不要被骗子欺骗!Telemetrio 会找到并标记这些频道 👉 如果想查看标记,请订阅 👈
1 489
订阅者
+224 小时
+547 天
+6930 天
404
帖子浏览量
~ 24724 小时
~ 30048 小时
27.21%
参与率
~ 3
每日帖子数
数据加载中...
吸引订阅者
十月 '2610月 '26
十月 '26
+5
在1个频道中
九月 '26
+116
在0个频道中
Get PRO
八月 '26
+75
在0个频道中
Get PRO
七月 '26
+39
在0个频道中
Get PRO
六月 '26
+41
在0个频道中
Get PRO
五月 '26
+43
在0个频道中
Get PRO
四月 '26
+47
在1个频道中
Get PRO
三月 '26
+44
在1个频道中
Get PRO
二月 '26
+40
在0个频道中
Get PRO
一月 '26
+53
在0个频道中
Get PRO
十二月 '25
+53
在0个频道中
Get PRO
十一月 '25
+51
在0个频道中
Get PRO
十月 '25
+58
在0个频道中
Get PRO
九月 '25
+70
在0个频道中
Get PRO
八月 '25
+59
在0个频道中
Get PRO
七月 '25
+82
在0个频道中
Get PRO
六月 '25
+77
在1个频道中
Get PRO
五月 '25
+82
在0个频道中
Get PRO
四月 '25
+111
在0个频道中
Get PRO
三月 '25
+109
在0个频道中
Get PRO
二月 '25
+69
在0个频道中
Get PRO
一月 '25
+48
在0个频道中
Get PRO
十二月 '24
+71
在0个频道中
Get PRO
十一月 '24
+79
在0个频道中
Get PRO
十月 '24
+151
在0个频道中
Get PRO
九月 '24
+71
在0个频道中
Get PRO
八月 '24
+927
在0个频道中
| 日期 | 订阅者增长 | 提及 | 频道 | |
| 01 十月 | +5 |
频道帖子
Wingmanım Narsisti date-ə ötürürəm.
Hər rəssamın öz şah əsəri var. Bakı oyunu isə bizim şah əsərimizdir.
| 2 | https://youtu.be/NCG7XLWAaI4
Neçə vaxtdır YouTube üçün video çəkmirəm. Bir mövzu düşünüb bu yaxınlarda yeni video çəkmək lazımdır. | 260 |
| 3 | OYUN MƏNƏ NƏ QATIB?
— Daxili dünyamı, həyata baxışımı, inanclarımı tamamilə müsbət və effektiv istiqamətdə dəyişib. Məni MÜƏLLİF pozisiyasına qaldırıb. Həyata “Bunu etsəm, görəsən nə olar?” kimi yanaşmağı yox, “Nə edim ki, BU olsun?” prizmasından baxmağı öyrədib.
Təkcə bu həyata baxış, inanclar və çərçivələr səni boz kütlədən dərhal fərqləndirir. Kişilərin 90%-i sırf daxili inanclarına və dünyaya limitli baxışlarına görə illərlə yerində addımlayırlar.
Məni çoxdan izləyənlər özləri də görür ki, hər il qarşılarında tam fərqli Eray olur. Hər il daha da yeni bir səviyyəyə qalxan Eray. Bu, sırf inanclara görədir.
Oyun bir kişi üçün terapiyadır. Saha sağaldır, saha səni sıfırdan yığır, saha zəifliyini bağışlamır. Saha, doğru yanaşdıqda, sənin ən yaxşı mentorundur.
— Oyun mənə unudulmaz hekayələr verib. Yaşıdlarımın böyük əksəriyyətinin yəqin ki, heç vaxt yaşaya bilməyəcəyi macəraları mən artıq 10 ildir yaşayıram.
10 ildir ki, hər gün qadınların diqqətini, sevgisini, marağını öz üzərimdə hiss edirəm, hər gün yeni birisi ilə tanış oluram.
Bunun acgözlüklə və ya digər neqativ şeylərlə əlaqəsi yoxdur. Mənim nəticələrim haqqında öyrənən əksər kişi dərhal neqativə qapılır, neqativ şeylər düşünür:
“Normal oğlan bu qədər qızla niyə ünsiyyət qursun, niyə digər şeyləri yaşasın ki?”
