ar
Feedback
Eray | Seduction

Eray | Seduction

الذهاب إلى القناة على Telegram

🔥DİQQƏT +18 • Sənin tanışlıq, görüş və münasibətlərini filmlərdəki kimi həyəcanlı və baş döndərən edirəm. • 7 illik təcrübəmdən faydalanmaq üçün səhifəyə abunə ol. • Alfa Metod kitabının müəllifi və Game Revolution təliminin yaradıcısı.

إظهار المزيد
1 361
المشتركون
-124 ساعات
-87 أيام
-2530 أيام

جاري تحميل البيانات...

سحابة العلامات
لا توجد بيانات
هل تواجه مشاكل؟ يرجى تحديث الصفحة أو الاتصال بمدير الدعم الخاص بنا.
الإشارات الواردة والصادرة
---
---
---
---
---
---
جذب المشتركين
يوليو '26
يوليو '26
+2
في 0 قنوات
يونيو '26
+41
في 0 قنوات
Get PRO
مايو '26
+43
في 0 قنوات
Get PRO
أبريل '26
+47
في 1 قنوات
Get PRO
مارس '26
+44
في 1 قنوات
Get PRO
فبراير '26
+40
في 0 قنوات
Get PRO
يناير '26
+53
في 0 قنوات
Get PRO
ديسمبر '25
+53
في 0 قنوات
Get PRO
نوفمبر '25
+51
في 0 قنوات
Get PRO
أكتوبر '25
+58
في 0 قنوات
Get PRO
سبتمبر '25
+70
في 0 قنوات
Get PRO
أغسطس '25
+59
في 0 قنوات
Get PRO
يوليو '25
+82
في 0 قنوات
Get PRO
يونيو '25
+77
في 1 قنوات
Get PRO
مايو '25
+82
في 0 قنوات
Get PRO
أبريل '25
+111
في 0 قنوات
Get PRO
مارس '25
+109
في 0 قنوات
Get PRO
فبراير '25
+69
في 0 قنوات
Get PRO
يناير '25
+48
في 0 قنوات
Get PRO
ديسمبر '24
+71
في 0 قنوات
Get PRO
نوفمبر '24
+79
في 0 قنوات
Get PRO
أكتوبر '24
+151
في 0 قنوات
Get PRO
سبتمبر '24
+71
في 0 قنوات
Get PRO
أغسطس '24
+927
في 0 قنوات
التاريخ
نمو المشتركين
الإشارات
القنوات
08 يوليو0
07 يوليو+1
06 يوليو+1
05 يوليو0
04 يوليو0
03 يوليو0
02 يوليو0
01 يوليو0
منشورات القناة
Hissə 3 Daha sonra… Açılışı yekunlaşdırıb asta-asta növbəti mərhələyə — cəlbetməyə keçirəm. Amma cəlbetməyə birbaşa atlamaq olmaz. İlk öncə aramızda sosial ünsiyyət yaratmalıyam və bunun üçün keçid etapını tətbiq edirəm. Əksər kişilər qızla ünsiyyətə başlayanda elə açılışda ilişib qalırlar. Açılışdan sonra nə edəcəklərini anlamırlar. Sanki qapını açırlar, amma içəri girməyi unudurlar. Halbuki açılışdan sonra etməli olduğun şey yeni mövzu yaradaraq cəlbetməyə asta şəkildə keçid etməkdir. Birbaşa cəlbetmə etapına atlasan, bu, antisosial görünəcək, “dancing monkey” effekti yaranacaq və qız sağollaşıb gedəcək. Metro stansiyasının səsi ətrafımızda əks-səda verirdi. İnsanlar yanımızdan tələsik keçirdi, amma bizim söhbət artıq həmin axının içindən ayrılıb öz ritmini tapmağa başlamışdı. Yeni mövzu yaradıram və həmin mövzu içərisində qız deyir ki, ad gününə getməlidir və Atatürk Parkına çıxan çıxışı axtarır. Və buradan başlayıram cəlbetməni artırmağa. Liderlik tətikləyicisini işə salıram və qıza deyirəm: — Gəl arxamca. Liderlik edib qızı götürüb gedirəm, təsadüfi bir kişidən Atatürk Parkına çıxan yolu soruşmağa. Əslində yeri bilirəm, amma oyunu uzatmaq, zaman qazanmaq və araya cəlbetmə tətikləyicilərini salmaq üçün bunu edirəm. Kişi yolu göstərir. Mən başımla təsdiqləyirəm. Qız mənə təşəkkür edir. Daha sonra mövzunu dəyişib axıcı danışıq tətikləyicisini işə salıram. Ardıcıl 4-5 fərqli mövzudan danışıram. Araya fərqli tətikləyicilər də salıram: əlçatmazlıq, ön seçim və ən əsası, yaxınlarının qayğısına qalan kişi tətikləyicisi. Çünki qız ad gününə gedirdi