uz
Feedback
Ormilitarism

Ormilitarism

Kanalga Telegram’da o‘tish

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

Ko'proq ko'rsatish
7 138
Obunachilar
-124 soatlar
-57 kun
-7330 kun
Postlar arxiv
Türkiyə Ordusu və suriyalı mühəndislər Deyr əz-Zor şəhərində 2026-cı ilin iyulunda quraşdırılmış körpüdən sonra Deyr əz-Zor vilayətinin Meyadin şəhərində Fərat çayı üzərindən ikinci üzən/mobil körpünün quraşdırılmasını həyata keçiriblər. Yeni keçidin körpülərin yenidən tikilməkdə olduğu müddətdə mülki və logistika nəqliyyatının bərpasına xidmət etməsi nəzərdə tutulur.

Kalocsa hava limanından oğurlanan Cessna 172 təyyarəsi Macarıstanın Paks Atom Elektrik Stansiyasına doğru uçub. Təyyarə radar
Kalocsa hava limanından oğurlanan Cessna 172 təyyarəsi Macarıstanın Paks Atom Elektrik Stansiyasına doğru uçub. Təyyarə radarda aşkar edildikdən sonra hərbçilər iki Gripen qırıcısını havaya qaldırıblar. Təyyarə daha sonra Gerjen yaxınlığında məcburi eniş edib və zədələnmiş vəziyyətdə aşkarlanıb. Xilasetmə qrupları hadisə yerinə çatana qədər Gripen qırıcıları təyyarənin üzərində havada qalıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Polis təyyarənin oğurlanması və uçuşla bağlı araşdırmaya başlayıb.

Türkiyənin Hərbi Hava Qüvvələri üçün nəzərdə tutulan ilk Hürjet təyyarəsi Zəfər Günündə ilk uçuşunu uğurla həyata keçirib. Bu, proqramın prototip sınaqları mərhələsindən seriya istehsalı təyyarələrin hazırlanması mərhələsinə keçdiyini göstərir. Hürjet köhnəlmiş T-38 və F-5 təyyarələrini əvəz etmək üçün hazırlanmış səsdən sürətli qabaqcıl təlim təyyarəsidir. Təyyarə 1,4 Max sürətinə çata və 45000 fut hündürlüyə qalxa bilir. İspaniya 30 ədəd Hürjet sifariş edib. Bu, Türkiyənin NATO ölkəsinə ilk reaktiv təlim təyyarəsi ixracı olacaq. Türkiyə Hərbi Hava Qüvvələrinə ilk tədarüklərin 2027-ci ilin sonuna qədər, İspaniyaya tədarüklərin isə 2028-ci ildə həyata keçirilməsi planlaşdırılır.

Şimali Koreyada hərbi kadr dəyişikliyi çərçivəsində müdafiə naziri No Kvanq Çol vəzifəsindən azad edilərək onun yerinə Kim So
Şimali Koreyada hərbi kadr dəyişikliyi çərçivəsində müdafiə naziri No Kvanq Çol vəzifəsindən azad edilərək onun yerinə Kim Sonq Gi təyin edilib.

+1
Xüsusi dizaynla rənglənmiş iki Airlink Embraer E-Jet təyyarəsi Keyptaundakı DHL Stadium üzərində alçaq hündürlükdə qrup şəklində uçuş həyata keçirib. Təyyarələr stadionun damına təhlükəli dərəcədə yaxın keçib.

Fransa 4,3 milyard avro dəyərində olan və Naval Group tərəfindən inşa ediləcək dörd fransız freqatının satışı çərçivəsində il
Fransa 4,3 milyard avro dəyərində olan və Naval Group tərəfindən inşa ediləcək dörd fransız freqatının satışı çərçivəsində ilk dəfə olaraq uzaqmənzilli MdCN dəniz qanadlı raketlərini İsveçə ixrac etməyə hazırlaşıb. MdCN tez-tez ABŞ-ın Tomahawk raketinin Avropadakı analoqu kimi xarakterizə olunur. Bildirilən məlumatlara görə, raketin uçuş məsafəsi 1400 kilometrə qədərdir. Bu raketlər təxminən on ildir ki, yalnız Fransa Hərbi Dəniz Qüvvələri tərəfindən istifadə olunur və indi isə Şimali Avropadakı müttəfiq ölkəyə tədarük edilə bilər. Bu razılaşma İsveçə Aster 30 hava hücumundan müdafiə raketləri və digər silahlarla yanaşı, əhəmiyyətli uzaqmənzilli dərin zərbə imkanları qazandıra bilər.