Amma bunlar onların öz limitləyici blokajlarıdır.
Limitləri kim təyin edir? Norma nədir?
Bir qızın ətrafında ona maraq göstərən 50 oğlan ola bilirsə, mənim ətrafımda niyə mənə maraq göstərən 50 qız olmasın?
Mən heç vaxt “normal oğlan” olmaq istəməmişəm. Normal olmağı boz kütləyə buraxıram. Mən yüksək nəticə alan, həyatı rəngarəng yaşayan, limitləri aşıb keçən birisi olmağı sevirəm.
Oyun mənə heç vaxt aza qane olmamağı öyrətdi. Oyun mənə həyata sevgi ilə yanaşmağı, azad olmağı, digər insanların düşüncəsindən asılı olmamağı öyrətdi.
Əksər kişi həyəcan və sosial fobiyadan əziyyət çəkəndə, mən həftədə 3–4 fərqli qızla görüşə gedə bilirəm.
Oyun mənə limitsiz olmağı öyrətdi.
— Oyun mənə çox güclü sosial bacarıqlar qazandırıb, ünsiyyət bacarıqlarımı daima ən pik səviyyədə saxlamağa kömək edir.
Sıradan bir kişi ünsiyyət bacarıqları haqqında nəzəriyyə oxuya bilər, hansısa kitab alıb ağıllı şəkildə onu oxuyar. Amma mən gündə 10–20–30 fərqli qızla ünsiyyət edərək bacarıqlarımı inkişaf etdirmişəm və etdirməyə davam edirəm.
Miqyasın fərqini hiss edirsiniz?
Bu, mənə digər işlərdə, ortamlarda, dostluqda və pul qazanmaqda çox böyük avantaj qazandırıb.
İnsanlara necə təsir etməyin yolları artıq mənim qanıma hopub. Bir insanı istədiyim bir şeyə inandırmaq və onu yönəltmək mənim üçün 2x2-dir.
Niyə?
Çünki sahada bunu hər gün məşq etmişəm və edirəm.
Nəysə. Bu siyahını çox uzatmaq olar.
Əsas fikir odur ki, oyun təkcə qadınları əldə etmək haqqında deyil.
Oyun qadınlarla ünsiyyət vasitəsilə bir kişini daha yüksəklərə qaldırmaq üsuludur.
Amma kişi psixologiyası elədir ki, onun əsas potensialı və əsas qorxuları qadınla ünsiyyətdə dərhal bəlli olur. | 304 |
| 4 | Beyin donması.m4a | 322 |
| 5 | 🎞️ Bilirsiniz, niyə bəzi kişilər qadınlardan inciyir?
Çünki şüuraltı olaraq qadının üzərinə ANA OBRAZINI yükləyirlər.
💞 Ana illərlə təmənnasız şəkildə onların qayğısına qalıb, nazı ilə oynayıb, hər ehtiyacını qarşılayıb, bəzən isə həddindən artıq himayə edib. Nəticədə bəzi kişilər 30 yaşına çatsalar belə, analarından psixoloji olaraq tam qopa bilmirlər.
Sonra real həyata çıxır və tamam başqa qadınlarla qarşılaşırlar.
🖼 Qarşılarındakı müasir qadın artıq onların qayğısına qalmaq, nazını çəkmək, hər zəifliyinə göz yummaq məcburiyyətində deyil. O, müstəqildir, öz həyatı, öz seçimləri və öz sərhədləri var.
Birdən kişi anlayır ki, qarşısında ona hər gün yemək bişirən, hər davranışını bağışlayan ana yoxdur. Qarşısında onu rədd edə bilən, zəifliyini qəbul etmək məcburiyyətində olmayan, öz ayaqları üzərində dayanan bir qadın var.
🌟 Və məhz həmin anda ərköyün kişinin içindəki uşaq inciməyə başlayır.
Anasından ala bildiyi qeyd-şərtsiz qayğını başqa qadınlardan da gözləyir, amma ala bilməyəndə bunu qadınların problemi kimi görür.
Halbuki qarşısındakı qadın onun anası deyil.
O, qadını romantik partnyor və öz seçimləri olan müstəqil bir insan kimi deyil…
🤨 onu incidə, xətrinə dəyə və rədd edə biləcək bir varlıq kimi görməyə başlayır. | 350 |
| 6 | Amma kişilərin bu vəziyyətə düşməsinin günah onların özündə deyil.
