdan) yardım istəməkdir. 📚 İmam Səccadın (ə) hüquq risaləsi kitabından. https://t.me/turalceferi WhatsApp-da Allaha Dogru kanalını izləyin: https://whatsapp.com/channel/0029VbAopgD7IUYQqRANDl0k

Repost from Yağlı Xəbər
Yunis Səfərovun göstərdiyi qəhrəmanlıqdan 8 il ötür #gəncə #yunis_səfərov

☄️Ali Baş Komandan, xudahafiz! #son_görüş #azad_insanların_rəhbəri Abunə olun 🌟 Ar-Rad İnfo

Şeyx Tural Ziyatxanov - Şəhid İmam Xamenei #son_görüş #kamil_insan #azadlıq_şəhidi #kəramət_şəhidi #şəhid_rəhbər #azadlıq_rəhbəri #məzlumların_müdafiəçisi #azad_insanların_rəhbəri #haqqın_şəhidi #azad_insan

💠 Gündəlik namazların hikməti Allah Rəsulunun (s) dilindən ✅ Nə üçün sübh namazını qılırıq? ⁉️ 🌞 Sübh şeytanın fəaliyyətə başladığı vaxtdır. Hər kim bu saatda namaz qılıb özünü ilahi rəhmət mehinin qarşısında qərar verərsə, şeytanın şərrindən amanda qalar. ✅ Nə üçün zöhr namazını qılırıq? ⁉️ ☀️ Zöhr vaxtı bütün aləm Allahı təsbih edir. Mənim ümmətimin bu vaxt Allahı təsbih etməməsi yaraşmaz. Həmçinin bu vaxt cəhənnəmliklərin cəhənnəmə daxil olduğu vaxtdır. Buna görə də hər kim bu saatda ibadətlə məşğul olarsa, cəhənnəm əzabından amanda qalar. ✅ Nə üçün əsr namazını qılırıq? ⁉️ ✨ Əsr vaxtı Həzrət Adəm (ə) və Həzrət Həvvanın (ə) xətasının baş verdiyi vaxtdır. Bizə bu saatda namaz qılmaq vacib edilmişdir ki, Allahın əmrinə tabe olduğumuzu bəyan edək. ✅ Nə üçün məğrib namazını qılırıq? ⁉️ 🌅 Məğrib Həzrət Adəmin (ə) tövbəsinin qəbul olunduğu vaxtdır. Biz də bunun şükranəsi olaraq namaz qılırıq. ✅ Nə üçün işa namazını qılırıq? ⁉️ 🌠 Uca Allah işa namazını ümmətimin qəbrinin nuraniliyi və rahatlığı üçün qərar vermişdir. 📚 Ələlüş-Şərai, Şeyx Səduq, səh. 337. https://t.me/turalceferi

📹 İmamın 3 mərasimi - 2026 Şeyx Tural Ziyatxanov https://youtu.be/dOw9b4AvVvE?si=NsJHNvktYrNw_czM

Səhərimizi On dörd Məsumun (ə) salamı ilə bərəkətləndirək. Səlləllahu əleykə ya Rəsuləllah Səlləllahu əleykə ya Əmirəl-Möminin Səlləllahu əleyki ya Fatimətuz-Zəhra Səlləllahu əleykə ya Həsən ibn Əli Səlləllahu əleykə ya Əba Əbdillah Səlləllahu əleykə ya Əliyy ibnəl-Hüseyn Səlləllahu əleykə ya Muhəmməd ibn Əli Səlləllahu əleykə ya Cəfər ibn Muhəmməd Səlləllahu əleykə ya Musa ibn Cəfər Səlləllahu əleykə ya Əli ibn Musa Səlləllahu əleykə ya Muhəmməd ibn Əli əl-Cəvad Səlləllahu əleykə ya Əli ibn Muhəmməd Səlləllahu əleykə ya Həsən ibn Əli əl-Əskəri Səlləllahu əleykə ya Hüccət ibnəl-Həsən əl-Mehdi, əccələllahu təala fərəcəhuş-şərif.

Şamu qəriban - 2026 Şeyx Tural Ziyatxanov https://t.me/Azerbaycan_Ruhanileri