ru
Feedback
ALLAHA DOĞRU

ALLAHA DOĞRU

Открыть в Telegram

Allaha doğru Bütün paylaşımları götürməyə icazə verilir. Qurupun linki👇 https://t.me/+f1Nkniezo-hmNDAy Adminlə əlaqə - @Velayete_eshq

Больше
6 537
Подписчики
-1024 часа
-207 дней
-9430 день
Архив постов
#Kərbəla_Səhabələri 🔻 Həbib ibn Məzahir Əsədi, Müslim ibn Əvsəcə Əsədi, Ənəs ibn Kahil Əsədi – bunlar yalnız Bəni-Əsəd qəbiləsindən olan üç nəfər idi. 🔸 Aşurada gənc var, qoca var, qadın var, kişi var, qız var, oğlan var. Bunlar az deyil. Aşura hər yaşdan və hər təbəqədən olan insan üçün örnəklər və nümunələr təqdim edir. https://t.me/turalceferi

Məhərrəm ayının ikinci günü. Əhli-beytin (ə) karvanının Kərbəlaya daxil olması: 👉Qorxulu səhra İmam Hüseyn (ə) və onunla olanlar Məhərrəm ayının ikinci günü, cümə axşamı günü Kərbəlaya çatdıqda, həmin yerdə düşərgə salıb çadırları qurdular. Çadırlar qurulduqdan və Kərbəlada məskunlaşdıqdan sonra Həzrət Zeynəb (s) həyəcan içində qardaşı İmam Hüseynin (ə) yanına gəlib dedi: — Qardaşım, bu səhranı çox qorxulu görürəm. Sanki onun tərəfindən mənə böyük bir vahimə üz verir. İmam Hüseyn (ə) buyurdu: — Əziz bacım! Atamla Siffeyn döyüşünə gedərkən elə bu yerdə dayanmışdıq. Atam başını qardaşım Həsənin (ə) dizinə qoyub bir müddət yatdı. Mən də orada idim. Atam oyandıqdan sonra ağlamağa başladı. Qardaşım Həsən (ə) ondan soruşdu: — Nə üçün ağlayırsan? Atam buyurdu: 🔹 «Sanki yuxuda gördüm ki, bu vadi qan dənizinə çevrilib və Hüseyn onun içində qərq olub, kömək istəyir, amma ona heç kəs kömək etmir.» Sonra atam üzünü mənə tutub buyurdu: — Ey Əba Əbdillah! Əgər belə bir hadisə sənin başına gəlsə, nə edərsən? Mən cavab verdim: 🔸 «Səbir edərəm. Çünki mənim üçün səbir və dözümdən başqa bir yol yoxdur.» Həzrət Zeynəb (s) bu sözləri eşidəndə qəlbi elə yandı ki, gözlərindən yaş sel kimi axmağa başladı. 📗 Rəyahinüş-Şəriə, c. 3, s. 78 ✍️ Zəbihullah Məhəllati https://t.me/turalceferi

#Günün_hədisi ✨Həzrəti İmam Cəfərus-Sadiq (ə) buyurur: «كُلُّنا سُفُنُ النَّجاةِ، وَلٰكِنْ سَفِينَةُ جَدِّي الْحُسَيْنِ أَوْسَعُ، وَفِي لُجَجِ الْبِحَارِ أَسْرَعُ.» "Biz Əhli-beytin hamısı nicat gəmisiyik. Lakin babam Hüseynin gəmisi daha genişdir və dənizlərin nəhəng dalğalarını daha sürətlə keçir." 📚 Biharul-Ənvar, c. 26, s. 322. https://t.me/turalceferi

