¡No caigas en manos de tramposos! Telemetrio encuentra y marca estos canales 👉 Si quieres ver la etiqueta, suscríbete 👈
Eray | Seduction
Ir al canal en Telegram
🔥DİQQƏT +18 • Sənin tanışlıq, görüş və münasibətlərini filmlərdəki kimi həyəcanlı və baş döndərən edirəm. • 7 illik təcrübəmdən faydalanmaq üçün səhifəyə abunə ol. • Alfa Metod kitabının müəllifi və Game Revolution təliminin yaradıcısı.
Mostrar más1 364
Suscriptores
-124 horas
+27 días
-1230 días
569
Visitas de la publicación
~ 24624 horas
~ 29648 horas
41.72%
Tasa de compromiso
~ 1
Mensajes por día
Carga de datos en curso...
Canales Similares
Nube de Etiquetas
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Menciones Entrantes y Salientes
---
---
---
---
---
---
Atraer Suscriptores
julio '26
julio '26
+11
en 0 canales
junio '26
+41
en 0 canales
Get PRO
mayo '26
+43
en 0 canales
Get PRO
abril '26
+47
en 1 canales
Get PRO
marzo '26
+44
en 1 canales
Get PRO
febrero '26
+40
en 0 canales
Get PRO
enero '26
+53
en 0 canales
Get PRO
diciembre '25
+53
en 0 canales
Get PRO
noviembre '25
+51
en 0 canales
Get PRO
octubre '25
+58
en 0 canales
Get PRO
septiembre '25
+70
en 0 canales
Get PRO
agosto '25
+59
en 0 canales
Get PRO
julio '25
+82
en 0 canales
Get PRO
junio '25
+77
en 1 canales
Get PRO
mayo '25
+82
en 0 canales
Get PRO
abril '25
+111
en 0 canales
Get PRO
marzo '25
+109
en 0 canales
Get PRO
febrero '25
+69
en 0 canales
Get PRO
enero '25
+48
en 0 canales
Get PRO
diciembre '24
+71
en 0 canales
Get PRO
noviembre '24
+79
en 0 canales
Get PRO
octubre '24
+151
en 0 canales
Get PRO
septiembre '24
+71
en 0 canales
Get PRO
agosto '24
+927
en 0 canales
| Fecha | Crecimiento de Suscriptores | Menciones | Canales | |
| 14 julio | 0 | |||
| 13 julio | +3 | |||
| 12 julio | 0 | |||
| 11 julio | +3 | |||
| 10 julio | +2 | |||
| 09 julio | 0 | |||
| 08 julio | +1 | |||
| 07 julio | +1 | |||
| 06 julio | +1 | |||
| 05 julio | 0 | |||
| 04 julio | 0 | |||
| 03 julio | 0 | |||
| 02 julio | 0 | |||
| 01 julio | 0 |
Publicaciones del Canal
Fərdi təlimdə set açıb tanış olduqdan sonra müşahidə etdiyimiz bütün səhvləri və vacib qeydləri yazır tələbəm.
Çünki…
Oyunda inkişafın mexanizmi belədir:
a) praktikaya çıxırsan, səhvlərini görürsən,
b) onları qeyd edirsən və növbəti setdə düzəldirsən.
c) Hər dəfə eyni prosesi təkrarladıqca beynin yeni davranış modelini avtomatlaşdırmağa başlayır.
Səni kənardan izləyən təcrübəli biri varsa, bu prosesi dəfələrlə sürətləndirəcək. Çünki sənin görmədiyin detalları o görəcək və düzəldəcək.
Yoxdursa, özün öz məşqçin olmalısan.
Hər setdən sonra dayan, analiz et, yaz və nəticə çıxar.
Qeydə alınmayan səhv çox vaxt yenidən təkrarlanır.
Mənim evdə onlarla belə dəftərim var. Setlərimi, görüşlərimin demək olar ki, hər anını yazıb analiz edirdim, sonra mentorlarımla müzakirə edirdim. İnkişafımın böyük hissəsi məhz bu prosesin nəticəsidir.
