uk
Feedback
Bakı Dövlət Universiteti

Bakı Dövlət Universiteti

Відкрити в Telegram

Rəsmi Səhifə

Показати більше
8 352
Підписники
Немає даних24 години
-317 днів
-5730 день
Архів дописів
Təhsilin İnkişafı Fondunun kollektivini 5 illik yubileyləri münasibəti ilə təbrik edir, ölkəmizdə təhsilin keyfiyyətinin yüks
Təhsilin İnkişafı Fondunun kollektivini 5 illik yubileyləri münasibəti ilə təbrik edir, ölkəmizdə təhsilin keyfiyyətinin yüksəldilməsi sahəsindəki çoxşaxəli fəaliyyətlərində uğurlar arzulayırıq!

📌 BDU “Siyasi analitika və strateji araşdırmalar” ixtisaslaşması üzrə kadr hazırlığına başlayır ℹ️ 2026/2027-ci tədris ilind
📌 BDU “Siyasi analitika və strateji araşdırmalar” ixtisaslaşması üzrə kadr hazırlığına başlayır ℹ️ 2026/2027-ci tədris ilindən Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində magistratura səviyyəsində “Siyasi analitika və strateji araşdırmalar” ixtisaslaşması üzrə mütəxəssis hazırlığı həyata keçiriləcək. 🔹 “Siyasi analitika və strateji araşdırmalar” ixtisaslaşması siyasi proseslərin elmi təhlili, strateji proqnozlaşdırma, qərarvermə mexanizmlərinin araşdırılması və siyasət sahəsində yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına yönəlib. 🔗 Ətraflı: http://bsu.edu.az/az/news/bdu_siyasi_analitika_v_strateji_aradrmalar_ixtisaslamas_zr_kadr_hazrlna_balayr #BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #BMİ #ixtisaslaşma

📌 BDU-nun müəllimi “Fulbright” Proqramı çərçivəsində ABŞ-nin Nyu-York Universitetində tədqiqatlar aparacaq ℹ️ Bakı Dövlət Un
📌 BDU-nun müəllimi “Fulbright” Proqramı çərçivəsində ABŞ-nin Nyu-York Universitetində tədqiqatlar aparacaq ℹ️ Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Zərifə Nəzirli ABŞ Dövlət Departamenti və Beynəlxalq Təhsil İnstitutunun birgə həyata keçirdiyi “Fulbright” Proqramının 2026-cı il üçün qalibi olub. 🔹 Proqram çərçivəsində Zərifə Nəzirli 2026-cı il 17 avqust – 2027-ci il 5 yanvar tarixlərində ABŞ-nin Nyu-York Universitetinin Qlobal Əlaqələr Mərkəzində beynəlxalq təhlükəsizlik və qlobal məsələlər istiqamətində elmi tədqiqatlar aparmaq, eləcə də qabaqcıl akademik təcrübə əldə etmək imkanı qazanıb. 🔗 Ətraflı: http://bsu.edu.az/az/news/bdunun_mllimi_fulbright_proqram_rivsind_abnin_nyuyork_universitetind_tdqiqatlar_aparacaq #BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #Fulbright #tədqiqat

📌 BDU-da “Strateji menecment” ixtisaslaşması açılır ℹ️ 2026/2027-ci tədris ilindən Bakı Dövlət Universitetinin (BDU) Beynəlx
📌 BDU-da “Strateji menecment” ixtisaslaşması açılır ℹ️ 2026/2027-ci tədris ilindən Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində magistratura səviyyəsində “Strateji menecment” ixtisaslaşması üzrə mütəxəssis hazırlığı həyata keçiriləcək. 🔹 “Strateji menecment” ixtisaslaşması təşkilatların uzunmüddətli inkişaf strategiyalarının hazırlanması, rəqabət üstünlüklərinin formalaşdırılması, innovativ idarəetmə yanaşmalarının tətbiqi və bu sahədə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına xidmət edir. 🔗 Ətraflı: http://bsu.edu.az/az/news/bduda_strateji_menecment_ixtisaslamas_alr #BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #BMİ #ixtisaslaşma