💠 #Kərbəla_hadisələrinin_xronologiyası 🎪 🔴 Məhərrəm ayının 1-ci gününün hadisələri Qəsri-Bəni Müqatil... Hicri 61-ci ilin Məhərrəm ayının 1-i, çərşənbə günü 💠 Bu dayanacaq Kufənin yaxınlığında yerləşirdi və Kufədən bir neçə nəfər orda çadır qurmuşdu. İmam Huseyn (ə) onlardan soruşdu: — Mənə kömək etməyə hazırsınızmı? Onlardan bəziləri dedilər: — Qəlbimiz ölümə razı olmur. Digərləri isə dedilər: — Bizim çoxlu qadın və övladımız var. Üstəlik, camaatın əmanətləri bizim yanımızdadır. Bu müharibənin sonunun necə olacağını bilmirik. Buna görə də sizə kömək edə bilməyəcəyimiz üçün bizi üzrlü sayın. 💠 Həzrət (ə) gənclərə su tədarük etməyi əmr etdi və gecə ikən yola düşdülər. İmam (ə) at belində olarkən qısa müddət mürgülədi. Oyandıqdan sonra dəfələrlə belə buyururdu: "İnna lillahi və inna iləyhi raciun." "Həqiqətən, biz Allaha məxsusuq və Ona tərəf qayıdacağıq." Əli Əkbər ibn Hüseyn (ə) irəli gəlib soruşdu: — Atacan, bunun səbəbi nədir? İmam (ə) buyurdu: — Yuxuda qarşımda bir süvari göründü və dedi: "Bu karvan gecə yol gedir, ölüm isə onları qarşılamağa gəlir." Əli Əkbər (ə) soruşdu: — Atacan, məgər biz haqq yolunda deyilik? İmam (ə) buyurdu: — Allaha and olsun ki, biz haqq yolundayıq. Əli Əkbər (ə) dedi: — Elə isə ölümdən heç bir qorxumuz yoxdur. İmam (ə) buyurdu: — Allah sənə xeyirli mükafat versin. 💠 Hüseyn ibn Əli (ə) bu mənzildə Übeydullah Cofiyə belə buyurdu: > Əgər bizə kömək etməyəcəksənsə, heç olmasa Allahdan qorx və bizimlə döyüşənlərdən olma. Allaha and olsun ki, kim bizim fəryadımızı eşidər, lakin bizə kömək etməzsə, Allah onu üzü üstə cəhənnəmə atar. https://t.me/turalceferi

#Günün_hədisi ✨ Məhəmməd peyğəmbər (s) buyurur: اَحَبَّ اللهُ مَن اَحَبَّ حُسَينًا "Allah, Hüseyni sevəni sevər." 📚 Biharul-Ənvar, c. 43, s. 261. 🏴 Dünya azadələrinin sərvəri Hüseyn ibn Əli (ə)-ın matəm ayı olan Məhərrəm ayının gəlişi münasibətilə bütün möminlərə dərin hüznlə başsağlığı veririk. Allah-Təala bizləri İmam Hüseynin (ə) yolunu davam etdirənlərdən və onun şəfaətinə nail olanlardan qərar versin. Amin. 🏴 https://t.me/turalceferi

#Kərbəla_Səhabələri 🔻Ömər ibn Cünadə əl-Ənsari İmam Hüseynin (ə) səhabələrindən olan on bir yaşlı bir yeniyetmə idi. Məşhur: "Əmiri Hüseynun və ni'məl-əmir, səruru fuadil-bəşirin-nəzir" (Mənim rəhbərim Hüseyndir. O, necə də gözəl rəhbərdir! O, müjdə verən və xəbərdar edən Peyğəmbərin qəlbinin sevincidir.) şeiri ona məxsusdur. 🔸Aşura günü İmam Hüseynin (ə) hüzuruna gəlib döyüşmək üçün icazə istədi. Onun atası həmin gün səhər başlayan ilk hücumda şəhid olmuşdu. (Aşura günü müharibənin ilk hücumunda İmamın (ə) təxminən əlli səhabəsi bir anda şəhid edilmişdi.) 🔹İmam Hüseyn (ə) buyurdu: "Xeyr, sən get ananın yanında qal. Artıq sənin də şəhid olmağın münasib deyil." Uşaq anasının yanına qayıdıb məsələni danışdı. Anası onun əlindən tutaraq İmam Hüseynin (ə) hüzuruna gəldi və dedi: "Yəbnə Rəsulillah! Məgər sizin ananız sizə görə matəm saxlamalı, mən isə öz övladıma görə matəm saxlamamalıyam? Bu oğul canını sizin yolunuzda fəda etmək istəyir." 🔸Beləcə, anası oğlunu İmam Hüseynə (ə) təqdim etdi. Həzrət ona döyüş icazəsi verdi. On bir yaşlı bu yeniyetmə meydana daxil olarkən belə deyirdi: "Əmiri Hüseynun və ni'məl-əmir..." Belə bir sözü on bir yaşlı bir uşağın dilindən eşitmək çox böyük məna daşıyır. Elə bir söz idi ki, 1400 ildir dillərdən düşmür. 📚 Mənbə: Biharul-Ənvar, c. 45, s. 28.

