uz
Feedback
Ormilitarism

Ormilitarism

Kanalga Telegram’da o‘tish

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

Ko'proq ko'rsatish
7 281
Obunachilar
-224 soatlar
-187 kunlar
-7530 kunlar
Postlar arxiv
“Bəli, budur, görüş yaxşı keçdi, əksər bəndlər razılaşdırıldı, lakin həqiqətən əhəmiyyət kəsb edən yeganə bənd, NÜVƏ, razılaşdırılmadı. Dərhal qüvvəyə minməklə, Dünyanın Ən Yaxşısı olan Amerika Birləşmiş Ştatları Hərbi Dəniz Donanması, Hörmüz boğazına daxil olmaq və ya oradan çıxmaq istəyən hər hansı və bütün Gəmilərin BLOKADAYA ALINMASI prosesinə başlayacaq.

photo content

ABŞ/İsrail ordusunun yenidən İrana hücumu gözlənilir.

Münaqişə sonlanmayıb və qalib kimdir demək olmur amma masada üstün olan İran olub.

Sahədə əli güclənmədiyi müddətçə diplomasiyada nəsə itirmək məcburiyyətindədir.

Sırada öz sözünü qətiyətli deyən İran qarşısında, siyasi olaraq geri addım atmaqdan başqa bir çıxış yolu olmayan ABŞ var.

Sırada öz sözünü qətiyətli deyən İran qarşısında, nələrisə itirməti gözə almış bir ABŞ var.

Dalana dirənən ABŞ barədə yazmışdım. Raket atmağın zərbə vurmağın heç bir nəticəsi olmadığını da, yazmışdım. Bütün bunların sonunda ABŞ-İran danışıqlarının ilkin mərhələdə nəticə əldə etməyəcəyi açıq və aydın idi.

Rusiya, Orlovda “Ural” bazasında qurulmuş və R-77-1 “hava-hava” raketləri ilə təchiz edilmiş antidron zenit-raket kompleksi m
Rusiya, Orlovda “Ural” bazasında qurulmuş və R-77-1 “hava-hava” raketləri ilə təchiz edilmiş antidron zenit-raket kompleksi müşahidə olunub. Ukraynanın dron buraxılışları ilə bağlı vəziyyət, Rusiya Silahlı Qüvvələrinin sıralarında mövcud maşınlar və kütləvi istehsal olunan raketlər əsasında ucuz və sadə ZRK-lərin yaradılmasını zəruri edib.

+3
Məhv edilmiş HC-130J və ya MC-130J təyyarələrinin qalıqları arasında aşkar edilən ABŞ-a məxsus AN/AAQ-24(V) LAIRCM (Large Aircraft Infrared Countermeasures) müdafiə kompleksinin sağlam qalmış lazer yayındırıcısı ələ keçib. Bu sistem raketin özünütuşlama başlığına dəqiq istiqamətləndirilən şüa vasitəsilə onu kor etmək üçün istifadə olunur.

Yəqin Trump indi Twitter-dən vaxt verəcək.

Razılaşma olmadı

+4
Fransaya məxsus Eurocopter Tiger zərbə helikopterləri və Rafale qırıcıları müharibə zamanı Yaxın Şərqdə Shahed-136 və Shahed-107 kamikadze dronlarını məhv edir. Helikopterlər 30 mm-lik Giat AM-30781 topundan atəş açır, qırıcılar isə qısa mənzilli “hava-hava” tipli MICA-IR raketlərindən istifadə edir. Bu raketlər oxşar şəkildə Ukrayna tərəfindən də tətbiq olunur.

Dünən heç bir nəticə əldə edilməyən danışıqlardan sızdırılmış görüntülər.

Küveytdə vurulan ABŞ ordusunun komanda məntəqəsi yaxınlığında görüntülənən sovet aviabombası ilə bağlı. Məlum olub ki, ABŞ Ya
Küveytdə vurulan ABŞ ordusunun komanda məntəqəsi yaxınlığında görüntülənən sovet aviabombası ilə bağlı. Məlum olub ki, ABŞ Yaxın Şərqdəki bazalarında istismara yararsızlaşmış aviabombaları dekorasiya məqsədilə istifadə edirmiş. Foto 2021-ci ilə aitdir. Bu tip dekor Küveytin Şüeyba limanındakı ABŞ hərbi bazasında mövcud imiş. Həmin bazaya İran dronları zərbə endirib və nəticədə ABŞ ordusunun 6 əsgəri həlak olub.

İrlandiyanın Shannon Hava Limanında bir şəxs təhlükəsizlik baryerini keçərək park edilmiş C-130 Hercules təyyarəsinin üzərinə çıxıb və alətlə ona zərər yetirib. Şəxs daha sonra həbs olunub.

Pakistan 2025-ci il qarşılıqlı müdafiə sazişi çərçivəsində Səudiyyə Ərəbistanına qırıcı təyyarələr və hərbi personal yerləşdi
Pakistan 2025-ci il qarşılıqlı müdafiə sazişi çərçivəsində Səudiyyə Ərəbistanına qırıcı təyyarələr və hərbi personal yerləşdirib. Qırıcılar Kral Əbdüləziz Hava Bazasına çatıb. Bu, Pakistanın İranla bağlı müharibə danışıqlarına ev sahibliyi etdiyi vaxta təsadüf edir.

Repost from Caucasian Live
🇺🇲🇮🇷 ABŞ Hərbi Dəniz Qüvvələri gəmilərinin Hörmüz boğazından keçməsi barədə məlumat verən Axios jurnalisti Barak David in
🇺🇲🇮🇷 ABŞ Hərbi Dəniz Qüvvələri gəmilərinin Hörmüz boğazından keçməsi barədə məlumat verən Axios jurnalisti Barak David indi ABŞ-ın yüksək vəzifəli rəsmisinə istinadən iddia edir ki, ABŞ Hərbi Dəniz Qüvvələri gəmiləri yalnız Hörmüz boğazından şərqdən qərbə keçərək Fars körfəzinə daxil olmayıb, daha sonra boğazdan şərqə, Ərəbistan dənizinə doğru irəliləyib. 🔻 Jurnalistin mənbəyinə görə, "bu əməliyyat beynəlxalq sularda naviqasiya azadlığının təmin edilməsinə yönəlmişdi". 🔻 Barak Davidin reportajından sonra WSJ nəşri iki esminesin Hörmüz boğazından keçdiyini iddia edib. Heç bir insident qeydə alınmayıb və hər iki gəmi heç bir kommersiya gəmisini müşayiət etməyib. @CaucasianLive

ABŞ kəşfiyyatı bildirib ki, Çin yaxın zamanda İrana DZRK göndərə bilər. Çin isə bu iddianı təkzib edir.

Qətər vurulmuş iki İran Su-24 qırıcı təyyarəsinin qalıqlarını nümayiş etdirib.