və mən də bu kontekstdən istifadə edib deyirəm: — 3 gün sonra balaca bacımın ad günüdür. Onun üçün yaxşı bir restoran axtarıram. Sən nə tövsiyə edərdin? Bu cümlə ilə yaxın çevrəmin daima qayğısına qaldığım mesajını ötürürəm. Digər tətikləyicilərlə birlikdə istifadə olunanda çox yaxşı işləyir. Söhbət uzandıqca onun bədən dili dəyişməyə başlayır. Addımlarımız sinxronlaşır. Baxışları daha uzun qalır. Reaksiyaları daha isti olur. Ünsiyyətə hər tətikləyicini əlavə etdikcə qızın duyğuları daha da müsbətə dəyişirdi və onun gözündəki obrazım yüksəlirdi. Cəlbetmə fazasının məqsədlərindən biri də məhz budur. Öz obrazını daha statuslu göstərmək və bunun sayəsində qızın duyğusal reaksiyalarını artıraraq məntiqi beynini söndürmək. Burada isə ən güclü silahın ümumi özgüvənin, axıcı danışığın və bu danışığın içində istifadə etdiyin xüsusi tətikləyicilərdir. Çox kişi boş-boş danışır, heç bir duyğu oyatmır, ya həddindən artıq özünü tərifləməklə məşğul olur, ya da ümumiyyətlə donub qalır. Amma oyunçu elə deyil. Oyunçunun danışıq tərzi xüsusi sehr kimidir. O, gizli şəkildə ovsunlamalı, şüuraltına işləməlidir. Bu səbəbdən oyunun strukturu həddindən artıq vacib elementdir. Bu sənə hansı anda, hansı istiqamətdə hərəkət etməli olduğunu göstərir. Qədim mistiklərin inancına görə, gördüyümüz bütün kainat dörd müqəddəs ünsürün sirli rəqsindən doğulmuşdur. Hər şey onların birliyindən yaranır. Və sonda yenidən onlara qayıdır. Hava. Su. Torpaq. Alov. Başdan çıxarma sənəti də eynilə kainat kimi dörd gizli qüvvənin ahənginə əsaslanır. Bu proses həmin ünsürlərin bir-birinə qarışması ilə həyata keçir. Cəlbetmə. Dəyərləndirmə. Süjet xətti. Seksuallıq. Bu dörd elementdən biri zəifləyəndə, bütün sistem öz gücünü itirməyə başlayır. Həmin anda mən cəlbetmə və dəyərləndirmə üzərində işləyirdim. Artıq ilk təəssürat yaranmışdı. Artıq emosiyalar formalaşmağa başlamışdı. İndi isə məqsəd bunu növbəti görüşə daşımaq idi. Söhbətin sonunda növbəti görüşümüzü razılaşdırırıq. Kontaktlarımızı bölüşürük. Sağollaşırıq. O öz yoluna davam edir. Mən isə metrodan çıxıb evə tərəf gedirəm. Və həmin gün də içimdə tək bir fikir dolaşırdı. “Bu qızla aramızda nəsə olacaq.” Növbəti hissə tezliklə gələcək…

2
HİSSƏ 2 O mənim sağ tərəfimdə olan qapıdan düşür, mən isə soldan. Qatardan düşən kimi ilk işi sağa-sola baxmaq olur. Aydındır ki, doğru çıxışı axtarır. Bir neçə saniyəlik tərəddüddən sonra istiqamətini müəyyənləşdirir və düz mənim tərəfə gəlməyə başlayır. Aramızdakı məsafə hər addımda bir az da azalır. Nəhayət, qarşı-qarşıya gəlirik. Gözlərinin içinə baxıram. Yüngülcə gülümsəyirəm. Əlimi qaldırıb qarşıdan stop edir və saxlayıram. Kənardan baxan biri üçün bu, cəmi bir neçə saniyə çəkən adi bir tanışlıq kimi görünə bilərdi. Amma əslində həmin bir neçə saniyənin arxasında uzun illərin təcrübəsi, saysız-hesabsız setlər və dəfələrlə təkrarlanmış düzgün mexanikalar dayanırdı. Ümumən set açmağın çox növü var və bu, tamamilə situasiyadan asılıdır. Yeriyən setə doğru bucaq altında yandan yaxınlaşmaq, doğru bucaq ilə qarşıdan yaxınlaşmaq, oturan setlər, ayaqüstə duran