📌 BDU rektorunun müşaviri Kembric Universitetində tədqiqat aparacaq ℹ️ Bakı Dövlət Universiteti (BDU) rektorunun rəqəmsallaş
📌 BDU rektorunun müşaviri Kembric Universitetində tədqiqat aparacaq ℹ️ Bakı Dövlət Universiteti (BDU) rektorunun rəqəmsallaşma və innovasiyalar üzrə müşaviri Güman Qarayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kembric Universiteti tərəfindən təşkil olunacaq tədqiqat səfərində iştirak edəcək. 🔹 15 iyul – 15 avqust tarixlərini əhatə edəcək səfərin əsas məqsədi dünya səviyyəli elmi-tədqiqat müəssisəsində elmi araşdırmaların təşkili və idarə edilməsi sahəsində təcrübə qazanmaq, struktur biologiyasının aktual hesablama məsələləri üzərində birbaşa iş aparmaqdır. Bu səfər çərçivəsində aşağı ayırdetmə qabiliyyətinə malik krio-elektron mikroskopiya (krio-EM) xəritələrinə atom struktur modellərinin uyğunlaşdırılması problemi tədqiq olunacaq. 🔸 Tədqiqatın nəticəsində idarəetmə təcrübəsinin əldə edilməsi və hesablama metodlarının praktiki proqram təminatına çevrilməsi nəzərdə tutulur. #BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #tədqiqat

📌 Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində 2026/2027-ci tədris ilindən magistratura səviyyəsində “Neft-qaz m
📌 Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində 2026/2027-ci tədris ilindən magistratura səviyyəsində “Neft-qaz mədən geofizikası” ixtisaslaşması üzrə mütəxəssis hazırlığı həyata keçiriləcək. ℹ️ “Neft-qaz mədən geofizikası” ixtisaslaşması üzrə tədris olunan fənlərin əsas məqsədi neft-qaz yataqlarının kəşfiyyatı, işlənməsi və istismarı proseslərində tətbiq olunan geofiziki üsulların nəzəri əsaslarını və praktik tətbiqini dərindən mənimsəyən, müasir texnologiyalarla işləmə bacarığına malik yüksək ixtisaslı mütəxəssislər hazırlamaqdır. 🔗 Ətraflı: http://bsu.edu.az/az/news/bdu_neftqaz_mdn_geofizikas_ixtisaslamas_zr_kadrlar_hazrlayacaq #BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #Geologiya #İxtisaslaşma

📌 BDU-da “Dövlət siyasəti və idarəçilik” adlı yeni ixtisaslaşma açılır ℹ️ 2026/2027-ci tədris ilindən Bakı Dövlət Universite
📌 BDU-da “Dövlət siyasəti və idarəçilik” adlı yeni ixtisaslaşma açılır ℹ️ 2026/2027-ci tədris ilindən Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində magistratura səviyyəsində “Dövlət siyasəti və idarəçilik” ixtisaslaşması üzrə kadr hazırlığına başlanılacaq. 🔗 Ətraflı: http://bsu.edu.az/az/news/bduda_dvlt_siyasti_v_idarilik_adl_yeni_ixtisaslama_alr #BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #BMİ #ixtisaslaşma

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 8 iyul 2026-cı il tarixli Sərəncamına əsasən, diplomatik rütbə verilə
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 8 iyul 2026-cı il tarixli Sərəncamına əsasən, diplomatik rütbə verilənlərin hamısı Bakı Dövlət Universitetinin (BDU) məzunudur. Sərəncama əsasən, diplomatik xidmət orqanlarının aşağıdakı əməkdaşlarına diplomatik rütbələr verilib: fövqəladə və səlahiyyətli səfir Rəfiyev Yalçın İlqar oğlu Şərifov Samir Ənvər oğlu birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi Hacıyev Sultan Ağami oğlu Nəsibov Ruslan Rafael oğlu ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi Becanov Samir Arif oğlu Nəcəfli Anar Cəfər oğlu 9 iyul - Azərbaycanın diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı münasibətilə ölkəmizin xarici siyasətinin keşiyində dayanan diplomatlarımızı təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

