uz
Feedback
Ormilitarism

Ormilitarism

Kanalga Telegram’da o‘tish

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

Ko'proq ko'rsatish
7 265
Obunachilar
-124 soatlar
-197 kunlar
-8530 kunlar
Postlar arxiv
Fransa prezidenti Emmanuel Makron bildirib ki, Ukrayna SAMP/T zenit-raket kompleksləri üçün Aster-30 raketlərinin, AASM Hamme
+4
Fransa prezidenti Emmanuel Makron bildirib ki, Ukrayna SAMP/T zenit-raket kompleksləri üçün Aster-30 raketlərinin, AASM Hammer idarə olunan bombalarının və SCALP-EG qanadlı raketlərinin istehsalı üçün lisenziyalar əldə edib. Bundan əlavə, Makron qeyd edib ki, Kiyev 2028–2029-cu illərə qədər 16 ədəd Rafale qırıcısı və SAMP/T NG hava hücumundan müdafiə sistemi almağı planlaşdırır.

Avropanın 10 ölkəsi birlikdə yeni raketdən müdafiə sistemi yaratmaq üçün razılığa gəlib. Bu ölkələr: Almaniya, Danimarka, İsp
Avropanın 10 ölkəsi birlikdə yeni raketdən müdafiə sistemi yaratmaq üçün razılığa gəlib. Bu ölkələr: Almaniya, Danimarka, İspaniya, İtaliya, Niderland, Norveç, Böyük Britaniya, Ukrayna, Fransa və İsveçdir. Plan belədir: – Ukraynanın hazırladığı FP-7 raketi əsas olacaq – Digər ölkələr radar və vacib texnologiyalar verəcək – Məqsəd: Patriot sisteminə bənzər, amma daha ucuz Avropa variantı yaratmaq Bu sistemin təxminən 1 il ərzində hazırlanması hədəflənir.

+3
Ukraynaya məxsus dəniz pilotsuz aparatı Kinburn burnuna başqa bir yerüstü dron çıxarıb və həmin dron orada pulemyotdan atəş açıb. Hələlik bu, daha çox sınaq xarakterli və imkanların nümayişi kimi görünür. Tammiqyaslı robotlaşdırılmış desant əməliyyatlarına isə hələ kifayət qədər vaxt var. Bununla belə, belə təcrübələr gələcəyin müharibəsinin necə görünə biləcəyini göstərir.

+3

Azov dənizindəki ruslara məxsus tankerlərə, quru yük gəmilərinə və köməkçi gəmilərə zərbələr davam edir. Hazırda say 110+ dur
+9
Azov dənizindəki ruslara məxsus tankerlərə, quru yük gəmilərinə və köməkçi gəmilərə zərbələr davam edir. Hazırda say 110+ dur.

İranda yerləşən Buşehr AES-ə endirilən zərbə nəticəsində VVER-1000 tipli nüvə reaktorunun yaxınlığında yerləşən bir bina vuru
+2
İranda yerləşən Buşehr AES-ə endirilən zərbə nəticəsində VVER-1000 tipli nüvə reaktorunun yaxınlığında yerləşən bir bina vurulub. Bundan əlavə, ABŞ tərəfindən AES-dən təxminən 17 km şimal-şərqdə yerləşən uçuş-enmə zolağına və onun üzərindəki obyektlərə bir sıra hava zərbələri endirilib.

İranda yerləşən Buşehr AES-ə endirilən zərbə nəticəsində VVER-1000 tipli nüvə reaktorunun yaxınlığında yerləşən bir bina vuru
+3
İranda yerləşən Buşehr AES-ə endirilən zərbə nəticəsində VVER-1000 tipli nüvə reaktorunun yaxınlığında yerləşən bir bina vurulub. Bundan əlavə, ABŞ tərəfindən AES-dən təxminən 17 km şimal-şərqdə yerləşən uçuş-enmə zolağına və onun üzərindəki obyektlərə bir sıra hava zərbələri endirilib.

İranın Fars körfəzi regionunda ABŞ obyektlərinə endirdiyi zərbələrin aşağı keyfiyyətli peyk görüntülərindəki nəticələri: İord
+3
İranın Fars körfəzi regionunda ABŞ obyektlərinə endirdiyi zərbələrin aşağı keyfiyyətli peyk görüntülərindəki nəticələri: İordaniyada yerləşən Şahzadə Həsən adına aviabazada MQ-4C Triton pilotsuz uçuş aparatları üçün nəzərdə tutulmuş anqar vurulub. Qətərdəki Əl-Udeyd aviabazasında anqarın zədələnməsi. Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının qərargahı ərazisində yerləşən anbara zərbə. Küveytdə yerləşən keçmiş BMT bazası ərazisində yanğın baş verməsi. İranın iddiasına görə, ABŞ həmin ərazidən HIMARS sistemləri ilə zərbələr endirirdi.