setlər, rəfiqələri ilə olan setlər… Hər durumda fərqli bucaq altında açılış etməlisən ki, qız qorxmasın və sən anormal görünməyəsən. Qeyd edim ki, ümumən yeni başlayanlar açılışı səhv edirlər. Öyrəndiklərini yanlış tətbiq edirlər və bu, zamanla onların əzələ yaddaşına yazılır. Sonra özləri fərqinə varmadan həmin səhvi təkrar-təkrar edirlər. Təkrar etdikcə də eyni nəticəni alırlar. Sonra isə təəccüblə özlərinə sual verirlər: “Məndə niyə alınmır?” Halbuki problem istəkdə deyil. Problem başlanğıcdadır. Ümumiyyətlə, bu, oyunun hər fazasına aiddir. Hər fazanı, hər etapı doğru etmək lazımdır. Başdan səhv yanaşsan, başdan səhv nəticə alacaqsan. Qısaca, qızı front stop edib saxlayıram. O gülümsəyir və guya təəccüblənmiş, heç gözləmirmiş kimi reaksiya verir. Amma gözlərindən bilirəm ki, artistlik edir. Bu cür reaksiyaları artıq çox görmüşəm. İnsan bəzən sözlərindən çox, gözləri ilə danışır. Yerindəcə sosial rahatlıq yaradıb onu sakitləşdirirəm və açılış cümləmi deyirəm: — Həm istiqanlı, həm də dəlisov birinə oxşayırsan. Yaratdığın obrazı bəyəndim. Bunu deyərkən geyimindəki detallara işarə edirəm. O, bir anlıq gülümsəyir. — Ay, təşəkkür edirəm. Sənin də enerjin çox qəşəngdir. Bunu elə bir artistliklə deyir ki, həmin anda beynimdə kiçik bir lampanın yandığını hiss edirəm. Artıq müəyyən siqnallar oxunmağa başlayır. Ümumən bu illər ərzində təcrübədən gördüyüm odur ki, qız nə dərəcədə özünü sosial rahat hiss edirsə, bir o qədər seksual təcrübəsi çox olur. Üstəlik, qız özünü nə dərəcədə ciddi aparırsa, yataqda bir o qədər dəlisov olur. Və bəxtdən bu qızda hər iki element var idi. Bu arada, qızın boyu məndən beş santimetr uzun idi. 50 🔥 edin üçüncü hissəni yazım. Cəlbetmə fazasında nələrdən istifadə etdiyimi izah edəcəm.
186
3
TUNELDƏ BAŞLAYAN KEKS Hissə 1 Məşqdən sonra metroya düşürəm. Bir-iki set açıb günlük dozamı doldururam. Birinci set… İkinci set… Hər iki setin enerjisini bəyənmirəm. Gülümsəyirəm. — “Xanım, tanış olmuram.” …deyib pozitiv enerji ilə setdən ayrılıram. Qız xoşuma gəlməyəndə bunu bəzən qəsdən deyirəm. Həm ümumi zarafat yaradır, həm də alt mesaj ötürür: Mən vəziyyətin arxasınca qaçmıram. Vəziyyət mənim çərçivəmə daxil olur. Bu, mənim situasiyaya baxışımdır. Çərçivəmdir. Ünsiyyətin axarını mən idarə edirəm. Və o çərçivə dialoqun hər saniyəsinə təsir edir. Ümumi çərçivən nədirsə… Sən də osan. Qatar gəlir. Qapılar açılır. İçəri keçirəm. Əhvalım yüksəkdir. Enerjim yerindədir. Lap o biri başda bir qız diqqətimi çəkir. O da məni görür. Bir anlıq zaman yavaşlayır. Göz-gözə gəlirik. Aramızda seksual bir çəkim yaranır. Daha doğrusu… Qızın bu enerjiyə açıq olduğunu hiss edirəm. Mən də həmin enerjini ona ötürməyə başlayıram. Buna frekans oyunu deyirəm. Uzaqdan təsir. Heç bir söz yoxdur. Sadəcə baxışlar. Qatar tuneli yarır. Stansiyalar dəyişir. Amma baxışlar dəyişmir. Yol boyu bir-birimizi izləyirik. Sonra… “Gənclik.” Qapılar açılır. İkimiz də eyni anda düşürük. Bir neçə addım… Və artıq gözləməyin mənası yoxdur. Dərhal açılış edirəm. 50 🔥 görün, ikinci hissəni atım. Gənclik stansiyasında nə baş verdiyini onda danışacam...