🎓 Bu il BDU-nun SABAH qruplarını 493 məzun bitirir ℹ️ 2025/2026-cı tədris ilində Bakı Dövlət Universitetinin (BDU) SABAH qru
+2
🎓 Bu il BDU-nun SABAH qruplarını 493 məzun bitirir ℹ️ 2025/2026-cı tədris ilində Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarını bakalavriat səviyyəsində 16 qrup, 11 ixtisas ("Azərbaycan dili və ədəbiyyatı müəllimliyi", “Biologiya müəllimliyi”, "Biotexnologiya",“Coğrafiya müəllimliyi”, “Fizika müəllimliyi”, “Hüquqşünaslıq”, “Kimya müəllimliyi”, “Psixologiya”, “Kompüter elmləri”, “Riyaziyyat müəllimliyi”, “Tarix müəllimliyi”) üzrə 398, magistratura səviyyəsində isə 8 qrup, 8 ixtisaslaşma (“Ehtimal nəzəriyyəsi və riyazi statistika”, “Əməliyyatlar tədqiqi və sistemli təhlil”, “Jurnalistika”, “Kimyəvi kinetika və kataliz”, “Kompüter elmləri və texnologiyaları”, “Molekulyar biologiya”, “Nanohissəciklər fizikası”, “Optimallaşdırma və optimal idarəetmə”) üzrə 94 məzun bitirir. 🔗 Ətraflı: http://bsu.edu.az/az/news/bu_il_bdunun_sabah_qruplarn_493_mzun_bitirir #BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #SABAH #Məzun

📌 BDU və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə yaradılan “Mədəniyyət hüququ” ixtisaslaşmasının ilk buraxılışı olub ℹ️
+8
📌 BDU və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə yaradılan “Mədəniyyət hüququ” ixtisaslaşmasının ilk buraxılışı olub ℹ️ Azərbaycan Milli Kitabxanasında Bakı Dövlət Universiteti (BDU) və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə ilk dəfə yaradılan “Mədəniyyət hüququ” ixtisaslaşması üzrə magistr dissertasiyalarının müdafiəsi keçirilib. 🔹 Bununla da Azərbaycanda mədəniyyət hüququ sahəsində yüksəkixtisaslı hüquqşünas kadrların hazırlanması istiqamətində mühüm mərhələnin əsası qoyulub. 🔗 Ətraflı: http://bsu.edu.az/az/news/bdu_v_mdniyyt_nazirliyinin_birg_tbbs_il_yaradlan_mdniyyt_hququ_ixtisaslamasnn_ilk_buraxl_olub #BDU #MədəniyyətNazirliyi #BakıDövlətUniversiteti #BakuStateUniversity #MilliKitabxana

BDU ictimaiyyətlə əlaqələr üzrə kadr hazırlığına başlayır Proqram strateji kommunikasiya planlarının hazırlanmasını, şirkət v
BDU ictimaiyyətlə əlaqələr üzrə kadr hazırlığına başlayır Proqram strateji kommunikasiya planlarının hazırlanmasını, şirkət və ya təşkilat üçün effektiv ictimaiyyətlə əlaqələr strategiyalarının qurulması və həyata keçirilməsini, brend və imicin idarəedilməsini, böhran vəziyyətlərində düzgün kommunikasiya strategiyalarını, media ilə effektiv əməkdaşlıq səriştəsini, press-reliz hazırlamaq, mətbuat konfransı təşkil etmək və digər PR vasitələrindən istifadə bacarıqlarını, sosial media menecmenti, onlayn reputasiya idarəçiliyi, SEO və analitika alətlərindən istifadəni, daxili və xarici auditoriyalarla ünsiyyət qurmaq bacarıqlarını öyrətməyi nəzərdə tutur. Ətraflı: bsu.edu.az/az/news/bdu_ictimaiyytl_laqlr_zr_kadr_hazrlna_balayr

BDU-nun Geologiya fakültəsində “Petrologiya” ixtisaslaşması açılır İxtisaslaşmanın əsas məqsədi magistrantlara süxurların əmə
BDU-nun Geologiya fakültəsində “Petrologiya” ixtisaslaşması açılır İxtisaslaşmanın əsas məqsədi magistrantlara süxurların əmələgəlmə mexanizmləri, mineral və kimyəvi tərkibi, struktur və tekstur xüsusiyyətləri, geodinamik mühitlə əlaqələri haqqında dərin nəzəri biliklər vermək, müasir analitik üsullardan istifadə etməklə süxurların genezini müəyyən edə bilən və geoloji prosesləri kompleks şəkildə təhlil edən yüksəkixtisaslı mütəxəssislər hazırlamaqdır. Ətraflı: bsu.edu.az/az/news/bdunun_geologiya_fakltsind_petrologiya_ixtisaslamas_alr