Oyun sehrli həb deyil. Heç bir kurs, heç bir kitab və heç bir mentor praktikaya çıxmayan adamı nəticəyə çatdıra bilməz. Nəticə istəyirsənsə, götünü divandan qaldırmalısan.
| 2 | Bəyəndiyi qıza tərəddüdsüz yaxınlaşıb, ünsiyyətə başlayan və axıcı söhbətlə diqqətini cəlb etməyi bacaran kişilər…
Təsəvvür etdiyinizdən qat-qat çox rəqabət üstünlüyünə sahib olurlar.
Bu səni bir anda xarizmatik aktyorlar və məşhurlar kimi fərqlənən kişilərdən birinə çevirir.
Çünki sən ilk saniyələrdən etibarən bir çox cəlbedici xüsusiyyəti eyni anda nümayiş etdirirsən: cəsarət, risk götürmə bacarığı, liderlik, dominant davranış, sosial intellekt, axıcı danışıq və yüksək özgüvən.
Bəs neçə faiz kişi bu keyfiyyətlərin hamısını real həyatda göstərə bilir?
Çox az.
Mən hər görüşə gedəndə, hər dəfə keks edəndə qızlardan ən çox eşitdiyim kompliment demək olar ki, həmişə eynidir:
“Çox cəsarətlisən. Sırf özgüvəninə görə səninlə tanış oldum.”
İlk dəfə gördüyün və bəyəndiyin qıza yaxınlaşmaq, bu telefonun arxasına gizlənib “salam” yazmaq deyil.
Bu, birbaşa hərəkətə keçməkdir.
Bu, risk almaqdır.
Bu, öz maskulin təbiətinlə yenidən əlaqə qurmaqdır.
Və məhz buna görə də belə kişilər həmişə digərlərindən seçilir. | 202 |
| 3 | Təbii dondurma 😉 | 243 |
| 4 | O qız niyə səninlə münasibətdədir?
Çünki səndən daha üst versiya bir kişiyə HƏLƏ ƏLİ ÇATMAYIB.
O, daha yaxşı budaq tapana qədər sənin budağından yapışacaq.
Çünki həyat onu daima yeni kişilərlə qarşılaşdıracaq.
Səndən daha xarizmatik, daha statuslu.
Alternativlər heç vaxt bitməyəcək.
Təcrübəsiz kişilər isə sevgili olmağı oyunun sonu hesab edirlər. Elə bilirlər ki, artıq qalib gəliblər.
Münasibət isə qalib gəldiyin yer deyil, daha çətin və daha dərin oyunun başladığı nöqtədir. | 260 |
| 5 | Hər şey yaxşı gedərkən qız niyə soyuyur? 5 zəif davranış hansılardır?
https://youtu.be/NCG7XLWAaI4 | 321 |
| 6 | Bu videodan sonra cəlbediciliyiniz elə səviyyəyə qalxacaq ki, qadınlar üçün yeriyən VİBRATORA çevriləcəksiniz. ⤵️ | 311 |
| 7 | Cəlbediciliyinizi bir az da artıracaq yeni video çəkdim.
Çox tezliklə YouTube-da. | 323 |
| 8 | Sizin üçün gecə missiyası:
Otaqda heç kim olmasın.
Tək qal.
Yekə bir güzgünün qarşısına keç.
Bir neçə saniyə heç nə etmə. Sadəcə özünə bax.
Sonra gözlərinin içinə bax. Baxışını qaçırma.
İndi özünə sanki kənar bir insan kimi bax. Səni ilk dəfə görən biri kimi.
Və bu suallara özünə yalan demədən cavab ver:
• Bu adam istədiyi həyatı yaşayır?
• Bu adam liderdir, yoxsa kütlənin ardınca gedən?
• Bu adamın sosial fobiyaları var?
• Bu adam xarizmatik görünür?
• Bu adam rahat, sərbəst və axıcı danışa bilir?
• Bu adamla yaxın çevrəsi fəxr edir?
• Bu adam cəlbedicidir?
• Bu adamın seksual enerjisi yüksək görünür?
• Bu adam uğurludur?
Cavabların xoşuna gəlməyə bilər.
Amma dəyişiklik həmişə həqiqəti görməkdən başlayır. | 373 |
| 9 | Hazırda bizim əsas məqsədimiz başdan çıxarma ustaları yetişdirmək və prosesi müşahidə etməkdir.
