es
Feedback
Ormilitarism

Ormilitarism

Ir al canal en Telegram

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

Mostrar más
7 306
Suscriptores
-524 horas
-217 días
-6030 días
Archivo de publicaciones
Ukrayna Krım körpüsünü vurmamışdın öncə Krımda əhaliyə xəbərdarlıq verə bilər. Bu daha çox xaos yaradacaq.

Ukrayna tərəfinin pilotsuz uçuş aparatlarının hücumundan sonra “Kavkaz” limanı ərazisində yanan üç bərənin görüntüləri yayıml
+3
Ukrayna tərəfinin pilotsuz uçuş aparatlarının hücumundan sonra “Kavkaz” limanı ərazisində yanan üç bərənin görüntüləri yayımlanıb. Kerç bərə xəttində ümumilikdə təxminən 7 avtomobil və dəmir yolu bərəsi fəaliyyət göstərirdi.

+8
Cavab olaraq ruslarda ukraynalıların nəqliyatını vurub. Dnepropetrovsk–Nikopol magistralında, həmçinin Sumı vilayətində və Zaporojye istiqaməti.

Ukrayna dronları Kerç boğazında “Panagiya” bərəsinə hücum edib. Yanacaq logistikası üçün bərə alternativ üsul kimi tətbiq edi
Ukrayna dronları Kerç boğazında “Panagiya” bərəsinə hücum edib. Yanacaq logistikası üçün bərə alternativ üsul kimi tətbiq edilmişdi. Əgər qarşı tərəf bərə əlaqəsini də tam dayandıra bilsə və buna əlavə olaraq R-280 marşrutu və Krımla Xerson vilayəti arasındakı körpülər vasitəsilə logistikanı pozsa, növbəti açıq hədəfin Krım körpüsü olacağı gözlənilir.

Krım adasında vəziyyət cəmi 1 gün düzəldi və yenidən əvvəlki pis halına qayıtdı. Hazırda adada yanacaq alışı dayandırılıb.

18 iyun hücumundan sonra Moskva neft emalı zavodunun peyk görüntüsü. Zərbələr, neft emalı üzrə kombinə edilmiş qurğunun texni
18 iyun hücumundan sonra Moskva neft emalı zavodunun peyk görüntüsü. Zərbələr, neft emalı üzrə kombinə edilmiş qurğunun texniki estakadalarına və 6 yanacaq-sürtkü materialı rezervuarına dəyib. Bundan əlavə, sağ yuxarı hissədə “Sadovod” bazarında baş vermiş yanğının izləri də görünür.

Ukrayna dronları Ukrayna sərhədindən 2000 km-dən çox məsafədə yerləşən Tümen neft emalı zavoduna hücum edib. Regionun quberna
Ukrayna dronları Ukrayna sərhədindən 2000 km-dən çox məsafədə yerləşən Tümen neft emalı zavoduna hücum edib. Regionun qubernatoru Aleksandr Moor hücumun uğurla dəf edildiyini və qalıqların yerə düşdüyünü bildirib.

Mi-28NM helikopterlərinə Ukrayna FPV dronlarına qarşı mübarizə üçün radioelektron mübarizə kompleksləri quraşdırılmağa başlan
+5
Mi-28NM helikopterlərinə Ukrayna FPV dronlarına qarşı mübarizə üçün radioelektron mübarizə kompleksləri quraşdırılmağa başlanıb. SVÇ (300 MHz-dən 300 GHz-ə qədər mikrodalğa tezlikləri) abreviaturası ilə işarələnmiş yeni sensorlar qanad uclarında, kabinanın burun hissəsində və helikopterlərin quyruğunda görünməyə başlayıb. Bundan əvvəl VNII “Gradient” tərəfindən FPV dron zərbələrindən qorunmaq üçün “Multik” adlı REM kompleksi haqqında məlumat yayılmışdı, lakin Mi-28NM-də quraşdırılan qurğular ona bənzəmir. Burada ya L-370 “Vitebsk” bort müdafiə kompleksinin modernləşdirilmiş versiyası, ya da tamamilə yeni bir sistemdən söhbət gedir.

