en
Feedback

Don't get caught by a cheater! Telemetrio finds and tags such channels 👉 If you want to see the tag, subscribe 👈

Operativ Məlumat Mərkəzi

Operativ Məlumat Mərkəzi

Open in Telegram

ℹ️ Dünyada və ölkəmizdə baş verən bütün hadisələri və xəbərləri buradan öyrənin! 📝Reklam və iş birliyi @swommfreeaz

Show more

📈 Analytical overview of Telegram channel Operativ Məlumat Mərkəzi

Channel Operativ Məlumat Mərkəzi (@operativmm) in the Azerbaijani language segment is an active participant. Currently, the community unites 93 358 subscribers, ranking 2 794 in the News & Media category and 10 in the Azerbaijan region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 93 358 subscribers.

According to the latest data from 07 October, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 3 655 over the last 30 days and by -743 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Verified (Officially confirmed by Telegram)
  • Engagement rate (ER): The average audience engagement rate is 12.68%. Within the first 24 hours after publication, content typically collects 14.55% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 11 945 views. Within the first day, a publication typically gains 13 712 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 18.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
“ℹ️ Dünyada və ölkəmizdə baş verən bütün hadisələri və xəbərləri buradan öyrənin! 📝Reklam və iş birliyi @swommfreeaz”

Thanks to the high frequency of updates (latest data received on 08 October, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the News & Media category.

Buy Ad
93 358
Subscribers
-74324 hours
-11 8447 days
+3 65530 days
Posts Archive
🚨 Cəbrayılda minaya düşən şəxslər şəhidin atası və qardaşıdır 💥 Bu gün işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində min
🚨 Cəbrayılda minaya düşən şəxslər şəhidin atası və qardaşıdır 💥 Bu gün işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində minaya düşən şəxslərin 2016-cı ilin Aprel döyüşlərində şəhid olan Ruhin Qəhrəmanovun ailə üzvləri olduğu məlum olub. 👤 Əşrəf Elman oğlu Qəhrəmanov şəhid Ruhin Qəhrəmanovun atası, Orxan Qəhrəmanov isə qardaşıdır. 🇦🇿 Ruhin Qəhrəmanov 2016-cı il aprelin 2-də Lələtəpə yüksəkliyinin azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib. 🎖 Əşrəf Qəhrəmanov isə Birinci Qarabağ müharibəsi veteranıdır.

Repost from İlham Əliyev
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri

🇦🇿🇹🇲 İlham Əliyev Türkmənistanda Azərbaycan pavilyonu ilə tanış olub 🍽 Prezident İlham Əliyev oktyabrın 8-də Türkmənbaşı
+2
🇦🇿🇹🇲 İlham Əliyev Türkmənistanda Azərbaycan pavilyonu ilə tanış olub 🍽 Prezident İlham Əliyev oktyabrın 8-də Türkmənbaşı şəhərində keçirilən MDB Ölkələrinin Milli Kulinariya Festivalını ziyarət edib. 📌 Festivalda Azərbaycanın milli mətbəxi, çay mədəniyyəti, xalçaçılıq, kəlağayı, misgərlik və keramika sənətləri təqdim olunub. Pavilyonda XIX əsr Qarabağ evinin interyeri də canlandırılıb. 🎶 Ziyarətçilər azyaşlı xanəndələrin ifasında Azərbaycan musiqisi və muğam nümunələrini dinləyiblər. 🤝 Həmin gün Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun adından rəsmi qəbul və konsert proqramı təşkil olunub. İlham Əliyev də tədbirdə iştirak edib.

📚🇦🇿 Azərbaycan nəşriyyatları Frankfurt kitab sərgisində beynəlxalq əməkdaşlığı genişləndirir 🌍 Azərbaycan 7–11 oktyabr ta
+3
📚🇦🇿 Azərbaycan nəşriyyatları Frankfurt kitab sərgisində beynəlxalq əməkdaşlığı genişləndirir 🌍 Azərbaycan 7–11 oktyabr tarixlərində keçirilən 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində milli stendlə təmsil olunur. 🤝 Sərgi çərçivəsində yerli nəşriyyat nümayəndələri ABŞ, Türkiyə, İspaniya, Sloveniya və digər ölkələrdən olan nəşriyyatlarla B2B görüşlər keçiriblər. 📖 Görüşlərdə Azərbaycan ədəbiyyatının xarici dillərə tərcüməsi, müəllif hüquqlarının əldə edilməsi və yerli əsərlərin beynəlxalq bazarlara çıxarılması müzakirə olunub. 🇳🇴 Həmçinin Norveçin NORLA ədəbiyyat təşkilatının rəhbərliyi ilə görüşdə ədəbi əlaqələr və Norveçin Bakı Beynəlxalq Kitab Sərgisində fəxri qonaq ölkə kimi iştirakı məsələləri nəzərdən keçirilib. ✨ Görüşlərin əsas məqsədi Azərbaycan müəlliflərinin əsərlərini xarici oxuculara tanıtmaq və yerli nəşriyyatların beynəlxalq əməkdaşlığını genişləndirməkdir.

⚡️İlham Əliyev və Nikol Paşinyan yan-yana
⚡️İlham Əliyev və Nikol Paşinyan yan-yana

Dövlət başçıları Türkmənistanda konsert proqramında

⚡️Türkmənistanda dövlət başçıları mədəni tədbirlərdə

TƏCİLİ❗️Bakıya bu tarixdə SEL GƏLİR - XƏBƏRDARLIQ ƏTRAFLI👉 operativmm.az
TƏCİLİ❗️Bakıya bu tarixdə SEL GƏLİR - XƏBƏRDARLIQ ƏTRAFLI👉 operativmm.az

🚨 Bakıda biri azyaşlı olmaqla iki piyadanı avtomobil vurdu 🚗 Hadisə oktyabrın 7-də Nərimanov rayonunda, Həsən Əliyev və Xan Şuşinski küçələrinin kəsişməsində baş verib. 👮‍♂️ Ərazidə xidmət aparan yol polisi əməkdaşları dərhal müdaxilə edərək xəsarət alan iki piyadanı xidməti avtomobillə xəstəxanaya çatdırıblar. 🏥 Hər iki şəxsə təxirəsalınmaz tibbi yardım göstərilib və həyatları xilas edilib.