Bu yol və bu sahə hər kəs üçün deyil. Çoxları bu yolda ələnəcək və ələnir. Hər kəs bu düşüncə tərzini daxilən mənimsəyə bilməyəcək. Hər kəs öz köhnə beta vərdişlərini geridə qoya bilməyəcək. Hər kəsin gözü açılmayacaq.
Amma bu, normaldır.
Çünki bu yol kütlə üçün deyil.
Yalnız ən intizamlı, ən davamlı və ən hazırlıqlı oyunçular bu sahədə yoluna davam edəcək. | 354 |
| 10 | Yaxın 5–10 ildə feminizmin təsirinin daha da artacaq.
Daha çox qadın kişi ilə rəqabət aparmağa və ya ona qarşı mövqe tutmağa təşviq ediləcək.
Mənim Azərbaycandakı missiyam isə kifayət qədər oyunçu yetişdirərək kişilərin psixoloji və sosial baxımdan əzilməsinin qarşısını almaqdır.
Bu yolda isə tək deyilik.
Ali Şura 2017-ci ildən fəaliyyət göstərir.
Hazırda bütün oyunçulara verilən əsas tövsiyə budur: iş həyatında mümkün qədər yüksək mövqelərə yüksəlin.
Maksimum status qazanın.
Maksimum xarizma formalaşdırın.
Ətrafınıza təsir edə bilən və başdan çıxarmağı bacaran lider şəxsiyyətə çevrilin.
Amma səs-küy salmayın.
Sadəcə güc toplayın.
Vaxtı gələndə isə təsir altında qalmış, özünü itirmiş kişilərə yol göstərmək missiyası sizin üzərinizdə olacaq. | 348 |
| 11 | Taleh Yüzbəyovun çəkildiyi bu qalmaqallı reklamın bütün məsuliyyətini öz üzərimə götürürəm.
Reklamdan əvvəl mənimlə konsultasiya oldu. Məhz bu formada çəkilməsi qərarını birlikdə verdik və sonda bütün komandanı bu ideyaya mən inandırdım.
Feminizmə qarşı mübarizəni hər sahədə aparacağam istər oyun sənayesində, istər marketinqdə, istərsə də digər platformalarda.
Geri addım atmaq fikrim yoxdur. | 329 |
| 12 | https://www.instagram.com/reel/DalGVV9N16V/?igsh=MXNod2xucTAxNzdidg== | 326 |
| 13 | Günün mantrası:
Gün ərzində bunu təkrarla və şüuraltını bu inanca köklə:
“Niyə bu qədər bol seksual enerjim var?” | 357 |
| 14 | Yeni mikrofonu test edirdim. 🎙️
Artıq YouTube-a daha keyfiyyətli səslə videolar yükləyəcəm. Həmçinin qapalı qrup üçün video formatında yeni kursu yazmağa başlayacam.
P.S Yeni YouTube videosu istəyirsinizsə, 50 🔥 edin. | 401 |
| 15 | Sən qızlarla YALNIZ market və bu kimi yerlərdə tanış olmağa cəhd etdikcə, fərqində olmadan nə qədər böyük bir əziklik və qorxaqlıq içində olduğunu ətrafa sübut edirsən. | 401 |
| 16 | Qız: Sevgilim var.
Mən: Və?
Qız: Sevgilim var da… :)
Mən: Hə, nə olsun?
Qız: Heç nə.
Mən: Qız mənim çərçivəmə düşür və mən mövzunu dəyişirəm. | 431 |
| 17 | 🗣 "Mən qadınlardan uzaq dururam. Məni heç kim yoldan çıxara bilməz...mən ancaq evlənəndə" 🤡
Əziz, beta…
Düşünürsən ki, qadınlar səni yatağa salmaq üçün növbəyə durub, sən isə müqavimət göstərirsən?
Ətrafa diqqətlə bax. Heç bir qadın səni yoldan çıxarmağa çalışmır.
Çünki sən hələ heç bir qadının radarına düşəcək qədər CƏLBEDİCİLİYƏ sahib deyilsən.