#Kərbəla_Səhabələri 🔻 Aşura hadisəsinin qəhrəmanları və Kərbəla səhabələri elə qəribə və dərin məzmunlu surələr kimidirlər ki, onların hər birini ayrıca araşdırmaq və tanımaq lazımdır. 🔸 Səhabələrin hər biri müxtəlif cəhətlərdən öyrənilməyə layiqdir. Lakin onları dərk etmək üçün daha çox diqqət, daha çox qəbul ruhiyyəsi, daha dərin mənəvi baxış və daha çox təvəssül lazımdır. 🔹 Bu insanlar Aşura hadisəsindən əvvəl də ilahi prinsiplərə və dini əsaslara bağlı idilər. Kərbəla yolunda dayanmaq və İmamın yanında olmaq üçün onların illərlə hazırladıqları mənəvi zəmin mövcud idi. 🔸 Kərbəla hadisəsindən əvvəl onlar öz üzərlərində çalışmış, zəhmət çəkmiş və mənəvi tərbiyə yolu keçmişdilər. Bu məqam bir anda və ya bir saniyədə əldə olunan bir hal deyildi. 🔹 Hətta elə insanlar da var idi ki, cəmiyyət içində hörmət sahibi idilər və İmam Hüseynə (ə) yaxın sayılırdılar, lakin buna baxmayaraq Aşura hərəkatına qoşulmadılar və Kərbəla səhabələri sırasında yer almadılar. 🔸 Buna görə də Kərbəla səhabələrinin böyüklüyü təkcə Aşura günündə göstərdikləri şücaətdə deyil, həmin günə qədər keçdikləri iman, fədakarlıq və mənəvi hazırlıq yolundadır. Ayətullah Cəfər Nasiri https://t.me/turalceferi

Həzrəti Peyğəmbər (s) buyurub: Şeytanlar iki dəstədir. Cinlərdən olan şeytanlar, hansı ki, "La həvla və la quvvətə illa billahil əliyyil əzim" deməklə qaçar və insanlardan olan şeytanlardır ki, Muhəmməd və ali Muhəmmədə (səlləllahu əleyhi və alihi və səlləm) salavat deməklə insanlardan uzaqlaşar. 📚 Biharul-Ənvar, cild 92, səh, 136 https://t.me/turalceferi

#Kərbəla_Səhabələri #Həzrəti_Züheyr 🔻 Züheyr ibn Qeyn İmam Hüseynin (ə) səhabələrindən idi. Məşhur olan görüşə görə onun əvvəllər Osmani məzhəb olduğu deyilir. Lakin tarixdə nə onun özünün, nə də etibarlı bir şəxsin bunu dediyinə dair məlumat yoxdur. Sadəcə İbn Sədin ordusundan bir nəfər ona belə demişdi: «Sən əvvəllər Osman tərəfdarı idin». Züheyr isə cavabında dedi: “Bu gün, bu vəziyyətdə, bu çətinlik içində mənim burada dayanmağım sənə göstərmir ki, mən Əhli-beyt tərəfdarıyam?” (Vəqətut-Təff, s. 194) 🔸 Züheyrin mahiyyəti qızıl kimi saf idi. Məhz həmin saf və qiymətli fitrət onu İmam Hüseynə (ə) bağladı. Təbii ki, şəhadət onun məqamını daha da yüksəltdi, amma əsas olan onun daxili cövhərinin pak olması idi. 🔹 Züheyr ibn Qeynin həyatına baxdıqda görürük ki, əvvəlcə Kufə yolunda öz işi ilə gedirdi. Ancaq bir dəfə İmam Hüseynin (ə) hüzuruna çatdıqdan sonra elə bir dönüş yaşadı ki, qayıdıb həyat yoldaşına, ailəsinə və yoldaşlarına dedi: “Hər şey bitdi. Mən artıq Hüseynin yolunu seçdim. Mən artıq gedirəm.” (Vəqətut-Təff, s. 162) 🔸 Bu iradə və bu qərarlılıq həqiqətən heyrətamizdir. 🔹 Digər tərəfdən, Məkkə ilə Kərbəla arasında İmam Hüseynlə (ə) qarşılaşan elə insanlar da var idi ki, onlar hətta İmam Əliin (ə) səhabələrindən və ya şiələrdən sayılırdılar. Onlar Həzrətə deyirdilər: “Bizim yükümüz var. Gedək onu çatdıraq, sonra qayıdıb sizi müdafiə edərik.” Lakin gedib qayıdanda gördülər ki, artıq hadisə başa çatıb və İmam şəhid edilib. 🔸 Buna görə də, İmam Hüseynlə (ə) birlikdə olmaq çox yüksək himmət, qətiyyət və fədakarlıq tələb edirdi. İnsan dünya məşğuliyyətlərini bir kənara qoyub haqqın yanında dayanmağa hazır olmalıdır. https://t.me/turalceferi

