fa
Feedback
Bakı Dövlət Universiteti

Bakı Dövlət Universiteti

رفتن به کانال در Telegram

Rəsmi Səhifə

نمایش بیشتر
8 403
مشترکین
+224 ساعت
-187 روز
-7330 روز
آرشیو پست ها
ℹ️ Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin IX sinif şagirdi Alikamal Həsən Rumıniyada keçirilə
ℹ️ Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin IX sinif şagirdi Alikamal Həsən Rumıniyada keçirilən 30-cu Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında (JBMO 2026) gümüş medala layiq görülüb. 🔹 Azərbaycan komandası yarışda uğurla çıxış edərək, ölkəmizə 3 gümüş və 3 bürünc medal qazandırıb. 🥈 Qeyd edək ki, Alikamal Həsən 35 ölkənin iştirak etdiyi Avropa Riyaziyyat Kubokunda da gümüş medala layiq görülüb. 🔸 JBMO regionun ən nüfuzlu riyaziyyat yarışlarından biri hesab olunur və hər il müxtəlif ölkələrdən yüzlərlə istedadlı məktəblini bir araya gətirir. ✨ Şagirdimizi təbrik edir, yeni uğurlar arzulayırıq! 👏 #BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #GİL #Gəncistedadlarliseyi

📌 Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri Lütfi Zadə adına riyaziyyat-məntiq olimp
📌 Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasında və Respublika Fənn Müsabiqələrində böyük uğura imza atıblar. ℹ️ Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının nəticələrinə görə, liseyin V sinif şagirdləri Cahid Kazımlı, Elcan Kazımlı və Şamil Məmmədli qızıl, Sevda Mehdizadə, Yağmur Tağıyeva, Tofiq Abdullayev, Abdurrəhman Nəsirov və Tuncay Səmədli gümüş, Ülvi Məmişzadə, Tunar Məhyəddinli, Səlcuq Hüseynli, Ərəstun Fərzəliyev və Nəzakət Bayramova isə bürünc medala layiq görülüblər. ✨ Qalib şagirdlərimizi təbrik edir, uğurlar arzulayırıq! 👏 #BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #GİL #GəncİstedadlarLiseyi

#BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #MƏZUN2026 #BDUMƏZUN2026

🌟 BDU QS reytinqində 565-ci yerə yüksəldi ℹ️ Bakı Dövlət Universiteti (BDU) “Quacquarelli Symonds” (QS) tərəfindən açıqlanan
🌟 BDU QS reytinqində 565-ci yerə yüksəldi ℹ️ Bakı Dövlət Universiteti (BDU) “Quacquarelli Symonds” (QS) tərəfindən açıqlanan “QS World University Rankings 2027” siyahısında 565-ci yerdə qərarlaşıb. Universitet ötən illə müqayisədə 123 pillə irəliləyərək Azərbaycanın və Cənubi Qafqazın ən yüksək nəticə göstərən ali təhsil müəssisəsi olub. 🔹 QS reytinqində 106 ölkədən 8808 universitet qiymətləndirilib, 1504 ali təhsil müəssisəsi yekun siyahıya daxil edilib. Qiymətləndirmə akademik nüfuz, işəgötürən reputasiyası, elmi nəşrlərə istinadlar, beynəlxalq əməkdaşlıq və digər göstəricilər əsasında aparılıb. 🔗 Ətraflı: http://bsu.edu.az/az/news/bdu_qs_reytinqind_565ci_yer_yksldi ✨ BDU rəhbərliyi əldə olunan nəticələrə görə akademik və inzibati heyəti, tələbələri, tərəfdaş qurumları, eləcə də QS reytinqində yer alan digər Azərbaycan ali təhsil müəssisələrinin kollektivlərini təbrik edir. 👏 #BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #QS #WorldUniversityRankings

📌 BDU-nun iki jurnalı “Web of Science Core Collection” bazasında ilk onluqda qərarlaşıb ℹ️ Bakı Dövlət Universitetinin (BDU)
+1
📌 BDU-nun iki jurnalı “Web of Science Core Collection” bazasında ilk onluqda qərarlaşıb ℹ️ Bakı Dövlət Universitetinin (BDU) “Web of Science Core Collection” bazasında ən yüksək - Q1 kvartilli jurnallar siyahısında yer alan “Applied and Computational Mathematics” və “TWMS Journal of Pure and Applied Mathematics” jurnalları bazada ilk onluğa daxil edilib. 🔹 “Clarivate Analytics” Beynəlxalq İnformasiya Agentliyinin rəsmi məlumatına əsasən, “Applied and Computational Mathematics” jurnalının impakt faktoru (təsir əmsalı) 3.8, 5 il üzrə orta impakt faktoru 2.7 təşkil edib. Bu nəticə ilə jurnal dünyada tətbiqi riyaziyyat kateqoriyası üzrə 345 beynəlxalq nəşr arasında 5-ci yerdə qərarlaşıb. 🔗 Ətraflı: http://bsu.edu.az/az/news/bdunun_iki_jurnal_web_of_science_core_collection_bazasnda_ilk_onluqda_qrarlab #BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #WebOfScience

#BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #MƏZUN2026 #BDUMƏZUN2026

📌 Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin “Sosial iş” ixtisasının (rus bölməsi) III kurs
+1
📌 Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin “Sosial iş” ixtisasının (rus bölməsi) III kurs tələbəsi Səkinə Hacızadə nüvəitələmə növü üzrə Azərbaycan çempionatında 14,09 metr nəticə göstərərək, U-23 qadınlar arasında yeni ölkə rekorduna imza atıb. 🔹 Bununla o, 1979-cu ildə Tatyana İvanova tərəfindən müəyyən edilmiş 14,00 metrlik Azərbaycan U-23 rekordunu yeniləyib. ✨ Tələbəmizi bu əlamətdar uğur münasibətilə təbrik edir, ona gələcək yarışlarda daha böyük nailiyyətlər arzulayırıq! 👏 #BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #SEP #tələbə

🇦🇿🇨🇳 Bakı Dövlət Universitetində (BDU) Konfutsi İnstitutunun fəaliyyətə başlamasının 15 illiyi münasibətilə tədbir keçiri
+9
🇦🇿🇨🇳 Bakı Dövlət Universitetində (BDU) Konfutsi İnstitutunun fəaliyyətə başlamasının 15 illiyi münasibətilə tədbir keçirilib. 🔹 BDU rektoru Elçin Babayev bildirib ki, Konfutsi İnstitutu 2011-ci ilin aprel ayında xaricdə Çin dilinin tədrisi üzrə ixtisaslaşmış Hanban təşkilatının dəstəyi, Bakı Dövlət Universiteti və Anhui Universitetinin tərəfdaşlığı əsasında yaradılıb. Onun sözlərinə görə, institut ötən 15 il ərzində Azərbaycanda Çin dilinin təhsili və mədəni mübadilə sahəsində mühüm mərkəzə çevrilib: “Bu gün biz yalnız bir qurumun yubileyini deyil, həm də Azərbaycan və Çin arasında, eləcə də Bakı Dövlət Universiteti ilə Anhui Universiteti arasında dostluğun, əməkdaşlığın və qarşılıqlı anlaşmanın on beş illik uğurlu tarixini qeyd edirik. 🔗 Ətraflı: http://bsu.edu.az/az/news/bduda_konfutsi_nstitutunun_15_illik_yubileyi_qeyd_olunub #BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #Çin #China

🇦🇿🇰🇿 Bakı Dövlət Universiteti (BDU) ilə Qazaxıstan Respublikasının Əl-Fərabi adına Qazax Milli Universiteti arasında 2020
+4
🇦🇿🇰🇿 Bakı Dövlət Universiteti (BDU) ilə Qazaxıstan Respublikasının Əl-Fərabi adına Qazax Milli Universiteti arasında 2020-ci ildə imzalanmış əməkdaşlıq sazişi əsasında həyata keçirilən “Hüquqşünaslıq” ixtisasının “Dəniz və enerji hüququ” ixtisaslaşması üzrə birgə ikili diplom proqramı çərçivəsində magistrantların dissertasiya müdafiəsi olub. ℹ️ İngilis dilində tədris olunan proqram üzrə yüksəkixtisaslı hüquqşünas kadrların hazırlanması məqsədilə həyata keçirilən əməkdaşlıq uğurla davam edir. Proqram çərçivəsində təhsil alan magistrantların dissertasiya müdafiələri 12 iyun 2026-cı il tarixində hər iki universitetin professor-müəllim heyətinin nümayəndələrindən ibarət ixtisaslaşdırılmış şuranın iştirakı ilə təşkil olunub. 🔗 Ətraflı: http://bsu.edu.az/az/news/bdu_v_lfrabi_adna_qazax_milli_universitetinin_birg_ikili_diplom_proqram_zr_magistrantlarn_dissertasiya_mdafisi_keirilib #BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #Qazaxıstan #Kazakhstan

🇦🇿🇨🇳 Bakı Dövlət Universitetində (BDU) Çin Xalq Respublikasının Anhui Universitetinin vitse-prezidenti Huan Çısyanın (Hua
+9
🇦🇿🇨🇳 Bakı Dövlət Universitetində (BDU) Çin Xalq Respublikasının Anhui Universitetinin vitse-prezidenti Huan Çısyanın (Huang Zhixiang) rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. 🔗 Ətraflı: http://bsu.edu.az/az/news/bduda_in_xalq_respublikasnn_anhui_universitetinin_nmaynd_heyti_il_gr #BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #Çin #China