Əslində…
Qarşısındakı qadına titrəyən səslə güclə "salam" verən birinin ən böyük qorxusu "günaha batmaq" deyil.
Onun tək qorxusu rədd edilməkdir.
Əziz beta, sən nəfsini qorumursan.
Sən sadəcə qorxaqlığının, özgüvən əskikliyinin və ünsiyyət zəifliyinin üstünə qalın bir "əxlaq" pərdəsi çəkirsən.
Yuxarıdan aşağı baxıb “asan əldə olunur” dediyin o qız belə, səndən daha xarizmatik kişilərlə birlikdə olur.
Unutma: Seçim etmək hüququ ancaq o seçimlərə sahib olduqdan sonra yaranır.
Sahib olmadığın bir şeyi rədd edə bilməzsən. | 444 |
| 18 | Hissə 3
Daha sonra…
Açılışı yekunlaşdırıb asta-asta növbəti mərhələyə — cəlbetməyə keçirəm.
Amma cəlbetməyə birbaşa atlamaq olmaz. İlk öncə aramızda sosial ünsiyyət yaratmalıyam və bunun üçün keçid etapını tətbiq edirəm.
Əksər kişilər qızla ünsiyyətə başlayanda elə açılışda ilişib qalırlar. Açılışdan sonra nə edəcəklərini anlamırlar. Sanki qapını açırlar, amma içəri girməyi unudurlar.
Halbuki açılışdan sonra etməli olduğun şey yeni mövzu yaradaraq cəlbetməyə asta şəkildə keçid etməkdir.
Birbaşa cəlbetmə etapına atlasan, bu, antisosial görünəcək, “dancing monkey” effekti yaranacaq və qız sağollaşıb gedəcək.
Metro stansiyasının səsi ətrafımızda əks-səda verirdi. İnsanlar yanımızdan tələsik keçirdi, amma bizim söhbət artıq həmin axının içindən ayrılıb öz ritmini tapmağa başlamışdı.
Yeni mövzu yaradıram və həmin mövzu içərisində qız deyir ki, ad gününə getməlidir və Atatürk Parkına çıxan çıxışı axtarır.
Və buradan başlayıram cəlbetməni artırmağa.
Liderlik tətikləyicisini işə salıram və qıza deyirəm:
— Gəl arxamca.
Liderlik edib qızı götürüb gedirəm, təsadüfi bir kişidən Atatürk Parkına çıxan yolu soruşmağa.
Əslində yeri bilirəm, amma oyunu uzatmaq, zaman qazanmaq və araya cəlbetmə tətikləyicilərini salmaq üçün bunu edirəm.
Kişi yolu göstərir. Mən başımla təsdiqləyirəm. Qız mənə təşəkkür edir.
Daha sonra mövzunu dəyişib axıcı danışıq tətikləyicisini işə salıram.
Ardıcıl 4-5 fərqli mövzudan danışıram.
Araya fərqli tətikləyicilər də salıram: əlçatmazlıq, ön seçim və ən əsası, yaxınlarının qayğısına qalan kişi tətikləyicisi.
Çünki qız ad gününə gedirdi və mən də bu kontekstdən istifadə edib deyirəm:
— 3 gün sonra balaca bacımın ad günüdür. Onun üçün yaxşı bir restoran axtarıram. Sən nə tövsiyə edərdin?
Bu cümlə ilə yaxın çevrəmin daima qayğısına qaldığım mesajını ötürürəm. Digər tətikləyicilərlə birlikdə istifadə olunanda çox yaxşı işləyir.
Söhbət uzandıqca onun bədən dili dəyişməyə başlayır. Addımlarımız sinxronlaşır. Baxışları daha uzun qalır. Reaksiyaları daha isti olur.
Ünsiyyətə hər tətikləyicini əlavə etdikcə qızın duyğuları daha da müsbətə dəyişirdi və onun gözündəki obrazım yüksəlirdi.
Cəlbetmə fazasının məqsədlərindən biri də məhz budur.
Öz obrazını daha statuslu göstərmək və bunun sayəsində qızın duyğusal reaksiyalarını artıraraq məntiqi beynini söndürmək.