Müasir dövrün təsiri, RADİKAL FEMİNİZMİN yaratdığı yanaşmalar və cəmiyyətin illərlə onların beyninə yeritdiyi neqativ inanclar burada ciddi rol oynayır. | 358 |
| 7 | Ağrıdan qaça bilməyəcəksən. Ya inkişafın ağrısını seçəcəksən, ya da yerində saymağın yaratdığı daxili ağrını hər gecə 31-lə keyləşdirməyə çalışacaqsan. | 354 |
| 8 | ✌ Hər dəfə date-lərə getdikcə oyuna qarşı olan marağım daha da artır.
Hər date mənim üçün həm əyləncədir, həm də sosial zəkamın və enerjimin sınağıdır.
İlk date-ə gəlib qarşında oturan qadınla sıfırdan oyun qurmaq, sıfırdan onu çözmək, hiss etmək, anlamaq və ona duyğusal təsir göstərmək qədər zövqverici proses yoxdur mənim üçün.
Görüşə həm müəyyən maraqla, həm bir az ehtiyatla, həm də bir az həyəcanla gələn qız bir saat sonra sənə aşiq olmuş gözlərlə baxanda anlayırsan ki, bu, nə dərəcədə effektiv və hər iki tərəf üçün əyləncəli prosesdir.
Kişilərin əksəriyyəti qadınlara olan marağını itirib, libidoları aşağı düşüb, qadınlardan qorxurlar. Digər qismi betaizasiya olub, ünsiyyətdə dominantlığını itirib.
Yalnız çox az faiz real maskulin cəlbediciliyə sahib kişi qalıb.
Hal-hazırda oyunu bilməyiniz, ünsiyyət bacarıqlarınızı yüksək səviyyəyə qaldırmağınız və qadınlara duyğusal təsir etmək bacarığınız sizi çox fərqli edir.
Sənin bir oyunçu kimi ildən-ilə təcrübən, enerjin, bacarığın və xarizman artır.
Amma digər kişilər ildən-ilə yalnız geri düşürlər.
Daha da sönürlər, daha da monotonlaşırlar, daha da paslanırlar, qadınlara qarşı daha da qıcıq dolu olurlar.
Kontrastı hiss et. ✌ | 364 |
| 9 | NİYƏ BU QƏDƏR KİŞİ SÖNÜB?
Səhər oyanırsan.
İşə gedirsən.
İşdən çıxırsan.
Evə qayıdırsan.
Sabah yenə eyni şey.
Böyük planların var.
Bir gün daha çox pul qazanacaqsan.
Bir gün öz biznesini quracaqsan.
Bir gün qadınlarla həyatın da düzələcək.
Amma…
Daxildə səni hərəkətə gətirən o güclü istək yoxdur.
Əvvəllər xoşuna gələn qadını görəndə içində dərhal bir impuls yaranırdı.
Yaxınlaşmaq istəyirdin.
Tanış olmaq istəyirdin.
Onun diqqətini çəkmək istəyirdin.
İndi isə baxırsan…
“Gözəldi.”
Və yoluna davam edirsən.
Tək qadınlara qarşı yox.
Həyata qarşı da eyni vəziyyətdəsən.
Daha çox qazanmaq istəyirsən, amma bunun üçün aqressiv şəkildə hərəkət etmirsən.
Daha yaxşı bədən istəyirsən, amma bir müddət sonra yenə boşlayırsan.
Daha maraqlı həyat istəyirsən, amma hər axşam eyni kresloda, eyni telefonda, eyni videoların içindəsən.
Sanki daxilindəki mühərrikin gücü azalıb.
Və çox kişi bunu sadəcə:
“Yaş artır.”
“İş yorur.”
“Həyat belədir.”
deyib keçir.
Amma kişinin libidosu, enerjisi və hormonal vəziyyəti onun gündəlik motivasiyasından tutmuş seksual istəyinə qədər bir çox sahə ilə əlaqəlidir.
Testosteron da bu sistemin vacib hissələrindən biridir.
Libido yalnız “seks istəmək” deyil.
Libido — içindəki ARZU enerjisidir.
Qadını istəmək.
Hərəkət etmək.
Rəqabətə girmək.