294
4
Niyə bütün qızlar mənə aşiq olur?
312
5
Oyunçu olsan da, olmasan da, bu oyunun bir iştirakçısan. Bəzi kişilər deyir ki: “Mən qadınlara fokuslanmıram. Öz həyatıma fokuslanmışam.” Amma anlamırlar ki... Kişi-qadın münasibətləri, bioloji olaraq həyatın ən fundamental sahələrindən biridir. İstəsən də, istəməsən də, bioloji olaraq bu oyunun içindəsən. Sən hər gün rəqabətdəsən. Hər gün SEKSUAL BAZAR DƏYƏRİN insanlar tərəfindən şüurlu və ya şüuraltı şəkildə qiymətləndirilir. Qadınlara fokuslanmamağın isə, aşağı seksual statusuna gətirilən psixoloji bəhanədir. Çünki insan dəyərli olduğunu hiss etdiyi sahədən qaçmır. Onu rədd edən və ya uğursuz olduğu sahəni gözdən salmağa çalışır. Qadınların gözündə aşağı statuslu olduqca, zehnin səni qorumaq üçün belə deyir: “Onsuz da qadınlar mənə maraqlı deyil.” Amma bu, oyundan çıxmaq deyil. Bu, sadəcə məğlub olduğun oyunu özün üçün mənasız elan etməkdir. Oyundan qaçış yoxdur. Ya qaliblər sırasında yer alırsan, ya da məğlublar.
347
6
Təsəvvür et… Gözlərin qadının gözlərinə baxır. Gülümsəyirsən. Nəfəsin onun nəfəsi ilə eyni ritmdədir. Aranızda gözlə görünməyən, amma bütün bədəndə hiss olunan, elektrik kimi seksual bir gərginlik var. Amma… Qəfildən hava dəyişir. Qadın sənə baxıb gözlənilməz bir sual verir: “64-ün kvadrat kökü neçəyə bərabərdir?” “Əəə… Dur…” — beynin donur. Sanki qadın bütün ehtirasın içinə pox qoyur və sənin şeyini kəsib balkondan aşağı atır. Məntiq oyanır… Gözlərin instinktiv olaraq yuxarı-sola qaçır. Beynin “hiss et” rejimindən “hesabla” rejiminə keçir. “Ay blyaaa, belə vaxtda bu nə sikidomski sualdır?!” Təcrübəsiz, beta kişilər məhz fərqinə varmadan qadınla ünsiyyəti bu istiqamətə aparırlar. Qadını davamlı olaraq məntiqə, analizə və qiymətləndirməyə sürükləyirlər. Sonra da oturub fikirləşirlər: “Qız niyə birdən soyudu?” Çünki emosiyanın içinə öz əlinlə pox qoydun. Yadda saxla: Məntiq ön plana keçən kimi emosiya arxa plana çəkilir. Məntiq aktivləşən kimi qadın səni qiymətləndirməyə başlayır. Şüuraltı olaraq: • Səni görünməz süzgəcdən keçirir. • Zəif nöqtələrini axtarır. • Səni hiss etmək əvəzinə analiz etməyə başlayır. Nəticədə isə yaratdığın emosional cazibə və yüksək status hissi sürətlə əriyib gedir. Buna görə qadınlarla uğurlu olmaq istəyirsənsə, mütləq şəkildə duyğu oyatmağı və o duyğuları söndürməməyi bacarmalısan. Yoxsa ən gözəl anın içinə də öz əlinlə pox qoyacaqsan. Real oyunu öyrən.
