uz
Feedback
Ormilitarism

Ormilitarism

Kanalga Telegram’da o‘tish

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

Ko'proq ko'rsatish
7 302
Obunachilar
-124 soatlar
-227 kunlar
-7230 kunlar
Postlar arxiv
Bu gün Ukraynanın Starlink terminallı RAM-2X pilotsuz uçuş aparatı ilə R-280 “Novorossiya” magistralı ilə Krıma gedən Wildber
+1
Bu gün Ukraynanın Starlink terminallı RAM-2X pilotsuz uçuş aparatı ilə R-280 “Novorossiya” magistralı ilə Krıma gedən Wildberries marketpleysinə aid bağlama daşıyan yük maşınına zərbə endirməyə cəhd edib. Ukrayna Silahlı Qüvvələrinin operatoru yol kənarındakı tualeti vura bilib. Ukrayna tərəfin məqsədi yarımadanın istənilən logistikasını, hətta məişət mallarının çatdırılmasını belə pozmaqdır. Yəni hər altı aydan bir Kiyevə “Oreshnik” raketinin boş buraxılışı dünən dediyim kimi mənasızdır.

Sual / Cavab / Şikayət
Sual / Cavab / Şikayət

NASA FIRMS məlumatlarına əsasən Kiyev və ətraf ərazilərdə vacib obyektlər yaxınlığında yanğınlar müşahidə olunub: 1) Raket is
+5
NASA FIRMS məlumatlarına əsasən Kiyev və ətraf ərazilərdə vacib obyektlər yaxınlığında yanğınlar müşahidə olunub: 1) Raket istehsalı ilə məşğul olan “Artem” müdafiə müəssisəsinin sexləri; 2) Kiyevin Darnitski rayonunda sənaye zonası; 3) Analitik və ölçü avadanlıqları istehsal edən “Analitpribor” zavodunun və keçmiş “Rela və Avtomatika” zavodunun sexləri; 4) Kiyevin qərb kənarında yerləşən ATB şirkətinə məxsus anbar; 5) Podolsk rayonunda SBU binasının ətrafı. Hökumət binaları — Rada, Nazirlər Kabineti, Prezident Ofisi və digərləri — hədəf alınmayıb.

+3

+3
Kiyev səhər tezdən. Gün ərzində zərbələrin hədəfləri barədə daha aydın məlumat bilinər. Görünən odur ki, müharibə dövrünün ən genişmiqyaslı raket hücumlarından biri baş verib.

+3

+9
Kiyev

Dünən gecə Kiyevi İskander-M və Geran PUA-ları Oreshnikdən daha şiddətli vurub.

+5
Novorossiysk limanında Ukraynaya məxsus FP-2 tipli dronlarının Proyekt 11356R “Burevestnik” freqatına ikinci hücumu və Proyekt 1239 “Sivuch” kiçik raket gəmisinə hücum cəhdi qeydə alınıb. Hücumun nəticəsi aydın deyil, çünki dronlardan gələn görüntü hədəfə çatmadan kəsilir. Lakin freqatın burun hissəsində, “Kalibr” buraxılış qurğularının yerləşdiyi zonada diqqət çəkən qeyri-adi konstruksiyalar görünür. Ukrayna dronlarının əvvəlki hücumda da məhz bu sahəni hədəf aldığı qeyd olunur. Əvvəlki hallarda olduğu kimi, gəmilər bu dəfə də limanda dayanmış vəziyyətdə öz zenit-raket kompleksləri ilə pilotsuz aparatlara qarşı atəş açır. Rusların donanmanın bir hissəsinin Krımdan çıxarması təhlükəni aradan qaldırmayıb. Ukrayna tərəfi hər ay Novorossiyskə qədər daha tez-tez zərbə endirməyə başlayır. Qara dəniz donanmasının gəmilərinin növbəti mərhələdə harada yerləşdiriləcəyi isə qeyri-müəyyəndir.