Özünü sınamaq.
Daha yuxarı qalxmaq.
“Bu mənə kifayət deyil” demək.
Bəzi ənənələr bunu “həyat enerjisi”, KUNDALİNİ enerjisi adlandırır.
İçində güclü arzu olmayanda kişi yavaş-yavaş passivləşir.
Çox danışır, az hərəkət edir.
Plan qurur, amma başlamır.
Kiçik şeylərdən inciyir.
Hər şeyi həddindən artıq analiz edir.
Aylar keçir, illər keçir, amma həyatında böyük dəyişiklik baş vermir.
Kənardan hər şey normal görünür.
İşi var.
Zala gedir.
Telefonu var.
Dostları var.
Amma içəridə sanki od sönüb.
Bir müddət sonra kişilər bunun normal hal olduğunu düşünməyə başlayırlar.
Ən pis tərəfi isə odur ki, bir çox kişi bunun nə qədər böyük problem olduğunu anlamır.
və bir gün geriyə baxanda görür ki, illər keçib, amma demək olar ki, eyni yerdə qalıblar. | 441 |
| 10 | Eray_Azad_Qiza_Indi_Ne_Yazim.pdf | 472 |
| 11 | 21:00
Coming Soon | 470 |
| 12 | ✌ Casanovalar,
MESAJ OYUNU qalib gəldi! 🏆
Səsvermə artıq bağlandı.
Məhz seçiminizə uyğun olaraq, mesajlaşmada ustalaşmanız üçün real təcrübələrimə əsaslanan, praktiki iş dəftəri tərzində mini kitabça hazırlayıram.
Prosesə start verdim! ✌ | 451 |
| 13 | Hansı | 506 |
| 14 | Hansı? | 1 |
| 15 | Casanovalar, düşünürəm ki, kiçik bir kitabça yazım və sizlərə hədiyyə edim.
Amma mövzular arasında qalmışam:
• Mesajlaşmaq haqqında olsun?
• Ümumi oyun qaydaları barədə?
• Yoxsa sırf yaxınlaşma fazası haqqında? | 511 |
| 16 | Hansı? | 1 |
| 17 | Amma qarşındakı qadın ciddi danışır, zarafatlarına gülmür və səninlə məsafə saxlayırsa, sən həmin anda vəziyyəti nəzərə almalısan.
BƏS QADININ REAKSİYALARINI NECƏ OXUMALISAN?
Təsəvvür et, kafedə bir qızla tanış olmusan.
Söhbətə başlayırsan.
Qız sənə baxır, gülümsəyir, həvəslə cavab verir.
Sən bir mövzu açırsan və görürsən ki, qızın gözləri parlayır.
Özü də danışmağa başlayır. Sənə suallar verir, söhbətə yeni mövzular əlavə edir.
Bu reaksiyaları görürsən və həmin mövzuda söhbəti davam etdirirsən.
Bir az sonra başqa bir mövzuya keçirsən.
Bu dəfə qızın üzündəki təbəssüm itir. Cavabları qısalır. Telefonuna baxır.
Sən bunu da görürsən.
Həmin mövzunu zorla davam etdirmək əvəzinə, söhbətin istiqamətini dəyişirsən.
Sən öz davranışlarını qarşındakı qadının reaksiyalarına uyğunlaşdırırsan. Onun reaksiyalarını öz istədiyin nəticəyə uyğun yozmağa çalışmırsan.
Burada ən vacib nüanslardan biri də budur:
Qadının hər bir jestinə ayrıca məna yükləmə!
Məsələn:
— Qız saçını oynatdı, deməli, məni bəyənir!
Xeyr!
Qızın saçını oynatması təkbaşına onun səni bəyəndiyini göstərmir.
O, sadəcə saçını düzəldir.
Kalibrasiya bir jesti görüb öz istədiyin nəticəni çıxarmaq deyil.
Kalibrasiya qadının reaksiyalarını bütövlükdə qiymətləndirməkdir.
O, sənə necə baxır?
Söhbətə necə qoşulur?
Sənə suallar verirmi?
Səninlə ünsiyyəti davam etdirmək istəyirmi?
Yaxınlaşanda özünü rahat hiss edir, yoxsa məsafə saxlamağa çalışır?
Bütün bunları birlikdə nəzərə almalısan.