Türkiyənin Bayraktar Kızılelma pilotsuz döyüş təyyarəsi ilk dəfə olaraq Roketsan istehsalı olan Jet-230 hipersəs “hava-yer” raketini uğurla sınaqdan keçirib. Təlim zamanı Merzifonda 120 km-dən çox məsafədən dəniz hədəfini vurub.

ABŞ qüvvələri ilk dəfə döyüş şəraitində dəniz dronlarından istifadə edərək İranın Bəndər-Abbas şəhərində yerləşən hərbi-dəniz texniki xidmət obyektinə zərbə endirib.

Türkiyə və Misir müdafiə əməkdaşlığı üzrə Niyyət Məktubu imzalayıb. Bu addım illərlə davam edən gərginlikdən sonra Türkiyə–Mi
+1
Türkiyə və Misir müdafiə əməkdaşlığı üzrə Niyyət Məktubu imzalayıb. Bu addım illərlə davam edən gərginlikdən sonra Türkiyə–Misir münasibətlərinin istiləşməsində növbəti mərhələ hesab olunur.

Rusiya cəbhə xəttinə yaxın Zaporojiya vilayətinin Orixove şəhərinə 3 tonluq FAB-3000 bombasının zərbə anını əks etdirən görüntülər yayıb. Təxminən 1,4 ton partlayıcı daşıyan bu ağır idarə olunan bomba, buraxıldıqdan sonra uzaq məsafə qət etməyə imkan verən xüsusi dəst ilə təchiz olunub (UMPK). Hardasa 40 km məsafədən Rusiya təyyarəsi tərəfindən buraxılıb.

Suriya vətəndaş müharibəsi başlayandan bəri ilk dəfə olaraq Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər Latakiya limanına
Suriya vətəndaş müharibəsi başlayandan bəri ilk dəfə olaraq Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər Latakiya limanına səfər edib. Türkiyə Müdafiə Nazirliyi bildirib ki, səfər zamanı Donanma komandanı TCG İstanbul gəmisinin göyərtəsində olub.

Finlandiya Helsinkinin altında təxminən bir milyon insanı qorumağa qadir yeraltı şəhər inşa edib. Şəhərin altında yerləşən bu
Finlandiya Helsinkinin altında təxminən bir milyon insanı qorumağa qadir yeraltı şəhər inşa edib. Şəhərin altında yerləşən bu geniş şəbəkəyə 5500 sığınacaq daxildir və müharibə və ya nüvə hücumu zamanı əhalinin böyük hissəsini qorumaq üçün nəzərdə tutulub. Bu məkanların əksəriyyəti gündəlik istifadə üçün idman zalları, oyun meydançaları, üzgüçülük hovuzları və hətta metal musiqi qrupları üçün məşq yerləri kimi fəaliyyət göstərir. Lakin lazım gəldikdə qısa müddətdə fövqəladə sığınacaqlara çevrilə bilir.

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Ukraynanın pilotsuz aparatlarla sabotaj planının qarşısını aldığını iddia edir. Bildirilir ki, hüquq-mühafizə orqanları 24 ədəd FPV dronu ələ keçirib və onların qaçaqmalçılığı və buraxılışa hazırlanmasında iştirak edən şübhəliləri saxlayıb.

Yaponiya İkinci Dünya müharibəsindən sonra ilk dəfə olaraq Çin, Rusiya və Şimali Koreyadan gələn artan təhdidlərə qarşı vahid
Yaponiya İkinci Dünya müharibəsindən sonra ilk dəfə olaraq Çin, Rusiya və Şimali Koreyadan gələn artan təhdidlərə qarşı vahid mərkəzləşdirilmiş kəşfiyyat agentliyi yaradır. ABŞ, Avstraliya və Almaniyanın məsləhətləri ilə qurulan bu qurum kəşfiyyat məlumatlarının paylaşımını, kibertəhlükəsizliyi və əks-kəşfiyyat fəaliyyətlərini gücləndirəcək.

Anbarından vurulan gəmi özü rahat bir şəkildə hərəkətini davam etdirib limana yan ala bilər. Mostikindən vurulan gəmi isə heçnə edə bilməz. O artıq üzən bir vannadır və yedəklənməyə möhtacdır. Bu cür zədə alan gəmi böyük ehtimalla metallomdur.

Böyük Britaniya SEPAH-ı terror təşkilatı kimi tanıdı

İranın “Mahan Air” mülki təyyarəsi Səudiyyə tərəfindən edilən hücum və təhdidlərə baxmayaraq Əl-Hodeyda hava limanına uğurla
İranın “Mahan Air” mülki təyyarəsi Səudiyyə tərəfindən edilən hücum və təhdidlərə baxmayaraq Əl-Hodeyda hava limanına uğurla eniş edib.

Səudiyyənin bombalamasına baxmayaraq təyyarə eniş edə bilib.