#Bu_Gecə_Mübahilə_Gecəsidir. Mübahilə gününün əməlləri Mübahilə – haqqın sübut olunması üçün iki tərəfin Allahdan yalana lənət və nifrin etməsini istəməsidir. Hər iki tərəf özünün haqq üzərində olduğunu iddia edir. Peyğəmbərimiz ﷺ Nəcran xristianları ilə etdiyi mübahisədən sonra onları mübahiləyə dəvət etdi və onlar da bunu qəbul etdilər. Lakin vəd olunan gün gəldikdə, xristianlar Peyğəmbərin ﷺ öz Əhli-beytini özü ilə gətirdiyini gördülər və Allahın Rəsulunun haqq olduğunu anlayaraq mübahilədən imtina etdilər. Bu günün tövsiyə olunan əməlləri: Oruc tutmaq və sədəqə vermək Mübahilə duasını oxumaq Camiəyi-Kəbirə Ziyarətini oxumaq Qüsl etmək Həmçinin: İki rükət namaz qılmaq. Hər rükətdə: 1 dəfə Həmd surəsi 10 dəfə Tövhid (İxlas) surəsi 10 dəfə Ayətül-Kürsi 10 dəfə Qədr surəsi oxunur. https://t.me/turalceferi

🔻O dövrdə insanları dara çəkərkən onların boynuna kəndir salmaq adəti yox idi. Əksinə, adamın əl və ayaqlarını dar ağacının üzərindəki dirəyə bağlayır, sonra onu həmin vəziyyətdə buraxırdılar. Bəzən bir insanın ölməsi üç-dörd gün çəkirdi. Meysəmi də elə bu şəkildə dara çəkdilər. 🔸İkinci gün Übeydullaha xəbər verdilər: — Meysəm Bəni-Üməyyəni rüsvay etdi! Übeydullah özündən çıxdı və dedi: — Gedin onun ağzına yüyən vurun! Bu əmri ilk dəfə idi verirdi. Çünki o vaxta qədər heç bir təqsirləndirilən şəxsə belə rəftar edilməmişdi. 🔹Üçüncü gün Übeydullah eşitdi ki, Meysəmə dəmir parçası ilə zərbə endirilib və o, şəhid olub. O, Husayni (təhlükəsizlik qüvvəsinin rəisi) çağırıb soruşdu: — Niyə belə etdiniz? Məgər mən sizə deməmişdim ki, onu yalnız dara çəkin? O cavab verdi: — Əmir, bu əmri elə sən özün vermişdin. 🔸Bu zaman Übeydullah xatırladı ki, həqiqətən də həmin əmri özü vermişdi. Beləcə, Əmirəlmömininin (ə) Meysəmə xəbər verdiyi və Meysəmin də insanlara çatdırdığı hadisələr olduğu kimi gerçəkləşmiş oldu. https://t.me/turalceferi

🔻Übeydullah soruşdu: — Məgər sənin mövlan sənə deməyib ki, mən səni necə öldürəcəyəm? Meysəm dedi: — Bəli, mənim mövlam buyurub ki, biz on nəfərik və siz bizi dara çəkəcəksiniz. Mənim dar ağacım isə digərlərinin dar ağacından daha alçaq olacaq. Üç gün dar ağacında qalacağam, sonra mənə dəmir parçası ilə zərbə vurulacaq və şəhid ediləcəyəm. Həmçinin ağzına yüyən vurulan ilk şəxs də mən olacağam. 🔸Hüseyn (Hüsayn) Kufə təhlükəsizlik qüvvələrinin rəisi idi. Übeydullah ona dedi: — Bunu apar və dara çək. Amma mövlasının dediklərinin əksini etmək üçün diqqətli ol, dediyi hadisələrin heç biri baş verməsin. 🔹O, bu yolla Əmirəlmömininin (ə) xəbər verdiyi hadisələrin əksini həyata keçirmək istəyirdi. Meysəm dedi: — Sən buna necə qarşı çıxa bilərsən? Halbuki mənim mövlam bunu Allah Rəsulundan (s), Allah Rəsulu (s) Cəbraildən, Cəbrail isə Uca Allahdan nəql edib. 🔹 Davamı var... https://t.me/turalceferi