364
7
İdmanın özündən həzz alan kişi, sadəcə “3 aya nəticə alım” deyə çalışan kişidən hər zaman daha qalıcı və üstün bir fiziologiy
İdmanın özündən həzz alan kişi, sadəcə “3 aya nəticə alım” deyə çalışan kişidən hər zaman daha qalıcı və üstün bir fiziologiyaya sahib olacaq. Qadınlarla sosiallaşmaqdan, hər söhbətdə və hər toxunuşda ünsiyyət bacarığını bir az da təsirli etməkdən zövq alan kişi isə, məqsədi yalnız nömrə almaq və ya “keks” olan kişini həmişə geridə qoyacaq. Çünki biri nəticənin arxasınca təlaşla qaçır, digəri isə prosesin özündən həzz alır. Sən hədəfin qulu olmaqdan əl çəkib prosesdən həzz aldığında, nəticə onsuz da gəlib səni tapır.
399
8
Çox sayda qadınla flört etməyin və fərqli qadınlarla ünsiyyət təcrübəsi qazanmağın ən böyük üstünlüklərindən biri budur ki: Sən artıq tək bir qadını deyil, yüzlərlə fərqli davranış modelini görürsən. Bəzisi sənə çox maraq göstərir. Bəzisi orta səviyyədə. Bəzisi isə demək olar ki, heç maraq göstərmir. Bəzən səhv edirsən. Amma hər səhv sənə yeni bir nümunə öyrədir. Vaxt keçdikcə qadınların davranışlarını müqayisə etməyə başlayırsan. Məhz bu müqayisələr intuitiv hissini gücləndirir. Artıq kimin marağının həqiqi, kimin sadəcə diqqət oyunu oynadığını daha tez hiss edirsən. Kimin davranışları səmimidir, kimin emosiyaları isə yalnız görüntüdən ibarətdir. Kimin təsir etməyə çalışdığını, kimin isə təsirə daha açıq olduğunu daha rahat oxuyursan. Təcrübən artdıqca davranışlardakı ən kiçik kontrastlar belə gözündən qaçmır. Elə bil bəsirət gözün açılır. Artıq yalnız səhnəni izləmirsən. Pərdə arxasında baş verənləri də görməyə başlayırsan.
393
9
Ciddi ruh halı ilə, özünü həddindən artıq ciddiyə alaraq yalnız qadınları özündən uzaqlaşdıra bilərsən. Oyunu öyrənən və ümumiyyətlə əksər kişidə həddindən artıq ağır, blokajlı, özünü sərbəst ifadə etməyən bir aura var. Bu, çox yanlışdır. Oyunun əsas qaydalarından birini unutmayın… SƏN NƏ HİSS EDİRSƏNSƏ, QARŞI TƏRƏF DƏ ONU HİSS EDİR. Əhval-ruhiyyə yoluxucudur. Sən pessimist, blokajlı, sıxılmış və yersiz ciddi olanda, məhz bu enerjini qarşı tərəfə ötürürsən. Bəzi insanlar hər şeyi o qədər ciddiyə alırlar ki, deyəcəkləri sözü belə uzun-uzadı düşünüb deyirlər. Bu isə aşağı statuslu və özgüvənsiz enerji yayır. Təsəvvür et, sən nə qədər qorxaq olasan ki, hər dediyin sözə görə narahat olasan. Qadınlar sənin güzgündür. Aldığın hər reaksiya sənin həmin andakı daxili dünyanı əks etdirir. Bu səbəbdən oyunbaz enerjinizi kultivasiya edin. Həyatla oynayın. İnsanlarla oynayın. Sözlərlə oynayın. Ətrafımda olan oyunçular bilir, mən heç vaxt qadınlarla tam ciddi danışmıram. Qadınlar çox vaxt anlamırlar ki, mən dediyimi ciddi deyirəm, yoxsa zarafat edirəm. Ümumiyyətlə, qadınları və insanları barmağına dolamağı bacarmalısan. Sənin ruh halın belə olmalıdır. Əgər sən oyunçusansa, playboysansa, oyunu öz ruh halına çevirməlisən. Həm müsbət reaksiyaya, həm də mənfi reaksiyaya qeyri-ciddi prizmadan baxmalısan. Heç nəyi tam ciddi qəbul etməli deyilsən. Ciddiyyətə düşdüyün an, itirdiyin andır. Həyatını analiz et. Özün anlayacaqsan.