Burada isə ən güclü silahın ümumi özgüvənin, axıcı danışığın və bu danışığın içində istifadə etdiyin xüsusi tətikləyicilərdir.
Çox kişi boş-boş danışır, heç bir duyğu oyatmır, ya həddindən artıq özünü tərifləməklə məşğul olur, ya da ümumiyyətlə donub qalır.
Amma oyunçu elə deyil.
Oyunçunun danışıq tərzi xüsusi sehr kimidir. O, gizli şəkildə ovsunlamalı, şüuraltına işləməlidir.
Bu səbəbdən oyunun strukturu həddindən artıq vacib elementdir.
Bu sənə hansı anda, hansı istiqamətdə hərəkət etməli olduğunu göstərir.
Qədim mistiklərin inancına görə, gördüyümüz bütün kainat dörd müqəddəs ünsürün sirli rəqsindən doğulmuşdur.
Hər şey onların birliyindən yaranır.
Və sonda yenidən onlara qayıdır.
Hava.
Su.
Torpaq.
Alov.
Başdan çıxarma sənəti də eynilə kainat kimi dörd gizli qüvvənin ahənginə əsaslanır.
Bu proses həmin ünsürlərin bir-birinə qarışması ilə həyata keçir.
Cəlbetmə.
Dəyərləndirmə.
Süjet xətti.
Seksuallıq.
Bu dörd elementdən biri zəifləyəndə, bütün sistem öz gücünü itirməyə başlayır.
Həmin anda mən cəlbetmə və dəyərləndirmə üzərində işləyirdim.
Artıq ilk təəssürat yaranmışdı.
Artıq emosiyalar formalaşmağa başlamışdı.
İndi isə məqsəd bunu növbəti görüşə daşımaq idi.
Söhbətin sonunda növbəti görüşümüzü razılaşdırırıq.
Kontaktlarımızı bölüşürük.
Sağollaşırıq.
O öz yoluna davam edir.
Mən isə metrodan çıxıb evə tərəf gedirəm.
Və həmin gün də içimdə tək bir fikir dolaşırdı.
“Bu qızla aramızda nəsə olacaq.”
Növbəti hissə tezliklə gələcək… | 458 |
| 19 | HİSSƏ 2
O mənim sağ tərəfimdə olan qapıdan düşür, mən isə soldan.
Qatardan düşən kimi ilk işi sağa-sola baxmaq olur. Aydındır ki, doğru çıxışı axtarır. Bir neçə saniyəlik tərəddüddən sonra istiqamətini müəyyənləşdirir və düz mənim tərəfə gəlməyə başlayır.
Aramızdakı məsafə hər addımda bir az da azalır.
Nəhayət, qarşı-qarşıya gəlirik.
Gözlərinin içinə baxıram.
Yüngülcə gülümsəyirəm.
Əlimi qaldırıb qarşıdan stop edir və saxlayıram.
Kənardan baxan biri üçün bu, cəmi bir neçə saniyə çəkən adi bir tanışlıq kimi görünə bilərdi. Amma əslində həmin bir neçə saniyənin arxasında uzun illərin təcrübəsi, saysız-hesabsız setlər və dəfələrlə təkrarlanmış düzgün mexanikalar dayanırdı.
Ümumən set açmağın çox növü var və bu, tamamilə situasiyadan asılıdır.
Yeriyən setə doğru bucaq altında yandan yaxınlaşmaq, doğru bucaq ilə qarşıdan yaxınlaşmaq, oturan setlər, ayaqüstə duran setlər, rəfiqələri ilə olan setlər…
Hər durumda fərqli bucaq altında açılış etməlisən ki, qız qorxmasın və sən anormal görünməyəsən.
Qeyd edim ki, ümumən yeni başlayanlar açılışı səhv edirlər. Öyrəndiklərini yanlış tətbiq edirlər və bu, zamanla onların əzələ yaddaşına yazılır.
Sonra özləri fərqinə varmadan həmin səhvi təkrar-təkrar edirlər.
Təkrar etdikcə də eyni nəticəni alırlar.
Sonra isə təəccüblə özlərinə sual verirlər:
“Məndə niyə alınmır?”
Halbuki problem istəkdə deyil.
