ch
Feedback
ALLAHA DOĞRU

ALLAHA DOĞRU

前往频道在 Telegram

Allaha doğru Bütün paylaşımları götürməyə icazə verilir. Qurupun linki👇 https://t.me/+f1Nkniezo-hmNDAy Adminlə əlaqə - @Velayete_eshq

显示更多
6 162
订阅者
-524 小时
-37 天
-12830 天
帖子存档
Öndə gedən kişilər...Ulaikəl muqərrəbun!
Öndə gedən kişilər...Ulaikəl muqərrəbun!

Telegramın ən gözəl elmi və dini kanalları ilə qarşınızdayıq. Adlarını qeyd etdiyimiz və etmədiyimiz bir çox kanala abunə ola bilərsiniz. @toplu_admini

photo content

Telegramda necə paylaşımlar axtarırsan❓ Toxun qoşul ☑️ ➪ 𝙰𝚍𝚖𝚒𝚗: @toplu_admini

Həmişəki kimi elmi və dini kanallarla qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla telegramın ən faydalı və ən böyük kanallarına abunə ola bilərsiniz. @toplu_admini

Telegramın ən gözəl elmi və dini kanalları ilə qarşınızdayıq. Adlarını qeyd etdiyimiz və etmədiyimiz bir çox kanala abunə ola bilərsiniz. @toplu_admini

photo content

✍ Qunutun savabı və fəziləti nədir? 🌷 Allah Rəsulu (s) buyurmuşdur: «Sizlərdən dünyada qunutu daha uzun olan kəs Qiyamət günü məhşər dayanacağında digərlərindən daha çox rahatlıq içində olacaqdır.» «أَطْوَلُكُمْ قُنُوتاً فِي دَارِ الدُّنْيَا أَطْوَلُكُمْ رَاحَةً يَوْمَ الْقِيَامَةِ فِي الْمَوْقِفِ» 📚 Mənbə: Şeyx Səduq, Səvabul-Əmal və İqabul-Əmal səh. 33.

photo content

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ إِنَّا لِلَّهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ "Həqiqətən biz Allahınıq və həqiqətən Ona d
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ إِنَّا لِلَّهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ "Həqiqətən biz Allahınıq və həqiqətən Ona doğru qayıdacağıq" Dəyərli qardaşımız Seyyid Mirağadadaşın əziz və hörmətli atası dünən gecə haqqın rəhmətinə qovuşmuşdur. Allah-Təaladan mərhuma rəhmət və məğfirət, yaxınlarına isə səbr istəyirik. Ps: Böyük arif molla Fəthəli Sultanabadi buyurub: 3 şeyə əməl edin. 1) Ayın əvvəlinin xüsusi namazını qılın. 2) Hər gün "Aşura" ziyarətini oxuyun. 3) Hər axşam iki rəkət vəhşət namazı qılıb mömin bacı qardaşlarınızın ruhuna hədiyyə edin. Siz əziz ustad və tələbə qardaşlardan xahişimiz budur ki imkanı olan hər kəs bu gecə mərhum Seyyid üçün vəhşət namazı qılsın. Mərhumun adı: Mirağa Mirsadiq oğlu.

Allah rəhmət eləsin. Cəddin Peyğəmbərə (s) qonaq olasan.
Allah rəhmət eləsin. Cəddin Peyğəmbərə (s) qonaq olasan.

Qeydiyyatın bitməsinə az qaldı

Bismilahir-Rəhmanir-Rəhim (1321) Allahın Peyğəmbəri (s): "Xeyirlərin hamısı qılıncda və qılıncın kölgəsi altındadır. İnsanları qılıncdan qeyri bir şey islah etməz. Qılınclar Cənnət və Cəhənnəmin açarlarıdır." Biharul-Ənvar, c.100, səh. 9, hədis 10 https://t.me/muheddis

İlahi, niyyət edib, amma yerinə yetirmədiyim yaxşı əməllərimə görə məni bağışla! İmam Əli (ə) Nəhcül-Bəlağə, Xütbə 78

Zəhmət olmasa hər kəs paylaşsın

photo content

Bismilahir-Rəhmanir-Rəhim (1307) İmam Baqir (ə): "Əgər imama kömək etmək üçün "Bədr" əhlinin sayı qədər adam toplaşsa, ona qiyam etmək və vəziyyəti dəyişdirmək vacibdir. " Biharul-Ənvar, c.100, səh. 49, hədis 18 https://t.me/muheddis

photo content

Cümə gününüz mübarək olsun inşallah. İmam Rza (ə) buyurub: 6 şəxs özünü məsxərə edib: 1⃣ O şəxs ki, dili ilə Allahdan bağışlanmaq istəyir, amma qəlbində etdiyi günaha görə peşman deyil. Özünü məsxərə edib. 2⃣ O şəxs ki, Allahdan müvəffəqiyyət istəyir, amma çalışmır. Özünü ələ salıb. 3⃣ O şəxs ki, Allahdan cənnət istəyir, amma dünyanın çətinliklərinə səbr etmir. Özünü ələ salıb. 4⃣ O şəxs ki, dildə cəhənnəmdən Allaha pənah aparır, amma şəhvəti tərk etməyib. Özünü məsxərə edib. 5⃣ O şəxs ki, ölümü yada salır, amma özünü ölümə hazırlamayıb. Özünü məsxərə edib. 6⃣ O şəxs ki, Allahı yad edir, amma Allahı görməyə şövqü yoxdur. Özünü ələ salıb. 📚 Mə'dənul Cəvahir Allahummə əccil li vəliyyikəl fərəc. https://t.me/turalceferi

Əmirəl-möminin Əli ibn Əbu Talib (əleyhis-səlam) oğlu Həsənə (əleyhis-səlam) etdiyi vəsiyyətlərində belə buyurdu: “Ey oğlum! Cəhalətdən daha şiddətli yoxsulluq yoxdur. Ağılın yoxluğundan daha böyük itki yoxdur. Özündən razılıqdan (təkəbbürlü heyranlıqdan) daha qorxulu tənhalıq və vəhşət yoxdur. Gözəl əxlaq kimi şərəf yoxdur. Allahın haramlarından çəkinmək kimi təqva yoxdur. Allahın yaratdıqları haqqında düşünmək kimi ibadət yoxdur. Ey oğlum! Ağıl insanın dostudur, səbir və mülayimlik onun vəziridir, yumşaqlıq onun atasıdır, səbir isə onun ən yaxşı əsgərlərindən biridir. Ey oğlum! Ağıllı insan üçün öz vəziyyətinə nəzər salmaq vacibdir. Buna görə də dilini qorusun və öz dövrünün insanlarını tanısın. Ey oğlum! Bəla və çətinliklərdən biri yoxsulluqdur. Ondan daha şiddətlisi bədənin xəstəliyidir. Ondan da şiddətlisi qəlbin xəstəliyidir. Nemətlərdən biri malın genişliyidir. Ondan üstün olan bədənin sağlamlığıdır. Ondan da üstün olan qəlblərin təqvasıdır. Ey oğlum! Möminin üç saatı vardır: Bir saat Rəbbi ilə münacat etdiyi vaxtdır. Bir saat özünü hesaba çəkdiyi vaxtdır. Bir saat isə özünü halal və bəyənilən ləzzətlərdən faydalanmaq üçün sərbəst buraxdığı vaxtdır. Möminin üç şeydən biri ilə məşğul olması zəruridir: Ya yaşayışını düzəltmək üçün çalışmaq, ya axirəti üçün addım atmaq, ya da haram olmayan ləzzətlərdən bəhrələnmək.” https://t.me/turalceferi