492
10
Marağını çəkən qadınla münasibətiniz seksuallıq və cinsəllik üzərində qurulmayıbsa, demək ki, sənin əzikliyin və qadının qulu olmağın üzərində qurulub.
496
11
Qız sənin yanında daim həyatdan şikayət edir, bütün problemlərini və sirlərini danışırsa… Bunu dərhal “mənə güvənir, deməli məndən xoşu gəlir” kimi yozma. Adətən… Onun gözündə maraq duyduğu kişi yox, bütün emosional yükünü boşaltdığı bir psixoloq rolundasan. Yəni sən onun üçün “emosional tamponsan”. Sənə həqiqətən marağı olan qadın isə sənin diqqətini qazanmaq üçün özünü daha pozitiv, maraqlı və cəlbedici tərəfdən göstərməyə çalışar.
511
12
Təlimə ilk başladığımız günlərdə belə deyirdi: “Eray, mən axıcı danışa bilmirəm…” “Qıza yaxınlaşsam nə deyəcəyimi bilmirəm…”
Təlimə ilk başladığımız günlərdə belə deyirdi: “Eray, mən axıcı danışa bilmirəm…” “Qıza yaxınlaşsam nə deyəcəyimi bilmirəm…” Əsas problemi isə söz deyə bilməmək yox, düzgün bacarıqların və təcrübənin olmaması idi. Addım-addım cəlbetmə, axıcı ünsiyyət və tanışlıq bacarıqları üzərində işləməyə başladıq. Nəticə… Bu gün cəmi 30 dəqiqə ərzində iki fərqli qızla rahat şəkildə ünsiyyət qurdu və tanış oldu. 🔥 Təsəvvür edin… Biz hələ təlimin yarısına belə çatmamışıq. Əvvəl yaxınlaşmağa çəkinən adam, indi ard-arda tanışlıqlar edir. Təlim bitəndə ortaya tam cəlbedici bir Casanova çıxacaq. Oyunçumuzu motivasiya etmək üçün bir az 🔥 🔥🔥buraxın.
514
13
MƏNİ OLDUĞUM KİMİ QƏBUL ETSİNLƏR… Bu, dəyişməkdən və komfort zonasından çıxmaqdan QAÇMAQ üçün özünə verdiyin bəhanədir. Sən s
MƏNİ OLDUĞUM KİMİ QƏBUL ETSİNLƏR… Bu, dəyişməkdən və komfort zonasından çıxmaqdan QAÇMAQ üçün özünə verdiyin bəhanədir. Sən sabit və ideal bir heykəl deyilsən. Bəs hansı “özündən” danışırsan? Qızın qarşısında həyəcanlanan, səsi titrəyən, nə deyəcəyini bilməyib susan versiyandan? Yoxsa ortamda relax olan, enerjisi ilə dominantlıq quran, söhbəti idarə edə bilən lider versiyandan? Anla… İdman edən sən və heç nə etməyən sən eyni nəticəni yaşamır. Qadınlarla rahat danışan sən və hər dəfə özünü geri çəkən sən eyni həyatı yaşamır. Dəyişən şey hansı tərəfini inkişaf etdirib ortaya çıxardığındır. Ona görə “sadəcə özün ol” doğru məsləhət deyil. Mütəmadi olaraq dəyiş və özünün ən güclü versiyanı yarat. Bu, ən effektiv tövsiyədir.