Çin ABŞ-ın “Area 51” bazasına təxmini analoq hesab olunan, məxfi Lop Nur uçuş-sınaq bazasını sürətlə genişləndirir. Yeni peyk
Çin ABŞ-ın “Area 51” bazasına təxmini analoq hesab olunan, məxfi Lop Nur uçuş-sınaq bazasını sürətlə genişləndirir. Yeni peyk görüntüləri ərazidə əsaslı taksi yollarının, yanacaq infrastrukturu obyektlərinin və çox böyük ölçülü təyyarələri yerləşdirmək imkanına malik nəhəng yeni hangarların inşa edildiyini göstərir. TWZ-nin məlumatına görə, bu genişləndirmə Çinin yeni nəsil aviasiya proqramlarını, o cümlədən hələ də məxfi saxlanılan H-20 strateji bombardmançı təyyarəsini dəstəkləmək məqsədi daşıya bilər. Lakin bu, hələlik yalnız ehtimaldır.

ABŞ rəsmilərinin məlumatına görə, ABŞ İranla müharibə çərçivəsində Yaxın Şərqə böyük həcmdə raket və hava hücumundan müdafiə
ABŞ rəsmilərinin məlumatına görə, ABŞ İranla müharibə çərçivəsində Yaxın Şərqə böyük həcmdə raket və hava hücumundan müdafiə sistemləri göndərib. Bu isə Avropa və Asiyadakı bəzi silah ehtiyatlarının kritik dərəcədə aşağı düşməsinə səbəb olub. Patriot, ATACMS və digər yüksək dəqiqlikli silahların ehtiyatları ciddi şəkildə tükənib. THAAD raket əleyhinə sistemlərinin və dronlara qarşı mübarizə sistemlərinin bir hissəsi də regiona yönləndirilib. Ehtiyatların yenidən bərpa edilməsi illər çəkə bilər. Bu çatışmazlıqlar ABŞ komandirlərini fövqəladə vəziyyət planlarına düzəliş etməyə məcbur edib və Vaşinqtonun eyni vaxtda Tayvana mümkün Çin hücumuna və ya Rusiyanın NATO-ya qarşı təhdidinə cavab vermək imkanları ilə bağlı narahatlıqları artırıb.

Yale Universitetinin Humanitar Araşdırmalar Laboratoriyası (HRL) Efiopiyanın Asosa bazasında RSF ilə əlaqəli ciddi hərbi qüvv
+2
Yale Universitetinin Humanitar Araşdırmalar Laboratoriyası (HRL) Efiopiyanın Asosa bazasında RSF ilə əlaqəli ciddi hərbi qüvvə və texnika cəmləşməsi aşkar edib. Laboratoriya xəbərdarlıq edir ki, bu, Sudanın Mavi Nil əyalətində yerləşən Əd-Damazin şəhərinə yaxın zamanda hücum ediləcəyinə işarə ola bilər. Peyk görüntüləri bazaya yeni gətirilmiş təxminən 100 taktiki avtomobil və 15-ə yaxın zirehli transportyor tipli texnikanın olduğunu göstərir. HRL-in qiymətləndirməsinə görə, bu texnika ~1000 nəfərlik hərbi qüvvənin daşınması üçün kifayət edə bilər.

Trump süni intelektdən istifadə edərək Kharg (Xarq) adasını bombardıman edib.

Gecəniz xeyrə. Müharibə bu idi. Məqsədlə başladı və maksimal qısalıqda zəfərlə bitdi. Dubayda həyəcan verilib. Səhərə biləcəyik ümumi nəticələri. Arada səhifənin “Medya” bölməsində ən başa qayıdıb baxın. Orda maraqlı videolar çoxdu.

Heç bir yerdə zərbə qeyd alınmadı. Atılan bütün raketlər havada vurulub.

Çünki gəmilərə qanadlı raket atışı edilir və bu raketlər müəyyən məsafə qət etdikdən sonra aşağı hündürlükdə uçuşa başlayır.

Məqsəd körfəzdəki ABŞ gəmilərinin radarlarını aşağı hündürlük səviyəsində məşğul saxlamaq və Yaxın Şərq istiqamətindəki atışları sığortalamaqdır.

Bir məsələni izah edim maraqlıdır sizdə bilin. İran Yaxın Şərq istiqamətində balistik raket atışı başlatdıqda körfəz istiqamətindəki ABŞ gəmilərinə də, atışlar edir. Bu taktikaya yeni başlayıblar.

İranın cənubundan Oman körfəzindəki ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərə doğru qanadlı raketlər buraxılıb.

Elə dəhşətli bir şey yoxdur. Qısaca yenə Voleybol oynadılar.

Impact yoxdur hələki.

İordaniya

İkinci dalğa başladı Atışlar : Zəncan, Təbriz , Xurrəmabaddan edilir.