en
Feedback
Bakı Dövlət Universiteti

Bakı Dövlət Universiteti

Open in Telegram

Rəsmi Səhifə

Show more
8 458
Subscribers
+424 hours
+197 days
+10930 days
Posts Archive
📌 BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb ℹ️ 2026/2027-ci tədris ili üzrə Bakı Dövlət Uni
📌 BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb ℹ️ 2026/2027-ci tədris ili üzrə Bakı Dövlət Universitetinə (BDU) 600-dən yuxarı bal toplayaraq qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb. 🔹 Belə ki, 600-dən yüksək balla BDU-ya qəbul olan ✨ 504 nəfərdən ▪️ 396-sı “Hüquqşünaslıq”, ▪️ 28-i “Biotexnologiya”, ▪️ 20-si “Dövlət və ictimai münasibətlər”, ▪️ 19-u “Riyaziyyat müəllimliyi”, ▪️ 15-i “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, ▪️ 14-ü “Psixologiya”, ▪️ 4-ü “Riyaziyyat”, ▪️ 2-si “Komputer elmləri”, ▪️ 2-si “Kimya müəllimliyi”, ▪️ 1-i “Biologiya müəlimliyi”, ▪️ 1-i “Biologiya”, ▪️ 1-i “Beynəlxalq münasibətlər”, ▪️ 1-i “Təhsildə sosial-psixoloji xidmət” ixtisasını seçib. #BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #ixtisas #yüksəkbal

"Ötən həftə BDU-da..." #BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #Təhsil #Elm #Education #Azerbaijan

📌 BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda ℹ️ 29 avqust–4 sentyabr 2026-cı il tarixlərində B
+3
📌 BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda ℹ️ 29 avqust–4 sentyabr 2026-cı il tarixlərində Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Türkiyə Respublikasının Antalya şəhərinə səfər həyata keçirilib. “Gənclərin Dəyişimi Proqramı” çərçivəsində baş tutan səfərdə Bakı şəhərindən olan gənclər, müxtəlif gənclər təşkilatlarının və ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər. 🔹 Nümayəndə heyətinə Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Dənyar Teymurlu rəhbərlik edib. 🔸 Nümayəndə heyətinin tərkibində Bakı Dövlət Universitetinin Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin mütəxəssisi Ələkbər Həsənov və BDU Tələbə Gənclər Təşkilatının sədri Harun Mehdiyev də olub. 🔗 Ətraflı: http://bsu.edu.az/az/news/bdunun_mkda_v_tgt_sdri_antalyada_gnclrin_dyiimi_proqramnda #BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #Proqram #GənclərinDəyişimiProqramı

🍁 Payız fəsli Azərbaycana sentyabrın 23-ü Bakı vaxtı ilə saat 04:05:08-də daxil olacaq. ℹ️ Bakı Dövlət Universitetinin Fizik
🍁 Payız fəsli Azərbaycana sentyabrın 23-ü Bakı vaxtı ilə saat 04:05:08-də daxil olacaq. ℹ️ Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə, həmin an “payız bərabərliyi” adlanır. Bu zaman gecə ilə gündüz demək olar ki, bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır. Lakin atmosfer refraksiyası və Günəş diskinin bucaq ölçüsü səbəbindən gündüzün uzunluğu tam olaraq 12 saat olmur və gecədən bir qədər artıq olur. Günəş illik hərəkəti zamanı göy ekvatorunu kəsərək, Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində isə yaz fəsli başlayır. Bundan sonra Şimal yarımkürəsində gündüzlər tədricən qısalır, gecələr isə uzanmağa başlayır. 🔗 Ətraflı: http://bsu.edu.az/az/news/bdunun_astrofizika_kafedras_payz_fsli_azrbaycana_sentyabrn_23_saat_040508d_daxil_olacaq #BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #Payız #astrofizika

❗️ Bakı Dövlət Universitetində (BDU) bakalavriat səviyyəsinə qəbul olan şəxslərin qeydiyyat prosesi davam edir. 🔹 BDU-ya qəb
❗️ Bakı Dövlət Universitetində (BDU) bakalavriat səviyyəsinə qəbul olan şəxslərin qeydiyyat prosesi davam edir. 🔹 BDU-ya qəbul olan abituriyentlər avqustun 28-dən “mygov” rəqəmsal hökümət platforması vasitəsilə qeydiyyatdan keçirlər. ✅ Bu günə qədər 4100 abituriyent qeydiyyat prosesindən keçib. 🔸 Məlumat üçün bildiririk ki, elektron sistem üzərindən qeydiyyat prosesi sentyabrın 8-i saat 18:00-da başa çatacaq. ‼️ Qeydiyyat üçün heç bir əyani sənəd tələb olunmur. #BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #Tələbə #Qeydiyyat

