uz
Feedback
Ormilitarism

Ormilitarism

Kanalga Telegram’da o‘tish

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

Ko'proq ko'rsatish
7 300
Obunachilar
-324 soatlar
-217 kunlar
-6830 kunlar
Postlar arxiv
Günorta saatlarında Xorrəmşəhrdə yerləşən Şəhid Musəvi adına gəmiqayırma zavoduna endirilmiş zərbələrin nəticələrinin görüntüləri. MIG (Marine Industries Group) şirkəti Müdafiə Sənayesi Təşkilatının törəmə qurumudur və hərbi, mülki gəmilərin, həmçinin gəmiəleyhinə raketlərin istehsalı ilə məşğuldur.

Zərbə zamanı MOP istifadə edilib.

+4
3 aprel tarixində B-2A Spirit strateji bombardmançıları tərəfindən Tehranın şimalında yerləşən Camaran rayonu dağlarında zərbə endirilən SEPAH-ın yeraltı qərargahı Dağlıq ərazidə yerləşən obyektin peyk görüntülərində (35.827991, 51.446823) rabitə qovşağı və yeraltı tunellərə bir neçə giriş nəzərə çarpır.

İsrail Hərbi Hava Qüvvələrinin Kərəcdə yerləşən “Fəth” helikopter meydançasında İranın Mi-17 və AH-1J Cobra helikopterlərinə endirdiyi zərbələrin görüntüləri.

Daha öncə paylaşdığım bu subelementlərdən elektrik stansiyalarının iş prinsipini pozmaq üçün istifadə edirlər. Ətraflı linkdə var : https://t.me/Ormilitarism/41677

Ola bilər ki, bu şəkildəki ABŞ Hava Qüvvələrinə məxsus F-16nın qanadlarındakı bombaların daşıdığı yük BLU 114 qrafitdir.

Vurulan dünyada ən böyük neft-kimya istehsalçılarından dördüncüsü Saudi Basic Industries Corporation (SABIC) müəssisəsidir.

+1
Səudiyyə Ərəbistanının Al-Jubail sənaye şəhərinə İran tərəfindən raket zərbəsi endirilib.

ABŞın Küveytdəki bazasına endirilən zərbə nəticəsində 15 nəfər amerikan əsgəri yaralanıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır.

Nournews İranın iddialarına görə İranın Gənclər və İdman Nazirliyi iranlı gəncləri, idmançıları, sənətçiləri və tələbələri sabah ölkənin enerji obyektləri ətrafına toplaşmağa çağırıb.

Ukraynanın 155 mm-lik 2S22 “Bogdana” özüyeriyən artilleriya qurğusu üçün “KRIP-A” sistemi bazasında avtomatlaşdırılmış artilleriya atəş idarəetmə sisteminin (SAUO) iş prinsipi.

+3
Ukraynanın silahlanmasına İsveç istehsalı olan RBS-15 gəmiəleyhinə raketlərlə təchiz edilmiş mobil buraxılış qurğuları daxil edilib. RBS-15 raketi təxminən 200 kq ağırlığında döyüş başlığı daşıyır və hədəfə GPS və aktiv radarlı özütuşlanan başlıq ilə yönəlir. RBS-15 Mk3 versiyasında uçuş məsafəsi 200 km-dir, ən yeni RBS-15 Mk4 Gungnir versiyasında isə bu məsafə 300 km-dən artıqdır. Raketin quru hədəflərini vurmaq imkanı var ki, bu da onu faktiki olaraq qanadlı raket səviyyəsinə yaxınlaşdırır.

İsrailin Tehrandakı Mehrabad hava limanında və həmin ərazidəki iki kiçik uçuş-enmə zolağında yerləşən İranın Mi-17 helikopterlərinə zərbələri Bir helikopter çoxdan döyüş qabiliyyətini itirmiş olub, çünki pərləri yoxdur.

ABŞdan qəsdən və ya istəmədən yayılan xəbərlərə görə Yaxın Şərqdəki bütün ABŞ Hava Qüvvələri İranın enerji resurslarına ediləcək hücum üçün hazırlaşır.

Tramp İrandakı xilasetmə əməliyyatı ilə bağlı : “Xilasetmə əməliyyatı zamanı nəqliyyat təyyarəmizi partlatdıq. Köhnə idi. İnsan itkisi yoxdur”

photo content

ABŞ pilotu qurtararkən eyni zamanda uranla bağlı mövcud imkanları sınaqdanmı keçirib?
Yadınızdadırsa ilk dəfə qırıcının təqribi qəza yerini Dehdaşt şəhərinin şimali , ABŞ-ın təxliyyə əməliyyatında eniş etdiyi zolağdan 200km uzaqlıqdakı bir nöqtə olaraq götürmüşdüm. Sonradan çıxan peyk görüntüləri qırıcı qalıqlarının əslində həmin zolaqdan cəmi 25km uzaqda olduğunu ortaya çıxartdı. Kreyser sürəti ilə hərəkət edən vurulmuş qırıcıdan katapult etdikdən sonra 10-20° lik bir bucaq altında, qırıcının katapult nöqtəsindən uzaqlaşaraq yerə çırpılması maksimum 12-15km götürülür. Yəni pilotu xilas etmə əməliyyatını radiusu 40km-in altında olub.
Məsələ odur ki, birinci pilotda eyni radius daxilində olub və onun xilas edilməsi üçün bu cür əməliyyat həyata keçirilməyib.

İsrail Hərbi Hava Qüvvələri cənub‑qərbi İranın Buşehr bölgəsində yerləşən bazaya zərbə endirib.

+4
İranın ən qabaqcıl mühəndislik universiteti olan Şərif Texnologiya Universiteti ABŞ və İsrailin hava zərbələrinə məruz qalıb. İran bildirir ki, bunker deşən bomba istifadə olunub.