NİYƏ ÖZBAŞINA OYUN ÖYRƏNƏNLƏR BU QƏDƏR SƏHV EDİRLƏR?
Özbaşına oyunu öyrənən kişilərin ən böyük problemlərindən biri məhz kalibrasiyadır.
Haradansa PDF kitab tapırlar.
Bir-iki YouTube videosu izləyirlər.
Bir neçə açılış cümləsi, cırnatma və ya flört texnikası öyrənirlər.
Və düşünürlər ki, artıq qadınların dilini çözüblər.
Amma əslində onlar sadəcə naviqator əldə ediblər.
Özü də çox vaxt yarımçıq və köhnəlmiş naviqator.
Sonra real həyatda qadınla tanış olmağa çalışanda həmin məlumatları kor-koranə tətbiq edirlər.
Qızın reaksiyalarını nəzərə almırlar.
Situasiyanın dəyişdiyini görmürlər.
Nə vaxt zarafat etməli, nə vaxt ciddi danışmalı, nə vaxt söhbəti davam etdirməli və nə vaxt dayanmalı olduqlarını anlamırlar.
Nəticədə qızın qəlbinə yox, badımcanlığa girirlər.
Bu səbəbdən sənə növbəti PDF yox, davranışlarını analiz edə bilən, sənə fərdi geri dönüş verə bilən və yaşadığın real situasiyaları birlikdə müzakirə edə biləcəyin təcrübəli mentor lazımdır.
Çünki kitab sənə məlumat verir.
Amma sən həmin texnikanı real həyatda necə tətbiq etdiyini, harada səhvə yol verdiyini və qarşındakı qadının reaksiyalarını düzgün qiymətləndirib-qiymətləndirmədiyini təkcə məlumat oxumaqla müəyyən edə bilmirsən.
Təcrübəli mentor sənin özünün fərqinə varmadığın davranışlarını görə və onları sənə göstərə bilər.
Məsələn, sən düşünürsən ki, qızla çox yaxşı flört edirdin.
Amma situasiyanı mentorunla analiz edəndə görürsən ki, qız artıq söhbəti bitirmək istəyirmiş, sən isə onun reaksiyalarını nəzərə almadan eyni zarafatları təkrarlamağa davam etmisən.
Və ya düşünürsən ki, qız səndən xoşlanmırdı.
Amma situasiyanı analiz edəndə görürsən ki, qız səninlə söhbətə qoşulurmuş, suallar verirmiş, ünsiyyəti davam etdirirmiş. Sən isə həyəcanlandığın üçün bunları görməmisən.
Bu səhvləri görmək, başa düşmək və növbəti dəfə davranışlarını dəyişmək lazımdır.
Çünki oyunu öyrənmək sadəcə nə deməli olduğunu bilmək deyil. Nəyi, nə vaxt, necə və hansı situasiyada etməli olduğunu anlamaqdır.
KALİBRASİYA SƏNİN KOMPASINDIR
Kompas olmadan hansı istiqamətdə hərəkət etdiyini bilmirsən.
Kalibrasiya olmadan isə qadınla ünsiyyətin hansı istiqamətdə getdiyini anlamırsan.
Və unutma:
Oyunda kalibrasiyanı öyrənən kişi yalnız qadınlarla ünsiyyətdə yox, həyatın digər sahələrində də insanların reaksiyalarını daha diqqətlə müşahidə etməyi, vəziyyəti qiymətləndirməyi və öz davranışlarını buna uyğunlaşdırmağı öyrənir. ✌ | 541 |
| 18 | 🤩 OYUNDA KALİBRASİYA
(Uzun amma vacib post)
Qadının reaksiyalarını oxuya bilmirsənsə, oyunu da düzgün oynaya bilməzsən.
Kalibrasiya nədir?
Ən sadə dillə desək, kalibrasiya qarşındakı qadının sənin davranışlarına verdiyi reaksiyaları görmək, hiss etmək və növbəti addımlarını bu reaksiyalara uyğunlaşdırmaqdır.
Yəni sən qadınla danışarkən yalnız öz dediklərinə, öz hərəkətlərinə fokuslanmırsan. Eyni zamanda onun necə reaksiya verdiyini də izləyirsən.
