Operativ Məlumat Mərkəzi
前往频道在 Telegram
ℹ️ Dünyada və ölkəmizdə baş verən bütün hadisələri və xəbərləri buradan öyrənin! 📝Reklam və iş birliyi @swommfreeaz
显示更多📈 Telegram 频道 Operativ Məlumat Mərkəzi 的分析概览
频道 Operativ Məlumat Mərkəzi (@operativmm) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 102 757 名订阅者,在 新闻与媒体 类别中位列第 2 391,并在 阿塞拜疆 地区排名第 6 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 102 757 名订阅者。
根据 09 十一月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 10 847,过去 24 小时变化为 -745,整体触达仍然可观。
- 认证状态: 已认证(Telegram 官方确认)
- 互动率 (ER): 平均受众互动率为 15.75%。内容发布后 24 小时内通常能获得 14.15% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 16 203 次浏览,首日通常累积 14 557 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 21。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“ℹ️ Dünyada və ölkəmizdə baş verən bütün hadisələri və xəbərləri buradan öyrənin!
📝Reklam və iş birliyi @swommfreeaz”
凭借高频更新(最新数据采集于 10 十一月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 新闻与媒体 类别中的关键影响点。
102 757
订阅者
-74524 小时
-2 8557 天
+10 84730 天
帖子存档
102 840
❗️Tramp: “Dəmir qapı” əməliyyatı quruda və dənizdə davam edəcək
🔹 ABŞ prezidenti bildirib ki, Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Küveyt və digər ölkələr dəniz blokadasının və yeni əməliyyatın davam etməsini istəyirlər.
📌 Trampın sözlərinə görə, ABŞ Yaxın Şərqdə vəziyyət dəyişərsə, müdaxilə etməyə hazırdır. O, münaqişənin sona çatması istiqamətində irəliləyiş olduğunu da bildirib.
102 840
📌 Üçtərəfli Bəyanatın imzalanmasından 6 il ötür
🇦🇿 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Şuşa da daxil olmaqla 300-dən çox yaşayış məntəqəsini işğaldan azad edib.
Şuşanın azad edilməsindən sonra Ermənistan məğlubiyyətini qəbul edib. 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan üçtərəfli Bəyanatı imzalayıblar.
102 840
🇦🇿🇹🇷 Azərbaycan XİN: “Qardaş Türkiyənin İzmir şəhərində fabrikdə baş vermiş partlayış nəticəsində insan tələfatı və xəsarət alanların olması xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik. Qardaş Türkiyə dövlətinə və xalqına bu faciə ilə əlaqədar dərin hüznlə başsağlığı veririk”.
102 840
Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında yeni paylaşım edib.
O, paylaşımına “Hacıqabul rayonu, Bakı yolunda. Təbii Qələbə Tağı. 9.11.26” qeydini əlavə edib.
102 840
🇦🇿🇹🇷 Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl Prezident İlham Əliyevə telefonla zəng edib.
📞 Özgür Özəl Zəfər Günü münasibətilə dövlət başçısını və Azərbaycan xalqını təbrik edib. İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirib.
Telefon danışığı zamanı Azərbaycan və Türkiyə xalqları arasında dostluq və qardaşlıq münasibətlərinin sarsılmaz olduğu bir daha vurğulanıb.
102 840
🇹🇷🇦🇿 Ərdoğan: Türkiyə ilə Azərbaycan arasında parçalanma yaratmaq istəyənlər mənasız işlə məşğuldurlar
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında parçalanma yaratmaq cəhdlərinin nəticəsiz qalacağını bildirib.
🗣️ O, Azərbaycanla Türkiyənin qardaşlıq bağlarının ortaq tarixə, mədəniyyətə və gələcəyə əsaslandığını vurğulayıb.
“Türkiyə, Azərbaycan və digər türk dövlətlərinin birgə hərəkət etdikləri zaman nələr bacardıqlarını anlamaq üçün tarixə baxmaq yetərlidir”, – Ərdoğan deyib.
🤝 Türkiyə Prezidenti əlavə edib ki, Ankara və Bakı bundan sonra da regionda sülhün, sabitliyin və rifahın təmin olunması istiqamətində çiyin-çiyinə irəliləyəcək.
102 840
⚡️ Draqan Vladisavljeviç “Dostluq” ordeni ilə təltif edilib
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
102 840
🇮🇷🇦🇿 İran 14 vətəndaşının Azərbaycanda arzuolunmaz şəxs elan edilməsinə etiraz edib
İran XİN sözçüsü İsmayıl Bəqayi Azərbaycanın bu qərarını “dostcasına addım” hesab etmədiklərini bildirib.
📌 Onun sözlərinə görə, məsələ ilə bağlı Azərbaycanın Tehrandakı səfiri İran XİN-ə çağırılıb və rəsmi etiraz çatdırılıb. Bəqayi əlavə edib ki, Tehran bundan sonra da zəruri hesab etdiyi addımları atacaq. Qeyd edək ki, noyabrın 3-də 14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib.
102 840
📍 Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir.
102 840
⚡️Türkiyə XİN Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib
102 840
🇦🇿Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 9 Noyabr - Bayraq Günü münasibətilə sosial media hesablarında paylaşım edib
102 840
Repost from İlham Əliyev
Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan Bayrağı dalğalanır! Eşq olsun Azərbaycan Bayrağına!
#Azərbaycan #9Noyabr #AzərbaycanBayrağı
102 840
🇦🇿 “Zəfər güllərini dövri-qədimdən
✊Bayraq işığında bitən görmüşəm”
Bu gün Azərbaycanda sülhün, birliyin və qürurun rəmzi olan Dövlət Bayrağı Günüdür.
✍️Prezident İlham Əliyevin sərəncamına əsasən, hər il noyabr ayının 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Azərbaycan Prezidenti və Azərbaycan əsgərinin ucaltdığı üçrəngli bayrağımız ölkəmizin bütün ərazisində qürurla dalğalanır.
Bayrağımız mübarizə əzmimiz, qələbə müjdəçimiz, istiqlaliyyət salnaməmizdir!
💙❤️💚 Hər zaman ən uca zirvələrdə dalğalan, Azərbaycan bayrağı!
102 840
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb
102 840
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb.
102 840
📌 İlham Əliyev və Ərdoğan Vətən müharibəsi qəhrəmanları ilə görüşüblər
🇦🇿🇹🇷 Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Vətən Müharibəsi Qəhrəmanları və “Qarabağ” və “Zəfər” ordenləri ilə təltif edilmiş hərbi qulluqçularla görüşüblər.
