XƏBƏRLƏR l LİVE
Kanalga Telegram’da o‘tish
Gündəmi 1 mesajla izləyin! 📞Reklam və əməkdaşlıq üçün: @relvv9
Ko'proq ko'rsatish8 738
Obunachilar
-524 soatlar
-477 kunlar
-21230 kunlar
Postlar arxiv
8 736
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Sentyabrın 13-ü saat 21:35-dən sentyabrın 14-ü saat 00:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı və Tovuzqala rayonunun Mosesqex yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Mollabayramlı və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bundan başqa, sentyabrın 14-ü saat 00:05 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulub.
t.me/xeberlerlive
8 736
⚡️⚡️ "Biz müharibənin qarşısını almaq üçün bütün mümkün vasitələrdən istifadə edirik."
t.me/xeberlerlive I Nikol Paşinyan
8 736
SON DƏQİQƏ ❗️Kəlbəcər istiqamətində qeyri-qanuni erməni silahlı dəstələrinin təxribatının qarşısı alınıb
Sentyabrın 13-ü saat 19:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Ordumuzun Kəlbəcər rayonu Mərcimək yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı dərə boşluqlarından istifadə edərək bölmələrimizin yerləşdiyi əraziyə sızmağa cəhd edib.
**Döyüş növbətçiliyi aparan hərbi qulluqçularımızın sayıqlığı nəticəsində təxribatın qarşısı alınıb.
Kəşfiyyat-diversiya qrupu bir üzvü yaralı olmaqla geri çəkilməyə məcbur edilib.**
t.me/xeberlerlive
8 736
SON DƏQİQƏ ❗️❗️
⚡️⚡️⚡️Sentyabrın 13-ü çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əliyev Taleh Saleh oğlu, Həsənov Elgün Elşad oğlu və Namazov Nihad Kamrəddin oğlu həlak olub.
t.me/xeberlerlive
8 736
❗️SƏRƏNCAMLAR
Yaqub Piriyev Bakı Mühəndislik Universitetinin, Rüfət Əzizov Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib.
t.me/xeberlerlive
8 736
⚡️⚡️⚡️Toqquşmalar olacaq,buna səbəb İrəvanın təxribatçı hərəkətləridir
**t.me/xeberlerlive | Azərbaycanın keçmiş XİN-i**
8 736
⚡️⚡️⚡️Hindistan Ermənistana 84 ədəd 155 mm-lik ATAGS haubitsa tədarük edəcək.
t.me/xeberlerlive | KİV
8 736
❗️Azərbaycan Respublikasının öz suveren ərazilərində təlim məqsədilə, habelə sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün qüvvələrini istənilən istiqamətə yönətmək hüququ vardır və bu addımlara müdaxilə qəbuledilməzdir.
t.me/xeberlerlive l XİN
8 736
🔥Ermənistanın İctimai Televiziyasının məlumatına görə atışma nəticəsində 1 erməni hərbi qulluqçusu yaralanıb.
t.me/xeberlerlive
8 736
⚡Ağdam istiqamətində qeyri-qanuni erməni silahlı dəstələrinin təxribatının qarşısı alınıb
Sentyabrın 13-ü saat 12:20 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətindəki döyüş mövqeləri intensiv atəşə tutulub.
Bölmələrimiz tərəfindən zəruri tədbirlər görülüb.
t.me/xeberlerlive l MN
8 736
⚡️⚡️Rusiya Azərbaycana diplomatik demarş elan edib
Buna səbəb Azərbaycan XİN-nin Ukraynanın ərazi bütövlüyünü tanımasını bəyan etməsidir.
Rusiya XİN bildirir ki, Azərbaycanın Rusiyanın "yeni bölgələrində seçkiləri" tanımaması qəbuledilməzdir
t.me/xeberlerlive
8 736
⚡️⚡️⚡️Ermənistan Silahlı Qüvvələri şərti sərhədə qoşun yeritməkdə davam edir.
t.me/xeberlerlive I bez_tor
Endi mavjud! Telegram Tadqiqoti 2025 — yilning asosiy insaytlari 