✨ Ən yüksək balla qəbul olan tələbə: “BDU gələcək təhsilim üçün ən yaxşı seçimdir” 📝 Böyük hədəflərin arxasında böyük zəhmət
✨ Ən yüksək balla qəbul olan tələbə: “BDU gələcək təhsilim üçün ən yaxşı seçimdir” 📝 Böyük hədəflərin arxasında böyük zəhmət dayanır. Ayan Musayeva qəbul imtahanlarında 688.7 bal toplayaraq Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin “Hüquqşünaslıq” (tədris ingilis dilində) ixtisasına qəbul olunub. Bununla da həm uşaqlıq arzusunu gerçəkləşdirib, həm də 2026/2027-ci tədris ilində BDU-ya ən yüksək balla qəbul olan tələbə titulunu qazanıb. Tovuz rayonunun Düz Qırıqlı kənd 1 nömrəli tam orta məktəbindən BDU-ya uzanan yol isə asan olmayıb. Amma Ayan bütün çətinlikləri məqsədinə inamı və əzmkarlığı ilə aşıb. 🔗 Müsahibə: http://bsu.edu.az/az/news/n_yksk_balla_qbul_olan_tlb_bdu_glck_thsilim_n_n_yax_seimdir #BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #Tələbə #Hüquq

🎓 BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısıdır ℹ️ Elm və Təhsil Nazirliyinin təşəbbüsü və
🎓 BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısıdır ℹ️ Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən IV “Maarifçi” tələbə-məzun proqramının qalibi olan 53 nəfərdən 17-si Bakı Dövlət Universitetinin (BDU) məzunudur. 🔹 Onlar BDU-nun Hüquq, Tarix, Beynəlxalq münasibətlər və iqtisadiyyat, Kimya, Tətbiqi riyaziyyat və kibernetika fakültələrinin, eləcə də SABAH qruplarının məzunlarıdırlar. 🔸 Proqram çərçivəsində iştirakçılar Elm və Təhsil Nazirliyi və tabe qurumlarının müxtəlif struktur bölmələrində təcrübə keçirlər. 🔹 “Maarifçi” tələbə-məzun proqramı 2024-cü ildən təşkil olunur. Proqramın məqsədi tələbə və məzunlara təcrübə imkanı yaratmaq, onların bilik və bacarıqlarını artırmaq, nəzəri biliklərini real iş mühitində tətbiq etmək və gənclərə peşəkar vərdişlər qazandırmaqdır. #BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #Maarifçi #Məzun

📌 BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq” 🔹 5–21 sentyabr 2026-cı il tarixl
📌 BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq” 🔹 5–21 sentyabr 2026-cı il tarixlərində ε-Perseid meteor yağışı aktiv olacaq. Meteor yağışı maksimum aktivliyinə sentyabrın 9-da çatacaq. ℹ️ Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, sentyabr ε-Perseid meteorları çox sürətlidir. Onların atmosferə daxilolma sürəti təxminən 64–65 km/s-dir. Meteor yağışının mənbəyi (radiantı) Persey (Perseus) bürcündə, ε Persey ulduzunun yaxınlığında yerləşir. 🔗 Ətraflı: http://bsu.edu.az/az/news/bdunun_astrofizika_kafedras_sentyabrn_5dn_21dk_perseid_meteor_ya_olacaq

❗️ BDU tələbələrinin nəzərinə! ℹ️ Bakı Dövlət Universitetinin (BDU) II, III və IV kurs tələbələri üçün “Sabah Academy” tərəfi
❗️ BDU tələbələrinin nəzərinə! ℹ️ Bakı Dövlət Universitetinin (BDU) II, III və IV kurs tələbələri üçün “Sabah Academy” tərəfindən həyata keçirilən “Sahibkarlığa giriş” fənni üzrə qeydiyyat elan edilir. 🔹 15 həftəlik fənn çərçivəsində iştirakçılar sahibkarlıq sahəsində nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlar əldə etmək, təcrübəli sahibkarlar və sahə ekspertlərindən öyrənmək, real layihələr üzərində işləmək imkanı qazanacaqlar. 🗓️ Qeydiyyat üçün son tarix: 10 sentyabr 2026-cı il 🔗 Qeydiyyat üçün link: https://forms.gle/on6SZFpm2XvqJfAz6 🔗 Layihə barədə daha ətraflı məlumat almaq üçün: https://youtube.com/shorts/U7A9pof8hCI 🔗 Ətraflı: http://bsu.edu.az/az/news/bdu_tlblrinin_nzrin20102001121649 #BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #Proqram #Sahibkarlıq