520
14
BOŞ EQO… Bəzi kişilər hələ də qızlarla bəsit, axıcı bir söhbəti belə idarə edə bilmirlər. İçlərindəki həyəcanı, “sosial fobiya” adlandırdıqları qorxuları və qadınların yanında donub qalmalarına səbəb olan beta davranışlarını boş bir eqonun arxasında gizlədirlər. Bütün bunlara baxmayaraq, problemlə üzləşib “oyunu” öyrənməyi və təcrübəli insanlardan dəstək almağı özlərinə sığışdırmırlar. Amma anlamaq istəmirlər ki: Qadınlarla cəlbedici ünsiyyət qurmaq və sosial qorxulardan azad olmaq sadəcə qız əldə etmək deyil. Bu, kişinin özünü daha güclü, rahat və azad hiss etməsi, daxili maskulin enerjisini tapmasıdır. Öz üzərində işləməməyin gətirdiyi ən böyük cəza isə illər sonra hiss olunur. 35-40 yaşında geriyə baxanda: gəncliyini təcrübə toplamadan keçirmək, yanlış seçimlər etmək və “kaş ki”lərlə yaşamaq insanın qarşısına çıxır. “Oyun” sənə mütləq Best Model of Azerbaijan, tanınmış müğənni və ya məşhur aktrisalarla birlikdə olmağı vəd etmir. Bunun üçün əvvəlcə həmin səviyyəyə uyğun bir çevrə qurmalısan. Amma doğru metodologiya və real praktika sayəsində: Öz sosial çevrəndəki qadınlarla daha fərqli, rahat və cəlbedici ünsiyyət qura bilərsən. Ətrafında qadın azdırsa, daha çox tanışlıq yaradıb həyatına yeni qadınlar daxil edə bilərsən. Daha çox təcrübə topladıqca isə, çoxlu seçimlər arasından sənə uyğun olan qadını seçmək imkanın yaranar. Bu, inkişaf etdirilə bilən bir bacarıqdır. Bu qarantilidir. Amma bilirsən başqa nə qarantilidir? Əgər o qoruduğun boş eqonun qurbanı olmağa davam etsən və həmin "beta burulğanda"da qalsan, müasir dövrdə heç orta statistik bir qızın radarına belə düşməyəcəksən. Çünki onsuz da yüzlərlə seçimi olan müasir qadınlar, sosial mühitdə donub qalmayan, maskulin enerjili, axıcı danışa bilən, dominant və statuslu kişiləri axtarırlar. Eqoya uyub, özünü dəyişdirməyənlər isə gözləntilərini qarşılamayan, keyfiyyətsiz seçimlərlə kifayətlənməyə məhkum olurlar. Dəyişmək çətindir. Amma dəyişməmək və illəri boşa vermək daha ağırdır. Unutma, bu gənc yaşlar bir daha sənin əlində olmayacaq.
517
15
Təcrübəlilər üçün oyunlarını və keçirdikləri görüşləri tamamilə yeni mərhələyə qaldırmağa kömək edəcək dərs və metod paylaşdı
Təcrübəlilər üçün oyunlarını və keçirdikləri görüşləri tamamilə yeni mərhələyə qaldırmağa kömək edəcək dərs və metod paylaşdım qapalı qrupda. Qrup üzvləri sadəcə nəzəriyyə almırlar. Onlar mənim 10 illik praktikamdan, real təcrübəmdən və illər ərzində Azərbaycan üçün formalaşdırdığım sistemdən faydalanırlar. Bu ikisinin arasında çox böyük fərq var.
519
16
https://www.youtube.com/watch?v=zFPw-9UlAfg
525
17
Bu film mənim mentoruma da çox böyük təsir etmişdi. O da bizə dəfələrlə bu filmə baxmağı tövsiyə edirdi. Sahaya çıxmazdan əvvəl demək olar ki, hər dəfə bu filmə baxırdım. Tyler Durdenin cəmiyyətin yaratdığı sərhədləri sorğulaması, qorxularının üzərinə getməsi və özünü məhdudlaşdıran çərçivələri qırması mənə əslində hansı tip şəxsiyyətə sahib ola biləcəyimi göstərirdi. Filmdə bir səhnə var ki, Tyler digər qəhrəmana əlini kimyəvi maddə ilə yandıraraq ona ağrıdan qaçmamağı, həmin anı tam hiss etməyi və həyatın reallığı ilə üzləşməyi öyrədir. Bu səhnə əslində rahatlıq zonasından çıxmağın, öz qorxularının üzərinə getməyin və özünü məhdudlaşdıran inanclardan qurtulmağın simvoludur. Tylerin dediyi kimi: “İlk növbədə bilməlisən ki, bir gün öləcəksən… Yalnız