Kiyev və Varşava arasında münasibətlərdə ciddi gərginlik yaranıb. Böhran Polşa Prezidenti Karol Navrotskinin Ukrayna Prezidenti Volodimir Zelenskiyə təqdim edilmiş ölkənin ən ali dövlət mükafatı olan “Ağ Qartal” ordenini geri alması ilə başlayıb. Bu qərar Ukrayna Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölmələrindən birinə “UPA Qəhrəmanları” adının verilməsinə cavab olaraq qəbul edilib. Polşa tərəfi bu addımı tarixi həqiqətlərə hörmətsizlik kimi qiymətləndirir və bildirir ki, UPA tərəfindən on minlərlə polşalının qətlə yetirilməsi faktı dəyişməz olaraq qalır. Ukrayna isə bu qərarı sərt tənqid edib. Xarici İşlər Naziri Andrii Sibiha Polşanın addımını hörmətsizlik və strateji səhv adlandıraraq, ona verilmiş Polşa dövlət mükafatını geri qaytaracağını açıqlayıb. Kiyev hesab edir ki, heç bir ölkə Ukraynaya öz tarixini necə qiymətləndirməli olduğunu diktə edə bilməz və verilən adlandırma yalnız müasir dövrdə Rusiyaya qarşı döyüşən əsgərlərin motivasiyasını artırmaq məqsədi daşıyır. Münaqişənin kökündə Volın hadisələri dayanır. Polşa bu hadisələri soyqırımı kimi tanıyır və əsasən mülki əhalinin kütləvi şəkildə qətlə yetirildiyini vurğulayır. Ukrayna isə UPA-nı sovet və nasist işğalına qarşı mübarizə aparmış milli azadlıq hərəkatı kimi qiymətləndirir və bu məsələdə fərqli tarixi yanaşma sərgiləyir. Bu qarşıdurma Polşanın daxilində də fikir ayrılığı yaradıb. Baş nazir Donald Tusk prezidentin qərarını tənqid edərək bildirib ki, bu cür addımlar yalnız Rusiyanın maraqlarına xidmət edir və müttəfiqlər arasında parçalanma yaradır. O, mövcud şəraitdə emosional qərarlar deyil, daha təmkinli və strateji yanaşmanın vacib olduğunu vurğulayıb.

Polşa ilə Ukrayna özlərini məktəb Universitet boyu rəfiqə olub məzuniyyətdən sonra qırışan qızlar kimi aparır.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının tam bağlandığını təsdiqləyir və gəmilərə yaxınlaşmamaq barədə xəbərdarlıq edir

Prezident administrasiyasının rəhbəri oldu yenə də rütbə və forma yerindədi. “Uşaq üzlü general” Budanov.
Prezident administrasiyasının rəhbəri oldu yenə də rütbə və forma yerindədi. “Uşaq üzlü general” Budanov.

Krımda vəziyyət əvvəlkinə nisbətən düzəlib.

+1
Krım üçün yanacaq daşıyan benzin maşınlarının kolonları, mobil atəş qruplarının müşayiəti hərəkət edir Hazırda yarımadada yanacaqla bağlı vəziyyət hələ də gərgin olaraq qalır.

Qərb mütəxəssislərinin qiymətləndirmələrinə görə, Rusiyanın 3M22 “Zirkon” raketi hipersəs deyil, “İskander” kimi kvaziballist
+6
Qərb mütəxəssislərinin qiymətləndirmələrinə görə, Rusiyanın 3M22 “Zirkon” raketi hipersəs deyil, “İskander” kimi kvaziballistik raketdir. Bu nəzəriyyənin sübutu kimi “Zirkon”un bərk raket yanacağından istifadə etməsi barədə məlumatlar göstərilir ki, bu da daha çox ballistik raketlərə xasdır. Həmçinin qanadlı raketlər üçün xarakterik olan hava girişinin olmaması və uçuşunun sürətlənmə ilə başlayıb hədəfə yaxınlaşdıqca zəifləyən kvaziballistik trayektoriya üzrə getməsi qeyd olunur. Ukraynanın açıqlamasına görə, müharibə başlayandan bəri Rusiya ordusu 46 ədəd 3M22 “Zirkon” raketindən istifadə edib və onların böyük hissəsi 2026-cı ilə təsadüf edir. Eyni zamanda Rusiyanın ümumi ehtiyatının 260 ədədə çatdığı bildirilir. .