#Həzrət Meysəm Təmmar (r.a.) 💠 Meysəm Təmmar və eşqin bahası 🔻Aşura hadisəsindən əvvəl şəhid olanlardan biri də Meysəm Təmmar idi. Onu Aşuraya bir neçə gün qalmış tutub dara çəkdilər. Meysəm dar ağacında olduğu halda belə həqiqətləri bəyan etməyə davam edirdi. O cümlədən, Ağa Seyyidüş-Şühədanın (ə) Məhərrəmin onuncu günü şəhadətə çatdırılacağını xəbər verirdi. Deyirdi: «Ey insanlar, gəlin sizə danışım. Bunları mənə ağam Əmirəlmöminin (ə) buyurub.» O, şiəlikdə o qədər möhkəm, Əbuturaba (ə) o qədər bağlı idi ki, Übeydullah da məhz buna görə dedi: «Mən çox istəyirdim ki, sənin üzərində hakimiyyətim olsun.» 🔸Məşhur rəvayətə görə, Meysəm Təmmar əcəm idi. Buna görə də Übeydullah Meysəmlə qarşılaşanda ona dedilər: «Bu, Əbuturaba (ə) ən yaxın adamlardan biridir.» Übeydullah soruşdu: — Bu əcəmdir? Dedilər: — Bəli. Übeydullah dedi: — Sənin Rəbbin haradadır? Çünki onun təsəvvürünə görə onlar məcusi idilər. Meysəm cavab verdi: — «Ləbil-mirsad» (pusqudadır, nəzarət edir). O, «İnnə rabbəkə ləbil-mirsad» ayəsini tam oxumadı, yalnız bu hissəni dedi. Übeydullah buna çox təəccübləndi və dedi: — Bu əcəm necə də fəsahətli və bəlağətli danışır! 🔹 Davamı var... https://t.me/turalceferi

▫️ Xoş Meysəm Təmmarın halına... 📝 Meysəm Təmmar Möminlərin Əmiri Həzrət Əlinin (ə) tərəfindən azad edilmiş bir qul idi. O dövrün irqçi cəmiyyətində insanlar adətlərinə uyğun olaraq azad edilmiş qula insan kimi baxmırdılar. Amma görürdülər ki, Həzrət Əli (ə) bazara daxil olanda bütün böyük dükanların yanından keçir, Meysəmin kiçik dükanına gedir və onun yanında əyləşirdi. Bəzi mənbələrdə nəql olunur ki, bir gün Əmirəlmöminin (ə) Meysəmi bir iş dalınca göndərdi və özü onun yerində oturub xurmaları satdı. Bu məqamı dərk etmək həqiqətən çox çətindir. Bu günün şiələri imamların (ə) tərəfindən göstərilən belə məhəbbətləri dərk etməkdən məhrumdurlar. İmam Sadiq (ə) buyurub: «Mən axırzaman şiələrinin halına baxdım və gördüm ki, onların əlləri öz zamanlarının imamının ətəyindən qısadır. Buna görə də onlar üçün ağladım.» 📚 Qibləyi-Kəbəzad, 1-ci cild, səhifə 69. https://t.me/turalceferi

