XƏBƏRLƏR l LİVE
Kanalga Telegram’da o‘tish
Gündəmi 1 mesajla izləyin! 📞Reklam və əməkdaşlıq üçün: @relvv9
Ko'proq ko'rsatish8 738
Obunachilar
-524 soatlar
-477 kunlar
-21230 kunlar
Postlar arxiv
8 738
⚡⚡Hazırda erməni mediasında ciddi panika var. Lakin bu o demək deyil ki, nələrsə olacaq. Bu düşmənin dezinformasiyasıda ola bilər.
Xəbərlər Live olaraq bildiririk ki, hər bir halda 7/24 istisnasız fəaliyyətdəyik. Sizlərdə rahat olun. Təlaşa ehtiyac yoxdur.
Ümumilikdə vəziyyət hamının bildiyi kimi 1 aydan çoxdur ki, gərgindir. Bu o deməkdir ki, hər an nələrəsə ola bilər.
Gecəniz xeyrə qalsın, Allah Ordumuzu Qorusun ❤️
**t.me/xeberlerlive*
8 738
🏴☠Separatçıların "İnformasiya qərargahı" məlumat yayaraq bildirib ki, sosial şəbəkələrdə və telefon danışıqlarında ordu haqqında müzakirələr etməyin.
Qondarma rejim Qarabağdakı erməniləri təmkinli olmağa və yalnız “rəsmi” xəbərlərə inanmağa çağırır.
t.me/xeberlerlive
8 738
⚡⚡Baş verən hadisələri chatımızda müzakirə edirik:
DİQQƏT ❗️ CHATA ATILAN MESAJLARA ÇOX CİDDİ NƏZARƏT EDİLİR.
Qatılın ➡️➡️ t.me/xeberlerlivechat
8 738
MN MƏLUMAT YAYDI ❗️
**Sentyabrın 16-sı saat 22:55-dən 23:45-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstəriblər.
Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.**
t.me/xeberlerlive l MN
8 738
Qondarma qurumun "müdafiə nazirliyi":
⚡Azərbaycan Silahlı Qüvvələrinin cəmləşməsi ilə əlaqədar əhali arasında müəyyən həyəcan var. Bildirmək istəyirik ki, "ordu"muz vəziyyətə gecə-gündüz nəzarət edir. Nəsə baş verərsə, dərhal ictimaiyyətə məlumat veriləcək. Yalnız rəsmi xəbərlərə inanın.
t.me/xeberlerlive
8 738
⚡️⚡️⚡️Azərbaycan SQ cəbhə istiqamətində canlı qüvvə və hərbi texnika toplayır. Vəziyyət gərgindir, amma atəş yoxdur, hələlik sakitdir.
t.me/xeberlerlive | Mişa Qyurcyan
8 738
❗️Xankəndi və ətrafda dəhşətli panika var.
Gah ağır texnikanın sülhməramlılara təhvil verilməsi ilə bağlı, gah da ermənilərin Qarabağı tərk etməsi ilə bağlı
t.me/xeberlerlive I Səxavət Məmməd
8 738
⚡⚡Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter ələ keçirilib
Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətindən qaldırılan Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus kvadrakopter Əlahiddə Ümumqoşun Ordunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Türkeş yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələrinin müdafiə mövqeləri üzərində kəşfiyyat xarakterli uçuş həyata keçirməyə cəhd göstərib.
Hava hücumundan müdafiə bölmələrimiz tərəfindən aşkar olunan kvadrokopter xüsusi texniki vasitələrlə endirilərək zərərsizləşdirilib.
t.me/xeberlerlive l MN
8 738
Sentyabrın 16-sı saat 13:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstəriblər.
Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
t.me/xeberlerlive
8 738
⚡️⚡️Ərdoğan: Təklif edirəm ki, Paşinyan, Putin və İlham Əliyevlə dördtərəfli görüş keçirək. Bu təklifi təkmilləşdirmək üçün qardaşım İlham Əliyevlə danışacağam
t.me/xeberlerlive
8 738
❗️Azərbaycan hələ də ilin sonuna kimi Ermənistan ilə sülh müqaviləsi bağlanacağına ümid edir.
t.me/xeberlerlive I Hikmət Hacıyev
8 738
❗️Bakının İrəvanla dialoqda getməyə hazır olduğu mümkün kompromislər mövzusunu şərh edən Hacıyev qeyd edib ki, Azərbaycan tərəfi “nə Ermənistanla, nə də heç bir üçüncü ölkə ilə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan məsələləri” müzakirə etməyəcək.
t.me/xeberlerlive I Hikmət Hacıyev
8 738
⚡️⚡️MN: Sentyabrın 15-i saat 21:15-dən 22:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Göysu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
t.me/xeberlerlive
8 738
⚡⚡⚡Azərbaycan Ordusunun hərbi qulluqçusu Rüfət Xanəhməd oğlu Ağayevin silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində açılan atəşdən vəfat etməsi ilə bağlı faktı təsdiq edirik.
Faktla bağlı araşdırma aparılır.
t.me/xeberlerlive l MN / axar az istinadən
8 738
🇦🇿⚡Yerli KİV bildirir ki, dəfn edilən əsgər Ağayev Rüfət Xanməmməd oğludur. Kəlbəcərdə xidmət etdiyi və 15 ayın əsgəri olduğu gələn məlumatlar arasındadır.
Hal-hazırda rəsmi açıqlama yoxdur.
t.me/xeberlerlive
8 738
📊Sosial Tədqiqatlar Mərkəzi: Azərbaycanda respondentlərin 71,3 faizi "Azərbaycan Qarabağda qanunsuz silahlı qruplaşmalara qarşı yeni hərbi əməliyyatlar keçirməlidirmi?” sualına "bəli" cavabı verib.
t.me/xeberlerlive
8 738
🚨Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub
Sentyabrın 14-ü saat 14:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Xaçik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutub.
Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.
t.me/xeberlerlive | MN
Endi mavjud! Telegram Tadqiqoti 2025 — yilning asosiy insaytlari 