+1
Ukrayna kamikadze dronunun Bryansk vilayətinin Uneça rayonunun Júdilovo dəmiryol stansiyası yaxınlığında, sərhəddən 55 km-dən çox məsafədə yanacaq daşıyan qatarın lokomotivinə zərbəsi.

+4
Moskva bu gün də Ukrayna hücumuna məruz qalıb.

İsrailin müdafiə naziri İsrail Katz bildirib ki, ölkəsi Livan, Qəzza və Suriyadan geri çəkilməyəcək. O həmçinin vurğulayıb ki, heç kim İsrailə nə etməli olduğunu diktə edə bilməz.

Səbəb nəticə məsələsinə gəldikdə indi hər yerdə Trumpun dahiliyini və daha çox itki vermədən geri çəkilməsini tirajlayırlar. Bununlada onun elədiyi siyasi səhvi ört basdır eləmək istəyirlər. Bəli ABŞ geri addım ataraq daha böyük rəzalətdən özünü çıxartdı amma ABŞ da Rusiya kimi bitirə bilməyəcəyi bir münaqişəyə soxularaq öz etibarını və gücünü sual altına qoydu. Edilməməli olan məsələ edilməməlidir. Burda gəl yoxlayaq prinsipi işə yaramır. ABŞ-ın Rusiyadan fərqi orda olduki onun generalları və yuxarı rəislər vəzifəsindəki şəxslər Trumpu fikrindən daşındırmaq üçün öz kreslolarını tərk etdilər. “Ura ura davay irəli” deyib alqış tutub daha katastrofik nəticələrə yol açmadılar. Səbəb- məqsəd - situasiya - nəticə Rusiya artıq 4 ildən çoxdur müharibə aparır və son 2 il boyunca Rusiyanın enerji infrastrukturları dayanmadan vurulur. Axır dövrlər hətda çoxalıb ki, sonuncu Moskva zərbələri ilə Ukrayna əlindəki kartın nə olduğunu göstərər bildi. Baxın burda Moskvanın vurulmasında günah nə HHM dir nə əsgərin nə zabitin. Günah 4 ildi gedən əməliyyatların məqsədindən kənara çıxmasıdır. Məqsəd nə idi - Ukraynanın demilitirazsiyası , səbəb nə idi Natoya yaxınlaşma , situasiya nədir işğal , nəticə nədir yoxdur qarşılığında zərər və xərc var. Məsəlçün mən ABŞ-ın stol arxasında nə hesabladığını deyə bilmərəm amma adamlar sahədə uduzdular. Nolsun dəqiq zərbələr endirdilər, nolsun İran flotunu məhv etdilər. Güya İran filotu döyüş qabiliyyətini əlindəmi saxlayırdıkı? Və ya qırıcıları? İranın əsas döyüş qabiliyyəti hələ əlində qalıbsa və ABŞ və mütrəfiqlərin müdafiə qabiliyyəti sınıbsa deməkki İran sahədə istədiyi nailiyyət çatıb. O radarlar, o antenalar, sistemlər hamısı vurulma ehtimalı olan bir obyektlərdir amma səbəbsiz yerə və nəticəsiz yerə vurulacaq qədər ucuz və tez hazır olan tikililər deyil.

Ukrayna yenə səhər tezdən hansısa istiqamətdə prob qoyur. Rusiya ərazisinə doğru dron hücumu edir.