hər şeyi itirəcəyini anlayandan sonra istədiyimiz hər şeyi etmək azadlığına qovuşuruq.” Bu səhnə mənim həyata baxışımı dəyişən şeylərdən biri olmuşdu. Həyatımın başqa bir səhifəsini bağlayıb, sıfırdan yeni versiyamı yaratmağa qərar vermişdim. Artıq bu dəfə məni cəmiyyət yox, özüm yaradırdım. Öz səhvlərimdən, təcrübələrimdən nəticə çıxararaq yoluma davam edirdim. Oyun, sahalar isə bu yolda mənim ən böyük dəstəkçilərimdən biri olmuşdu. Əslində Tyler Durden başqa bir insan deyil. O, baş qəhrəmanın öz alter-eqosudur. Yəni onun içində olmaq istədiyi, amma hələ çevrilə bilmədiyi versiyanın obrazıdır. Onun xarizması, cəsarəti, sərbəstliyi və etdiyi seçimlər baş qəhrəmanın şüuraltında yaratdığı ideal kişi obrazıdır. Plus bu film “oyun” cəmiyyətinin formalaşmasında böyük rol oynayan filmlərdən biri olub. Bu filmdən sonra təcrübəli oyunçular birləşərək fərqli oyun klubları və məktəbləri yaratmağa başladılar. Tylerin zirzəmidə kişilərin qarşısına çıxıb o məşhur qaydaları dediyi səhnə filmin ən ikonik anlarından biridir. Bu səhnə kişilərin cəmiyyətin verdiyi proqramlardan çıxmaq, öz zəiflikləri ilə üzləşmək və daha güclü versiyalarına çevrilmək istəyini göstərir. “Döyüş klubunun birinci qaydası: Döyüş klubu haqqında heç kimə danışmırsınız. İkinci qaydası: Döyüş klubu haqqında heç kimə danışmırsınız.” İndi bu iki aktyorun yenidən bir yerdə görüntüləri yayılanda həmin şəkli görəndə bir anda bu filmin həyatımın müəyyən dövrünə necə təsir etdiyi yadıma düşdü. Bütün saha edənlərə, öz üzərində işləyənlərə bu filmi mütləq izləməyi tövsiyə edirəm.
501
18
Çox az adam bilir, amma 2014-2015-ci illərdə oyuna təzə başlayanda, hələ tanımadığım qızlara yaxınlaşmaqdan qorxduğum, içimdə+2
Çox az adam bilir, amma 2014-2015-ci illərdə oyuna təzə başlayanda, hələ tanımadığım qızlara yaxınlaşmaqdan qorxduğum, içimdəki sosial proqramları və cəmiyyətin yaratdığı limitləri qırmağa çalışdığım vaxtlarda məni action almağa ən çox motivasiya edən şeylərdən biri Fight Club filmi idi.
533
19
Görüşdə qızın məni cırmaqlaması və ya dişləməsi çox güclü çəkim siqnalıdır. Dişləmək, cırmaqlamaq və işarələmək qadının beyni
Görüşdə qızın məni cırmaqlaması və ya dişləməsi çox güclü çəkim siqnalıdır. Dişləmək, cırmaqlamaq və işarələmək qadının beynindəki çox qədim bir instinktin əksidir..: “Bu kişi mənimdir.” Bu, şüuraltı səviyyədə sahiblik hissinin və emosional investisiyanın göstəricisidir. Amma maraqlı paradoks budur ki… Bir qadın səni işarələdikdə, çox vaxt digər qadınların da diqqəti sənə yönəlməyə başlayır. Çünki ön seçim mexanizmi işə düşür. Qadın beyni şüuraltı olaraq düşünür ki: “Əgər başqa qadınlar bu kişiyə maraq göstərirsə, deməli bu kişidə güclü genlər var.” Elə buna görə də qadın marağını maksimum səviyyəyə çatdıran ən güclü tətikləyicilərdən biri, onu digər qadınlarla incə rəqabət mühitinə salmaqdır. Çünki cəlbolma kişilərin düşündüyündən daha dərin, daha primitiv və daha instinktiv mexanizmlərlə işləyən bir oyundur.
601
20
İkinci tələbədə də dəyişikliklər başlayır. Yavaş-yavaş tanışlıq sayını artırır. Bu oyunda hər zaman doğru addımları ən çox pr
İkinci tələbədə də dəyişikliklər başlayır. Yavaş-yavaş tanışlıq sayını artırır. Bu oyunda hər zaman doğru addımları ən çox praktika edən qazanır. Əgər sənin praktikana təcrübəli biri nəzarət edirsə, dəyişiklik və inkişaf qat-qat daha sürətli baş verir.
610