İmam Hüseyn (ə) Ayətullah Nasiri İsfəhani 🔻 Məhərrəmin xüsusiyyəti belə olmalıdır ki, insanı sarsıtsın və dəyişdirsin. Əgər lazımi şərait yaranarsa, Məhərrəm günləri insana çox böyük təsir göstərər. 🔹 Əlbəttə, bu o halda mümkündür ki, insan Qurani-Kərimin buyurduğu bu qrupdan olmasın: «Amma onlar nə Rəbbi qarşısında boyun əydilər, nə də Ona yalvarıb-yaxardılar.» (Tövbə, 76) 🔸 Bəzən insanın qəfləti və qəlbinin qaralması nəticəsində Allah-taala ondan göz yaşını və yalvarış halını alır. İnsan ürəyində ağlamaq istəyir, amma bacarmır; qəlbi sınmır və təsirlənmir. 🔹 Məhərrəm ayında insan daha çox vaxt ayırmalı və öz üzərində işləməlidir; istər Həzrət Əba Əbdillah İmam Hüseyn (ə) haqqında mütaliə etməklə, istər moizələrə qulaq asmaqla, istər rövzə məclislərində iştirak etməklə, istər ziyarətlə, istərsə də təvəssüllə. Bunlar insanın qəlbində yalvarış, təzərrö və göz yaşı halının yaranmasına səbəb olur. 🔸 İnsan bu hala çatdıqdan sonra onu əldən verməməlidir. Əksinə, çalışmalıdır ki, həmin mənəvi vəziyyəti ilin bütün günləri boyunca qoruyub saxlasın. https://t.me/turalceferi

“Hz. Müslimin (ə) şəhadət xəbəri İmam Hüseynə (ə) çatanda, bir çoxları yavaş-yavaş ondan uzaqlaşmağa başladılar. Onlar bu yola ədalətli bir hökumətin qurulması, Həzrət Əba Əbdillahın (ə) onların başında olması və rahat bir həyat sürmək üçün gəlmişdilər. Lakin cihad etməyə, şəhid olmağa və özlərindən keçməyə hazır deyildilər. Elələri də var idi ki, hətta Həzrətin yolunda döyüşməyə razı idilər, amma şəhadət həddinə qədər deyil.” https://t.me/turalceferi

#Arxivdən İmam Rzanın (ə) hərəminin xidmətçisi deyirdi: Hər vaxt bizim Ağadan (ə) bir istəyimiz olsaydı, öz yeməyimizi İmamın (ə) zəvvarlarından birinə verərdik. Əlimdə bir qab yemək hərəmin həyətinə daxil oldum, hərəmin xadim paltarı da əynimdə idi. Gördüm qoca bir qadın hərəmə tərəf gedir. Qaçdım, amma ona çata bilmədim. Qapıya tərəf baxdım. Gördüm ki, bir kişi öz oğlu ilə hərəmnən çölə çıxır. Ürəyimdən keçdi ki, yeməyi uşağa verim. Özümü onlara çatdırdım. Salam verdim. Cavab verdi. Dedim: -Bu İmam Rzanın (ə) süfrəsindən olan yeməkdir. Sizə çatacaq. Bunu demişdim ki, kişi yerə oturub ucadan ağlamağa başladı. Nə olduğunu soruşduqda mənə cavab verdi: -Elə indicə zərihin kənarında ziyarətnamə oxuyurdum. Uşağım mənə acdığını söylədi. Dedim, biraz səbr et, otelə gedib yemək yeyərik. Gördüm ki, xeyri yoxdur, çox hövsələsizlik edir. Dedim, oğlum! Biz İmam Rzanın (ə) qonağıyıq, Bura İmam Rzanın (ə) evidir. İmamdan (ə) istə. Oğlum üzünü zərihə çevirib dedi: İmam Rza (ə) mən yemək istəyirəm. İndi də siz İmamın (ə) süfrəsindən bu yeməyi gətirib uşağa verdiniz. Əgər bu mətni oxumaqla sizin də qəlbiniz İmam Rza (ə) və hərəminə tərəf yönəldisə, şəkk etməyin ki, elə siz də İmamın (ə) qonağısınız. Mümkündür, zahirən uzaqdayıq, amma qəlbimiz ki, yaxındır. Hər vaxt çətinliyə düşsəniz İmam Rzanı (ə) çağırın, mehriban İmam (ə) mütləq gələcək... https://t.me/turalceferi

