cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

İnsan yönümlü şəhərlər ️

Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm. Dəstək olmaq: city4people.az/destek Əlaqə: @City4People_az_Bot

Mostrar más
Publicaciones publicitarias
2 783
Suscriptores
+1324 horas
+407 días
+8730 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

00:23
Video unavailableShow in Telegram
⛔️ Uşaq arabası ilə Bakıda hərəkət etməyin reallığı. Hər bir pilləkən bu analar üçün maneədir. Ona görə şəhərdə mühit baryersiz olmalıdır. 📸: farah_sicoco.
Mostrar todo...
IMG_2071.MP48.12 MB
😢 39👏 13👍 3 1😁 1💯 1
🚧 Vağzal meydanı yenidən qurulur, bu əladır. ⠀ Lakin bundan öncə ictimaiyyətlə paylaşılan eskizlərdə bir ərazi var ki, görünür yenidənqurma layihəsi onu əhatə etmir. Burada bir neçə yaşayış binası var ki, onların önündə çox aqressiv bir mühit var - çox dar səkilər, məhəccərələr, baryerlər və xaotik parklanma. ⠀ ❓ Sizcə buranı olduğu kimi saxlayacaqlar?
Mostrar todo...
😢 19👍 2👏 2💯 2
🚲 Bakıda yeni velosiped zolaqları və avtobus dayanacaqlarının kəsişdiyi yerlər ciddi konflikt nöqtəsinə çevrilib. ⠀ Bunun həll yolları çoxdan icad olunub. Adətən küçələr yenidən qurulanda, velozolaqları dayanacaqların arxası ilə salırlar (8 noyabr prospektində belə olacaq, misal üçün), amma sonradan salınan velozolaqlar üçün çıxış yolu xüsusi platformalar ola bilər. ⠀ ⬆️ Müxtəlif şəhərlərdən misallar fotolarda.
Mostrar todo...
28👍 11👏 1
📊 Bizi Bakıdan izləyənlər arasında sorğu. Taksilərin qiyməti bahalaşandan sonra şəhərdə hərəkət davranışınız dəyişibmi?Anonymous voting
  • Qısa məsafələrdə piyada gəzməyə başlamışam
  • Qısa məsafələrdə velosiped/skuterə keçmişəm
  • Daha çox avtobus/metrodan istifadə etməyə başlamışam
  • Şəxsi avtomobil sürməyə başlamışam
  • Davranışım dəyişməyib
0 votes
👍 15
Photo unavailableShow in Telegram
🚊 Dünyanın ən uzun tramvayı təqdim olunub. ⠀ 🇨🇿 Çexiyanın tanınmış "Şkoda" şirkəti Almaniyanın Reyn-Nekkar regionu üçün belə bir tramvay istehsal edib. ⠀ 🔹 Tramvayın uzunluğu 58,7 metr təşkil edir. Bundan öncəki rekordsmen Budapeştdə hərəkət edən CAF Urbos tramvayı idi. ⠀ 🔹 Bu tramvay 366 sərnişin daşıya bilir, yəni ən azı 5 avtobusu əvəz edə bilir. Nəzərə alsaq ki, avtobusun təxmini 10-15 il istifadə oluna bilər, tramvay 30 ilə qədər şəhərə xidmət göstərə bilər. ⠀ 💶 Bir tramvayın qiyməti təxmini 3 milyon avro təşkil edir.
Mostrar todo...
👍 21 10
Bir köşkün traqikomik hekayəsi. ⠀ 🔸 Deməli, keçən ilin iyul ayında Bakıda səkinin zəbt edilməsi ilə bağlı bir foto paylaşılmışdır. ⠀ 🔹 Sonra sosial mediada gündəm olandan sonra, məsələni həll etdilər, soyuducuları çəkdilər qırağa. ⠀ 🔸 Amma üstündən bir il keçməmiş işə vəziyyət eynidir. 3-cü foto bu gün çəkilib, yenə soyuducular əvvəlki qaydada düzülüb. ⠀ ❓ Bu necə baş verir? Bu köşklərdən gecə-gündüz şikayət edirlər, amma qayda-qanuna salmaq niyə mümkün deyil?
Mostrar todo...
💩 58😢 8😁 4👏 1