📌 Bakı Dövlət Universitetində (BDU) iyunun 1-dən başlayan 2025/2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyası uğurl
+2
📌 Bakı Dövlət Universitetində (BDU) iyunun 1-dən başlayan 2025/2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyası uğurla davam edir. ℹ️ Bakalavriat səviyyəsi üzrə imtahanlar yazılı və şifahi olmaqla iki növbədə (saat 10:00 - 13:00 və saat 14:00 - 17:00), magistratura səviyyəsi üzrə saat 14:00-dan 16:30-dək keçirilir. 🔹 İyunun 16-da bakalavriat səviyyəsində 225 qrup üzrə 5230, magistratura səviyyəsində 90 ixtisaslaşmada 708 tələbə imtahan verir. Müxtəlif səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2026-cı il iyul ayının 3-dən 7-dək şərait yaradılacaq. 🔗 Ətraflı: http://bsu.edu.az/az/news/bduda_yaz_imtahan_sessiyas_uurla_davam_edir04082001070113 #BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #i̇mtahan #sessiya

Gənclər və İdman Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyi, Qərbi Azərbaycan İcması, “ASAN Könüllüləri” Təşkilatı və Bakı
Gənclər və İdman Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyi, Qərbi Azərbaycan İcması, “ASAN Könüllüləri” Təşkilatı və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Göygöl rayonunda keçirilən “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsi başa çatıb. Düşərgə çərçivəsində “Kommunikasiya və ictimai çıxış”, “İnnovasiya və süni intellekt”, “Qərbi Azərbaycan – Qayıdış Konsepsiyasının müddəaları” mövzusunda təlimlər keçirilib, “Ərazi üzrə xəzinə” intellektual oyunu və film nümayişi keçirilib. Düşərgənin bağlanış mərasimində bütün iştirakçılar sertifikatlarla təltif olunub.

#BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #MƏZUN2026 #BDUMƏZUN2026

Bakı Dövlət Universitetinin kollektivi 15 iyun – Milli Qurtuluş Günü ilə əlaqədar Fəxri xiyabanda müstəqil Azərbaycan dövləti
+4
Bakı Dövlət Universitetinin kollektivi 15 iyun – Milli Qurtuluş Günü ilə əlaqədar Fəxri xiyabanda müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib. Ümummilli Liderin məzarı önünə əklil qoyulub, gül dəstələri düzülüb, xatirəsi hörmət və ehtiramla anılıb.

#BDU #15iyun #MilliQurtuluşGünü
#BDU #15iyun #MilliQurtuluşGünü

🛎️ BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng” ℹ️ Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” l
+9
🛎️ BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng” ℹ️ Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyində “Gələcəyin şəhəri” adlı “Son zəng” tədbiri keçirilib. 🔗 Ətraflı: http://bsu.edu.az/az/news/bdunun_nzdind_gnc_istedadlar_liseyind_son_zng02082001120935 #BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #GİL #GəncİstedadlarLiseyi

🎓 2025/2026-cı tədris ilində Bakı Dövlət Universitetini (BDU) bakalavr və magistratura səviyyələri üzrə ən yüksək Ümumi Orta
+1
🎓 2025/2026-cı tədris ilində Bakı Dövlət Universitetini (BDU) bakalavr və magistratura səviyyələri üzrə ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) ilə bitirən məzunların adları açıqlanıb. 🔹 Bunlar bakalavr səviyyəsi üzrə Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin məzunu ✨ Həbibə Cəfərova (ÜOMG 99.85) və Filologiya fakültəsinin məzunu ✨ Günel Rzazadədir (ÜOMG 99.68). #BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #MƏZUN2026 #BDUMƏZUN2026

🎓 Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü 💙 ✨ İyunun 12-də Milli Gimnastika Arenasında Bakı Dövlət Universi
+9
🎓 Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü 💙 ✨ İyunun 12-də Milli Gimnastika Arenasında Bakı Dövlət Universitetinin (BDU) Məzun Günü keçirilib. 🔹 Əvvəlcə Milli Müdafiə Universitetinin Hərbi İnstitutunun orkestrinin ifasında Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi anılıb. 🔗 Ətraflı: http://bsu.edu.az/az/news/milli_gimnastika_arenasnda_bdunun_mhtm_mzun_gn01082001030147 #BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #MƏZUN2026 #BDUMƏZUN2026

#BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #MƏZUN2026 #BDUMƏZUN2026

#BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #MƏZUN2026 #BDUMƏZUN2026