#Kərbəla_səhabələri #Həzrət_Hani_ibn_Urvə 🔻 Aşura, Kərbəla, Məhərrəm və Səfər mövzularında bizim Həzrəti İmam Seyyidüş-Şühədanın (ə) səhabələri ilə əlaqəmiz azdır. Biz onlarla daha çox yaşamalı, onların həyatını və yolunu daha yaxından tanımalıyıq. Bildiyiniz kimi Məhərrəm ayına artıq sayılı günlər qalıb. Əgər Allah tovfiqat verərsə, biz hər gün bir səhabə haqqında qısa paylaşım edəcəyik. 🔸 Müslim ibn Əqil və Hani ibn Urvə Aşura hadisələrindən əvvəl şəhid olmuşdular. Hani ibn Urvəni də məhz Ubeydullah bin Ziyad şəhid etmişdi. 🔹 Hani ibn Urvədən sadəcə Müslimi təhvil verməsi istənilmişdi. Halbuki o, elə bir şəxs idi ki, ata mindiyi zaman minlərlə insan onun ardınca gedərdi. Onun həm süvari, həm də piyada tərəfdarları var idi. Müxtəlif qəbilələrdən olan müttəfiqlərini və tərəfdarlarını çağıranda onların sayı on minlərlə nəfərə çatırdı. Buna baxmayaraq, ondan Müslimi təhvil verməsini istədilər. O isə dedi: «Xeyr, mən belə bir iş görmərəm. Hətta Müslim burada, mənim ovucumun içində olsa belə, əlimi açıb onu təhvil vermərəm.» 🔸 Ona çox ağır işgəncələr verdilər. Üzünün bütün sümüklərini sındırdılar və sonda onu şəhid etdilər. https://t.me/turalceferi WhatsApp-da Allaha Dogru kanalını izləyin: https://whatsapp.com/channel/0029VbAopgD7IUYQqRANDl0k

💠 İmam Əli (ə) Ey görən gözlərin, eşidən qulaqların, sağlamlığın və var-dövlətin sahibləri! Məgər qaçacaq bir yer, qurtuluş yolu, sığınacaq, dayaq, xilas yolu və ya geri dönüş imkanı varmı? Yoxsa yoxdur?! Bəs onda necə geri dönəcəksiniz? Hara gedəcəksiniz? Nəyə aldanırsınız? Bilin ki, sizin hər birinizin bu dünyadan payı yalnız boyunuz, eniniz və qamətiniz qədər olan bir qəbir yeridir; o zaman ki, üzünüz torpağa qoyulmuş olacaq. İndi isə, ey Allahın bəndələri! Ölümün kəndiri boğazınızı sıxmamış, ruhunuz bədəninizdən ayrılmamışkən fürsətdən istifadə edin. Bu fürsət yalnız hidayət və nicat qapısı açıq olduğu vaxt mümkündür; bədənlər sağlam, ömür möhləti qalmış, ixtiyar öz əlinizdə, tövbə və dönüş asan, ehtiyacları qarşılamaq imkanı isə mövcud olduğu zaman. 📖 Nəhcül-Bəlağə, 83-cü xütbə. https://t.me/turalceferi WhatsApp-da Allaha Dogru kanalını izləyin: https://whatsapp.com/channel/0029VbAopgD7IUYQqRANDl0k

#Arxiv Kimlərin Allahın boynunda haqqı var? Qiyamət günündə Allah -Təala buyurar: Hər kimin mənim boynumda haqqı varsa ayağa dursun. O zaman hamı təəccüblənər. Allah tərəfindən xitab olunar ki, 👉Sülh üçün mübahisə etməyib öz haqqından keçən kəsin mənim boynumda haqqı vardır. Quran buyurur: فَمَنْ عَفَا وَأَصْلَحَ فَأَجْرُهُ عَلَى اللَّهِ ۚ إِنَّهُ لَا يُحِبُّ الظَّالِمِينَ Əgər kimsə əfv etsə və (Allahla öz arasını və özü ilə tərəf müqabilinin arasını) düzəltsə onun mükafatı Allahın öhdəsinədir. Həqiqətən O, zalımları (pisliklə başlayan, ona tərəf olanları və cəzalandırmaqda həddi aşanları) sevmir. "Şura, ayə 40" Allah buyurur: "...Mükafatı mənim öhdəmdədir." İnsan gərək nə qədər kiçik ola ki, bu medaldan imtina edə və deyə ki, yox mən bağışlamıram, mən istəyirəm ürəyim soyusun və s. Bu bəyənilməyən bir əməldir. Buna görə də Allahin razılığını qazanaq və İmam Zaman (ə.f) ağanın qəlbini şad eləməkdən ötrü bağışlayaq. https://t.me/turalceferi