🚨 Cəbrayılda mina partlayışı – yaralanan var 💥 İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Dağmaşanlı kəndi ərazisində mina hadisəsi baş verib. 📌 2000-ci il təvəllüdlü rayon sakini Orxan Qəhrəmanov minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən piyada əleyhinə minaya düşüb. 🏥 Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb. ⚠️ Vətəndaşlara mina təhlükəsi olan ərazilərə daxil olmamaq tövsiyə olunur.

🇦🇿🇦🇲 TRIPP layihəsi üzrə Azərbaycan və Ermənistan nümayəndələri görüşüb ⚡️ Oktyabrın 8-də Ermənistanın Gorus şəhərində iki ölkənin müvafiq strukturlarının nümayəndələri arasında elektrik xətlərinin çəkilişi ilə bağlı texniki görüş keçirilib. 📌 Görüşdə texniki məsələlər, qurumlararası əlaqələndirmə və işlərin irəlilədilməsi üçün atılacaq növbəti addımlar müzakirə olunub. 🤝 Tərəflər layihənin bu istiqaməti üzrə fikir mübadiləsi aparıblar.

🇦🇿🇦🇲🇹🇷 Qazaxıstan şirkəti Ermənistanın sərhəd dəmir yollarını bərpa etmək istəyir 🚆 Ermənistanın Baş naziri Nikol Paşinyanın sözlərinə görə, Qazaxıstan şirkəti Türkiyə və Azərbaycan sərhədləri yaxınlığında yerləşən dəmir yolu xətlərinin bərpası ilə maraqlanıb.
📍 Söhbət Yeraskh və Axurik istiqamətlərindəki dəmir yolu sahələrindən gedir.
🤝 Paşinyan layihəni Rusiya Dəmir Yollarının rəhbəri Oleq Belozyorovla da müzakirə etməyi planlaşdırır.

⚡️İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub
⚡️İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub

🌦️ Bakıda və Abşeronda hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Gündüz bəzi yerlərdə yağış, axşam isə ayrı-ayrı ərazilərdə leysan və şimşək gözlənilir. • Gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperatur 15-17°, gündüz 19-23° isti olacaq. • Rayonlarda arabir yağış, bəzi yerlərdə leysan, şimşək və dolu ehtimalı var. Axşam dağlıq ərazilərdə qar yağacağı gözlənilir. • Temperatur gecə 13-18°, gündüz 20-25°, dağlarda gecə 5-10°, gündüz 13-18° isti olacaq.

⚡️Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Repost from İlham Əliyev
Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib

🚨 Abşeron xəstəxanasında baş həkim müavini bıçaqlandı 🏥 Abşeron Rayon Mərkəzi Xəstəxanasında baş həkimin müavini Orxan Ənvərli əvvəllər həmin müəssisədə çalışmış və işdən azad edilmiş əməkdaşın hücumuna məruz qalıb. 🔪 Hadisə nəticəsində vəzifəli şəxs bıçaq xəsarəti alıb.
👮‍♂️ Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Elçin Balayev saxlanılıb. ⚖️ Faktla bağlı araşdırma aparılır. 📌 Qeyd edək ki, Orxan Ənvərli daha əvvəl TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin rəhbəri olub. 2026-cı ilin yayında həmin vəzifədən azad edilərək Abşeron Rayon Xəstəxanasına baş həkimin müavini təyin edilib.

🇦🇲🇷🇺🇦🇿 Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, Türkmənistanda keçiriləcək MDB sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevlə təmasları olacaq. 🤝 Paşinyanın sözlərinə görə, hazırda hər iki liderlə rəsmi görüş nəzərdə tutulmayıb.

🚨 Sumqayıtda məktəbli oğlan bıçaqlandı 🔪 Hadisə dünən Sumqayıt şəhərində, Mehdi Hüseynzadə adına stadionun ətrafındakı parkda baş verib. 👦 2011-ci il təvəllüdlü T.Ə. bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. 👮‍♂️ Polis araşdırması zamanı hadisənin 2010-cu il təvəllüdlü R.H. tərəfindən törədildiyi müəyyənləşib və o, şübhəli şəxs qismində saxlanılıb. 🏫 Məlumata görə, hər iki yeniyetmə Sumqayıtdakı orta məktəblərdən birinin şagirdidir. Onlardan biri 9-cu, digəri isə 10-cu sinifdə oxuyur.

🚆🌊 İlham Əliyev: Nəqliyyat - Azərbaycan və Mərkəzi Asiya arasında əsas əməkdaşlıq sahələrindəndir 🇦🇿 Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət Görüşündə nəqliyyat sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb. 🌊 Dövlət başçısı bildirib ki, Xəzər dənizi ölkələr arasında nəqliyyat əlaqələrində getdikcə daha mühüm rol oynayır. 🚢 Onun sözlərinə görə, Xəzərin hər iki sahilindəki nəqliyyat infrastrukturu Mərkəzi Asiyanı Azərbaycan və daha sonra beynəlxalq bazarlarla birləşdirmək üçün vacibdir. 📈 “Ortaq məqsədimiz bu marşrutları daha səmərəli və rəqabətədavamlı etməkdir”, – deyə İlham Əliyev bildirib.