Sən bir söz deyirsən. O gülümsəyir, sənə tərəf çevrilir, söhbətə qoşulur.
Başqa bir söz deyirsən. Üzündəki təbəssüm itir, baxışlarını qaçırır, qısa cavab verir.
Bunlar sənin üçün məlumatdır.
Kalibrasiya həmin məlumatı görmək, düzgün qiymətləndirmək və növbəti addımını ona uyğun atmaqdır.
Çox sadə səslənir, elə deyil?
Bəs onda niyə bir çox kişi qadınla danışarkən özünü elə aparır ki, sanki qarşısında canlı insan yox, sadəcə əzbərlədiyi cümlələri deməli olduğu bir divar var?
Gəlin, sənə bir misal çəkim.
Təsəvvür et, mağazaya xarici vətəndaş daxil olub. İşçidən nəsə soruşur, amma işçi ingilis dilini bilmir.
İşçi ona azərbaycanca izah etməyə başlayır.
Xarici vətəndaş heç nə başa düşmür.
İşçi nə edir?
Eyni cümləni bu dəfə daha ucadan və daha asta-asta təkrarlayır:
BİİİİZZZZDDƏƏƏƏƏ KAAAAARTLAAAAAAA ÖDƏƏƏƏƏNİİİİİİŞ YOOOOOOOX!
Sanki səsini qaldırdıqca qarşısındakı adam birdən-birə Azərbaycan dilini başa düşəcək.
Qadınlarla ünsiyyətdə də bir çox kişi məhz belə davranır.
Qız ona qısa cavab verir, söhbəti davam etdirmir, ətrafa baxır, uzaqlaşmağa çalışır.
Amma bizim qaqaş nə edir?
Daha çox danışır.
Daha çox zarafat edir.
Daha çox özünü göstərməyə çalışır.
Qızın reaksiyası dəyişmir, amma o, eyni davranışı davam etdirir.
Sanki bir az da dirənsə, bir az da ciddi niyyətini göstərsə, qız birdən-birə ona aşiq olacaq.
Problem ondadır ki, sən öz davranışını görürsən, amma qarşındakı qadının bu davranışa necə reaksiya verdiyini görmürsən.
Və ya başqa bir situasiyanı təsəvvür et.
Oyunla, redpillə yeni tanış olmuş bir kişi haradansa eşidib ki, qadınlar əclaf xarakterli kişiləri sevirlər.
Bir-iki video izləyib, bir PDF oxuyub və qərara gəlib ki, bundan sonra qadınlarla belə davranacaq.
Bir gün hansısa ortamda qızla tanış olur.
Qızla danışmağa başlayır və öyrəndiyi cırnatmaları tətbiq edir.
Qıza söz atır, onunla aqressiv zarafatlar edir, özünü vecsiz və kobud aparır.
Amma qız gülmür.
Üzündəki ifadə dəyişir. Ondan bir qədər uzaqlaşır. Verdiyi cavablar qısalır. Söhbəti davam etdirmək istəmir.
Bəs oğlan nə edir?
Düşünür ki, yəqin, kifayət qədər əclaf davranmayıb.
Və davam edir!
Daha çox cırnadır, daha çox özünü göstərməyə çalışır.
Qız isə artıq söhbətdən çıxmaq istəyir.
Sonra bizim qaqaş gəlib şikayətlənir:
— Abi, oyun işləmir!
Əlbəttə, işləməz!
Sən qarşındakı qadının reaksiyalarını oxumursan. Sadəcə, haradansa eşitdiyin bir fikri öz istədiyin kimi anlayıb, həmin fikri bütün situasiyalara tətbiq etməyə çalışırsan.
Sənin üçün əsas məsələ qadının necə reaksiya verməsi yox, öz əzbərlədiyin davranışı sona qədər tətbiq etməkdir.
Bu isə kalibrasiyanın tam əksidir.
KALİBRASİYA OLMADAN OYUN NAVİQATORSUZ MAŞIN SÜRMƏYƏ BƏNZƏYİR
Təsəvvür et, maşın sürürsən.
Naviqator sənə deyir:
— 100 metr sonra sola dön.
Sən də heç ətrafa baxmadan, yolu yoxlamadan sükanı sola çevirirsən.
Və birbaşa badımcanlığa girirsən!
Niyə?
Çünki sən naviqatorun dediyini kor-koranə yerinə yetirdin.