💡 Afiyəddin Cəlilov küçəsi üçün təklifim. ⠀ Fikir verdim ki, "COP29" tədbirləri çərçivəsində, bu küçədə də təmirə başlayıblar. Köhnə asfalt artıq qazılıb. Küçə tam yenidənqurmadan keçməsə də, düşünürəm ki, elə tək hərəkət hissəsində yeni nişanlanma işlərini aparmaqla, küçəni daha effektiv etmək olar. ⠀ Təklifə uyğun olaraq burada: 🔹 Hərəkət zolaqlarının eni müasir standartlara uyğunlaşdırılır. 🔹 Avtobus zolağı təşkil olunur. 🔹 Velosiped zolağı salınır. ⬆️ Beləliklə, küçənin vacib göstəricisini - buraxılış qabiliyyətini 3 dəfədən çox qaldırmaq mümkün olacaq. ⠀ 🚍 Qeyd edim ki, hazırda bu küçədə avtobus marşrutları hərəkət etmir, çünki bu küçənin davamı olan Cavanşir körpüsü qəzalı vəziyyətdə idi, ağır tonnajlı nəqliyyat vasitələri körpüyə buraxılmırdı. Köhnə körpünün yerində düz yol olacaqsa, bura ictimai nəqliyyatı da qaytarmaq olar. ⠀ 🚲 Velosiped zolağı idealda ikitərəfli olsa çox yaxşı olar, lakin bunun üçün daha radikal addımlara ehtiyac olacaq, misal üçün daha dar hərəkət zolaqları və yaxud onların daha da az olması. Həmin addımların atılmasına hələ ki inanmıram (olsa təəccüblənərəm). ⠀ ✅ Və qeyd etdiyim ki, bu təklif yalnız hərəkət hissəsinin yenidən paylanılmasına aiddir, burada küçənin profilinin dəyişdiriliməsi, səkilər və onların abadlaşdırılması nəzərdə tutulmur, bunun üçün əsaslı yenidəqurma lazımdır. ❓ Necədir, dəstəkləyirsiniz?
Mostrar todo...
👍 44 10
Photo unavailableShow in Telegram
👍 15💩 6🤣 5
Photo unavailableShow in Telegram
☀️ Dostlar, yay aylarında daha çox vloq çəkmək üçün şərait yaranır, xüsusilə son zamanlar Bakı şəhərində baş verən islahatları da işıqlandırmaq maraqlıdır. ⠀ Bu işdə ən çox motivasiya gətirən bizə daimi dəstək göstərən izləyicilərdir. ⠀ ✅ Dəstəyiniz kanalın inkişafına və urbanistikanı ölkəmizdə populyaşdırmaq üçün imkan yaradır. Əminəm ki, məhz bu cür maarifləndirmə işlərinin nəticəsində şəhərlərimizi daha yaşıl, yaşamalı və bəlkə də küçələrində gözəl tramvayların hərəkətini görə biləcəyik. ⠀ 🔹 patreon.com/city4people 🔹 kofe.al/city4people 🔹 Özəl Telegram-kanal 🔹 ABB: 5522-0993-6003-6123 🔹 Kapital: 4169-7385-1582-2504 🔹 Leobank: 4098-5844-6806-8406 ⠀ Dəstək olan hər kəsə təşəkkür! 💚 ⠀ Qurban Bayramınız mübarək olsun! 🙏
Mostrar todo...
👍 33 4
🚧 Yusif Səfərov küçəsini yenə də “parçalayırlar”. ⠀ İndi isə Xocalı prospekti ilə kəsişmədə svetofor quraşdırılır. Xatırladım ki, 2020-ci ildə burada artıq iki kəsişmə açaraq, şəhərə əlavə giriş-çıxış veriblər. ⠀ 🔹 Yaxşı addımdır, artıq Xətai metrosu tərəfdən şəhər mərkəzinə getmək üçün əlavə 1,5 km yürüş etmək lazım olmayacaq. Bu xüsusilədə ictimai nəqliyyat üçün önəmlidir. ⠀ Bonus olaraq, burada əlavə nizamlanan piyada keçidi və velosiped zolağı təşkil olunacaq. ⠀ 🔸 Düşünürəm ki, vaxtilə “uçuş-enmə zolağına” çevrilən Yusif Səfərov küçəsində ən azı daha bir nizamlanan kəsişməyə ehtiyac var (Sevgi Parkının yanında), velozolaq isə küçənin hər iki tərəfində təşkil olmalıdır. ❓ Elə gələ bilər ki, əlavə svetofor burada daha da pis tıxacın səbəbi olacaq, amma əksinə, Yusif Səfərovun yükü azalmalıdır, həm də svetofor düzgün tənzimlənsə, bu ümumi küçə şəbəkəsinə müsbət təsir göstərəcək.
Mostrar todo...
23👍 7
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.