Ormilitarism
Kanalga Telegram’da o‘tish
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
Ko'proq ko'rsatish7 302
Obunachilar
-124 soatlar
-227 kunlar
-7230 kunlar
Postlar arxiv
7 302
ABŞ–İran münaqişəsi zamanı Körfəz ölkələrindən İran hədəflərinə HIMARS buraxılışları.
7 302
Bəndər-Abbasda və Fars körfəzinin bəzi bölgələrində bir neçə partlayış səsi eşidilib.
7 302
ABŞ Dəniz Piyadalarına məxsus iki MV-22 Osprey tiltrotor Karakasdakı ABŞ səfirliyində fövqəladə vəziyyətə hazırlıq təlimi keçirib.
Uçuşlara Venesuela hakimiyyəti tərəfindən icazə verilib.
USS Iwo Jima gəmisi hələ də Venesuela sahilləri yaxınlığında fəaliyyət göstərir.
7 302
+1
Tayvan ABŞ-dan ilk iki MQ-9B SkyGuardian pilotsuz uçuş aparatını qəbul edib.
Daha iki aparatın 2027-ci ildə təhvil verilməsi planlaşdırılır.
7 302
Ukrayna pilotsuz aparat operatorlarını hazırlamaq üçün GTA V oyunu üçün hazırlanmış xüsusi moddan istifadə edir.
7 302
Tayvanın Milli Təhlükəsizlik Şurasının rəhbəri Cozef Vu bildirib ki, Çin Sarı dənizdən Cənubi Çin dənizinədək uzanan Birinci Ada Zənciri boyunca 100-dən çox gəmi yerləşdirib.
Bu gəmilər arasında hərbi dəniz qüvvələrinə və sahil mühafizəsinə aid vasitələr də var.
7 302
Sudan ordusu Bayraktar Akıncı PUA-sından istifadə edərək düşmən döyüş dronunu vurub.
7 302
Rusiyanın Kalininqrad vilayətinin hava məkanında pilotsuz uçuş aparatları qeydə alınıb.
Pilotsuz aparatların haradan gəldiyi hələ məlum deyil. Rusiya mənbələri onların Polşa ərazisindən daxil olmuş ola biləcəyini iddia edir.
7 302
Ermənistanın IDS şirkətinin hazırladığı taktiki zirehli avtomobil sürətli və çevik hərəkət üçün nəzərdə tutulub və “vur-qaç” taktikasına uyğun qurulub.
Avtomobilin üzərində 82 mm-lik avtomatik minaatan və uzaqdan idarə olunan silah sistemi yerləşir.
7 302
Əsas texniki xüsusiyyətlər
Qanad açıqlığı: 18 metr
Uzunluğu: 8.5 metr
Maksimum qalxış çəkisi: təxminən 1300 kq
Faydalı yük: 250–345 kq (CH-4B)
Havada qalma müddəti: 30–40 saat
Maksimum sürət: təxminən 435 km/saat
Kruz sürəti: təxminən 330 km/saat
Əməliyyat hündürlüyü: təxminən 7600–8000 metr
Xidmət tavanı: 9900 metrə qədər
Mənzil: 2000 km və daha çox (SatCom ilə dahada )
7 302
Xəritədə son günlərdə Rostovdan Krıma və Donetskdən Mariupola qədər olan yollarda dron zərbələrinin qeydə alındığı nöqtələr göstərilib.
7 302
Eyni zamanda bu yola əlavə tədbirlər lazım olacaq. Yollarda antidron torları qurmaq, təhlükəsiz gecə dayanacaqları yaratmaq və marşrut boyunca mühafizə qüvvələri yerləşdirmək. Əlavə hava hücumundan müdafiə sistemlərinə ehtiyac yaranacaq ki, onlar onsuz da çatışmır.
Alternativ yol kimi Krım körpüsü qalır. Lakin 2022-ci ildəki hücumdan sonra mülki yük maşınlarının hərəkəti demək olar ki, dayandırılıb və onların çoxu məhz R-280 yoluna yönləndirilib. Buna görə gələcəkdə seçim qarşısında qalına bilər: ya körpüdən yük maşınlarına qismən icazə verilib risk almaq, ya da qadağanı saxlayıb Krımda yanacaq və mallarla bağlı problemlərin artmasına razılaşmaq.
Digər təminat yolu bərə daşımalarıdır. Amma bu marşrut da dron hücumları üçün açıqdır və risk altındadır.
7 302
2023-cü ilin yayında Ukraynanın uğursuz əks-hücumunun əsas məqsədlərindən biri Krım üçün həyati əhəmiyyət daşıyan R-280 “Novorossiya” yolunu kəsmək idi.
Günümüzdə isə Ukrayna bu logistikanı orta məsafəli kamikadze dronlar vasitəsilə pozmağa çalışır.
Bu yol və ətraf marşrutlarla hər gün minlərlə avtomobil hərəkət edir. Logistikanı tam dayandırmaq üçün Ukraynanın hər gün yüzlərlə dron istifadə etməsi lazımdır.
Yenədə risklərə görə bu marşrutla daşımalar xeyli çətinləşib. Zərbələrin davam etməsi ilə daşınma xərcləri artacaq, sürücülər daha çox pul tələb edəcək, bəziləri isə bu riskli marşrutdan imtina edəcək. Bu da şirkətləri daha çox işçi və nəqliyyat cəlb etməyə məcbur edəcək.
7 302
+1
Bu gün Ukraynanın Starlink terminallı RAM-2X pilotsuz uçuş aparatı ilə R-280 “Novorossiya” magistralı ilə Krıma gedən Wildberries marketpleysinə aid bağlama daşıyan yük maşınına zərbə endirməyə cəhd edib.
Ukrayna Silahlı Qüvvələrinin operatoru yol kənarındakı tualeti vura bilib.
Ukrayna tərəfin məqsədi yarımadanın istənilən logistikasını, hətta məişət mallarının çatdırılmasını belə pozmaqdır.
Yəni hər altı aydan bir Kiyevə “Oreshnik” raketinin boş buraxılışı dünən dediyim kimi mənasızdır.
Endi mavjud! Telegram Tadqiqoti 2025 — yilning asosiy insaytlari 
