cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

Azərbaycan Respublikası Müdafiə Nazirliyi / MoD of the Republic of Azerbaijan

Reklama postlari
33 048
Obunachilar
-1124 soatlar
-1127 kunlar
-34430 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

Ali Baş Komandan İLHAM ƏLİYEV: "44 gün ərzində biz hər gün irəli gedirdik. Ermənistan ordusundan fərqli olaraq bir nəfər də olsun hərbçimiz döyüş meydanını tərk etməmişdir. Onların özlərinin etiraflarına görə 12 minə yaxın fərarisi olmuşdur. Bizim əsgər və zabitlərimiz hər gün irəli gedirdilər".
Hammasini ko'rsatish...
Azərbaycan Respublikasının Prezidenti İLHAM ƏLİYEV: "44 günlük Vətən müharibəsi şanlı tariximizdir və Azərbaycan xalqı bundan sonra əbədi bu Zəfərlə fəxr edəcək".
Hammasini ko'rsatish...
Ali Baş Komandan İLHAM ƏLİYEV: Bugünkü günə görə biz şanlı Ordumuza borcluyuq, Silahlı Qüvvələrimizə borcluyuq, şəhidlərimizə, qazilərimizə borcluyuq.
Hammasini ko'rsatish...
Ulu Öndərin 101 illiyi münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, mayın 10-da Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib. Plana uyğun olaraq, ictimai-siyasi hazırlıq dərsləri, dəyirmi masalar, konfranslar təşkil olunub, tarixi şəxsiyyət Heydər Əliyevə həsr olunan sənədli filmlər və videoçarxlar nümayiş etdirilib, viktorinalar, mədəni-kütləvi, vətənpərvərlik və idman tədbirləri keçirilib, Ulu Öndərin abidəsi ziyarət olunub. Şəxsi heyət, ictimaiyyət və Azərbaycan Respublikasının xarici ölkələrdə akkreditə olunmuş hərbi attaşelik aparatlarının nümayəndələrinin iştirak etdiyi tədbirlərdə Ümummilli Liderin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirlərdə Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolu və çoxşaxəli fəaliyyəti, Azərbaycanın iqtisadi, siyasi, hərbi, sosial, mədəni və digər sahələri üzrə gördüyü işlərdən danışılıb, dünya miqyaslı dövlət xadiminin atdığı addımlar minnətdarlıq hissi ilə xatırlanıb. Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi illərdə onun zəngin dövlətçilik təcrübəsi və müdrikliyi sayəsində Azərbaycanın sabit inkişaf yoluna qədəm qoyduğu, ordu quruculuğu prosesinin qanuni əsaslarla həyata keçirildiyi diqqətə çatdırılıb. Bildirilib ki, bu gün digər sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də Ulu Öndərin siyasi xətti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Silsilə tədbirlər çərçivəsində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivləri tərəfindən ədəbi-bədii kompozisiyalar təqdim edilib. https://mod.gov.az/az/news/ulu-onderin-101-illiyi-munasibetile-azerbaycan-ordusunda-silsile-tedbirler-kecirilib-video-51705.html
Hammasini ko'rsatish...
Po'stilar arxiv