Baltikyanı ölkələrdə planlaşdırılan sərhəd müdafiə xətləri Ukraynanın hazırda müharibə zonasındakı təcrübəsinə bənzəyir Burad
Baltikyanı ölkələrdə planlaşdırılan sərhəd müdafiə xətləri Ukraynanın hazırda müharibə zonasındakı təcrübəsinə bənzəyir Burada klassik xəndəklər, torpaq sədləri, tikanlı məftillə birlikdə tank əleyhinə maneələr və dərinliyə yerləşdirilmiş mina sahələri müşahidə olunur. Bu müdafiə zolaqlarının arxasında isə möhkəmləndirilmiş mövqelər və yeraltı bunkerlər yerləşir. Lakin belə müdafiənin real münaqişə zamanı effektiv olması üçün möhkəmləndirilmiş ərazilər qarşısında toplaşan düşməni vaxtında aşkarlayıb məhv etməyə imkan verən kəşfiyyat və atəş sistemi tələb olunur. Bu cür imkanlar hazırda Ukrayna Silahlı Qüvvələrində mövcuddur, lakin Baltikyanı üçlükdə hələ tam formalaşmayıb.

Polşa Hərbi Hava Qüvvələri üçün nəzərdə tutulan ilk üç ədəd beşinci nəsil F-35A Lightning II qırıcı təyyarəsi ABŞ-dan uçuş ed
+4
Polşa Hərbi Hava Qüvvələri üçün nəzərdə tutulan ilk üç ədəd beşinci nəsil F-35A Lightning II qırıcı təyyarəsi ABŞ-dan uçuş edərək sifarişçiyə məxsus Lask şəhərində yerləşən 32-ci taktiki aviasiya bazasına çatıb. Ümumi sifariş 32 ədəd təşkil edir və təxminən 6,5 milyard dollar dəyərindədir. Bu məbləğə təlim və texniki hazırlıq paketləri də daxildir. Yeni təyyarələr hazırda xidmətdə olan Su-22M4 və MiQ-29 qalıqlarını əvəz edəcək. Bütün 32 ədəd F-35A təhvil verildikdən sonra polşalıların sovet dövründən qalan bu texnikanı hara və kimə ötürəcəyi isə artıq aydındır. Yeni qırıcıların rəsmi təqdimatı 12 iyuna planlaşdırılıb.

Tehran yaxınlığında ABŞ və ya İsrail Hərbi Hava Qüvvələrinin zərbələri zamanı məhv edilən İran ordusuna məxsus 1L222M “Avtoba
+2
Tehran yaxınlığında ABŞ və ya İsrail Hərbi Hava Qüvvələrinin zərbələri zamanı məhv edilən İran ordusuna məxsus 1L222M “Avtobaza-M” radiotexniki kəşfiyyat kompleksinin tərkibinə daxil olan aşkarlama və istiqamət təyinetmə stansiyasının, eləcə də informasiya emalı stansiyasının qalıqları. Koordinatlar: 35.551353, 51.447718. Bir neçə “Avtobaza” RTR kompleksi 2011-ci ildə İrana təhvil verilmişdi. Bu sistem radiotexniki kəşfiyyat vasitəsi olub, radarların, rabitə və naviqasiya sistemlərinin yaydığı siqnalları passiv rejimdə 150–400 km məsafədən aşkar edib istiqamətini müəyyənləşdirir və bu məlumatları hava hücumundan müdafiə sistemlərinə ötürür. 2-3-cü fotolar: 2016-cı ildə İranda daşınma zamanı və 2024-cü ildə Tehran yaxınlığında döyüş növbətçiliyində olan 1L222M “Avtobaza-M” RTR kompleksi.

Sualımın məqsədi kinayə etməkdir. Yəni bununla nə mesaj verildiki guya?

Bu nədidə indi?

Ruslar Oreshnik ataraq Ukraynanın logistika,təminat və neft terminallarına verdiyi zərərə cavab vermək istəyir. Lakin bundan 2024də də, atıldığı üçün Ukrayna tərəfinin məncə çoxda vecinə deyil.

Kiyevin ağır bombardımanı.

Rusiya Kiyevi Oreshnik IRBM ilə vurub. Ağ Evdə atışma səsləri var.

Ərgin pendir, yağ , şirin çay , BALIQ

Bu məsələnin ciddiləşdiyi qeyd edilir.

+2
Ufo görüntüləri