Amma sən demə, həmin yolda təmir gedirmiş. Naviqator isə bundan xəbərsiz imiş.
Sən yola baxsaydın, qarşındakı maneəni görərdin.
Sürətini azaldardın, başqa yol seçərdin və rahat şəkildə hərəkətinə davam edərdin.
Naviqator sənə istiqamət göstərir. Amma maşını real vəziyyətə uyğun idarə etmək sənin üzərinə düşür.
Oyun da məhz belədir.
Kitablar, videolar, dərslər sənə müəyyən istiqamət verir.
Amma qarşındakı qadının həmin anda nə hiss etdiyini, sənin davranışlarına necə reaksiya verdiyini, söhbətin hansı istiqamətdə getdiyini sən özün izləməlisən.
Məsələn, sənə öyrədilib ki, qadınla söhbətdə yumordan və cırnatmalardan istifadə etmək olar.
Bu, sənin naviqatorundur. | 440 |
| 19 | Bəzi izləyicilər müraciət edirlər ki: “Eray, sənin fərdi təliminə birbaşa qoşulmaq istəyirəm”.
Açıq danışsaq: Bunu birbaşa etmək sadəcə qeyri-mümkündür.
Dekabra qədər təlim qrafikim tam doludur. Mənimlə təkə-tək işləmək üçün ən azı 1.5 ay əvvəldən yer bron edilməlidir.
Medalın digər tərəfində bir qaydam var: Heç vaxt kənardan, tanımadığım tələbə götürmürəm.
Mənimlə əlaqəyə keçirsənsə, birbaşa 10 illik təcrübə ilə əlaqəyə keçmiş olursan. Və inanın ki, Azərbaycanda bu cür təcrübəyə malik insanlar barmaqla sayılacaq qədər azdır.
Bu qədər təcrübənin formalaşdırdığı bəzi standartlar var: Fərdi təlimə yalnız Qapalı Qrupumda olan, oradakı eksklüziv dərsləri mənimsəyən, qrup daxilində sual verib cavab alan və ən əsası öyrəndiklərini real olaraq praktika edən adamları qəbul edirəm.
Hətta konsultasiyalara belə yalnız qrup uşaqlarını alıram.
Əgər təcrübəmdən yararlanmaq və nə vaxtsa fərdi işləmək istəyirsənsə, atmalı olduğun ilk addım QAPALI QRUP-dan başlamaqdır.
Qrup haqqında ətraflı məlumat aşağıdakı linkdə verilmişdir. | 393 |
| 20 | ✌ Bu gün, sadəcə eksperiment xatirinə, həddindən artıq saf, tərbiyəli, əsl "ev qızı" tipində olan bir qızla date-ə getdim.
Ona kənardan baxanda əminliklə “bu qızın 100% seksual təcrübəsi yoxdur” deyirdim.
🧛♀️ Nə isə, date əsnasında onu başdan çıxarmağa başladım.
İlk növbədə, aramızdakı cəlbolunma hərarətini yüksəltdim.
Daha sonra etibar qazanmaq üçün güclü metod tətbiq etdim.
Nəhayət, mərhələ gəlib intimliyə çatdı.
🤩 Qız mənə eksinin penisinin ölçüsünə qədər hər şeyi danışdı.
(Söhbəti bilərəkdən bu istiqamətə yönəltmişdim ki, bəzi detalları öyrənim və seks təcrübəsinin olub-olmamasını incə şəkildə üzə çıxarım).
10 ildir ki, bu işin içindəyəm və hər dəfə eyni həqiqət beynimdə bir az da möhkəmlənir:
YAXŞI VƏ YA PİS QIZ YOXDUR.
Sadəcə onu başdan çıxarmağı bacaran və bacarmayan kişilər var.
😐 Qadın zəif kişiyə öz saf tərəfini, güclü hesab etdiyi kişiyə isə şeytani tərəfini açacaq.
Və bu tamamilə normaldır, təbiətin qanunudur.
Bunu qınaya bilmərik.
⚠️ Günün birində sən də bunun gerçək olduğunu görəcəksən.
🖐O zaman sən də bizlərdən biri olacaqsan. | 384 |
此内容仅面向 18 岁及以上用户
登录服务即表示您确认已年满 18 周岁。