Problem başlanğıcdadır.
Ümumiyyətlə, bu, oyunun hər fazasına aiddir. Hər fazanı, hər etapı doğru etmək lazımdır. Başdan səhv yanaşsan, başdan səhv nəticə alacaqsan.
Qısaca, qızı front stop edib saxlayıram.
O gülümsəyir və guya təəccüblənmiş, heç gözləmirmiş kimi reaksiya verir.
Amma gözlərindən bilirəm ki, artistlik edir.
Bu cür reaksiyaları artıq çox görmüşəm.
İnsan bəzən sözlərindən çox, gözləri ilə danışır.
Yerindəcə sosial rahatlıq yaradıb onu sakitləşdirirəm və açılış cümləmi deyirəm:
— Həm istiqanlı, həm də dəlisov birinə oxşayırsan. Yaratdığın obrazı bəyəndim.
Bunu deyərkən geyimindəki detallara işarə edirəm.
O, bir anlıq gülümsəyir.
— Ay, təşəkkür edirəm. Sənin də enerjin çox qəşəngdir.
Bunu elə bir artistliklə deyir ki, həmin anda beynimdə kiçik bir lampanın yandığını hiss edirəm.
Artıq müəyyən siqnallar oxunmağa başlayır.
Ümumən bu illər ərzində təcrübədən gördüyüm odur ki, qız nə dərəcədə özünü sosial rahat hiss edirsə, bir o qədər seksual təcrübəsi çox olur.
Üstəlik, qız özünü nə dərəcədə ciddi aparırsa, yataqda bir o qədər dəlisov olur.
Və bəxtdən bu qızda hər iki element var idi.
Bu arada, qızın boyu məndən beş santimetr uzun idi.
50 🔥 edin üçüncü hissəni yazım.
Cəlbetmə fazasında nələrdən istifadə etdiyimi izah edəcəm. | 469 |
| 20 | TUNELDƏ BAŞLAYAN KEKS
Hissə 1
Məşqdən sonra metroya düşürəm.
Bir-iki set açıb günlük dozamı doldururam.
Birinci set…
İkinci set…
Hər iki setin enerjisini bəyənmirəm.
Gülümsəyirəm.
— “Xanım, tanış olmuram.”
…deyib pozitiv enerji ilə setdən ayrılıram.
Qız xoşuma gəlməyəndə bunu bəzən qəsdən deyirəm.
Həm ümumi zarafat yaradır, həm də alt mesaj ötürür:
Mən vəziyyətin arxasınca qaçmıram.
Vəziyyət mənim çərçivəmə daxil olur.
Bu, mənim situasiyaya baxışımdır.
Çərçivəmdir.
Ünsiyyətin axarını mən idarə edirəm.
Və o çərçivə dialoqun hər saniyəsinə təsir edir.
Ümumi çərçivən nədirsə…
Sən də osan.
Qatar gəlir.
Qapılar açılır.
İçəri keçirəm.
Əhvalım yüksəkdir.
Enerjim yerindədir.
Lap o biri başda bir qız diqqətimi çəkir.
O da məni görür.
Bir anlıq zaman yavaşlayır.
Göz-gözə gəlirik.
Aramızda seksual bir çəkim yaranır.
Daha doğrusu…
Qızın bu enerjiyə açıq olduğunu hiss edirəm.
Mən də həmin enerjini ona ötürməyə başlayıram.
Buna frekans oyunu deyirəm.
Uzaqdan təsir.
Heç bir söz yoxdur.
Sadəcə baxışlar.
Qatar tuneli yarır.
Stansiyalar dəyişir.
Amma baxışlar dəyişmir.
Yol boyu bir-birimizi izləyirik.
Sonra…
“Gənclik.”
Qapılar açılır.
İkimiz də eyni anda düşürük.
Bir neçə addım…
Və artıq gözləməyin mənası yoxdur.
Dərhal açılış edirəm.
50 🔥 görün, ikinci hissəni atım.
Gənclik stansiyasında nə baş verdiyini onda danışacam... | 495 |
Contenido disponible para usuarios mayores de 18 años
Al iniciar sesión en el servicio, confirmas que tienes 18 años o más.
