Ormilitarism
Открыть в Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
Больше7 300
Подписчики
-324 часа
-217 дней
-6830 день
Архив постов
7 300
İki tərəfin şərtləri arasında ziddiyətlər çoxdur. Amma hələki rəsmi olaraq şərtlərin nə olduğunu bilmirik.
7 300
ABŞ-ın 15, İranın isə 10 maddəlik tələbləri var. Bunun üçün tərəflər arasında danışıqlar gedəcək.
7 300
İran İslam Respublikası adından əziz qardaşlarım – Pakistanın Baş naziri Şərifə və Feldmarşal Munirə regionda müharibəni dayandırmaq üçün göstərdikləri yorulmaz səylərə görə təşəkkür və minnətdarlığımı bildirirəm.
Baş nazir Şərifin tvitindəki qardaşlıq müraciətinə cavab olaraq, həmçinin ABŞ-ın 15 maddəlik təklifi əsasında danışıqlar aparmaq istəyi və ABŞ prezidentinin İranın 10 maddəlik təklifinin ümumi çərçivəsinin danışıqlar üçün əsas kimi qəbul edildiyini elan etməsini nəzərə alaraq, İranın Ali Milli Təhlükəsizlik Şurası adından bəyan edirəm:
Əgər İrana qarşı hücumlar dayandırılarsa, güclü Silahlı Qüvvələrimiz müdafiə əməliyyatlarını dayandıracaq.
İki həftə müddətində, texniki məhdudiyyətlər nəzərə alınmaqla və İran Silahlı Qüvvələri ilə koordinasiya əsasında Hörmüz boğazından təhlükəsiz keçid mümkün olacaq.
-Abbas Araqçı
7 300
Xalq arasına çıxıb yürüyüş edən Laricaninin ətrafında xalqdan çox qərb kəşfiyyatı olub. Ölkədə belə bir məsələnin olduğunu bilə bilə elə şov edənlərin bunu etməyi anormal deyil.
7 300
Repost from Caucasian Live
🟥 #SONDƏQİQƏ:
🔸 Tehranda iclasda olan yüksək rütbəli İran rəsmilərinə hücum edildi.
@CaucasianLive
7 300
İranın Luristan vilayətində demək bütöv vəziyyətdə tapılmış ABŞ GBU-39/B bomba dəsti.
7 300
Fars körfəzində yerləşən Keşm adası üzərində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki MQ-9 Reaper kəşfiyyat-zərbə PUA-sının İranın zenit-raket kompleksləri tərəfindən məhv edilməsi.
Məhv edilmiş MQ-9 Reaper-lərin sayı 19-a çatıb. Vizual olaraq isə yalnız 13 pilotsuz aparatın itkisi təsdiqlənib.
7 300
Trump :
“Bu gecə İranda bütöv bir sivilizasiya məhv olacaq və bir daha geri qaytarılmayacaq. Bunun baş verməsini istəmirəm, lakin çox güman ki, baş verəcək”
7 300
Bu gecə İranda bütöv bir sivilizasiya məhv olacaq və bir daha geri qaytarılmayacaq. Bunun baş verməsini istəmirəm, lakin çox güman ki, baş verəcək.
- ABŞ Prezidenti Donald Tramp
7 300
İsrail ordusu tərəfindən İranda bombalanmış körpülərin xəritəsi.
İrana görə, bu gün ərzində aşağıdakı körpülərə zərbələr endirilib:
>İsfahanda dəmir yolu körpüsü;
>Zəncanda dəmir yolu körpüsü;
>Kaşanda dəmir yolu körpüsü;
>Miyanədə dəmir yolu körpüsü;
>Qumda körpü;
>Təbrizdə körpü.
İsrail bildirir ki, zərbələr İranın silah və hərbi texnika daşınmasını çətinləşdirmək məqsədi ilə endirilib.
7 300
İsrail tərəfindən yayımlanan görüntülərdə Tehranın yaxınlığında döyüş mövqeyində yerləşən İranın S-300PMU-2 zenit-raket kompleksinin buraxılış qurğusuna, eləcə də digər hədəflərə endirilmiş zərbə əks olunub.
Görüntünün keyfiyyəti buraxılış qurğusunun həqiqi olub-olmadığını dəqiq müəyyən etməyə imkan vermir. Maskalanmış real qurğu da ola bilər, keyfiyyətli maket də ola bilər.
Daha əvvəldən həmin ərazi S-300 zenit-raket kompleksinin mövqeyi olub.
7 300
Suriyada aşkar edilmiş ABŞ-ın THAAD raketdən müdafiə kompleksinə məxsus raketin qalıqları.
Raketin infraqırmızı özütuşlama başlığı zədələnməyib. Bu, ABŞ-ın raketdən müdafiə sisteminin imkanlarını daha yaxından öyrənməyə və öz ballistik raketləri üçün uyğun əks-tədbirlər hazırlamağa imkan verə bilər.
7 300
ABŞ İranın Xarg adasında yerləşən sığınacaqları və müdafiə obyektlərini hədəf alıb.
7 300
İranla əlaqəli mənbələr bildirir ki, “Arash-2” pilotsuz uçuş aparatları ilə İran, Küveytdə yerləşən ABŞ-ın hərbi bazası Camp Buehring/Al-Udairi-yə zərbə endirib. Peyk görüntülərində bir neçə zərbə nöqtəsi və infrastrukturda zədələr göstərilib
7 300
Günorta saatlarında Xorrəmşəhrdə yerləşən Şəhid Musəvi adına gəmiqayırma zavoduna endirilmiş zərbələrin nəticələrinin görüntüləri.
MIG (Marine Industries Group) şirkəti Müdafiə Sənayesi Təşkilatının törəmə qurumudur və hərbi, mülki gəmilərin, həmçinin gəmiəleyhinə raketlərin istehsalı ilə məşğuldur.
Уже доступно! Исследование Telegram 2025 — ключевые инсайты года 