📝 BDU 107 - Müasir institusional inkişaf və beynəlxalq reytinqlər 🔗 https://azertag.az/xeber/bdu_107___muasir_institusional
📝 BDU 107 - Müasir institusional inkişaf və beynəlxalq reytinqlər 🔗 https://azertag.az/xeber/bdu_107___muasir_institusional_inkisaf_ve_beynelxalq_reytinqler-4391785 📝 Təhsilin keyfiyyətinin yüksəldilməsi BDU-nun beynəlxalq reytinqlərdə mövqeyini gücləndirir 🔗 https://azertag.az/xeber/tehsilin_keyfiyyetinin_yukseldilmesi_bdu_nun_beynelxalq_reytinqlerde_movqeyini_guclendirir-4391797 📝 BDU - 107: təhsil, tələbə nailiyyətləri və insan kapitalı 🔗 https://azertag.az/xeber/bdu___107_tehsil_telebe_nailiyyetleri_ve_insan_kapitali-4391913 📝 BDU: Elmi-tədqiqat infrastrukturu və ölkədaxili əməkdaşlıq 🔗 https://azertag.az/xeber/bdu_elmi_tedqiqat_infrastrukturu_ve_olkedaxili_emekdasliq-4392173 📝 BDU: elmi nəticələr və beynəlxalq nüfuz 🔗 https://azertag.az/xeber/bdu_elmi_neticeler_ve_beynelxalq_nufuz-4392381 📝 BDU - 107 illik ənənədən gələcəyə 🔗 https://azertag.az/xeber/bdu___107_illik_eneneden_geleceye-4392533 #BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #AZƏRTAC #BDU107

🥇🥈 BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 6 şagirdi qızıl və gümüş nişana layiq görülüb ℹ️ Elm və təhsil naziri Emin
🥇🥈 BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 6 şagirdi qızıl və gümüş nişana layiq görülüb ℹ️ Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin 6 şagirdi qızıl və gümüş nişana layiq görülüb. 🔹 Liseyin şagirdləri ✨ Ayan Abbasova, ✨ Yusif İbrahimzadə, ✨ Elman Kərimli, ✨ Suad Məmmədzadə qızıl, ✨ Cabir Abbasov və ✨ Emilya Ağayeva isə gümüş nişanla təltif olunublar. 🔸 Qızıl və gümüş nişanla təltif olunan təhsilalanların adları məktəbin “Şərəf kitabı”na yazılacaq. ✨ Şagirdlərimizi təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq! 👏 #BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #GİL #GəncİstedadlarLiseyi

🇦🇿🇮🇱 İsrail Dövlətinin Bar-İlan Universitetinin vitse-prezidenti Zeev Zalevskinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı
+2
🇦🇿🇮🇱 İsrail Dövlətinin Bar-İlan Universitetinin vitse-prezidenti Zeev Zalevskinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. 🔗 Ətraflı: http://bsu.edu.az/az/news/srailin_barlan_universitetinin_vitseprezidenti_zeev_zalevskinin_rhbrlik_etdiyi_nmaynd_heyti_bduda #BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #İsrail #əməkdaşlıq

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi - Xalq qəzeti https://xalqqazeti.az/az/tehsil/277386-xalq-cumhuriyyetinin-azerbaycan-tehsiline-tarixi

🎓 BDU məzunlarının MİQ imtahanlarında uğur göstəricisi artıb ✨ ℹ️ Bakı Dövlət Universitetinin (BDU) məzunlarının müəllimləri
🎓 BDU məzunlarının MİQ imtahanlarında uğur göstəricisi artıb ✨ ℹ️ Bakı Dövlət Universitetinin (BDU) məzunlarının müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində uğur göstəriciləri ildən-ilə yaxşılaşır. 🔹 Belə ki, 2025-ci ildə MİQ müsabiqəsində iştirak edən 54 043 namizədin 2 729 nəfərini (5%) BDU məzunları təşkil edib. Onlardan 1 480 nəfəri uğurlu nəticə göstərib. 🔸 2026-cı ildə isə MİQ müsabiqəsində iştirak edənlərin ümumi sayı 32 171 nəfər, BDU məzunlarının sayı isə 3 804 nəfər olub. Bu, ümumi iştirakçılar arasında BDU məzunlarının payının 5 faizdən 11,8 faizə yüksəlməsi deməkdir. Builki müsabiqədə 3 804 iştirakçıdan 2 592 nəfər uğurlu nəticə göstərib. #BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #Məzun #MİQ