📌 BDU-da “Bioinformatika” ixtisaslaşması açılır ℹ️ Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində 2026/2027-ci təd
📌 BDU-da “Bioinformatika” ixtisaslaşması açılır ℹ️ Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində 2026/2027-ci tədris ilindən magistratura səviyyəsində ilk dəfə “Bioinformatika” ixtisaslaşması üzrə mütəxəssis hazırlığı həyata keçiriləcək. 🔗 Ətraflı: http://bsu.edu.az/az/news/bduda_bioinformatika_ixtisaslamas_alr #BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #Biologiya #ixtisaslaşma

🔭 BDU-nun Astrofizika kafedrası: “İyulun sonu α-Kaprikornid meteor yağışı müşahidə olunacaq” ℹ️ Bakı Dövlət Universtetinin (
🔭 BDU-nun Astrofizika kafedrası: “İyulun sonu α-Kaprikornid meteor yağışı müşahidə olunacaq” ℹ️ Bakı Dövlət Universtetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə, meteor axını iyulun əvvəlindən avqustun 15-dək aktiv olacaq və maksimum aktivliyinə iyulun 30-u Bakı vaxtı ilə saat 17:00-da çatacaq. Azərbaycanda isə ən əlverişli müşahidə şəraiti 30 iyul axşamı-31 iyul gecəsi yaranacaq. 🔗 Ətraflı: http://bsu.edu.az/az/news/bdunun_astrofizika_kafedras_yulun_sonu_kaprikornid_meteor_ya_mahid_olunacaq #BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #Astrofizika #meteor

📌 2026/2027-ci tədris ilindən Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində magistratura səviyyəsində “Onlayn
📌 2026/2027-ci tədris ilindən Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində magistratura səviyyəsində “Onlayn və multimedia jurnalistikası” ixtisaslaşması üzrə kadr hazırlığına başlanılacaq. ℹ️ “Onlayn və multimedia jurnalistikası” ixtisaslaşması hər gün yenilənən rəqəmsal media mühitində peşəkar jurnalist fəaliyyətinin nəzəri və praktik əsaslarını öyrədir. Bu ixtisaslaşma magistrlərə konvergen xəbər istehsalı, multimedia məzmununun hazırlanması və sosial media platformalarında effektiv kommunikasiya bacarıqları qazandırır. 🔗 Ətraflı: http://bsu.edu.az/az/news/bdunun_jurnalistika_fakltsind_onlayn_v_multimedia_jurnalistikas_ixtisaslamas_yaradlr #BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #Jurnalistika #ixtisaslaşma

ℹ️ Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini vəzifəsinə təyin edilmiş Əli Tahir oğlu Nəbiy
ℹ️ Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini vəzifəsinə təyin edilmiş Əli Tahir oğlu Nəbiyev Bakı Dövlət Universitetinin (BDU) məzunudur. 🎓 Məzunumuzu yüksək vəzifəyə təyinatı münasibəti ilə təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq! ✨ Məzunlarımızla fəxr edirik! #BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #məzun #alumni

📌 BDU-da “Türk dövlətlərinin xarici siyasəti və inteqrasiya prosesləri” adlı yeni ixtisaslaşma açılır ℹ️ 2026/2027-ci tədris
📌 BDU-da “Türk dövlətlərinin xarici siyasəti və inteqrasiya prosesləri” adlı yeni ixtisaslaşma açılır ℹ️ 2026/2027-ci tədris ilindən Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində magistratura səviyyəsində “Türk dövlətlərinin xarici siyasəti və inteqrasiya prosesləri” ixtisaslaşması üzrə kadr hazırlığına başlanılacaq. 🔗 Ətraflı: http://bsu.edu.az/az/news/bduda_trk_dvltlrinin_xarici_siyasti_v_inteqrasiya_proseslri_adl_yeni_ixtisaslama_alr #BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #BMİ #ixtisaslaşma

"Ötən həftə BDU-da..." #BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #Təhsil #Elm #Education #Azerbaijan

📌 BDU-da Birinci Türkoloji Qurultayın 100 illiyi silsilə tədbirlərlə qeyd olunub 🔗 Ətraflı: http://bsu.edu.az/az/news/bduda
+5
📌 BDU-da Birinci Türkoloji Qurultayın 100 illiyi silsilə tədbirlərlə qeyd olunub 🔗 Ətraflı: http://bsu.edu.az/az/news/bduda_birinci_trkoloji_qurultayn_100_illiyi_silsil_tdbirlrl_qeyd_olunub #BDU #BakıDövlətUniversiteti #BakuStateUniversity #Türkoloji #Qurultay

Bakı Dövlət Universiteti - Статистика та аналітика Telegram каналу @bdu_eduaz