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanları keçirilir İmtahanlarda BDU-nun doktoranturasına sənəd təqdim etm
+2
BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanları keçirilir İmtahanlarda BDU-nun doktoranturasına sənəd təqdim etmiş 175, eləcə də Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu, Riyaziyyat İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, Botanika İnstitutu, Molekulyar Biologiya İnstitutu, akademik Y.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutu, Kimya İnstitutu, Coğrafiya İnstitutu, Geologiya İnstitutu, Canlı Sistemlərin Tədqiqi İnstitutu, Genetik Ehtiyatlar İnstitutu, İqtisadiyyat İnstitutu və İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutunun doktoranturalarına qəbul olmaq istəyən 156 nəfər, ümumilikdə 331 iddiaçı iştirak edir. Qəbul imtahanları BDU-da təşkil olunmuş İmtahan Komissiyasında şifahi formada aparılır. İmtahanlarda Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçirilmiş xarici dil üzrə qəbul imtahanında müvafiq keçid balını toplamış (və ya DİM tərəfindən müvafiq beynəlxalq dil sertifikatı təsdiqlənmiş) iddiaçılar iştirak edirlər.

🇦🇿🇨🇳 BDU-nun 4 tələbəsi Pekin Kimya Texnologiyası Universitetində ikili diplom proqramı üzrə təhsil alacaq ℹ️ Bakı Dövlət
+1
🇦🇿🇨🇳 BDU-nun 4 tələbəsi Pekin Kimya Texnologiyası Universitetində ikili diplom proqramı üzrə təhsil alacaq ℹ️ Bakı Dövlət Universiteti (BDU) və Çin Xalq Respublikasının Pekin Kimya Texnologiyası Universiteti (PKTU) arasında “Kimya” ixtisası üzrə bakalavriat səviyyəsində bu il aprelin 21-də imzalanmış ikili diplom proqramının icrasına başlanılıb. 🔹 BDU-nun Kimya fakültəsinin “Kimya” ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alan tələbələri ✨ Nazlı Məmmədova, ✨ Orxan Qasımzadə, ✨ Züleyxa Abbasova və ✨ Aysel Həmidova ikili diplom proqramı çərçivəsində təhsillərini davam etdirmək üçün PKTU-ya yola salınıblar. 🔗 Ətraflı: http://bsu.edu.az/az/news/bdunun_4_tlbsi_pekin_kimya_texnologiyas_universitetind_ikili_diplom_proqram_zr_thsil_alacaq #BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #chemistry #education

#BDU #BDU107 #BakıDövlətUniversiteti #BakuStateUniversity #Education
#BDU #BDU107 #BakıDövlətUniversiteti #BakuStateUniversity #Education

GeoCamp” Tələbə yay düşərgəsinin bağlanış mərasimi keçirilib 🔗 Ətraflı: http://bsu.edu.az/az/news/geocamp_tlb_yay_drgsinin_b
+2
GeoCamp” Tələbə yay düşərgəsinin bağlanış mərasimi keçirilib 🔗 Ətraflı: http://bsu.edu.az/az/news/geocamp_tlb_yay_drgsinin_balan_mrasimi_keirilib

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən "GeoCamp" Tələbə yay düşərgəsinin təlim sessiyaları Bakı Dövlət Universiteti (BDU) və
+8
BDU-nun həmtəşkilatçılığı ilə keçirilən "GeoCamp" Tələbə yay düşərgəsinin təlim sessiyaları Bakı Dövlət Universiteti (BDU) və “Azerbaijan International Mining Company Limited” (AIMC) şirkətinin birgə təşkilatçılığı, BDU-nun Geologiya fakültəsi, “BDU könüllüləri” təşkilatı, “CM Tech” MMC, “CQA International Ltd” MMC, “AT-Geotech” MMC, “A-A” MMC, “Atlas” MMC və “AzGeo” MMC-nin dəstəyi ilə keçirilən “GeoCamp” Tələbə yay düşərgəsi çərçivəsində təlim sessiyaları olub. Ətraflı: http://bsu.edu.az/az/news/bdunun_hmtkilatl_il_keiriln_geocamp_tlb_yay_drgsinin_tlim_sessiyalar

"Ötən həftə BDU-da..." #BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #Təhsil #Elm #Education #Azerbaijan